Məhkəmə qərarları › İş №e-2-2(119)-1973/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1973/2024

13.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1973/2024 13.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Açar sözlər: icarə müqaviləsi, borcun tutulması Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İşin halları

1. İddiaçı 30 oktyabr 2024-cü il tarixdə Cavabdeh qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdehdan xx.xx.2024-cü il tarixli icarə müqaviləsi üzrə əsas borc 5476,80 manat və dövlət rüsumu olaraq ödənilmiş 75 manat pulun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı ilə cavabdeh arasında xx.xx.2024cü il tarixli İcarə Müqaviləsi bağlanmışdır. Tərəflər arasında bağlanmış icarə müqaviləsinin 4.1.1-ci bəndinə əsasən, sahənin icarəyə verildiyi tarixdən 3 ay müddətində icarəçidən icarə haqqı tələb edilmir (xidmət haqları isə ödəniləcəkdir). Cavabdeh tərəfindən iyun, iyul, avqust və sentyabr ayları üzrə ümumilikdə 3964,80 manat xidmət haqqı, sentyabr ayı üzrə isə 9912 manat icarə haqqı ödənilmədiyi üçün borc yaranmışdır. Həmin müqavilənin 4.2.1ci bəndinə əsasən, icarəçi icarə haqqını ayda bir dəfə olmaqla əvvəlcədən (icarəyə verənin bütün icarə müddəti ərzində, hər təqvim ayında veriləcək hesab-fakturalarının qəbul olunduğu gündən başlayaraq), lakin 5 (beş) gündən gec olmamaq şərti ilə ödəməlidir. Həmin müqavilənin 5.4-cü bəndinə əsasən, icarəçi xidmət haqqını və hazırkı İcarə Müqaviləsi üzrə vaxtı çatmış hər hansı digər ödənişi qabaqcadan, icarədarın bütün icarə dövrü ərzində, hər təqvim ayında veriləcək hesab-fakturasının qəbul edilməsindən sonra beş gündən gec olmayaraq ödəməlidir. Müqavilənin 11.2-ci bəndinə əsasən, icarəçi hazırkı İcarə Müqaviləsinin hər hansı müddəasını pozarsa, icarəyə verən Zəmanət Depozitini və ya onun bir hissəsini çatışmayan məbləğin ödənməsi və ya hər hansı pozuntunun aradan qaldırılması üçün istifadə edə bilər, yaxud belə pozuntu nəticəsində yaranmış itki və xərcləri ödəmək üçün hüquqa malikdir, lakin icarəyə verənin hər hansı digər hüquqlarına və zərərlərin əvəzinin ödənməsi (kompensasiya) hüququna xələl gətirmədən lazımı məbləği Zəmanət Depozitindən çıxa bilər. Cavabdeh tərəfindən 8400 manat depozit məbləği ödənildiyi üçün borcdan bu məbləğ çıxılmışdır. Müqavilənin 13.1-ci bəndinə əsasən, icarə müddəti ərzində icarə haqqı, xidmət haqqı və ya hazırkı müqaviləyə əsasən İcarəçinin hər hansı digər vaxtı çatmış ödənişi və ya onun bir hissəsinin ödəmə vaxtı çatdıqdan sonra 30 (otuz) iş günü ərzində ödənməsə (rəsmi tələb edilən və ya edilməyən) belə hallarda icarəyə verən öz qərarı ilə obyektə və ya onun hər hansı bir hissəsinə yenidən daxil olmaq hüququna malik olacaq və bundan sonra hazırkı icarə müqaviləsi, icarəyə verənin ödənilməmiş icarə haqqı və ya xidmət haqqı xərcləri ilə bağlı, yaxud icarəçinin burada göstərilən şərtləri, müddəaları,ehtimalları, öhdəlikləri və ya razılaşmaları pozması ilə bağlı tədbir görmə hüququna xələl gətirmədən, tam olaraq qüvvədən düşəcək və ona xitam veriləcək. Cavabdeh tərəfindən ödənişlə bağlı öhdəliklər pozulduğu üçün xx.xx.2024-cü il tarixdən tərəflər arasında bağlanılmış xx.xx.2024-cü il tarixli icarə müqaviləsinə iddiaçı tərəfindən birtərəfli qaydada xitam verilmişdir.

3. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi Vəkil iddia tələbini müdafiə edərək, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.

4. Cavabdeh məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir.

5. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

6. Mülki Prosessual Məcəllənin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir.

7. Məhkəmə, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, proses iştirakçısını dinləyib, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.

8. Belə ki, iş materiallarından görünür ki, “icarəyə verən” İddiaçı ilə “icarəçi” Cavabdeh arasında 01 iyun 2024-cü il tarixli icarə müqaviləsi bağlanmışdır.

9. 01 iyun 2024-cü il tarixli icarə müqaviləsinin 2.1-ci bəndinə əsasən, icarəyə verən bununla Azərbaycan Respublikası, Bakı şəhəri, Nəsimi rayonu, Neftçilər prospekti 64-72 ünvanında yerləşən “Crescent" Ticarət Mərkəzində və Əlavə 1-də göstərilmiş obyekti burada verilmiş şərt və müddəalara əsasən və hazırki X1 1 kimi qoşulmuş plana uyğun olaraq icarəçiyə icarəyə verir və icarəçi bu obyekti qəbul edir.

10. 01 iyun 2024-cü il tarixli icarə müqaviləsinin 4.1.1-ci bəndinə əsasən sahənin icarəyə verilməsinə görə icarəçi tərəfindən icarəyə verənə ödəniləcək aylıq icarə haqqının məbləği 8400 (səkkiz min dörd yüz) manat (vergilər xaric) müəyyən edilir və sahənin icarəyə verildiyi tarixdən 3 ay müddətində icarəçidən icarə haqqı tələb edilmir (xidmət haqları isə ödəniləcəkdir).

11. İcarə müqaviləsinin 4.2.1-ci bəndinə əsasən, icarəçi icarə haqqını ayda bir dəfə olmaqla əvvəlcədən (icarəyə verənin bütün icarə müddəti ərzində, hər təqvim ayında veriləcək hesab-fakturalarının qəbul olunduğu gündən başlayaraq), lakin 5 (beş) gündən gec olmamaq şərti ilə ödəməlidir.

12. İcarə müqaviləsinin 5.4-cü bəndinə əsasən, icarəçi xidmət haqqını və hazırkı İcarə Müqaviləsi üzrə vaxtı çatmış hər hansı digər ödənişi qabaqcadan, icarədarın bütün icarə dövrü ərzində, hər təqvim ayında veriləcək hesab-fakturasının qəbul edilməsindən sonra beş gündən gec olmayaraq ödəməlidir.

13. İcarə müqaviləsinin 11.2-ci maddəsinə əsasən, icarəçi hazırkı İcarə Müqaviləsinin hər hansı müddəasını pozarsa, icarəyə verən Zəmanət Depozitini və ya onun bir hissəsini çatışmayan məbləğin ödənməsi və ya hər hansı pozuntunun aradan qaldırılması üçün istifadə edə bilər, yaxud belə pozuntu nəticəsində yaranmış itki və xərcləri ödəmək üçün hüquqa malikdir, lakin icarəyə verənin hər hansı digər hüquqlarına və zərərlərin əvəzinin ödənməsi (kompensasiya) hüququna xələl gətirmədən lazımı məbləği Zəmanət Depozitindən çıxa bilər.

14. Həmin müqavilənin 13-cü bəndinə əsasən, icarə müddəti ərzində icarə haqqı, xidmət haqqı və ya hazırkı müqaviləyə əsasən İcarəçinin hər hansı digər vaxtı çatmış ödənişi və ya onun bir hissəsinin ödəmə vaxtı çatdıqdan sonra 30 (otuz) iş günü ərzində ödənməsə (rəsmi tələb edilən və ya edilməyən) belə hallarda icarəyə verən öz qərarı ilə obyektə və ya onun hər hansı bir hissəsinə yenidən daxil olmaq hüququna malik olacaq və bundan sonra hazırkı icarə müqaviləsi, icarəyə verənin ödənilməmiş icarə haqqı və ya xidmət haqqı xərcləri ilə bağlı, yaxud icarəçinin burada göstərilən şərtləri, müddəaları,ehtimalları, öhdəlikləri və ya razılaşmaları pozması ilə bağlı tədbir görmə hüququna xələl gətirmədən, tam olaraq qüvvədən düşəcək və ona xitam veriləcək.

15. İş materiallarından görünür ki, icarə haqqi üzrə xx.xx.2024-cü il tarixli AA2406 seriyalı 11022186 nömrəli elektron qaimə, xx.xx.2024-cü il tarixli MT2406 seriyalı 11335345 nömrəli elektron qaimə, xx.xx.2024-cü il tarixli MT2407 seriyalı 10943158 nömrəli elektron qaimə, xx.xx.2024-cü il tarixli MT2408 seriyalı 10492946 nömrəli elektron qaimə, xx.xx.2024-cü il tarixli MT2408 seriyalı 10492946 nömrəli elektron qaimə, xx.xx.2024-cü il tarixli MT2409 seriyalı 10228137 nömrəli elektron qaimə İddiaçı tərəfindən Cavabdeh göndərilmişdir.

Tətbiq edilən hüquq

16. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur.

17. İş materiallarından görünür ki, 01 iyun 2024-cü il tarixli icarə müqaviləsi üzrə 5476,80 (beş min dörd yüz yetmiş altı manat 80 qəpik) manat əsas borc Cavabdeh tərəfindən İddiaçınə ödənilməmişdir.

18. İş materiallarından görünür ki, ödənilməmiş borcun lazımi qaydada ödənilməsi ilə bağlı cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuşdur.

19. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.

20. Beləliklə də, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, Cavabdeh İddiaçın ilə arasında bağlanmış 01 iyun 2024-cü il tarixli icarə müqaviləsi üzrə öz öhdəliyini lazımi qaydada yerinə yetirməmiş və buna görə də, həmin Müqavilə üzrə ödənilməmiş 5476,80 (beş min dörd yüz yetmiş altı manat 80 qəpik) manat əsas borcun cavabdehdən iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.

21. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-cü maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda, 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.

22. Bundan başqa, iddia tələbinin “ödənilmiş 75 (yetmiş beş) manat manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 29 oktyabr 2024-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 75 (yetmiş beş) manat manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 75 (yetmiş beş) manat dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

23. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.

24. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh (VÖEN: **********) 5476,80 (beş min dörd yüz yetmiş altı manat 80 qəpik) manat məbləğində əsas borc və 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5551,80 (beş min beş yüz əlli bir manat 80 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulmalıdır.

25. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə

Q Ə T E T D İ:

İddia təmin edilsin. Cavabdeh (VÖEN: **********) 5476,80 (beş min dörd yüz yetmiş altı manat 80 qəpik) manat məbləğində əsas borc və 75 (yetmiş beş) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 5551,80 (beş min beş yüz əlli bir manat 80 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər.

Sədrlik edən İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar