Məhkəmə qərarları › İş №e-2-2(119)-1924/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1924/2025

03.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1924/2025 03.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddaçının xeyrinə 30 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə 2159,58 (iki min yüz əlli doqquz manat əlli səkkiz qəpik) manat məbləğində əsas borc, 106,38 (yüz altı manat otuz səkkiz qəpik) manat məbləğində faiz borcu, 4,01 (dörd manat bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 2269,97 (iki min iki yüz altmış doqquz manat doxsan yeddi qəpik) manat məbləğində borcun, Cavabdeh2 11 dekabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 1500 (min beş yüz) manat məbləğində əsas borc, 189,77 (yüz səksən doqquz manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu, 9,77 (doqquz manat yetmiş yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 1699,54 (min altı yüz doxsan doqquz manat əlli dörd qəpik) manat məbləğində borcun və 59,7 (əlli doqquz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 18 noyabr 2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh2 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 120 ay müddətinə 10000 manat məbləğində kredit limiti ayrılmışdır. 18 noyabr 2022-ci il tarixli kredit limitinin ayrılmasına dair razılaşmanın təminatı olaraq 18 noyabr 2022-ci il tarixdə Cavabdeh1 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh2 30 avqust 2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 24% faizlə 24 ay müddətinə 5000 manat məbləğində kredit götürmüşdür. Daha sonra Cavabdeh2 11 dekabr 2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 25% faizlə 24 ay müddətinə 1500 manat məbləğində kredit götürmüşdür. Lakin borclu müqavilənin şərtlərini pozaraq, borc öhdəliyini icra etməkdən boyun qaçırır. 2025-ci ilin mayın 19-dək Cavabdeh2 banka 30 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə 2159,58 manat məbləğində əsas borc, 106,38 manat məbləğində faiz borcu, 8,02 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2273,98 manat məbləğində borcu vardır. Cavabdeh2 30 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 8,02 manat məbləğində təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 4,01 manat məbləğində tələb olunur. 2025-ci ilin mayın 19-dək Cavabdeh2 banka 11 dekabr 2023-cü il tarixli kredit müqaviləsi üzrə 1500 manat məbləğində əsas borc, 189,77 manat məbləğində faiz borcu, 9,77 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 1699,54 manat məbləğində borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müştəri Cavabdeh2 arasında bağlanmış 18 noyabr 2022-ci il tarixli 4-MCR-1-1376-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh2 120 ay müddətinə aylıq dərəcəsi 2,50 % olmaqla 10000 (on min) manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müştəri Cavabdeh2 arasında bağlanmış 30 avqust 2023-cü il tarixli 4-MCR-1-1376-22/4 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh2 əsas vəsaitlərin artırılması məqsədilə 24 ay müddətinə aylıq faiz dərəcəsi 2 %, faktiki illik faiz dərəcəsi 24,641 % olmaqla 5000 (beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, 30 avqust 2023-cü il tarixli 4-MCR-1-1376-22/4 nömrəli kredit verilməsinə dair razılaşmaya 1 saylı Əlavədə borcalan Cavabdeh2 banka olan borcunun müvafiq ödəniş cədvəlinə əsasən son ödəniş tarixi 30 avqust 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh2 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh1 arasında bağlanmış 18 noyabr 2022-ci il tarixli Z/18929/22 nömrəli zaminlik müqaviləsinə əsasən zamin 18 noyabr 2022-ci il tarixli 4-MCR-1-1376-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. Həmin zaminlik müqaviləsinin 4.1-ci bəndinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilən qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə zamin və borcalan kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. İş materiallarında olan maliyyə arayışında göstərilir ki, Cavabdeh2 30 avqust 2023-cü il tarixli 4-MCR-1-1376-22/4 nömrəli kredit müqaviləsi üzrə 19 may 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2159,58 manat məbləğində əsas, 106,38 manat məbləğində faiz və 8,02 manat məbləğində cərimə borcu olmaqla, cəmi 2273,98 manat borcu vardır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müştəri Cavabdeh2 arasında bağlanmış 11 dekabr 2023-cü il tarixli 4-MKK-5-3371-23 nömrəli kart vasitəsilə kredit xətti ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh2 biznes məqsədilə 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,08 %, faktiki illik faiz dərəcəsi 25 % olmaqla 1500 (min beş yüz) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışında göstərilir ki, Cavabdeh2 11 dekabr 2023cü il tarixli 4-MKK-5-3371-23 nömrəli kart vasitəsilə kredit xətti ayrılmasına dair müqavilə üzrə 19 may 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 1500 manat məbləğində əsas borc, 189,77 manat məbləğində faiz borcu, 9,77 manat məbləğində cərimə olmaqla, cəmi 1699,54 manat məbləğində manat borcu vardır. İş materiallarından görünür ki, cavabdehlərə banka olan borcun ödənməsi ilə bağlı 19 may 2025-ci il tarixdə müvafiq qaydada xəbərdarlıq məktubu göndərilmiş və 5 gün ərzində borc məbləğinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh2 18 noyabr 2022-ci il tarixli 4-MCR-1- 1376-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmanı, 30 avqust 2023-cü il tarixli 4- MCR-1-1376-22/4 nömrəli kreditin verilməsinə dair razılaşmanı və 11 dekabr 2023-cü il tarixli 4-MKK-5-3371-23 nömrəli kart vasitəsilə kredit xətti ayrılmasına dair müqaviləni bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri nəzərdə tutulan qaydada və müddətdə ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti razılaşma ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh2 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 30 avqust 2023-cü il tarixli 4-MCR-1-1376-22/4 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 2159,58 (iki min yüz əlli doqquz manat əlli səkkiz qəpik) manat əsas borc, 106,38 (yüz altı manat otuz səkkiz qəpik) manat məbləğində faiz borcu, 4,01 (dörd manat bir qəpik) manat məbləğində cərimə və 11 dekabr 2023-cü il tarixli 4-MKK-5-3371-23 nömrəli kart vasitəsilə kredit xətti ayrılmasına dair müqavilə üzrə 1500 (min beş yüz) manat məbləğində əsas borc, 189,77 (yüz səksən doqquz manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu, 9,77 (doqquz manat yetmiş yeddi qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 18 noyabr 2022-ci il tarixli Z/18929/22 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 18 noyabr 2022-ci il tarixli 4-MCR-1-1376-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşma üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti üzərinə götürmüşdür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 59,7 (əlli doqquz manat yetmiş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 18 avqust 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 59,7 (əlli doqquz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, 59,7 (əlli doqquz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 30 avqust 2023-cü il tarixli 4-MCR-1-1376-22/4 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 2159,58 (iki min yüz əlli doqquz manat əlli səkkiz qəpik) manat məbləğində əsas borc, 106,38 (yüz altı manat otuz səkkiz qəpik) manat məbləğində faiz borcu, 4,01 (dörd manat bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 2269,97 (iki min iki yüz altmış doqquz manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti, Cavabdeh2 11 dekabr 2023-cü il tarixli 4-MKK-5-3371-23 nömrəli kart vasitəsilə kredit xətti ayrılmasına dair müqaviləsi üzrə 1500 (min beş yüz) manat məbləğində əsas borc, 189,77 (yüz səksən doqquz manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu, 9,77 (doqquz manat yetmiş yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 1699,54 (min altı yüz doxsan doqquz manat əlli dörd qəpik) manat məbləğində pul vəsaiti və cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 59,7 (əlli doqquz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 30 avqust 2023-cü il tarixli 4-MCR-1-1376-22/4 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 2159,58 (iki min yüz əlli doqquz manat əlli səkkiz qəpik) manat məbləğində əsas borc, 106,38 (yüz altı manat otuz səkkiz qəpik) manat məbləğində faiz borcu və 4,01 (dörd manat bir qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 2269,97 (iki min iki yüz altmış doqquz manat doxsan yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh2 11 dekabr 2023-cü il tarixli 4-MKK-5-3371-23 nömrəli kart vasitəsilə kredit xətti ayrılmasına dair müqaviləsi üzrə 1500 (min beş yüz) manat məbləğində əsas borc, 189,77 (yüz səksən doqquz manat yetmiş yeddi qəpik) manat məbləğində faiz borcu və 9,77 (doqquz manat yetmiş yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 1699,54 (min altı yüz doxsan doqquz manat əlli dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 59,7 (əlli doqquz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar