Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1952/2024 16.11.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlərlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında işə məhkəmənin inzibati binasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlərlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 9528,42 manat əsas borc, 435,55 manat faiz borcu və 25,79 manat dəbbə pulu olmaqla, ümumilikdə 9989,76 manat borcun, məhkəmədə iddia qaldırılması üçün ödənilmiş 120 manat dövlət rüsumunun və 0,40 manat bank xidməti haqqının cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 16 noyabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə göndərilərək tərəflər arasında razılıq əldə edildiyi bildirilmiş, iddia ərizəsinin baxılmamış saxlanılması və iddiaçı tərəfindən ödənilmiş dövlət rüsumunun geri qaytarılması xahiş olumuşdur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən iddia ərizəsinin qaytarılması barəsində ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə məhkəmə ərizəni baxılmamış saxlayır. Həmin Məcəllənin 13.4-cü maddəsinə əsasən mübahisə edilən hüquq münasibətlərini tənzimləyən hüquq norması olmadıqda, məhkəmə analoji münasibətləri tənzimləyən hüquq normalarına müraciət edir. Həmin Məcəllənin 114.1.5-ci maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçı iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizə verdiyindən, cavabdeh isə işin mahiyyəti üzrə həll olunmasını tələb etmədiyindən, mövcud iddia ərizəsi baxılmamış saxlanmalıdır. Eyni zamanda iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 24 oktyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 24 oktyabr 2024-cü il, saat 12:31; Sumqayıt Kommersiya Məhkəməsi üçün) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılmalıdır. Göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci, 260.1-ci, 260.6-cı, 263-cü, 264-cü və 267-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: Ərizə təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlərlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair kiçik iddiaya dair sadələşdirilmiş icraat qaydasında iş üzrə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən 24 oktyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 24 oktyabr 2024-cü il, saat 12:31; Sumqayıt Kommersiya Məhkəməsi üçün) iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1952/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1952/2024
16.11.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver