Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-1989/2025 04.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Qasımova Rəvanə Əşrəf qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 05 iyun 2024-cü il tarixli 4-MCR-2-311-24/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 9192,45 (doqquz min yüz doxsan iki manat qırx beş qəpik) manat məbləğində əsas borc, 635,71 (altı yüz otuz beş manat yetmiş bir qəpik) manat məbləğində faiz borcu, 2,37 (iki manat otuz yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 9830,53 (doqquz min səkkiz yüz otuz manat əlli üç qəpik) manat məbləğində borcun, Cavabdeh1 25 avqust 2023-cü il tarixli 4-MKK-2-2256-23 nömrəli kredit xəttinin ayrılmasına dair razılaşma üzrə 383,91 (üç yüz səksən üç manat doxsan bir qəpik) manat məbləğində əsas borc, 27,21 (iyirmi yeddi manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu, 9,19 (doqquz manat on doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 420,31 (dörd yüz iyirmi manat otuz bir qəpik) manat məbləğində borcun və 120,75 (yüz iyirmi manat yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 05 iyun 2024-cü il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 120 ay müddətinə 15000 manat kredit limiti ayrılmışdır. Borcun təminatı olaraq 05 iyun 2024-cü il tarixində Cavabdeh2 ilə zaminlik müqaviləsi bağlanmışdır. Cavabdeh1 05 iyun 2024-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 23 % olmaqla 36 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. 2025-ci il fevralın 28-dək Cavabdeh1 banka 05 iyun 2024-cü il tarixli kredit müqaviləsi üzrə 9192,45 manat əsas borc, 635,71 manat faiz, 4,73 manat cərimə borcu olmaqla, cəmi 9832,89 manat borcu vardır. Cavabdeh1nun 05 iyun 2024-cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 4,73 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 2,37 manat məbləğində tələb olunur. 25 avqust 2023-cü il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh1 İddiaçı ASC-dən illik 25 %-lə 24 ay müddətinə 500 manat məbləğində kredit götürmüşdür. 2025-ci il fevralın 28-dək Cavabdeh1 banka 25 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə 383,91 manat əsas borc, 27,21 manat faiz borcu və 9,19 manat cərimə borcu olmaqla, cəmi 420,31 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 03 noyabr 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək iş həcminin çoxluğunu nəzərə alıb məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. 21 oktyabr 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarında iddia tələbini qəbul etdiklərini bildirmişlər. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 25 avqust 2023-cü il tarixli 4-MKK-2-2256-23 nömrəli kredit xəttinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 illik faiz dərəcəsi 25% olmaqla 24 ay müddətinə biznes məqsədi ilə 500 (beş yüz) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 25 avqust 2023cü il tarixli 4-MKK-2-2256-23 nömrəli kredit xəttinin ayrılmasına dair razılaşma üzrə 28 fevral 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 383,91 (üç yüz səksən üç manat doxsan bir qəpik) manat məbləğində əsas borc, 27,21 (iyirmi yeddi manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu və 9,19 (doqquz manat on doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 420,31 (dörd yüz iyirmi manat otuz bir qəpik) manat borcu vardır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 05 iyun 2024-cü il tarixli, 4-MCR-2-311-24 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh1 120 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 05 iyun 2024-cü il tarixli, 4-MCR-2-311-24/1 nömrəli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh1 aylıq faiz dərəcəsi 1,92% olmaqla 36 ay müddətinə əsas vəsaitlərin artırılması məqsədilə 10000 (on min) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh1 05 iyun 2024-cü il tarixli 4-MCR-2-311-24/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 28 fevral 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 9192,45 (doqquz min yüz doxsan iki manat qırx beş qəpik) manat məbləğində əsas borcu, 635,71 (altı yüz otuz beş manat yetmiş bir qəpik) manat məbləğində faiz borcu və 4,73 (dörd manat yetmiş üç qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 9832,89 (doqquz min səkkiz yüz otuz iki manat səksən doqquz qəpik) manat borcu vardır. İş materiallarında olan 28 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 05 iyun 2024-cü il tarixli, Z/09858/24 nömrəli zaminlik müqaviləsinə əsasən zamin 05 iyun 2024-cü il tarixli, 4-MCR-2-311-24 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə və ya hissəhissə icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh1 25 avqust 2023-cü il tarixli 4- MKK-2-2256-23 nömrəli kredit xəttinin ayrılmasına dair razılaşmanı və 05 iyun 2024-cü il tarixli, 4-MCR-2-311-24/1 nömrəli kredit verilməsinə dair müqaviləni bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1n arasında bağlanmış 25 avqust 2023-cü il tarixli 4-MKK-2-2256-23 nömrəli kredit xəttinin ayrılmasına dair razılaşma üzrə 383,91 (üç yüz səksən üç manat doxsan bir qəpik) manat məbləğində əsas borc, 27,21 (iyirmi yeddi manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu, 9,19 (doqquz manat on doqquz qəpik) manat məbləğində cərimə, 05 iyun 2024-cü il tarixli, 4-MCR-2-311-24/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 9192,45 (doqquz min yüz doxsan iki manat qırx beş qəpik) manat məbləğində əsas borc, 635,71 (altı yüz otuz beş manat yetmiş bir qəpik) manat məbləğində faiz borcu, 2,37 (iki manat otuz yeddi qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 05 iyun 2024-cü il tarixli, Z/09858/24 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 05 iyun 2024-cü il tarixli 4-MCR-2-311-24 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “120,75 (yüz iyirmi manat yetmiş beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki iş materiallarında olan 26 avqust 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 120,75 (yüz iyirmi manat yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 120,75 (yüz iyirmi manat yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, Cavabdeh1 25 avqust 2023cü il tarixli 4-MKK-2-2256-23 nömrəli kredit xəttinin ayrılmasına dair razılaşma üzrə 383,91 (üç yüz səksən üç manat doxsan bir qəpik) manat məbləğində əsas borc, 27,21 (iyirmi yeddi manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu və 9,19 (doqquz manat on doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 420,31 (dörd yüz iyirmi manat otuz bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 05 iyun 2024-cü il tarixli 4-MCR-2-311-24/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 9192,45 (doqquz min yüz doxsan iki manat qırx beş qəpik) manat məbləğində əsas borc, 635,71 (altı yüz otuz beş manat yetmiş bir qəpik) manat məbləğində faiz borcu və 2,37 (iki manat otuz yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 9830,53 (doqquz min səkkiz yüz otuz manat əlli üç beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 120,75 (yüz iyirmi manat yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdeh1 25 avqust 2023-cü il tarixli 4-MKK-2-2256-23 nömrəli kredit xəttinin ayrılmasına dair razılaşma üzrə 383,91 (üç yüz səksən üç manat doxsan bir qəpik) manat məbləğində əsas borc, 27,21 (iyirmi yeddi manat iyirmi bir qəpik) manat məbləğində faiz borcu və 9,19 (doqquz manat on doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 420,31 (dörd yüz iyirmi manat otuz bir qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 05 iyun 2024-cü il tarixli 4-MCR-2-311-24/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 9192,45 (doqquz min yüz doxsan iki manat qırx beş qəpik) manat məbləğində əsas borc, 635,71 (altı yüz otuz beş manat yetmiş bir qəpik) manat məbləğində faiz borcu və 2,37 (iki manat otuz yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 9830,53 (doqquz min səkkiz yüz otuz manat əlli üç beş qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 120,75 (yüz iyirmi manat yetmiş beş qəpik) manat məbləğində dövlət rüsumu İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-1989/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-1989/2025
04.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver