Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2014/2025 25.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X3, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 02 mart 2023-cü il tarixli 32-MCR-1-7-22/2 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 2627,2 (iki min altı yüz iyirmi yeddi manat iyirmi qəpik) manat məbləğində əsas borcun, 303,68 (üç yüz üç manat altmış səkkiz qəpik) manat məbləğində faiz borcunun, 38,58 (otuz səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində cərimənin, 11 aprel 2023-cü il tarixli 32-MCR-1-7-22/3 nömrəli kredit razılaşması üzrə 992,72 (doqquz yüz doxsan iki manat yetmiş iki qəpik) manat məbləğində əsas borcun, 120,14 (yüz iyirmi manat on dörd qəpik) manat məbləğində faiz borcunun, 14,29 (on dörd manat iyirmi doqquz qəpik) manat məbləğində cərimənin,19 oktyabr 2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə 10797,34 (on min yeddi yüz doxsan yeddi manat otuz dörd qəpik) manat məbləğində əsas borcun, 1324,34 (min üç yüz iyirmi dörd manat otuz dörd qəpik) manat məbləğində faiz borcunun və 8,82 (səkkiz manat səksən iki qəpik) manat məbləğində cərimənin və 138,8 (yüz otuz səlkkiz manat səksən qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh3 xx.xx.2022-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətinin “Xaçmaz” filialından 120 ay müddətinə 30000 manat məbləğində kredit limiti verilmişdir. Borcun təminatı olaraq xx.xx.2022-ci il tarixində Cavabdeh2 ilə, xx.xx.2023-cü il tarixində isə Cavabdeh1 və Cavabdeh4 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh3 "xxxx" Açıq Səhmdar Cəmiyyətindən illik faiz dərəcəsi 22 % olmaqla 36 ay müddətinə 8000 manat məbləğində kredit götürmüşdür. 2025-ci il yanvarın 10-dək Cavabdeh3 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 2627,2 manat əsas borc, 303,68 manat faiz borcu, 77,15 manat cərimə olmaqla, cəmi 3008,03 manat borcu vardır. Cavabdeh3 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə ümumi cərimə borcu 77,15 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50 %-i miqdarında olmaqla, yəni 38,58 manat məbləğində tələb olunur. Cavabdeh3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən illik faiz dərəcəsi 25 % olmaqla 24 ay müddətinə 1000 manat məbləğində kredit götürmüşdür. 2025-ci il yanvarın 10-dək Cavabdeh3 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 992,72 manat əsas borc, 120,14 manat faiz borcu, 28,57 manat cərimə olmaqla, cəmi 1141,43 manat borcu vardır. Cavabdeh3 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 28,57 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 50%-i miqdarında olmaqla, yəni 14,29 manat məbləğində tələb olunur. Cavabdeh3 xx.xx.2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktuba əsasən illik faiz dərəcəsi 22 % olmaqla 36 ay müddətinə 13000 manat məbləğində kredit götürmüşdür. 2025-ci il yanvarın 10-dək Cavabdeh3 banka xx.xx.2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə 10797,34 manat əsas borc, 1324,34 manat faiz borcu, 35,26 manat cərimə olmaqla, cəmi 12156,94 manat borcu vardır. Cavabdeh3 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 35,26 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 8,82 manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh3 izahatında təxminən 12000 manat borcu qaldığını, lakin bunu təsdiq edən sənədləri olmadığını bildirmiş, faiz borcunun silinməsini və qalan əsas borcun ödəniş etməsi üçün aylara bölünməsini xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 izahatında Cavabdeh3 bankdan üç dəfə kredit götürdüyünü, 14-15 ay ödəniş etdiyini, lakin borc məbləğləri barədə məlumatı olmadığını bildirmişdir. Cavabdeh4 və Cavabdeh1 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müştəri Cavabdeh3 arasında bağlanmış 29 dekabr 2022-ci il tarixli 32-MCR-1-7-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 120 ay müddətinə 30000 (otuz min) manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh2 arasında bağlanmış 29 dekabr 2022-ci il Z/21337/22 nömrəli zaminlik müqaviləsinə əsasən bu müqavilənin predmeti 29 dekabr 2022-ci il tarixli 32-MCR-1-7-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh4 arasında bağlanmış 02 mart 2023-cü il tarixli Z/03398/23 nömrəli zaminlik müqaviləsinə əsasən bu müqavilənin predmeti 29 dekabr 2022-ci il tarixli 32-MCR-1-7-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 02 mart 2023-cü il tarixli Z/03399/23 nömrəli zaminlik müqaviləsinə əsasən bu müqavilənin predmeti 29 dekabr 2022-ci il tarixli 32-MCR-1-7-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 29 dekabr 2022-ci il 32-MCR-1-7-22 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə edilmiş 02 mart 2023-cü il tarixli Əlavə Sazişə əsasən müqavilənin 10-cu bəndinə Cavabdeh1 (02 mart 2023-cü il tarixli Z/03399/23 nömrəli müqavilə), Cavabdeh4 (02 mart 2023-cü il tarixli Z/03398/23 nömrəli müqavilə) və X1 (02 mart 2023-cü il tarixli Z/03404/23 nömrəli müqavilə) tərəfindən verilən zaminlik əlavə edilir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müştəri Cavabdeh3 arasında bağlanmış 02 mart 2023-cü il tarixli 32-MCR-1-7-22/2 nömrəli kredit verilməsinə dair razılaşmaya əsasən Cavabdeh3 illik faiz dərəcəsi 22% olmaqla 36 ay müddətinə biznes məqsədi ilə 8000 (səkkiz min) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 11 aprel 2023-cü il tarixli 32-MCR-1-7-22/3 nömrəli kredit razılaşmasına əsasən Cavabdeh3 illik faiz dərəcəsi 25% olmaqla 24 ay müddətinə biznes məqsədi ilə 1000 (min) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 19 oktyabr 2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktuba əsasən Cavabdeh3 illik faiz dərəcəsi 22 % olmaqla 36 ay müddətinə biznes məqsədi ilə 13000 (on üç min) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 10 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 02 mart 2023-cü il tarixli 32-MCR-1-7-22/2 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 10 yanvar 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 2627,2 (iki min altı yüz iyirmi yeddi manat iyirmi qəpik) manat məbləğində əsas borcu, 303,68 (üç yüz üç manat altmış səkkiz qəpik) manat məbləğində faiz borcu və 77,15 (yetmiş yeddi manat on beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 3008,03 (üç min səkkiz manat üç qəpik) manat borcu vardır. İş materiallarında olan 10 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 11 aprel 2023-cü il tarixli 32-MCR-1-7-22/3 nömrəli kredit razılaşması üzrə 10 yanvar 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 992,72 (doqquz yüz doxsan iki manat yetmiş iki qəpik) manat məbləğində əsas borc, 120,14 (yüz iyirmi manat on dörd qəpik) manat məbləğində faiz borcu və 28,57 (iyirmi səkkiz manat əlli yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 1141,43 (min yüz qırx bir manat qırx üç qəpik) manat borcu vardır. İş materiallarında olan 10 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 19 oktyabr 2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə 10 yanvar 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 10797,34 (on min yeddi yüz doxsan yeddi manat otuz dörd qəpik) manat məbləğində əsas borc, 1324,34 (min üç yüz iyirmi dörd manat otuz dörd qəpik) manat məbləğində faiz borcu və 35,26 (otuz beş manat iyirmi altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 12156,94 (on iki min yüz əlli altı manat doxsan dörd qəpik) manat borcu vardır. İş materiallarında olan 25 dekabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 19 oktyabr 2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə 25 dekabr 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 9614,32 (doqquz min altı yüz on dörd manat otuz iki qəpik) manat məbləğində əsas borc, 3594,17 (üç min beş yüz doxsan dörd manat on yeddi qəpik) manat məbləğində faiz borcu və 304,07 (üç yüz dörd manat yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 13512,56 (on üç min beş yüz on iki manat əlli altı qəpik) manat borcu vardır. İş materiallarında olan 10 yanvar 2025-ci il tarixli xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtailə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh3 29 dekabr 2022-ci il tarixli 32- MCR-1-7-22 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmanı, 02 mart 2023-cü il tarixli 32-MCR-1-7-22/2 nömrəli kredit verilməsinə dair razılaşmanı, 11 aprel 2023-cü il tarixli 32- MCR-1-7-22/3 nömrəli kredit razılaşmasını və 19 oktyabr 2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktubu bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3n arasında bağlanmış 02 mart 2023-cü il tarixli 32-MCR-1-7-22/2 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 2627,2 (iki min altı yüz iyirmi yeddi manat iyirmi qəpik) manat məbləğində əsas borc, 303,68 (üç yüz üç manat altmış səkkiz qəpik) manat məbləğində faiz borcu, 38,58 (otuz səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində cərimə, 11 aprel 2023-cü il tarixli 32-MCR-1-7-22/3 nömrəli kredit razılaşması üzrə 992,72 (doqquz yüz doxsan iki manat yetmiş iki qəpik) manat məbləğində əsas borc, 120,14 (yüz iyirmi manat on dörd qəpik) manat məbləğində faiz borcu, 14,29 (on dörd manat iyirmi doqquz qəpik) manat məbləğində cərimə, 19 oktyabr 2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə 1324,34 (min üç yüz iyirmi dörd manat otuz dörd qəpik) manat məbləğində faiz borcu və 8,82 (səkkiz manat səksən iki qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə ödənilməlidir. Məhkəmə iddia tələbinin “19 oktyabr 2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə 10797,34 (on min yeddi yüz doxsan yeddi manat otuz dörd qəpik) manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iddia tələbi bu hissədə qismən təmin edilməli, iş materiallarında olan 25 dekabr 2025-ci il tarixli maliyyə arayışı əsas götürülərək 19 oktyabr 2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə 9614,32 (doqquz min altı yüz on dörd manat otuz iki qəpik) manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 29 dekabr 2022-ci il Z/21337/22 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2, 02 mart 2023-cü il tarixli Z/03398/23 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh4 və 02 mart 2023-cü il tarixli Z/03399/23 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 29 dekabr 2022-ci il tarixli 32-MCR-1-7-22 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “138,8 (yüz otuz səlkkiz manat səksən qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd iddia tələbinin həcminə uyğun hesablanmış 135,13 (yüz otuz beş manat on üç qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 02 mart 2023-cü il tarixli 32-MCR-1-7-22/2 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 2627,2 (iki min altı yüz iyirmi yeddi manat iyirmi qəpik) manat məbləğində əsas bоrc, 303,68 (üç yüz üç manat altmış səkkiz qəpik) manat məbləğində faiz borcu, 38,58 (otuz səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində cərimə, 11 aprel 2023-cü il tarixli 32-MCR-1-7-22/3 nömrəli kredit razılaşması üzrə 992,72 (doqquz yüz doxsan iki manat yetmiş iki qəpik) manat məbləğində əsas bоrc, 120,14 (yüz iyirmi manat on dörd qəpik) manat məbləğində faiz borcu, 14,29 (on dörd manat iyirmi doqquz qəpik) manat məbləğində cərimə, 19 oktyabr 2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə 9614,32 (doqquz min altı yüz on dörd manat otuz iki qəpik) manat məbləğində əsas borc, 1324,34 (min üç yüz iyirmi dörd manat otuz dörd qəpik) manat məbləğində faiz borcu, 8,82 (səkkiz manat səksən iki qəpik) manat məbləğində cərimə və 135,13 (yüz otuz beş manat on üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 15179,22 (on beş min yüz yetmiş doqquz manat iyirmi iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 02 mart 2023-cü il tarixli 32-MCR-1-7-22/2 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 2627,2 (iki min altı yüz iyirmi yeddi manat iyirmi qəpik) manat məbləğində əsas bоrc, 303,68 (üç yüz üç manat altmış səkkiz qəpik) manat məbləğində faiz borcu, 38,58 (otuz səkkiz manat əlli səkkiz qəpik) manat məbləğində cərimə, 11 aprel 2023-cü il tarixli 32- MCR-1-7-22/3 nömrəli kredit razılaşması üzrə 992,72 (doqquz yüz doxsan iki manat yetmiş iki qəpik) manat məbləğində əsas bоrc, 120,14 (yüz iyirmi manat on dörd qəpik) manat məbləğində faiz borcu, 14,29 (on dörd manat iyirmi doqquz qəpik) manat məbləğində cərimə, 19 oktyabr 2023-cü il tarixli onlayn kredit verilməsinə dair məktub üzrə 9614,32 (doqquz min altı yüz on dörd manat otuz iki qəpik) manat məbləğində əsas borc, 1324,34 (min üç yüz iyirmi dörd manat otuz dörd qəpik) manat məbləğində faiz borcu, 8,82 (səkkiz manat səksən iki qəpik) manat məbləğində cərimə və 135,13 (yüz otuz beş manat on üç qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 15179,22 (on beş min yüz yetmiş doqquz manat iyirmi iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-2014/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2014/2025
25.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver