Məhkəmə qərarları › İş №e-2-2(119)-2011/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2011/2025

18.12.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2011/2025 18.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı tərəfindən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı verilmiş “elektron qaimənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs qismində cəlb edilməklə Cavabdehnə qarşı “elektron qaimənin ləğv edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 03 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10073845 nömrəli və 03 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10072633 nömrəli elektron qaimə-fakturaların ləğv edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması və bununla bağlı elektron qaimə-fakturaların elektron informasiya sistemi üzərindən ləğv edilməsi səlahiyyətinin Dövlət Vergi Xidmətinə həvalə edilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 26 yanvar 2024-cü il tarixində icraçı İddiaçı ilə sifarişçi Cavabdeh arasında 26012024 nömrəli xidmət müqaviləsi bağlanmışdır. Həmin xidmət müqaviləsinə 1 saylı əlavəyə əsasən sifarişçi Skechers Layihəsi üzrə ümumi dəyəri 164674,68 (yüz altmış dörd min altı yüz yetmiş dörd) manat (ƏDV xaric) olan xidmət haqqını icraçıya ödəməyi, icraçı isə qeyd edilmiş dəyərdə xidməti icra etməyi öhdəsinə götürmüşdür. İş icra edildikdən sonra icraçı tərəfindən endirim tətbiq olunaraq xidmətin dəyəri 164392,93 (yüz altmış dörd min üç yüz doxsan iki manat doxsan üç qəpik) manat (ƏDV xaric) müəyyən edilmişdir. Xidmət icra olunan zaman icraçı tərəfindən “X3” (VÖEN **********) Məhdud Məsuliyyətli Cəmiyyətinə 02 iyul 2025-ci il tarixli MT2407 seriyalı 10103355 nömrəli elektron qaimə-faktura üzrə 148173,68 (yüz qırx səkkiz min yüz yetmiş üç manat altmış səkkiz qəpik) manat (ƏDV xaric) və 02 iyul 2025-ci il tarixli MT2407 seriyalı 10102767 nömrəli elektron qaimə-faktura üzrə 16219,3 (on altı min iki yüz on doqquz manat otuz qəpik) manat dəyərində satış qaimələri göndərilmişdir. Bununla əlaqədar 02 iyul 2025-ci il tarixli MT2407 seriyalı 10102767 nömrəli elektron qaimə üzrə 09 iyul 2024-ci il tarixində sifarişçi tərəfindən 16219,3 (on altı min iki yüz on doqquz manat otuz qəpik) manat, həmçinin 02 iyul 2025-ci il tarixli MT2407 seriyalı 10103355 nömrəli elektron qaimə üzrə sifarişçi tərəfindən 07 mart 2024-cü il tarixdə 44452,09 manat, 04 iyul 2024-cü il tarixdə 44452,09 manat, 10 sentyabr 2024-cü il tarixdə 44452,09 manat, 18 iyul 2025-ci il tarixdə 14817,36 manat ödəniş edilmişdir. Müqavilənin “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) ilə bağlanması nəzərdə tutulsa da texniki səhv olaraq müqavilə hüquqi şəxsin adına bənzər olan Cavabdeh (VÖEN **********) ilə bağlanmışdır. Müqavilənin möhür hissəsi də “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin səlahiyyətli nümayəndəsi tərəfindən təsdiq edilmişdir. Hüquqi şəxsin ad bənzərliyi səbəbindən texniki səhv nəticəsində “Blue Planet“ Məhdud Məsuliyyətli Cəmiyyətinə 03 iyun 2024-cü il tarixində 16501,05 manat (ƏDV xaric) dəyərində MT2406 seriyalı 10073845 nömrəli və 148173,63 manat (ƏDV xaric) dəyərində MT2406 seriyalı 10072633 nömrəli elektron qaimə-fakturalar göndərilmişdir. Daha sonra, elektron qaimə-fakturaların ləğv edilməsi ilə bağlı 28 iyun 2024-cü il, 31 yanvar 2025-ci il və 14 may 2025-ci il tarixlərində Cavabdehnə müraciət edilməsinə baxmayaraq elektron qaimə-fakturalar ləğv edilməmişdir və heç bir müqavilə münasibəti olmadığı halda sistem tərəfindən elektron qaimə-fakturalar avtomatik təsdiqlənmişdir. Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən 3-21-2-3/2-568613/2025 nömrəli 07 may 2025-ci il tarixli vergilərin, cari vergi ödəmələrinin, məcburi dövlət sosial sığorta, işsizlikdən sığorta və icbari tibbi sığorta haqlarının hesablanması barədə Qərar qəbul edilmişdir. “Mənfəət vergisinin bəyannaməsi”nin 200.1-ci (Malların təqdim edilməsindən gəlir), 200.2-ci (İşlərin görülməsindən və xidmətlərin göstərilməsindən gəlir), 201-ci (Amortizasiya olunan əsas vəsaitlərin təqdim edilməsindən gəlir), 202-ci (Аmortizasiya olunmayan aktivlərin təqdim edilməsindən gəlir) və 203-cü (Əmlakın icarəyə verilməsindən gəlir) sətirlərində göstərilmiş cəmi 2688000,49 manat gəlir məbləği hesabat dövrü ərzində online kassa aparatı ilə müəyyən edilən (0 manat), tərəfinizdən ixrac edilmiş (0 manat) və təqdim edilmiş elektron qaimə-faktura əsasında satılmış mallar (işlər, xidmətlər) (2852675,16 manat) barədə Dövlət Vergi Xidmətinin məlumat bazasında olan cəmi 2852675,16 manat məbləğdən 164674,67 manat az əks etdirildiyi qeyd edilərək 12 may 2025-ci il tarixində 32934,93 manat əlavə mənfəət vergi (164,674.67*20%) məbləği hesablanmışdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 62-ci maddəsini əsas tutaraq sözügedən Qərardan 14 may 2024-cü il tarixində şikayət verilmiş, lakin şikayət təmin edilməmişdir. İddiaçı 11 dekabr 2025-ci il tarixində iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək 03 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10073845 nömrəli və 03 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10072633 nömrəli elektron qaimə-fakturaların ləğvinin təsdiq edilməsi öhdəliyinin Cavabdeh üzərinə qoyulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, 03 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10073845 nömrəli və 03 iyun 2024- cü il tarixli MT2406 seriyalı 10072633 nömrəli elektron qaimə-fakturaların ləğv edilməsinin təsdiq edilməsi ilə bağlı 27 iyun 2024cü il, 31 yanvar 2025-ci , 14 may 2025-ci və 10 dekabr 2025-ci il tarixlərdə Cavabdehnə ləğvetmə qaiməsi göndərilməsinə baxmayaraq, cavabdeh ləğvə göndərilmiş elektron qaimələrin ləğvini təsdiq etməmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin və iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzrlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsini dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - X4 tərəfindən təmsil olunan icraçı İddiaçı ilə direktor Mehriban Axundova tərəfindən təmsil olunan sifarişçi Cavabdeh arasında 26 yanvar 2024-cü il tarixli 26012024 nömrəli xidmət müqaviləsi bağlanmış, müqavilə direktorlar tərəfindən imzalanaraq İddiaçı və “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü ilə təsdiq edilmişdir. - 26 yanvar 2024-cü il tarixli 26012024 nömrəli xidmət müqaviləsinə 1 və 2 saylı Qoşma olan işin həcmi İddiaçı direktoru Teymur Yusifov və “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin direktoru Mehriban Axundova tərəfindən imzalanaraq həmin hüquqi şəxslərin möhürü ilə təsdiq edilmişdir. - İddiaçı tərəfindən Cavabdehnə 174844,8834 (148173,63 manat malın dəyəri + 26671,2534 manat ƏDV) manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 03 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10072633 nömrəli və 19471,239 (16501,05 manat malın dəyəri + 2970,189 manat ƏDV) manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 03 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10073845 nömrəli elektron qaimə-fakturalar təqdim olunmuşdur. - İddiaçı 28 iyun 2024-cü və 31 yanvar 2025-ci il tarixlərdə Cavabdeh vergi kabinetinə məktub ünvanlayaraq 03 iyun 2024-cü il tarixdə MT2406 seriyalı 10073845 nömrəli və MT2406 seriyalı 10072633 nömrəl elektron qaimə-fakturaların yanlışlıqla Cavabdeh vergi kabinetinə göndərildiyini, tərəflər arasında heç bir müqavilənin olmadığını, xidmətin göstərilmədiyini qeyd etmiş və həmin elektron qamə-fakturaların ləğv olunmasını xahiş etmişdir. - İddiaçı 14 may 2025-ci il tarixdə Cavabdeh vergi kabinetinə məktub ünvanlayaraq 03 iyun 2024-cü il tarixdə Cavabdehnə səhvən göndərilmiş MT2406 seriyalı 10073845 nömrəli və MT2406 seriyalı 10072633 nömrəl elektron qaimə-fakturaların ləğv edilməsinin təsdiq olunmasını xahiş etmişdir. Məktubda bir neçə dəfə qeyd olunan elektron qaiməfakturalar ləğvə göndərilsə də, Cavabdeh tərəfindən təsdiq olunmadığı, tərəflər arasında hər hansı müqavilənin, mal və ya xidmətlərin olmadığı, ödənişlər edilmədiyi nəzərə alınaraq həmin elektron qaimə-fakturaların ləğv olunması xahiş edilmişdir. İş materiallarında olan elektron qaimə-fakturaların tarixçəsindən görünür ki, MT2406 seriyalı 10073845 nömrəli və MT2406 seriyalı 10072633 nömrəl elektron qaimə-fakturalar ləğv təsdiqi üçün 28 iyun 2024-cü , 31 yanvar 2025-ci, 14 may 2025-ci və 10 dekabr 2025ci il tarixlərdə Cavabdehnə göndərilmişdir. İş materiallarında olan mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən üçüncü şəxs Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı Şəhəri Lokal Gəlirlər Baş İdarəsinin 30 oktyabr 2025-ci il tarixli məktubunda göstərilir ki, Azərbaycan Respublikasının Nazirlər Kabinetinin “Elektron qaimə-fakturanın tətbiqi, uçotu və istifadəsi Qaydaları”nın təsdiq edilməsi barədə 14 mart 2017-ci il tarixli 89 nömrəli qərarına əsasən elektron qaimə-fakturanın ləğvi fakturanı təqdim edən vergi ödəyicisi (satıcı) tərəfindən aparılır və elektron qaimə-faktura ləğv edildikdən sonra alıcının e-qutusuna bu barədə məlumat göndərilir. Vergi ödəyicisi tərəfindən təqdim edilmiş elektron qaimə-fakturanın ləğv edilməsi və ya bərpa edilməsi vergi orqanının səlahiyyətlərinə aid edilməmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə 174844,8834 (148173,63 manat malın dəyəri + 26671,2534 manat ƏDV) manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 02 iyul 2024-cü il tarixli MT2407 seriyalı 10103355 nömrəli və 19138,7742 (16219,30 manat malın dəyəri + 2919,474 manat ƏDV) manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 02 iyul 2024-cü il tarixli MT2407 seriyalı 10102767 nömrəli elektron qaimə-fakturalar təqdim olunmuşdur. İş materiallarında olan 06 noyabr 2025-ci il tarixli hesabdan çıxarışdan görünür ki, “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabına 07 mart 2024-ü il tarixdə 44452,09 manat, 04 iyul 2024-cü il tarixdə 44452,09 manat, 09 iyul 2024-cü il tarixdə 16219,3 manat ödəniş, 10 sentyabr 2024-cü il tarixdə 44452,09 manat və 18 iyul 2025-ci il tarixdə 14817, 36 manat ödəniş edilmişdir. İş materiallarında olan 06 noyabr 2025-ci il tarixli ƏDV sub uçotunda olan çıxarışdan görünür ki, “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətində olan hesabına 07 mart 2024-cü il tarixdə 8001,38 manat məbləğində, 05 iyul 2024-cü il tarixdə 8001,38 manat məbləğində 10 iyul 2024-cü il tarixdə 2919,47 manat məbləğində, 11 sentyabr 2024-cü il tarixdə 8001,38 manat məbləğində, 18 iyul 2025-ci il tarixdə 2667,12 manat məbləğində ödəniş edilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2021-ci il 2 fevral tarixli 26 nömrəli Qərarı ilə təsdiq edilmiş “Elektron qaimə-fakturaların forması, tədbiqi və istifadəsi” Qaydalarının 3.8-ci bəndinə əsasən vergi ödəyicisi tərəfindən elektron qaimə-faktura səhv verildikdə (qəbul edənin VÖEN-i səhv göstərildikdə, eyni əməliyyat üzrə təkrarən təqdim edildikdə və s.), habelə əməliyyat baş tutmadan göndərildikdə göndərilmiş elektron qaiməfaktura ləğv edilir və bu barədə məlumat qəbul edən vergi ödəyicisinin elektron kabinetinə ötürülür (bu Qaydaların 2.2.10-cu yarımbəndində qeyd olunan elektron qaimə-faktura istisna olmaqla), qəbul edənin elektron kabineti olmadıqda isə çap edilərək birbaşa təqdim edilir. Ləğv edilmiş elektron qaimə-fakturada ləğvin səbəbi göstərilir. Həmin Qaydaların 3.9.-cu bəndinə əsasən elektron qaimə-fakturanın ləğv edilməsi qəbul edən tərəfindən göndərildiyi ayın sonuncu gününədək təsdiq edilməlidir. Elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilmədikdə, elektron qaimə-faktura proqram təminatı tərəfindən ləğv edilməmiş sayılır. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, icraçı İddiaçı ilə qanuni təmsilçisi X1 olan sifarişçi “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti (VÖEN **********) arasında 26 yanvar 2024-cü il tarixli 26012024 nömrəli xidmət müqaviləsi bağlanmış, müqavilə direktorlar tərəfindən imzalanaraq İddiaçı və “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinin möhürü ilə təsdiq edilmiş, lakin müqavilənin giriş hissəsində sifarişçi kimi yanlışlıqla hüquqi şəxsin adına bənzər qanuni təmsilçisi X6 olan Cavabdeh (VÖEN **********) qeyd olunmuşdur. İşlər görülüb “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə təhvil verildikdən sonra tərəflər arasında təhvil-qəbul aktı imzalanmış, lakin 174844,8834 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 03 iyun 2024-cü il tarixli MT240 seriyalı ********* nömrəli və 19471,239 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 03 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10073845 nömrəli elektron qaimə-fakturalar səhvən Cavabdehnə göndərilmiş və həmin elektron qaimə-fakturalar sistem tərəfindən təsdiqlənmişdir. İddiaçıya səhvən Cavabdehnə elektron qaimə-fakturalar göndərildiyi məlum olduqdan sonra 28 iyun 2024-cü il tarixdə həmin elektron qaimə-fakturalar ləğv edilməsinin təsdiq olunması üçün cavabdehə göndərilmişdir. Bundan sonra isə 02 iyul 2024-cü il tarixdə İddiaçı tərəfindən “X3” Məhdud Məsuliyyətli Cəmiyyətinə 174844,8834 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar MT2407 seriyalı 10103355 nömrəli və 19138,7742 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar MT2407 seriyalı 10102767 nömrəli elektron qaimə-fakturalar təqdim olunmuş və həmin məbləğlər “X3” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən ödənilmişdir. Göründüyü kimi, İddiaçı ilə Cavabdeh hər hansı müqavilə bağlanmamış və cavabdeh tərəfindən iddiaçıya hər hansı xidmət göstərilməmişdir. Səhvən göndərilmiş 03 iyun 2024cü il tarixli MT2406 seriyalı 10072633 nömrəli və 19471,239 manat dəyərində xidmətlərin göstərilməsi ilə əlaqədar 03 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10073845 nömrəli elektron qaimə-fakturalar ləğv edilməsinin təsdiq olunması üçün 28 iyun 2024-cü, 31 yanvar 2025-ci, 14 may 2025-ci və 10 dekabr 2025-ci il tarixlərdə Cavabdehnə göndərilsə də, cavabdeh tərəfindən sözügedən elektron qaimə-fakturanın ləğv olunması təsdiq edilməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsaslı olduğundan təmin edilməli, İddiaçı tərəfindən Cavabdehnə göndərilmiş 03 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10073845 nömrəli və 03 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10072633 nömrəli elektron qaimə-fakturaların ləğv edilməsinin təsdiq olunması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, İddiaçı tərəfindən Cavabdehnə göndərilmiş 03 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10073845 nömrəli və 03 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10072633 nömrəli elektron qaimə-fakturaların ləğv edilməsinin təsdiq olunması öhdəliyi Cavabdeh üzərinə qoyulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, QƏTETDİ: İddia təmin edilsin. İddiaçı tərəfindən Cavabdehnə göndərilmiş 03 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10073845 nömrəli və 03 iyun 2024-cü il tarixli MT2406 seriyalı 10072633 nömrəli elektron qaimə-fakturaların ləğv edilməsinin təsdiq olunması öhdəliyi Cavabdeh üzərinə qoyulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar