Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2018/2025 18.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı sadələşdirilmiş icraat qaydasında Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 ünvan 1 ünvanında yerləşən binanın “A” blokunun 0-cı səviyyəsində, ümumi sahəsi 55 kvadrat metr təşkil edən 21 nömrəli ofis sahəsinin icarəyə verilməsi haqqında 14 aprel 2023-cü il tarixli, 23/162 nömrəli müqavilə üzrə xitam tarixinə yığılmış ƏDV daxil 1204,75 (min iki yüz dörd manat yetmiş beş qəpik) manat məbləğində əsas borc və 32,05 (otuz iki manat beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1236,8 (min iki yüz otuz altı manatı səksən qəpik) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki İddiaçı ilə Cavabdeh2 arasında ünvan 1 ünvanında yerləşən binanın “A” blokunun 0-cı səviyyəsində, ümumi sahəsi 55 kvadrat metr təşkil edən 21 nömrəli ofis sahəsinin icarəyə verilməsi haqqında 14 aprel 2023-cü il tarixli 23/162 nömrəli müqavilə bağlanmışdır. İcarə müqaviləsinin 2.1-i bəndinə əsasən icarəyə verilən əmlak(lar) təhvil verilmə tarixi kimi razılaşdırılmış 20 aprel 2023-cü il tarixindən etibarən cavabdehə təhvil verilmiş və icarəyə verilən əmlak(lar)ın təyinatına uyğun istifadə üçün yararlı vəziyyətə gətirilməsi, müvafiq əşya/avadanlıqlarla təchiz edilməsi ilə əlaqədar olaraq təhvil verilmə tarixindən etibarən 2 (iki) ay müddətinə cavabdehə bu müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş haqların ödənişi ilə bağlı möhlət verilmiş və həmin müddət ərzində cavabdehdən müvafiq haqlar tutulmamışdır. İcarə müqaviləsinin 3.1-ci bəndinə uyğun olaraq başlama tarixi kimi göstərilmiş 20 iyun 2023-cü il tarixindən etibarən 19 dekabr 2023-cü il tarixinədək olan müddət ərzində icarə müqaviləsinin 1.1.1-ci yarımbəndində nəzərdə tutulan icarəyə verilən əmlak(lar)ın hər kvadrat metri üçün ƏDV xaric 13 (on üç) manat məbləğində olmaqla, ümumilikdə ƏDV xaric 715 (yeddi yüz on beş) manat məbləğində, 20 dekabr 2023-cü il tarixindən etibarən icarə müqaviləsinin 1.1.1-ci yarımbəndində nəzərdə tutulan icarəyə verilən əmlak(lar)ın hər kvadrat metri üçün ƏDV xaric 15 (on beş) manat məbləğində olmaqla, ümumilikdə ƏDV xaric 825 (səkkiz yüz iyirmi beş) manat məbləğində, məbləğində aylıq icarə haqqı, iddiaçı tərəfindən icarə müqaviləsinin 15.1-ci və 15.2-ci bəndlərində nəzərdə tutulmuş təmizlik və texniki xidmətlərin göstərilməsinə görə icarə müqaviləsinin 1.1.1-ci yarımbəndində nəzərdə tutulan icarəyə verilən əmlak(lar)ın hər kvadrat metri üçün ƏDV xaric 2 (iki) manat məbləğində olmaqla, ümumilikdə ƏDV xaric 110 (yüz on ) manat məbləğində aylıq təmizlik və texniki xidmətlərə görə haqq, o cümlədən iddiaçı tərəfindən icarə müqaviləsinin 15.3-cü bəndində nəzərdə tutulmuş mühafizə xidmətlərinin göstərilməsinə görə icarə müqaviləsinin 1.1.1-ci yarımbəndində nəzərdə tutulan İcarəyə verilən əmlak(lar)ın hər kvadrat metri üçün ƏDV xaric 1 (bir) manat məbləğində olmaqla, ümumilikdə ƏDV xaric 55 (əlli beş) manat məbləğində aylıq mühafizə xidmətlərinə görə haqqın cavabdeh tərəfindən ödənilməsi şərti razılaşdırılmışdır. İcarə müqaviləsinin 3.8-ci bəndinə əsasən həmin müqavilə ilə nəzərdə tutulmuş haqları ödəmək öhdəliyi hər cari ayın ilk günündən etibarən yaranır və hansının daha gec baş verməsindən asılı olaraq hər cari ayın ilk 10 (on) təqvim günü və ya müvafiq hesab-faktura və/və ya elektron qaiməfaktura təqdim edildikdən sonra 5 (beş) iş günü ərzində cavabdeh tərəfindən iddiaçının bank hesabına köçürmə yolu ilə ödənilir. İcarə müqaviləsinin 5.2.1-ci yarımbəndinə uyğun olaraq icarə haqqı və müqavilə üzrə digər ödənişləri hesab-faktura və digər təsdiqedici sənədlər əsasında vaxtlı-vaxtında ödəmək cavabdehin əsas öhdəliyi kimi nəzərdə tutulmuşdur. İcarə müqaviləsinin 8.6-cı bəndinə əsasən qarşılıqlı razılıq əsasında müqavilə tərəfləri istənilən vaxt müqaviləni ləğv edə bilərlər. Tərəflərin qarşılıqlı razılığı ilə icarə müqaviləsinə 30 sentyabr 2023-cü il tarixində xitam verilmişdir. Razılaşmanın 3-cü bəndində cavabdehin xitam tarixinədək icarə müqaviləsi üzrə iddiaçıya ödəməli olduğu ümumi borcunun ƏDV daxil 3504,75 (üç min beş yüz dörd manat yetmiş beş qəpik) manat məbləğində təşkil etməsi təsbit edilmişdir və cavabdehin müvafiq borc məbləğinin 2023-cü ilin noyabr – 2024-cü ilin aprel ayları aralığında olan dövrün hər ayı üçün ümumi borc məbləğindən ƏDV daxil 584,125 (beş yüz səksən dörd manat on iki tam onda beş qəpik) olmaqla, 2024-cü ilin aprel ayının sonunadək tam həcmdə təmin edilməsinə dair öhdəlik müəyyənləşdirilsə də, toplanmış borc məbləğinin tam həcmdə ödənişi təmin edilməmişdir. Mübahisənin məhkəməyə qədər könüllü olaraq həll edilməsinə nail olmaq məqsədilə 09 oktyabr 2024-cü il tarixində cavabdehə yaranmış borc məbləğinin ödənilməsinin təmin edilməsi haqqında iddiaçı tərəfindən FMG-01.24.666 nömrəli pretenziya bildirişi göndərilmiş və icarə müqaviləsi üzrə yığılmış ƏDV daxil 1204,75 (min iki yüz dörd manat yetmiş beş qəpik) manat məbləğində borc məbləğinin ödənişinin 5 (beş) iş günü ərzində həyata keçirilməyəcəyi təqdirdə iddiaçının pozulmuş hüquq, maraq və mənafelərinin bərpası hüququndan istifadə edərək, məhkəmə və hüquq-mühafizə orqanlarına müraciət edəcəyi və bu zaman yalnız borc məbləğinin deyil, həm də dəbbə pulu daxil olmaqla, cavabdehin iddiaçıya vurduğu bütün zərərin əvəzinin ödənilməsinin tələb ediləcəyi bildirilmişdir. Lakin cavabdeh sözügedən pretenziya bildirişinə də məhəl qoymamış və xitam tarixindən az qala iki ilə yaxın müddət keçməsinə baxmayaraq müvafiq borc məbləğinin ödənilməsi istiqamətində heç bir addım atmamışdır Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki: - İcarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh2 arasında ünvan 1 ünvanında yerləşən binanın “A” blokunun 0-cı səviyyəsində, ümumi sahəsi 55 kvadrat metr təşkil edən 21 nömrəli ofis sahəsinin icarəyə verilməsi haqqında 14 aprel 2023-cü il tarixli, 23/162 nömrəli icarə müqaviləsi bağlanmışdır. - İddiaçı ilə icarəçi Cavabdeh2 arasında 17 iyun 2023-cü il tarixli (qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında 2023-cü il tarixli, 23/162 nömrəli müqaviləyə dəyişiklər edilməsi barədə) Əlavə Razılaşma bağlanmışdır. Həmin Razılaşmaya əsasən icarə müqaviləsinin 2.1-ci bəndinin ikinci cümləsi, 2.2-ci və 3.1-ci bəndləri dəyişdirilərək aşağıdakı redaksiyada verilir: İcarəyə verilən əmlak(lar)ın təyinatına uyğun istifadə üçün yararlı vəziyyətə gətirilməsi, müvafiq əşya/avadanlıqlarla təchiz edilməsi ilə əlaqədar olaraq təhvil verilmə tarixindən etibarən 2 (iki) ay müddətinə cavabdehə bu müqavilənin 3.1-ci bəndində nəzərdə tutulmuş haqların ödənişi ilə bağlı möhlət verilir və həmin müddət ərzində cavabdehdən müvafiq haqlar tutulmur. xx.xx.2023-cü il – xx.xx.2023-cü il tarixinləri aralığında olan dövr ərzində icarə müqaviləsinin 1.1.1-ci yarımbəndində nəzərdə tutulan icarəyə verilən əmlak(lar)ın hər kvadrat metri üçün ƏDV xaric 13 (on üç) manat məbləğində olmaqla, ümumilikdə ƏDV xaric 715 (yeddi yüz on beş) manat məbləğində, xx.xx.2023-cü il tarixindən başlayaraq bu müqavilənin 1.1.1-ci yarımbəndində nəzərdə tutulan icarəyə verilən əmlak(lar)ın hər kvadrat metri üçün ƏDV xaric 15 (on beş) manat məbləğində olmaqla, ümumilikdə ƏDV xaric 825 (səkkiz yüz iyirmi beş) manat məbləğində, məbləğində aylıq icarə haqqı, icarəyə verən tərəfindən icarə müqaviləsinin 15.1-ci və 15.2-ci bəndlərində nəzərdə tutulmuş təmizlik və texniki xidmətlərin göstərilməsinə görə icarə müqaviləsinin 1.1.1-ci yarımbəndində nəzərdə tutulan icarəyə verilən əmlak(lar)ın hər kvadrat metri üçün ƏDV xaric 2 (iki) manat məbləğində olmaqla, ümumilikdə ƏDV xaric 110 (yüz on ) manat məbləğində aylıq təmizlik və texniki xidmətlərə görə haqq, icarəyə verən tərəfindən icarə müqaviləsinin 15.3-cü bəndində nəzərdə tutulmuş mühafizə xidmətlərinin göstərilməsinə görə icarə müqaviləsinin 1.1.1-ci yarımbəndində nəzərdə tutulan İcarəyə verilən əmlak(lar)ın hər kvadrat metri üçün ƏDV xaric 1 (bir) manat məbləğində olmaqla, ümumilikdə ƏDV xaric 55 (əlli beş) manat məbləğində aylıq mühafizə xidmətlərinə görə haqqın icarəçi tərəfindən ödənilməsi şərti razılaşdırılmışdır. - İcarəyəverən İddiaçı ilə icarəçi Cavabdeh2 arasında bağlanmış 04 oktyabr 2023-cü il tarixli “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 14 aprel 2023-cü il tarixli, 23/162 nömrəli müqaviləyə xitam verilməsi və borcun ödənişinin tənzimlənməsi barədə razılaşmanın 1-ci bəndinə əsasən tərəflərin qarşılıqlı razılığına əsasən icarə Müqaviləsinə 30 sentyabr 2023-cü il tarixində xitam verilmiş hesab edilsin. - Həmin razılaşmanın 3-cü bəndinə əsasən tərəflər təsdiq edirlər ki, icarəçinin xitam tarixinə icarə müqaviləsi üzrə icarəyə verənə ödəməli olduğu ümumi borcu ƏDV daxil 3504,75 (üç min beş yüz dörd manat yetmiş beş qəpik) manat məbləğində təşkil edir və müvafiq borc məbləği icarəçi tərəfindən aşağıdakı hissələrlə və qaydada ödənilərək, 2024cü ilin aprel ayının sonunadək tam həcmdə təmin edilməlidir: - Həmin razılaşmanın 3.1-ci bəndinə əsasən 2023-cü ilin noyabr - 2024-cü ilin aprel ayları aralığında olan dövrün hər ayı üçün ümumi borc məbləğindən ƏDV daxil 584,125 (beş yüz səksən dörd manat on iki tam onda beş qəpik). - Həmin razılaşmanın 4-cü bəndinə əsasən bu razılaşmanın 3-cü bəndində nəzərdə tutulmuş ödənişlər hər ayın ilk 10 (on) təqvim günü ərzində İcarəyə verənin bank hesabına köçürmə yolu ilə həyata keçirilməlidir. - İddiaçı tərəfindən Cavabdeh2 1038,4 manat icarə haqqının, baxım və mühafizə xidməti haqqının ödənilməsi ilə əlaqədar 02 iyun 2023-cü il tarixli EBDG seriyalı 996310 nömrəli, 1038,4 manat icarə haqqının, baxım və mühafizə xidməti haqqının ödənilməsi ilə əlaqədar 04 iyul 2023-cü il tarixli EBDJ seriyalı 109040 nömrəli, 8,8 manat haqqın ödənilməsi ilə əlaqədar 26 iyul 2023-cü il tarixli EBDK seriyalı 675141 nömrəli, 1038,4 manat icarə haqqının, baxım və mühafizə xidməti haqqının ödənilməsi ilə əlaqədar 02 avqust 2023-cü il tarixli EBDL seriyalı 214731, 1038,4 manat icarə haqqının, baxım və mühafizə xidməti haqqının ödənilməsi ilə əlaqədar 27 sentyabr 2023-cü il tarixli EBDP seriyalı 168140 nömrəli elektron qaimə-fakturalar təqdim olunmuşdur. - İddiaçı tərəfindən Cavabdeh2 380,75 manat məbləğində icarə haqqının, baxım və mühafizə xidməti haqqının ödənilməsi ilə əlaqədar 01 iyun 2023-cü il tarixli hesab faktura, 1038,4 manat məbləğində icarə haqqının, baxım və mühafizə xidməti haqqının ödənilməsi ilə əlaqədar 01 iyul 2023-cü il tarixli hesab faktura, 8,8 manat məbləğində haqqın ödənilməsi ilə əlaqədar 25 iyul 2023-cü il tarixli hesab faktura, 1038,4 manat məbləğində icarə haqqının, baxım və mühafizə xidməti haqqının ödənilməsi ilə əlaqədar 01 avqust 2023-cü il tarixli hesab faktura və 1038,4 manat məbləğində icarə haqqının, baxım və mühafizə xidməti haqqının ödənilməsi ilə əlaqədar 01 sentyabr 2023-cü il tarixli hesabfaktura təqdim olunmuşdur. - Cavabdeh2 tərəfindən İddiaçınə 30 noyabr 2023-cü il tarixdə 500 manat, 31 yanvar 2024-cü il tarixdə 700 manat, 13 mart 2024-cü il tarixdə 500 manat, 23 aprel 2024-cü il tarixdə 300 manat və 23 may 2024-cü il tarixdə 500 manat ödəniş həyata keçirilmişdir. - İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 14 aprel 2023-cü il tarixli, 23/162 nömrəli müqavilə üzrə qalıq borc haqqında cədvəlinə əsasən Cavabdeh2 28 avqust 2025-ci il tarixə qalıq borcu 1204,75 (min iki yüz dörd manat yetmiş beş qəpik) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. - 700.2-ci maddəsinə əsasən icarə predmeti torpaq sahələri, binalar, daşınar əşyalar, hüquqlar və müəssisələr ola bilər. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edildi ki, İddiaçı ilə Cavabdeh2 arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri mövcud olmuşdur. Cavabdeh müqaviləyə əsasən üzərinə götürdüyü öhdəlikləri lazımi qaydada yerinə yetirmədiyindən hal-hazırda iddiaçıya borcu yaranmışdır. Müəyyən olunur ki, xx.xx.2023- 30.09.203-cü il tarixləri üçün cavabdehə ümumilikdə ƏDV daxil 3504,75 manat icarə haqqı, baxım və mühafizə xidməti haqqı hesablanmış, həmin haqdan 2300 manat ödənilmiş, 1204,75 manat isə ödənilməmiş qalmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddaçı cavabdehdən müqavilə üzrə öhdəliyinin yerinə yetirilməsini, yaranmış borcun ödənilməsini tələb etməkdə haqlıdır və icarə haqqına, baxım və mühafizə xidməti haqqına görə ƏDV daxil 1204,75 (min iki yüz dörd manat yetmiş beş qəpik) manat borc cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “32,05 (otuz iki manat beş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, 25 sentyabr 2025-ci il tarixli ödəniş qəbzindən məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən 32,05 (otuz iki manat beş qəpik) manat məbləğində dövlət rüsumu ödənildiyi görünür. Buna görə iddia həmin hissədə də təmin edilməli, cavabdehdən 32,05 (otuz iki manat beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdеh Cavabdeh2 1204,75 (min iki yüz dörd manat yetmiş beş qəpik) manat məbləğində borc və 32,05 (otuz iki manat beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1236,8 (min iki yüz otuz altı manatı səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 1204,75 (min iki yüz dörd manat yetmiş beş qəpik) manat məbləğində borc və 32,05 (otuz iki manat beş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1236,8 (min iki yüz otuz altı manatı səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-2018/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2018/2025
18.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver