Məhkəmə qərarları › İş №e-2-2(119)-2003/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2003/2025

07.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2003/2025 07.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh3 31 avqust 2023-cü il tarixli 11-MKK-1-2629-23 nömrəli kredit xəttinin ayrılmasına dair razılaşma üzrə 2016,34 (iki min on altı manat otuz dörd qəpik) manat məbləğində əsas borc, 205,26 (iki yüz beş manat iyirmi altı qəpik) manat məbləğində faiz borcu, 46,16 (qırx altı manat on altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 2267,76 (iki min iki yüz altmış yeddi manat yetmiş altı qəpik) manat məbləğində borcun, cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada iddaçının xeyrinə 19 mart 2024-cü il tarixli 11-MCR-1-129- 24/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 3407,64 (üç min dörd yüz yeddi manat altmış dörd qəpik) manat məbləğində əsas borc, 363,86 (üç yüz altmış üç manat səksən altı qəpik) manat məbləğində faiz borcu, 6,37 (altı manat otuz yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 3777,87 (üç min yeddi yüz yetmiş yeddi manat səksən yeddi qəpik) manat məbləğində borcun və 80,46 (səksən manat qırx altı qəpik) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 19 mart 2024-cü il tarixli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 120 ay müddətinə 15000 manat məbləğində kredit limiti ayrılmışdır. 19 mart 2024-cü il tarixli kredit limitinin ayrılmasına dair razılaşmanın təminatı olaraq 19 mart 2024-cü il tarixdə Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. 19 mart 2024-cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 25% olmaqla 24 ay müddətinə 5000 manat məbləğində kredit götürmüşdür. 31 avqust 2023-cü il tarixli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 25% olmaqla 24 ay müddətinə 3000 manat məbləğində kredit götürmüşdür. 2025-ci ilin mayın 23-dək Cavabdeh3 banka 19 mart 2024-cü il tarixli kredit müqaviləsi üzrə 3407,64 manat məbləğində əsas borc, 363,86 manat məbləğində faiz borcu və 12,74 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 3784,24 manat məbləğində borcu vardır. Cavabdeh3 19 mart 2024-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 12,74 manat məbləğində təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 6,37 manat məbləğində tələb olunur. 2025-ci ilin mayın 23-dək Cavabdeh3 banka 31 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə 2016,34 manat məbləğində əsas borc, 205,26 manat məbləğində faiz borcu və 92,31 manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə cəmi 2313,91 manat məbləğində borcu vardır. Cavabdeh3 31 avqust 2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 92,31 manat məbləğində təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 46,16 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müştəri Cavabdeh3 arasında bağlanmış 31 avqust 2023-cü il tarixli 11-MKK-1-2629-23 nömrəli kredit xəttnin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 biznes məqsədilə 24 ay müddətinə illik faiz dərəcəsi 25 % olmaqla 3000 (üç min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan maliyyə arayışında göstərilir ki, Cavabdeh3 31 avqust 2023-cü il tarixli 11-MKK-1-2629-23 nömrəli kredit xəttnin ayrılmasına dair razılaşma üzrə 23 may 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2016,34 manat məbləğində əsas borc, 205,26 manat məbləğində faiz borcu, 92,31 manat məbləğində cərimə olmaqla, ümumilikdə cəmi 2313,91 manat məbləğində manat borcu vardır. İş materiallarında olan borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh3 arasında bağlanmış 19 mart 2024-cü il tarixli 11-MCR-1-129-24 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh3 120 ay müddətinə aylıq dərəcəsi 2,50 % olmaqla 15000 (on beş min) manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müştəri Cavabdeh3 arasında bağlanmış 19 mart 2024-cü il tarixli 11-MCR-1-129-24/1 nömrəli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh3 dövriyyə vəsaitlərinin artırılması məqsədilə 24 ay müddətinə aylıq faiz dərəcəsi 2,08 %, faktiki illik faiz dərəcəsi 26,289 % olmaqla 5000 (beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarından görünür ki, 19 mart 2024-cü il tarixli 11-MCR-1-129-24/1 nömrəli kreditin verilməsinə dair razılaşmaya 1 saylı Əlavədə borcalan Cavabdeh3 banka olan borcunun müvafiq ödəniş cədvəlinə əsasən son ödəniş tarixi 19 mart 2026-cı il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh3 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh2 arasında bağlanmış 19 mart 2024-cü il tarixli Z/04856/24 nömrəli zaminlik müqaviləsinə əsasən zamin 19 mart 2024-cü il tarixli 11-MCR-1-129-24 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh1 arasında bağlanmış 19 mart 2024-cü il tarixli Z/04857/24 nömrəli zaminlik müqaviləsinə əsasən zamin 19 mart 2024-cü il tarixli 11-MCR-1-129-24 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. İş materiallarında olan maliyyə arayışında göstərilir ki, Cavabdeh3 19 mart 2024-cü il tarixli 11-MCR-1-129-24/1 nömrəli kredit müqaviləsi üzrə 23 may 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 3407,64 manat məbləğində əsas, 363,86 manat məbləğində faiz və 12,74 manat məbləğində cərimə borcu olmaqla, cəmi 3784,24 manat borcu vardır. İş materiallarından görünür ki, cavabdehlərə banka olan borcun ödənməsi ilə bağlı 23 may 2025-ci il tarixdə müvafiq qaydada xəbərdarlıq məktubları göndərilmiş və 5 gün ərzində borc məbləğinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi tələb edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 463.1-ci maddəsinə əsasən dəbbə pulu haqqında razılaşma əsas öhdəliyin formasından asılı olmayaraq yazılı formada bağlanılmalıdır. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh3 31 avqust 2023-cü il tarixli 11-MKK-1- 2629-23 nömrəli kredit xəttinin ayrılmasına dair razılaşmanı, 19 mart 2024-cü il tarixli 11- MCR-1-129-24 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləni və 19 mart 2024-cü il tarixli 11-MCR-1-129-24/1 nömrəli kredit verilməsinə dair müqaviləni bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımi qaydada icra etməyərək kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və əsas borca görə hesablanmış faizləri nəzərdə tutulan qaydada və müddətdə ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti razılaşma ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə də məhkəmə hesab edir ki, Cavabdeh3 ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 31 avqust 2023-cü il tarixli 11-MKK-1-2629-23 nömrəli kredit xəttinin ayrılmasına dair razılaşma üzrə 2016,34 (iki min on altı manat otuz dörd qəpik) manat məbləğində əsas borc, 205,26 (iki yüz beş manat iyirmi altı qəpik) manat məbləğində faiz borcu, 46,16 (qırx altı manat on altı qəpik) manat məbləğində cərimə və 19 mart 2024-cü il tarixli 11-MCR-1-129-24/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 3407,64 (üç min dörd yüz yeddi manat altmış dörd qəpik) manat əsas borc, 363,86 (üç yüz altmış üç manat səksən altı qəpik) manat məbləğində faiz borcu, 6,37 (altı manat otuz yeddi qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 19 mart 2024-cü il tarixli Z/04856/24 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2, 19 mart 2024-cü il tarixli Z/04857/24 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 19 mart 2024-cü il tarixli 11-MCR-1-129-24 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə olan hissədə təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə 80,46 (səksən manat qırx altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş 02 sentyabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 80,46 (səksən manat qırx altı qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Ona görə də məhkəmə hesab edir ki, 80,46 (səksən manat qırx altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada iddaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh3 31 avqust 2023-cü il tarixli 11-MKK-1-2629-23 nömrəli kredit xəttinin ayrılmasına dair razılaşma üzrə 2016,34 (iki min on altı manat otuz dörd qəpik) manat məbləğində əsas borc, 205,26 (iki yüz beş manat iyirmi altı qəpik) manat məbləğində faiz borcu və 46,16 (qırx altı manat on altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 2267,76 (iki min iki yüz altmış yeddi manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 19 mart 2024-cü il tarixli 11-MCR-1-129-24/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 3407,64 (üç min dörd yüz yeddi manat altmış dörd qəpik) manat məbləğində əsas borc, 363,86 (üç yüz altmış üç manat səksən altı qəpik) manat məbləğində faiz borcu və 6,37 (altı manat otuz yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 3777,87 (üç min yeddi yüz yetmiş yeddi manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 80,46 (səksən manat qırx altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh3 31 avqust 2023-cü il tarixli 11-MKK-1-2629-23 nömrəli kredit xəttinin ayrılmasına dair razılaşma üzrə 2016,34 (iki min on altı manat otuz dörd qəpik) manat məbləğində əsas borc, 205,26 (iki yüz beş manat iyirmi altı qəpik) manat məbləğində faiz borcu və 46,16 (qırx altı manat on altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 2267,76 (iki min iki yüz altmış yeddi manat yetmiş altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 19 mart 2024-cü il tarixli 11-MCR-1-129-24/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 3407,64 (üç min dörd yüz yeddi manat altmış dörd qəpik) manat məbləğində əsas borc, 363,86 (üç yüz altmış üç manat səksən altı qəpik) manat məbləğində faiz borcu və 6,37 (altı manat otuz yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 3777,87 (üç min yeddi yüz yetmiş yeddi manat səksən yeddi qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh3, Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 80,46 (səksən manat qırx altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar