Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2019/2025 24.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları:
1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 DCLT00308359-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6248,28 (altı min iki yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas borc, 1521,23 (min beş yüz iyirmi bir manat iyirmi üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 7769,51 (yeddi min yeddi yüz altmış doqquz manat əlli bir qəpik) manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 97,7 (doxsan yeddi manat yetmiş qəpik) məbləğində dövlət rüsumunun əvəzinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 23 fevral 2024-cü il tarixdə bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 31 iyul 2023-cü il tarixli 1.0.6 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/00308359 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X1 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda ümumi şərtlər toplusu çərçivəsində İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında 23 fevral 2024-cü il tarixli DCLT00308359-06 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən borcalana 23 avqust 2024-cü il tarixədək illik faiz dərəcəsi 24%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 33,5% olmaqla, 7648 (yeddi min altı yüz qırx səkkiz) manat məbləğində nağdsız qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən, "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən və "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən tütün məhsullarının alışı və bununla bağlı ƏDV-nin ödənilməsi məqsədilə kredit xətti açılmışdır. Lakin borcalan qeyd edilən müqavilə üzrə öhdəliklərini icra etməyərək gecikmələrə yol vermişdir. Buna görə də bank tərəfindən məhkəməyə qədər pretenziya qaydasına əməl edilərək cavabdehlərə xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Hazırda borcalan Cavabdeh2 08 sentyabr 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə DCLT00308359-06 saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 6248,28 (altı min iki yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas borcu, 1521,23 (min beş yüz iyirmi bir manat iyirmi üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 7769,51 (yeddi min yeddi yüz altmış doqquz manat əlli bir qəpik) manat məbləğində borcu vardır və gecikmə günlərinin sayı 382 gün təşkil edir.
3. 06 noyabr 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
4. 06 noyabr 2025-ci il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh2 borcu olduğunu, lakin maddi vəziyyətinə görə ödəniş edə bilmədiyini deyərək məhkəmədən cərimə məbləğinin azaldılmasını xahiş etmişdir.
5. İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh2 məhkəmə iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.
8. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 31 iyul 2023-cü il tarixli 1.0.6 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə 23 fevral 2024-cü il tarixli OnGTC/SE/00308359 saylı razılaşma imzalanmışdır.
9. Həmin bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu çərçivəsində 23 fevral 2024-cü il tarixli DCLT00308359-06 saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və bank tərəfindən Cavabdeh2 23 avqust 2024-cü il tarixədək illik faiz dərəcəsi 24%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 33,5% olmaqla 7648 (yeddi min altı yüz qırx səkkiz) manat məbləğində biznes məqsədi ilə birdəfəlik kredit verilmişdir.
10. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 02 oktyabr 2025-ci il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh2 08 sentyabr 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə DCLT00308359-06 saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 6248,28 (altı min iki yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas borcu, 1521,23 (min beş yüz iyirmi bir manat iyirmi üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 7769,51 (yeddi min yeddi yüz altmış doqquz manat əlli bir qəpik) manat məbləğində borcu vardır.
Tətbiq edilən hüquq
11. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır.
12. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir.
13. Həmin Məcəllənin 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir.
14. Həmin Məcəllənin 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür.
15. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur.
16. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır.
17. Həmin Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir.
18. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
19. Həmin Məcəllənin 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür.
Məhkəmənin mövqeyi:
20. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul Cavabdeh2 23 fevral 2024-cü il tarixli DCLT00308359-06 saylı maliyyələşdirmə üçün ərizəni imzalayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan borcunu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir.
21. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 23 fevral 2024-cü il tarixli DCLT00308359-06 saylı maliyyələşdirmə üçün ərizə üzrə 6248,28 (altı min iki yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir.
22. Bundan başqa iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 1521,23 (min beş yüz iyirmi bir manat iyirmi üç qəpik) manat məbləğində dəbbə pulunun tutulması” hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla, tələb edilən dəbbə pulu məbləği azaldılaraq, cavabdehdən cəmi 350 (üç yüz əlli) manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır.
23. Həmçinin hazırkı iddia tələbinin həcminə uyğun hesablanmış 85,98 (səksən beş manat doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.
24. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur.
25. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
26. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirərək istinad edilən qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehdən 6248,28 (altı min iki yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas borc, 350 (üç yüz əlli) manat məbləğində cərimə və 85,98 (səksən beş manat doxsan səkkiz qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6684,26 (altı min altı yüz səksən dörd manat iyirmi altı qəpik) manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalıdır.
27. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir.
28. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir.
29. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir.
30. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir.
31. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır.
32. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia qismən təmin edilsin. Cavabdeh2 6248,28 (altı min iki yüz qırx səkkiz manat iyirmi səkkiz qəpik) manat məbləğində əsas bоrc, 350 (üç yüz əlli) manat məbləğində cərimə və ödənilmiş 85,98 (səksən beş manat doxsan səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 6684,26 (altı min altı yüz səksən dörd manat iyirmi altı qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən: İslam Əliyev