Məhkəmə qərarları › İş №e-2-2(119)-1918/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1918/2025

15.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1918/2025 15.01.2026 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, İddiaçı nümayəndəsi Nümayəndə iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 152 ünvanında yerləşən “Çinar Plaza” İş Mərkəzinin “A” blokunun 8-ci mərtəbəsində, ümumi sahəsi 68 kvadrat metr təşkil edən ofis sahəsinin icarəyə verilməsi haqqında 07 sentyabr 2023-cü il tarixli, 23/409 nömrəli müqavilə üzrə xitam tarixinə yığılmış ƏDV daxil 3568,33 (üç min beş yüz altmış səkkiz manat otuz üç qəpik) manat məbləğində əsas borc və 55,68 (əlli beş manat altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3624,01 (üç min altı yüz iyirmi dörd manat bir qəpik) manat məbləğində pul vəsaitinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən “Çinar Plaza” iş mərkəzinin “A” blokunun 8-ci mərtəbəsində, ümumi sahəsi 68 kvadrat metr təşkil edən ofis sahəsinin icarəyə verilməsi haqqında 07 sentyabr 2023-cü il tarixli, 23/409 nömrəli müqavilə bağlanmışdır. İcarə müqaviləsinin 2.1-ci bəndinə uyğun olaraq başlama tarixi kimi göstərilmiş 15 sentyabr 2023-cü il tarixindən etibarən 31 dekabr 2023-cü il tarixinədək olan müddət ərzində icarə müqaviləsinin 1.1.1-ci yarımbəndində nəzərdə tutulan icarəyə verilən əmlakın hər kvadrat metri üçün ƏDV xaric 20 (iyirmi) manat olmaqla, ümumilikdə ƏDV xaric 1360 (min üç yüz altmış) manat, 01 yanvar 2024-cü il tarixindən etibarən icarə müqaviləsinin 1.1.1-ci yarımbəndində nəzərdə tutulan icarəyə verilən əmlakın hər kvadrat metri üçün ƏDV xaric 22 (iyirmi iki) manat olmaqla, ümumilikdə ƏDV xaric 1,496 (min dörd yüz doxsan altı manat) məbləğində aylıq icarə haqqı, icarə müqaviləsinin 1.1.1-ci yarımbəndində nəzərdə tutulan icarəyə verilən əmlakın hər kvadrat metri üçün ƏDV xaric 6 (altı) manat olmaqla, ümumilikdə ƏDV xaric 408 (dörd yüz səkkiz) manat məbləğində aylıq təmizlik və texniki xidmətlərə görə haqq, o cümlədən icarə müqaviləsinin 1.1.1-ci yarımbəndində nəzərdə tutulan icarəyə verilən əmlakın hər kvadrat metri üçün ƏDV xaric 2 (iki) manat olmaqla, ümumilikdə ƏDV xaric 136 (yüz otuz altı) məbləğində aylıq mühafizə xidmətlərinə görə haqq olmaqla, ümumilikdə 15 sentyabr 2025-31 dekabr 2025-ci il tarix aralığı üçün ƏDV xaric 1904 (min doqquz yüz dörd) manat, 01 yanvar 2024-cü il tarixindən etibarən isə ƏDV xaric 2040 (iki min qırx) manat aylıq haqqın cavabdeh tərəfindən ödənilməsi şərti razılaşdırılmışdır. İcarə müqaviləsinin 3.9-cu bəndinə əsasən həmin müqavilə ilə nəzərdə tutulmuş haqları ödəmək öhdəliyi hər cari ayın ilk günündən etibarən yaranır və hansının daha gec baş verməsindən asılı olaraq ya hər cari ayın ilk 10 (on) təqvim günü, ya da ki, müvafiq hesab-faktura və/və ya elektron qaimə-faktura təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində həyata keçirilərək cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürmə yolu ilə ödənilməlidir. İcarə müqaviləsi üzrə ödənişlərin vaxtlı-vaxtında təmin edilməsi barədə cavabdehə dəfələrlə şifahi və yazılı xəbərdarlıq edilməsinə və möhlət verilməsinə baxmayaraq cavabdeh tərəfindən icarə müqaviləsi üzrə ödəniş öhdəliklərinə və şərtlərinə riayət edilməmişdir. Cavabdeh tərəfindən ödəniş öhdəliklərinin davamlı şəkildə icra edilməməsi ilə bağlı gələcəkdə daha böyük həcmdə borc məbləğinin toplanmasının qarşısını almaq niyyəti ilə icarə müqaviləsinə 15 noyabr 2023-cü il tarixində xitam verilməsi qərarına gəlinmiş, müqavilənin ləğvinin rəsmiləşdirilməsi məqsədilə daha əvvəl əməkdaşlıq münasibətlərindən irəli gələrək iddiaçı tərəfindən ikitərəfli xitam razılaşmasının layihəsi cavabdehə göndərilmiş, lakin dəfələrlə xatırlatmaların verilməsinə baxmayaraq hər dəfə ikitərəfli xitam razılaşmasının imzalanması müxtəlif bəhanələrlə gecikdirilmiş, xitam tarixindən kifayət qədər müddət keçsə də, ikitərəfli xitam razılaşmasının cavabdeh tərəfindən imzalanması təmin edilməmiş və faktiki olaraq razılaşmanın imzalanmasından imtina edilmişdir. Yuxarıda göstərilən səbəbdən icarə müqaviləsinin ləğvinin rəsmiləşdirilməsi məqsədilə cavabdehə 16 aprel 2024-cü il tarixli, FMG01.24.237 nömrəli xitam və pretenziya bildirişi ilə müraciət edilmiş və icarə müqaviləsinə həmin müqavilənin 7.1-ci, 8.4.2-ci və 8.4.3-cü yarımbəndlərinin müddəaları rəhbər tutularaq 15 noyabr 2023cü il tarixində iddiaçının tələbi ilə birtərəfli qaydada xitam verilmiş olması bəyan edilmişdir. İcarəyə verilən əmlakın icarəsi ilə əlaqədar ödənişlərin cavabdeh tərəfindən həyata keçirilməməsi və cavabdehin üzərinə düşən öhdəlikləri sistematik olaraq pozması nəticəsində xitam tarixinə ümumilikdə ƏDV daxil 3568,33 (üç min beş yüz altmış səkkiz manat otuz üç qəpik) manat əsas borc məbləği yığılmışdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə iddia tələbini müdafiə edin iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik hüquqi şəxsinin ********** qeydiyyat nömrəli çıxarışa əsasən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən və ümumi sahəsi 38780,7 kv.m olan əmlak kompleksi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin adına xüsusi mülkiyyət kimi qeydiyyata alınmışdır. - Mülkiyyətçi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə idarə edən İddiaçı arasında bağlanmış 27 dekabr 2017-ci il tarixli PMD-27/12/17-856 nömrəli daşınmaz əmlakın icarə və idarəetməyə verilməsi haqqında müqavilənin 1-ci bəndinə əsasən mülkiyyətçi siyahısı bu müqavilənin müvafiq əlavələrində göstərilən obyektləri idarə edənin icarəsinə və idarəetməsinə verir və idarə edəni obyektlərin səlahiyyətli idarəedicisi və icarə agenti kimi təyin edir, idarə edən isə bununla müvafiq təyinat, səlahiyyət, hüquq və öhdəlikləri bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə qəbul edir. Bu müqavilə mülkiyyətçinin idarə edənə obyektləri idarəetməyə və icarəyə verməsinin əsas şərtlərini müəyyən edir və idarə edən tərəfindən obyektlərin istifadə edilməsi və ya üçüncü şəxslərin idarəetməsinə, icarəsinə, kirayəsinə və qanunvericiliklə müəyyən edilmiş digər əsaslarda istifadəsinə verilməsi, yaxud birgə istifadə edilməsi, həmçinin idarə edilməsi qaydalarını və müvafiq səlahiyyətlərdən irəli gələn digər hüquqlarını təsbit edir. İdarə edənin idarəetmə hüququ obyektlərin istismarı, saxlanması, xidmət göstərilməsi, mühafizəsi və üçüncü şəxslərə qanunvericiliklə müəyyən edilmiş əsaslarda istifadəyə və idarəetməyə verilməsi və bundan irəli gələn bütün digər hüquq və səlahiyyətlərini əhatə edir. - Həmin müqavilənin 2-ci bəndinə əsasən idarə edən obyektləri və yaxud onun hər hansı bir hissəsini üçüncü şəxslərə icarə, sub-icarə (ikinci əldən icarəyə) və ya idarəetməyə vermək, yaxud obyektləri birgə istifadə etmək hüququna malikdir. obyektlərin bütövlükdə və ya müvafiq hissələri icarəçilərə və ya sub-icarəçilərə ikinci əldən icarəyə, idarəetməyə verilərkən mülkiyyətçinin razılığı tələb olunmur . - İcarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh2 arasında bağlanmış 07 sentyabr 2023cü il tarixli, 23/409 nömrəli icarə müqaviləsinin 1.1.1-ci bəndinə əsasən bu müqaviləyə əsasən icarəyə verən idarəetmə hüququ əsasında istifadəsində olan, Azərbaycan Respublikası, Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti, 152 ünvanında yerləşən qeyri-yaşayış binasının ("Çinar Plaza" İş Mərkəzi) 8-ci mərtəbəsində ("A" bloku), sahəsi 68 kvadrat metr təşkil edən ofis sahəsini icarəçiyə icarəyə və istifadəyə verməyi, icarəçi isə icarəyə verilən əmlakı qəbul edib, icarə haqqını və digər ödənişləri bu müqavilə ilə müəyyən olunmuş şərtlərlə həyata keçirməyi öhdəsinə götürür. - Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarə müddəti 15 sentyabr 2023-cü il tarixindən etibarən başlayır və bu müqavilənin müddəalarına uyğun olaraq artırılmayınca və ya ona vaxtından əvvəl xitam verilməyincə 14 sentyabr 2024-cü il tarixində, saat 23:59da başa çatır. İcarəyə verilən əmlak tərəflər arasında imzalanan, icarəyə verilən əmlakın vəziyyətini, o cümlədən, həmin əmlaklara aid əşya və avadanlıqların siyahısını va digər müvafiq məlumatları özündə müfəssəl əks etdirən təhvil-təslim aktı və ya digər müvafiq sənəd əsasında başlama tarixindən etibarən icarəyə verən tərəfindən icarəçiyə təhvil verilir. - Həmin müqavilənin 3.1-ci bəndinə əsasən bu müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulmuş icarəyə verilən əmlakın hər kvadrat metri üçün xx.xx.2023-xx.xx.2023-cü il tarixləri aralığında dövr ərzində ƏDV xaric 20 (iyirmi) manat olmaqla, ümumilikdə ƏDV xaric 1360 (min üç yüz altmış) manat, 01 yanvar 2024-cü il tarixindən etibarən ƏDV xaric 22 (iyirmi iki) manat olmaqla, ümumilikdə ƏDV xaric 1,496 (min dörd yüz doxsan altı manat) məbləğində aylıq icarə haqqı, ƏDV xaric 6 (altı) manat olmaqla, ümumilikdə ƏDV xaric 408 (dörd yüz səkkiz) manat məbləğində aylıq təmizlik və texniki xidmətlərə görə aylıq haqq və ƏDV xaric 2 (iki) manat olmaqla, ümumilikdə ƏDV xaric 136 (yüz otuz altı) məbləğində mühafizə xidmətlərinin göstərilməsi görə aylıq ödəniləcəkdir. - Həmin müqavilənin 3.2-ci bəndinə əsasən icarəçi icarəyə verilən əmlak(lar)da istifadə etdiyi telefon (beynəlxalq, mobil, şəhərlərarası telefon danışıqları və aylıq abunə haqları), elektrik enerjisi, internet xidmətləri və bu müqavilənin 3.3-cü bəndində qeyd edilməmiş və icarəçi tərəfindən istifadə edilən digər kommunal xidmətlərə görə xərclərin ödənilməsi və ya kompensasiya olunması öhdəliyini daşıyacaq. - Həmin müqavilənin 3.6-ci bəndinə əsasən bu Müqavilənin 3.2-ci bəndi ilə icarəçiyə aid edilən xərclər bu Müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş haqlara daxil deyil və onlar icarəçi tərəfindən təyinatı üzrə ayrıca ödənilməlidir. - Həmin müqavilənin 3.9-cu bəndinə əsasən bu müqavilənin 3.1-ci bəndində müəyyən edilmiş haqları ödəmək öhdəliyi hər cari ayın ilk günündən etibarən yaranır və hansının daha gec baş verməsindən asılı olaraq: (a) har cari ayın ilk 10 (on) təqvim günü və ya (b) müvafiq hesab-faktura və/və ya elektron qaimə-faktura taqdim edildikdən sonra 5 (beş) iş günü ərzində icarəçi tərəfindən icarəyə verənin bank hesabına köçürmə yolu ilə ödənilir. - Həmin müqavilənin 5.2.1-ci bəndinə əsasən icarəçi hazırkı müqaviləyə uyğun olaraq icarə haqqı və müqavilə üzrə digər ödənişləri hesab-faktura və digər təsdiqedici sənədlər əsasında vaxtında ödəmək öhdəliyi daşıyır. - İddiaçı tərəfindən Cavabdeh2 1198,25 manat icarə haqqının, baxım və mühafizə xidməti haqqının ödənilməsi ilə əlaqədar 19 sentyabr 2023-cü il tarixli EBDO seriyalı 596705 nömrəli, 2246,72 manat icarə haqqının, baxım və mühafizə xidməti haqqının ödənilməsi ilə əlaqədar 03 oktyabr 2023-cü il tarixli EBDP seriyalı 606961 nömrəli, 2246,72 manat haqqın ödənilməsi ilə əlaqədar 01 noyabr 2023-cü il tarixli EBDR seriyalı 798761 nömrəli elektron qaimə-faktura təqdim olunmuşdur. - İddiaçı tərəfindən Cavabdeh2 1198,25 manat məbləğində icarə haqqının, baxım və mühafizə xidməti haqqının ödənilməsi ilə əlaqədar 15 sentyabr 2023-cü il tarixli, 2246,72 manat məbləğində icarə haqqının, baxım və mühafizə xidməti haqqının ödənilməsi ilə əlaqədar 01 oktyabr 2023-cü il tarixli, 1123,36 manat məbləğində icarə haqqının, baxım və mühafizə xidməti haqqının ödənilməsi ilə əlaqədar 01 noyabr 2023-cü il tarixli hesab fakturalar təqdim olunmuşdur. - İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 07 sentyabr 2023-cü il tarixli, 23/409 nömrəli müqavilə üzrə qalıq borc haqqında 27 avqust 2025-ci il tarixli cədvələ əsasən Cavabdeh2 15 sentyabr – 30 sentyabr tarixləri üzrə 1198,25 manat, 01 oktyabr – 31 oktyabr tarixləri üzrə 2246,72 manat, 01 noyabr – 15 noyabr tarixləri üzrə 1123,36 manat olmaqla, ümumilikdə 4568,33 manat borc hesablanmış, 24 yanvar 2024-cü il tarixində 1000 manat ödəniş edilmiş, 27 avqust 2025-ci il tarixə qalıq borcu 3568,33 manat qalmışdır. - 14 sentyabr 2023-cü il tarixli təhvil-təslim aktına əsasən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 152 ünvanında yerləşən “Çinar Plaza” İş Mərkəzinin “A” blokunun 8-ci mərtəbəsində, ümumi sahəsi 68 kvadrat metr təşkil edən qeyri-yaşayış sahəsi Cavabdeh2 təhvil verilmişdir. - 15 noyabr 2023-cü il tarixli təhvil-təslim aktında əsasən Bakı şəhəri, Nizami rayonu, Heydər Əliyev prospekti 152 ünvanında yerləşən “Çinar Plaza” İş Mərkəzinin “A” blokunun 8-ci mərtəbəsində, ümumi sahəsi 68 kvadrat metr təşkil edən qeyri-yaşayış sahəsi İddiaçınə geri təhvil verilmişdir, akta icarə haqqının qalıq borcu 3568,33 manat göstərilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh2 arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Müəyyən olunur ki, 15 sentyabr 2023 - 15 noyabr 2023-cü il tarixləri üçün cavabdehə ümumilikdə ƏDV daxil 4568,33 (dörd min beş yüz altmış səkkiz manat otuz üç qəpik) manat icarə haqqı, baxım və mühafizə xidməti haqqı hesablanmış, həmin haqdan 1000 (min) manat ödənilmiş, 3568,33 (üç min beş yüz almış səkkiz manat otuz üç qəpik) manat isə ödənilməmiş qalmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddaçı cavabdehdən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsini, yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və icarə haqqına, baxım və mühafizə xidməti haqqına görə ƏDV daxil 3568,33 (üç min beş yüz altmış səkkiz manat otuz üç qəpik) manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “55,68 (əlli beş manat altmış səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, 12 sentyabr 2025-ci il tarixli ödəniş qəbzindən məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən 55,68 (əlli beş manat altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumu ödənildiyi görünür. Buna görə iddia həmin hissədə də təmin edilməli, cavabdehdən 55,68 (əlli beş manat altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdеh Cavabdeh2 3568,33 (üç min beş yüz altmış səkkiz manat otuz üç qəpik) manat məbləğində borc və 55,68 (əlli beş manat altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3624,01 (üç min altı yüz iyirmi dörd manat bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 3568,33 (üç min beş yüz altmış səkkiz manat otuz üç qəpik) manat məbləğində borc və 55,68 (əlli beş manat altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 3624,01 (üç min altı yüz iyirmi dörd manat bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar