Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2008/2025 24.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, İddiaçı nümayəndəsi vəkil Nümayəndə, Cavabdeh iştirakı ilə İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh 1060 (min altmış) manat məbləğində maddi ziyanın, 60 (altmış) manat məbləğində icarə haqqının, Dövlət yol polisi tərəfindən qeydə alınmış və ödənilməmiş 50 (əlli) manat məbləğində cərimənin, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqqın və 31,2 (otuz bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, X1 etibarnamə əsasında İddiaçı adından Cavabdeh ilə 10 yanvar2025-ci il tarixdə bağlanmış icarə müqaviləsinə əsasən “Ravon Nexia R3 minik” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Cavabdeh avtomobili götürdüyü qısa müddət ərzində təqsirli hərəkətləri nəticəsində nəqliyyat vasitəsinə zərər vurmuşdur. 03 aprel 2025-ci il tarixində avtomobil sürücüsü tərəfindən avtoservisə gətirilmişdir. Servisdə sürücünün də iştirakı ilə avtomobilə baxış keçirilmiş və baxış zamanı zədə və nöqsanlar aşkar olunmuşdur. Qeyd olunan hallar sürücünün diqqətinə çatdırılmış, lakin sürücü Cavabdeh dəymiş zərəri ödəyə bilməmiş və bununla bağlı izahat yazmışdır. Daha sonra dəymiş zərər və nəqliyyat vasitəsinin təhvil alınmasına dair akt tərtib olunmuşdur. Sürücü aktı imzalamaqdan imtina etmiş və aktda bu barədə qeyd aparılmışdır. Cavabdeh heç bir əsas olmadan aktı imzalamaqdan imtina etdiyinə görə həmin aktın surəti ona rəsmi poçt vasitəsi ilə 24 sentyabr 2025-ci il tarixdə göndərilmişdir. Avtomobilə dəymiş ziyan barədə avtoservis tərəfindən verilən 04 aprel 2025-ci il tarixdə tərtib edilmiş qüsur aktına əsasən avtomaşının bərpası üçün 1060 (min altmış) manat tələb olunmuşdur. Eyni zamanda sürücü Cavabdeh 1 günü 20 manat dəyərləndirilməklə 3 günlük icarə haqqı 60 (altmış) manat və Dövlət yol polisi tərəfindən qeydə alınmış 50 (əlli) manatlıq ödənilməmiş cəriməsi qalmışdır. Cavabdeh bu barədə məlumat verilsə də, o, qeyd olunan məbləğləri ödəməkdən imtina etmişdir. İddiaçı nümayəndəsi vəkil Nümayəndə 24 dekabr 2025-ci il tarixdə iddia tələbininin azaldılması barədə ərizə verərək cavabdеh Cavabdeh 610 (altı yüz on) manat məbləğində maddi ziyanın, 60 (altmış) manat məbləğində icarə haqqının, Dövlət yol polisi tərəfindən qeydə alınmış və ödənilməmiş 50 (əlli) manat məbləğində cərimənin, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqqın və 31,2 (otuz bir manat iyirmi qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi vəkil Nümayəndə iddia tələbininin azaldılması barədə ərizədə yazılanlara uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. O, 50 (əlli) manat məbləğində cərimənin iddiaçı tərəfindən ödənilməsini təsdiq edən sübutun olmadığını bildirmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında iddia tələbini qismən qəbul etdiyini, 50 (əlli) manat cəriməni özünün ödədiyini bildirmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, iddia tələbininin azaldılması barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icarəyə verən X1 (İddiaçı adından) ilə icarəyə götürən Cavabdeh arasında bağlanmış 10 yanvar 2025-ci il tarixli xx.xx.2025/ DD386 nömrəli icarə müqaviləsinin predmeti “Ravon R3 minik” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil təşkil edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən nəqliyyat vasitəsini icarəyə götürən fiziki şəxs ona etibar edilmiş nəqliyyat vasitəsinin qorunub saxlanmasını və təhlükəsizliyini təmin etməyə, nəqliyyat vasitəsini yanacaq və sürtgü materialları ilə icarəyə verənin şifahi müəyyənləşdirdiyi servisdə təmin etməyə, nəqliyyat vasitəsinin istifadə və istismar qaydalarına riayət etməyə, nəqliyyat vasitəsini kənar şəxslərin idarə etməsinə yol verməməyə, nəqliyyat vasitəsinin sıradan çıxmış tanı hissələrini (təkər, akkumlyator və s.) icarəyə verənin şifahi müəyyənləşdirdiyi servisdə öz hesabına yenisi ilə əvəz etməyə, hərəkəti (və ya hərəkətsizliyi) nəticəsində və digər səbəblərdən nəqliyyat vasitəsini və üçüncü tərəfin iddiası ilə bağlı nəqliyyat vasitəsini icarəyə verən şəxsə dəyən ziyanı öz hesabına ödəməyə, yol nəqliyyatı, yanğın, oğurluq hadisələri zamanı nəqliyyat vasitəsinə dəyən ziyanı ödəməyə və nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nəqliyyat vasitəsinin hər hansı bir səbəbdən nasaz hala salınmış hissələrinin dəyərini və hasilata olan borc qalığını ödəməyə borcludur. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icarəyə verən nəqliyyat vasitəsini işlək vəziyyətdə icarəyə götürənə verməlidir. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən müqavilə bağlandığı zaman nəqliyyat vasitəsini icarəyə götürən şəxs 450 (dörd yüz əlli) manat məbləğində depozit məbləğini nəqliyyat vasitəsini icarəyə verən şəxsə ödəməlidir. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən nəqliyyat vasiləsini icarəyə götürən müvafiq sənədləri təqdim etdikdən sonra nəqliyyat vasitəsini icarəyə verən şəxsin öhdəliyində olan nəqliyyat vasitəsinə həftədə 7 günə görə günlük (nəqliyyat vasitəsinin vəziyyətindən aslı olmayaraq) 20 (iyirmi) manat məbləğində icarə haqqı verir. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən nəqliyyat vasiləsini icarəyə götürün şəxs hər hansı bir səbəbdən nəqliyyat vasitəsini icarəyə verən şəxsə təhvil verərkən nasaz hala salınmış hissələrinin dəyərini və istifadə etdiyi dövr üçün borc qalığını ödəməlidir. İş materiallarında olan Cavabdeh 10 yanvar 2025-ci il tarixli məktubunda qeyd olunmuşdur ki, avtomobilin icarəsinə görə o, 450 manat məbləğində depozit ödəmişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsinin sürücüyə təhvil verilməsinə dair” 10 yanvar 2025-ci il tarixli təhvil-təslim aktından görünür ki, 10 yanvar 2025-ci il tarixli xx.xx.2025/DD386 nömrəli icarə müqaviləsinə əsasən “Ravon Nexia R3 minik” markalı, **- DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsi texniki baxımdan saz vəziyyətdə Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan “Nəqliyyat vasitəsinin təhvil alınmasına dair” 03 aprel 2025-ci il tarixli aktda göstərilir ki, avtomobilin sürücüsü Cavabdeh tərəfindən avtomobil 03 aprel 2025-ci il tarixdə avtoservisə gətirilmiş, avtoservisdə sürücünün iştirakı ilə avtomobilə baxış keçirilmiş, baxış keçirilən zaman zədə və nöqsanlar aşkar olunmuşdur. Qeyd olunan zədə və nöqsanlar sürücüyə göstərilmiş, lakin o, cəriməni, dəymiş zərəri ödəməkdən imtina etmiş, izahatını yazaraq aktı imzalamadan servisdən getmişdir. İş materiallarında olan izahatda Cavabdeh 03 aprel 2025-ci il tarixdə maşını qaytarmaq üçün ofisə yaxınlaşdığını, avtomobilin 772 manat amortizasiya və kosmetika xərcləri, 50 manat cərimə, 60 manat icarə haqqı olmaqla, cəmi 882 manat məbləğində pulu ödəyə bilmədiyini qeyd etmişdir. İş materiallarında olan 04 aprel 2025-ci il tarixli qüsur aktında avtomobilin ehtiyat hissələrinin qiyməti 650 (altı yüz əlli) manat, təmir-usta işlərinin qiyməti 410 (dörd yüz on) manat olmaqla, “Ravon Nexia R3 minik R3 minik” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı nəqliyyat vasitəsinin təmir-bərpa xərci 1060 (min altmış) manat müəyyən edilir. İş materiallarında olan 02 iyun 2025-ci il tarixli arayışda qeyd olunmuşdur ki, avtomobilin ehtiyat hissələrinin qiyməti 650 (altı yüz əlli) manat, təmir-usta işlərinin qiyməti 410 (dörd yüz on) manat olmaqla, cəmi 1060 (min altmış) manat “Ravon Nexia R3 minik” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil üçün İddiaçı tərəfindən avtoservisə ödəniş həyata keçirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə, kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, tərəflər arasında 10 yanvar 2025-ciil tarixli xx.xx.2025/DD386 nömrəli icarə müqaviləsi bağlanılmış və həmin müqavilə əsasında “Ravon Nexia R3” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil etibarnamə ilə idarə olunması üçün cavabdehin istifadəsinə verilmişdir. Sözügedən avtomobil Cavabdeh tərəfindən 03 aprel 2025-ci il tarixdə avtoservisə gətirilmiş və iddiaçı tərəfindən təhvil alınmışdır. Avtomobil iddiaçı tərəfindən təhvil alınarkən avtomobilə baxış keçirilmiş və baxış nəticəsində nəqliyyat vasitəsinin nasaz vəziyyətdə olması müəyyən edilmişdir. Bununla bağlı qüsur akt tərtib edilərək avtomobilə dəymiş zərər müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, iddiaçı tərəfindən “Ravon Nexia R3” markalı, **-DD-*** dövlət qeydiyyat nişanlı avtomobil 10 yanvar 2025-ci il tarixdən texniki cəhətdən saz vəziyyətdə Cavabdeh təhvil verilmiş, lakin sonuncu həmin nəqliyyat vasitəsini 03 aprel 2025-ci il tarixdə nasaz vəziyyətdə iddiaçıya geri qaytarmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, cavabdеh Cavabdeh 610 (altı yüz on) manat məbləğində maddi ziyanın tutularaq İddiaçı ödənilməsi hissəsində iddia tələbi əsaslı olduğundan təmin edilməlidir. Bundan başqa məhkəmə qeyd edir ki, iddia tələbi 3 gün üçün ödənilməmiş 60 (altmış) manat məbləğində icarə haqqının cavabdehdən tutularaq iddiaçıya ödənilməsi hissəsində də əsaslı olduğundan təmin edilməli, 60 (altmış) manat məbləğində icarə haqqı cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. İddia tələbinin “50 (əlli) manat məbləğində cərimənin cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, həmin cərimənin iddiaçı tərəfindən ödənilməsini təsdiq edən heç bir sübut təqdim edilmədiyindən və iddia tələbinin bu hissədə əsaslılığı müəyyən edilmədiyindən iddia həmin hissədə rədd edilməlidir. İddia tələbinin “etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində notariat haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, İddiaçı tərəfindən X2 verilmiş 18 fevral 2024-cü il tarixli etibarnamənin alınması üçün 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat notariat haqqı ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində notariat haqqının əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “31,2 (otuz bir manat iyirmi qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi”nə dair hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia tələbinin təmin edilmiş hissəsinə uyğun hesablanmış 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 610 (altı yüz on) manat məbləğində maddi ziyan, 60 (altmış) manat məbləğində icarə haqqı, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqq və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 717,25 (yeddi yüz on yeddi manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh 610 (altı yüz on) manat məbləğində maddi ziyan, 60 (altmış) manat məbləğində icarə haqqı, etibarnamə alınması üçün ödənilmiş 17,25 (on yeddi manat iyirmi beş qəpik) manat məbləğində haqq və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 717,25 (yeddi yüz on yeddi manat iyirmi beş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-2008/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2008/2025
24.12.2025 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver