Məhkəmə qərarları › İş №e-2-2(119)-1979/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-1979/2025

22.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-1979/2025 22.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh1 22 iyul 2014-cü il S000138 nömrəli kredit müqaviləsinə əsasən 5306 (beş min üç yüz altı) manat məbləğində əsas borc, 107 (yüz yeddi) manat məbləğində faiz borcu olmaqla, cəmi 5413 (beş min dörd yüz on üç) manat məbləğində borcun və 22 iyul 2014cü il S000277 nömrəli kredit müqaviləsinə əsasən 4935 (dörd min doqquz yüz otuz beş) manat məbləğində əsas borc, 115 (yüz on beş) manat məbləğində faiz borcu olmaqla, cəmi 5050 (beş min əlli) manat məbləğində borcun və 122 (yüz iyirmi iki) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatına ödənilməsi, tutmanın kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 məxsus ünvan 1 ünvanında, 0.0785 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 82.8 m, yaşayış sahəsi 15.8 kv.m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə (evin tərkibi və torpaq sahəsi ilə birlikdə) yönəldilərək həmin ipoteka predmetinin açıq hərracda satılması, satışdan əldə edilən vəsaitin iddiaçının hesabına ödənilməsi, satışdan əldə olunan vəsait kerdit borcun ödənilməsinə kifayət etmədikdə qalan borc məbləğinin Cavabdeh1 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı 24 oktyabr 2025-ci il tarixdə iddianın dəyişdirilməsinə dair ərizə verərək Cavabdeh1 22 iyul 2014-cü il tarixli S 000138 – Ş 000277 saylı kredit müqaviləsinə əsasən Sahibkarlığa Kömək Milli Fondunun vəsaiti üzrə 5306 (beş min üç yüz altı) manat məbləğində əsas borc, 107 (yüz yeddi) manat məbləğində faiz borcu, Şimal-Şərq İnkişaf Layihəsi üzrə 4935 (dörd min doqquz yüz otuz beş) manat məbləğində əsas borc, 115 (yüz on beş) manat məbləğində faiz borcu olmaqla, cəmi 10463 (on min dörd yüz altmış üç) manat məbləğində borcun tutularaq iddiaçı “Aqrarkredit Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi, tələbi Cavabdeh2 məxsus ünvan 1 ünvanında, 0.0785 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 82.8 kv.m, yaşayış sahəsi 15.8 kv.m olan 1 mərtəbəli, 3 otaqlı fərdi yaşayış evinə yönəltməklə həmin əmlakın açıq hərraca çıxarılaraq satılması hesabına ümumilikdə 10463 (on min dörd yüz altmış üç) manat məbləğində borcun və 122 (yüz iyirmi iki) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsinə barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı 22 dekabr 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə ərizə təqdim edərək iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin geri qaytarılaraq iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının nümayəndəsi və cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - iddia ərizəsi baxılmamış saxlanılır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının “ərizənin baxılmamış saxlanılması barədə” ərizəsi təmin edilməli və həmin ərizə əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatının “ərizənin baxılmamış saxlanılması barədə” ərizəsi təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən (elektron kabinetə yerləşdirildikdən) sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə şikayət verilə bilər. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar