Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-201/2025 03.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakın boşaldılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakın boşaldılması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Quba Rayon Məhkəməsinin 29 yanvar 2020-ci il tarixli 2(027)-182/2020 saylı qətnaməsi ilə Cavabdeh1, X1 və X2 müştərək qaydada İddiaçı QSC-nin xeyrinə tutulmalı olan 34981,51 (otuz dörd min doqquz yüz səksin bir ABŞ dolları, əlli bir sent) ABŞ dolları məbləğində borcun, ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutma yönəldilməsi üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu və 36 (otuz altı) manat məbləğində xidmət haqqının ipoteka predmeti olan Quba rayonu Alekseyevka kəndində 0,24 ha torpaq sahəsi və üzərində yerləşən Liter A və Liter 1A saylı fərdi yaşayış evlərinə yönəldilməsi, həmin əmlakın açıq hərracdan satılması, satışdan əldə olunan vəsait hesabına iddiaçıya olan borcun ödənilməsi, Quba rayonu Alekseyevka kəndində 0.24 ha torpaq sahəsi və üzərində yerləşən Liter A və Liter 1A saylı fərdi yaşayış evlərinə tutma yönəldildikdən və o satıldıqdan 1 ay sonra cavabdehlərin həmin əmlakdan çıxarılması,əmlakın boşaldılması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 02 iyul 2025-ci il tarixində məhkəməyə ərizə ünvanlayaraq, məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilərək işin baxılmamış saxlanılması və ödənilmiş 100 manat məbləğində dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının ərizənin baxılmamış saxlanılması haqqında ərizəsi təmin edilməli və onun tərəfindən cavabdehlərə qarşı verilmiş “tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakın boşaldılması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin aşağıda qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçı tərəfindən cavabdehlərə qarşı verilmiş “tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakın boşaldılması” tələbi barədə iddia ərizəsinə (e-2-2(119)-201/2025 nömrəli kommersiya işi) görə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu qaytarılmalıdır. Belə ki, iddiaçı tərəfindən iş materiallarına əlavə edilmiş 03 oktyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzi ilə müəyyən olunur ki, iddiaçı tərəfindən “tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakın boşaldılması” tələbi barədə iddia ərizəsinin verilməsi üçün 100 manat məbləğində dövlət rüsumu dövlət büdcəsinə (Sumqayıt Kommersiya Məhkəməsi üçün) ödənilmişdir. Mülki Prosessual Məcəllənin 114.1.5-ci maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə baxılmamış saxlanılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Bunlardan başqa, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 01 iyul 2025-ci il tarixli UNİ/İ-01-331/2025 nömrəli mütəxəssis rəyinə əlavə olunmuş məktubdan görünür ki, aparılan mütəxəssis tədqiqatının dəyəri 300 manat məbləğində təşkil etmişdir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 115.0.1-ci maddəsinə əsasən, şahidlərə, ekspertlərə, mütəxəssislərə, tərcüməçilərə verilməli olan məbləğlər işə baxılması ilə əlaqədar məsrəflərə aiddir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.4-cü maddəsinə əsasən, işdə iştirak edən şəxslər məhkəmə xərclərinin bölüşdürülməsi barədə razılığa gəldikləri halda məhkəmə bu razılığa uyğun olaraq qərar qəbul edir. Məhkəmə hesab edir ki, hazırkı iş üzrə məhkəmə xərclərinin bölünməsi barədə hər hansı razılıq barədə məlumat təqdim edilmədiyindən 300 yüz manat məbləğində mütəxəssis xərcinin 150 manat məbləğində olan hissəsi iddiaçıdan, 150 manat məbləğində olan digər hissəsi isə cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının cavabdehlərə qarşı “tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakın boşaldılması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanmalı, iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 100 manat məbləğində dövlət rüsumu ona geri qaytarılmalı, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaitinin 150 manat məbləğində olan hissəsi iddiaçıdan, 150 manat məbləğində olan digər hissəsi cavabdehlərdən müştərək qaydada tutularaq "xxxx" MMC-yə ödənilməlidir. Mülki Prosessual Məcəllənin 260.4-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra maraqlı şəxs ümumi qaydada ərizə ilə məhkəməyə yenidən müraciət etməyə haqlıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin ərizənin baxılmamış saxlanılması barədə ərizəsi təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “tutmanın ipoteka predmetinə yönəldilməsi və əmlakın boşaldılması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi baxılmamış saxlanılsın. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən 03 oktyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən dövlət büdcəsinə ödənilmiş 100 (yüz) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 03 oktyabr 2024-cü il, 16:09:34; Sumqayıt Kommersiya Məhkəməsi üçün) həmin ödənişi etmiş iddiaçıya geri qaytarılsın. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaitinin 150 (yüz əlli) manat məbləğində olan hissəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyətindən, 150 (yüz əlli) manat məbləğində olan digər hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh4, Cavabdeh2 və Cavabdeh3 tutularaq dövlət büdcəsinə ödənilsin. İddiaçıya izah edilsin ki, iddianın baxılmamış saxlanması üçün səbəb olan şərait aradan qaldırıldıqdan sonra ümumi qaydada iddia ərizəsi ilə məhkəməyə yenidən müraciət edə bilər. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-201/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-201/2025
03.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver