Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-203/2025 10.09.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2la aralarında bağlanmış 13 yanvar 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə 32336,61 (otuz iki min üç yüz otuz altı manat, altmış bir qəpik) manat məbləğində əsas borc, 2899,84 (iki min səkkiz yüz doxsan doqquz manat, səksən dörd qəpik) manat məbləğində faiz borcu, 3520,95 (üç min beş yüz iyirmi manat, doxsan beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 38757,4 (otuz səkkiz min yeddi yüz əlli yeddi manat, qırx qəpik) manat məbləğində pul vəsaitinin, Cavabdeh2la aralarında bağlanmış 17 aprel 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə üzrə 18968,73 (on səkkiz min doqquz yüz altmış səkkiz manat, yetmiş üç qəpik) manat məbləğində əsas borc, 2829,92 (iki min səkkiz yüz iyirmi doqquz manat, doxsan iki qəpik) manat məbləğində faiz borcu, 1527,43 (min beş yüz iyirmi yeddi manat, qırx üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 23326,08 (iyirmi üç min üç yüz iyirmi altı manat, səkkiz qəpik) manat məbləğində pul vəsaitinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 36 (otuz altı) manat xidmət haqqının, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 276,25 (iki yüz yetmiş altı manat, iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin həmin cavabdehdən və zamin qismində iştirak etmiş digər Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Abşeron rayonu, Masazır kəndində 0.019 ha torpaq sahəsində yerləşən 88.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına yuxarıda qeyd edilən məbləğlərin iddiaçının xeyrinə tutulması, satışdan əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 iddiaçı ilə bağladığı 13 avqust 2021-ci il tarixli 027L**********43 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən 120 ay müddətinə 300000 manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən edilir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ilə bağladığı 13 yanvar 2023-cü il tarixli 027R********** nömrəli krеdit razılaşması əsasında 11 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 79500 manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 24 may 2023-cü il tarixli 027R**********S saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 24 yanvar 2024-cü il tarixdən banka qaytarmamışdır. O, götürdüyü krеdit bоrcundan 47163,39 manat ödəmiş, onun 32336,61 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 21 noyabr 2024-cü il tarixə 302 gün üçün hesablanmış faiz borcu 2899,84 manat təşkil etmişdir. Krеdit razılaşmasının 4.2.2-ci yarımbəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 21 noyabr 2024-cü il tarixə 302 gün üçün hеsablanmış cərimə məbləği 3520,95 manat təşkil etmişdir. Eyni zamanda uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 iddiaçı ilə bağladığı 17 aprel 2023-cü il tarixli 027R********** nömrəli krеdit razılaşması əsasında 22 ay müddətinə, aylıq faiz dərəcəsi 1.4167 % оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərtilə 40900 manat məbləğində krеdit götürmüşdür. Cavabdeh2 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 17 yanvar 2024-cü il tarixdən banka qaytarmamışdır. O, götürdüyü krеdit bоrcundan 21931,27 manat ödəmiş, onun 18968,73 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Cavabdeh2 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 21 noyabr 2024-cü il tarixə 309 gün üçün hesablanmış faiz borcu 2829,92 manat təşkil etmişdir. Krеdit razılaşmasının 4.2.2-ci yarımbəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 % məbləğində cərimə ödəməlidir. 21 noyabr 2024-cü il tarixə 309 gün üçün hеsablanmış cərimə məbləği 1527,43 manat təşkil etmişdir.Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеh Cavabdeh1 zaminlik müqaviləsinə əsasən bank qarşısında öz üzərinə məsuliyyət götürmüşlər. Bundan başqa, uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh2 öhdəliklərinin icrasını təmin etmək məqsədilə onunla iddiaçı arasında bağlanılmış 19 avqust 2021-ci il tarixli 027M**********01 nömrəli ipoteka müqaviləsi əsasında qeyd edilən şəxslərin paylı mülkiyyətlərində olan Abşeron rayonu, Masazır kəndində 0.019 ha torpaq sahəsində yerləşən 88.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İddiaçı 16 yanvar 2025-ci il tarixində məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək Cavabdeh2la aralarında bağlanmış 13 yanvar 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə 30086,61 (otuz min səksən altı manat, altmış bir qəpik) manat məbləğində əsas borc, 4606,1 (dörd min altı yüz altı manat, on qəpik) manat məbləğində faiz borcu, 2570,95 (iki min beş yüz yetmiş manat, doxsan beş qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 37263,66 (otuz yeddi min iki yüz altmış üç manat, altmış altı qəpik) manat məbləğində pul vəsaitinin, Cavabdeh2la aralarında bağlanmış 17 aprel 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə üzrə 18968,73 (on səkkiz min doqquz yüz altmış səkkiz manat, yetmiş üç qəpik) manat məbləğində əsas borc, 2829,92 (iki min səkkiz yüz iyirmi doqquz manat, doxsan iki qəpik) manat məbləğində faiz borcu, 1527,43 (min beş yüz iyirmi yeddi manat, qırx üç qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 23326,08 (iyirmi üç min üç yüz iyirmi altı manat, səkkiz qəpik) manat məbləğində pul vəsaitinin, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 36 (otuz altı) manat xidmət haqqının, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 276,25 (iki yüz yetmiş altı manat, iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin həmin cavabdehdən və zamin qismində iştirak etmiş digər Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Abşeron rayonu, Masazır kəndində 0.019 ha torpaq sahəsində yerləşən 88.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına yuxarıda qeyd edilən məbləğlərin iddiaçının xeyrinə tutulması, satışdan əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 09 sentyabr 2025-ci il tarixində məhkəməyə yenidən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək Cavabdeh2la aralarında bağlanmış 13 yanvar 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə 24186,61 (iyirmi dörd min yüz səksən altı manat, altmış bir qəpik) manat məbləğində əsas borc, 7204,59 (yeddi min iki yüz dörd manat, əlli doqquz qəpik) manat məbləğində faiz borcu, 3671,49 (üç min altı yüz yetmiş bir manat, qırx doqquz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 35062,69 (otuz beş min altmış iki manat, altmış doqquz qəpik) manat məbləğində pul vəsaitinin, Cavabdeh2la aralarında bağlanmış 17 aprel 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə üzrə 16868,73 (on altı min səkkiz yüz altmış səkkiz manat, yetmiş üç qəpik) manat məbləğində əsas borc, 4262,88 (dörd min iki yüz altmış iki manat, səksən səkkiz qəpik) manat məbləğində faiz borcu, 2395,16 (iki min üç yüz doxsan beş manat, on altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 23526,77 (iyirmi üç min beş yüz iyirmi altı manat, yetmiş yeddi qəpik) manat məbləğində pul vəsaiti olmaqla, ümumilikdə 58589,46 (əlli səkkiz min beş yüz səksən doqquz manat, qırx altı qəpik) manat məbləğində bоrcun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumu və 36 (otuz altı) manat xidmət haqqının, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 276,25 (iki yüz yetmiş altı manat, iyirmi beş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin həmin cavabdehdən və zamin qismində iştirak etmiş digər Cavabdeh1 müştərək qaydada iddiaçının xeyrinə tutulması, tələbin mülkiyyət hüququ ilə Cavabdeh2 məxsus olan Abşeron rayonu, Masazır kəndində 0.019 ha torpaq sahəsində yerləşən 88.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, həmin torpaq sahəsinin və fərdi yaşayış evinin açıq hərracda satılması və onun satışından əldə olunmuş pul vəsaiti hesabına yuxarıda qeyd edilən məbləğlərin iddiaçının xeyrinə tutulması, satışdan əldə edilmiş vəsait borcun tam ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iddiaçının nümayəndəsi 09 sentyabr 2025-ci il tarixli iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni müdafiə edərək mütəxəssis rəyinə hər hansı etirazının olmadığını bildirdi və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmənin 27 dekabr 2024-cü il tarixli iclasında iştirak etmiş Cavabdeh2 izahatında bildirmişdir ki, borc məbləğini qəbul edir. Borc məbləği üzrə ödənişləri vaxtlıvaxtında həyata keçirmişdir. Ayağında onkoloji şiş yarandığına və işlətdiyi mağazadan çıxmalı olduğuna görə sonradan borc məbləği üzrə ödənişləri həyata keçirə bilməmişdir. Mağazanı işlətdiyi dövrdə bir çox alıcılara nisyə mallar vermişdir. Həmin alıcılar malların dəyərini ödədikcə borc məbləği üzrə ödənişləri həyata keçirə bilir. Borc məbləği üzrə sonuncu dəfə 23 dekabr 2024-cü il tarixində 2250 manat məbləğində ödəniş həyata keçirilmişdir. İpoteka predmeti olan - hazırda ailəsi ilə birlikdə yaşadığı evin satılmasına razı deyildir. Məhkəmədən ödənişləri tam şəkildə həyata keçirə bilməyi üçün ona vaxt verilməsini xahiş etmişdir. Məhkəmənin 21 yanvar 2025-ci il tarixli iclasında iştirak etmiş Cavabdeh2 izahatında bildirmişdir ki, iddia ərizəsini qismən, borc hissəsində qəbul etsə də, tutmanın ipoteka predmetinə yönəldilməsi hissəsində qəbul etmir. İpoteka predmeti olan evin dəyəri ipoteka müqaviləsində göstəriləndən daha çoxdur. Borcu ödəməkdən boyun qaçırmır. Müflis olduğuna və səhhəti ilə bağlı problemlər yarandığına görə, ödənişlərdə gecikmələr yaranmışdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 13 avqust 2021-ci il tarixli 027L**********43 nömrəli uzunmüddətli kredit müqaviləsinin 1.1-ci bəndi ilə müəyyən edilir ki, bank bu müqavilə ilə müəyyən olunmuş şərtlər əsasında hissələrlə verilən kreditlər üçün 300000 manat məbləğində uzunmüddətli kredit xətti açmışdır. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, kreditlər tərəflər arasında “kredit razılaşması”, “bank qarantiyası verilməsi haqqında müqavilə”, “akkreditiv açılması üçün razılaşma” və “bank hesabının kreditləşməsi barədə razılaşma” formasında bağlanacaq ayrıca razılaşmalar əsasında veriləcəkdir. Həmin müqavilənin 1.4-cü bəndinə əsasən, verilən hər bir kreditin məbləği, faiz dərəcəsi, müddəti, məqsədi və digər şərtləri hər dəfə tərəflər arasında bağlanan və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan kredit razılaşmaları ilə müəyyən edilir. Həmin müqavilənin 1.6-cı bəndinə əsasən, kredit alan hər bir kredit üzrə əsas kredit məbləğini, faizi, xərcləri və başqa məsrəfləri müvafiq kredit razılaşmasında müəyyən olunmuş qaydada və şərtlərlə, olduğu halda ödəniş planına uyğun olaraq banka qaytarmağı öz öhdəsinə götürür. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 13 yanvar 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşmasına əsasən, bank məbləği 79500 manat olan krediti fərdi mikro kredit məqsədilə aylıq 1,4167 dərəcəsi ilə 11 ay müddətinə kredit alana verir. Həmin kredit razılaşmasında bu razılaşmanın 13 avqust 2021-ci il tarixli 027L**********43 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən, kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin razılaşmanın 2.3-cü bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin razılaşmanın 4.1.3-cü yarımbəndinə əsasən, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda bank hər gecikdirilən gün üçün kredit qalığının 0,02 faiz məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. İş materiallarında olan 13 yanvar 2023-cü il tarixli 027R********** nömrəli razılaşma üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh2 banka olan borcu üçün son ödəniş tarixi 13 dekabr 2023-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 13 yanvar 2023-cü il tarixli 027R********** nömrəli kredit sazişinə və ödəniş planına dəyişikliklər edilməsi haqqında 24 may 2023-cü il tarixli 027R**********S nömrəli sazişə əsasən, kredit alan bank ilə kredit alan arasında 13 avqust 2021-ci il tarixli 027L**********43 nömrəli uzunmüddətli kredit və təminat müqaviləsinə əsasən 13 yanvar 2023-cü il tarixdə bağlanmış 027R********** nömrəli kredit sazişi üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri, habelə nəzərdə tutulduğu halda gecikdirilmə faizi və cərimə borcunu bu sazişə əlavə olunan 24 may 2023-cü il tarixli ödəniş planına uyğun olaraq ödəniş planında göstərilən müddətdə və tarixlərdə banka ödəməlidir. İş materiallarında olan həmin saziş üzrə verilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh2 banka olan borcu üçün son ödəniş tarixi 13 sentyabr 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh2 arasında bağlanmış 17 aprel 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşmasına əsasən, bank məbləği 40900 manat olan krediti fərdi mikro kredit məqsədilə aylıq 1,4167 dərəcəsi ilə 22 ay müddətinə kredit alana verir. Həmin kredit razılaşmasında bu razılaşmanın 13 avqust 2021-ci il tarixli 027L**********43 nömrəli uzunmüddətli kredit müqaviləsi üzrə bağlandığı qeyd edilmişdir. Həmin razılaşmanın 1.2-ci bəndinə əsasən, kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini, ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin razılaşmanın 2.3-cü bəndinə əsasən, faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin razılaşmanın 4.1.3-cü yarımbəndinə əsasən, kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda bank hər gecikdirilən gün üçün kredit qalığının 0,02 faiz məbləğində cərimə borcu hesablamaq hüququna malikdir. İş materiallarında olan 17 aprel 2023-cü il tarixli 027R********** nömrəli razılaşma üzrə tərtib edilmiş ödəniş cədvəlinə əsasən, Cavabdeh2 banka olan borcu üçün son ödəniş tarixi 17 fevral 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 13 avqust 2021-ci il tarixli 027S**********02 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, borclunun uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün zamin bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Həmin zaminlik müqaviləsinin 3.1-ci bəndinə əsasən, borclu uzunmüddətli kredit müqaviləsi üzrə ödəməli olduğu məbləğlərdən hər hansı birini ödəyə bilmədikdə, zamin kreditdən istifadə üçün faiz və bank tərəfindən kreditin verilməsi və qaytarılması ilə əlaqədar hesablanmış məbləğlərin ödənilməsi də daxil olmaqla, borclunun uzunmüddətli kredit müqaviləsi üzrə icra etməli olduğu bütün öhdəlikləri bankın ilk tələbi ilə yerinə yetirməyə borcludur. İş materiallarında olan ipoteka saxlayan (İddiaçı QSC) ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 19 avqust 2021-ci il tarixli 027M**********01 nömrəli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını (Abşeron rayonu, Masazır kəndində 0.019 ha torpaq sahəsində yerləşən 88.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini) 13 avqust 2021-ci il tarixdə Bakı şəhərində bağlanmış 027L**********43 nömrəli uzunmüddətli kredit müqaviləsinə əsasən yaranmış öhdəliyinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, ipoteka predmetinin dəyəri - ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 44000 manat təşkil edir. Həmin müqavilənin 9.1-ci bəndinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi ipoteka saxlayana ipoteka predmetinə tutma yönəltmək hüququ verir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 202 nömrəli reyestr kitabının 32 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndində 0.019 ha torpaq sahəsində yerləşən 88.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı QSC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 21 noyabr 2024-cü il tarixli OUT-2024/11/21-156 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 13 yanvar 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya 32336,61 manat məbləğində əsas bоrc, 2899,84 manat məbləğində faiz borcu və 3520,95 manat məbləğində cərimə оlmaqla, cəmi 38757,4 manat məbləğində borcu vardır. İş materiallarında olan 21 noyabr 2024-cü il tarixli OUT-2024/11/21-153 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 17 aprel 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya 18968,73 manat məbləğində əsas bоrc, 2829,92 manat məbləğində faiz borcu və 1527,43 manat məbləğində cərimə оlmaqla, cəmi 23326,08 manat məbləğində borcu vardır. İş materiallarında olan 24 iyul 2025-ci il tarixli OUT-2025/07/24-85 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 13 yanvar 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya 24186,61manat məbləğində əsas bоrc, 7204,59 manat məbləğində faiz borcu və 3671,49 manat məbləğində cərimə оlmaqla, cəmi 35062,69 manat məbləğində borcu vardır. İş materiallarında olan 24 iyul 2025-ci il tarixli OUT-2025/07/24-87 nömrəli maliyyə arayışından görünür ki, Cavabdeh2 17 aprel 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə iddiaçıya 16868,73 manat məbləğində əsas bоrc, 4262,88 manat məbləğində faiz borcu və 2395,16 manat məbləğində cərimə оlmaqla, cəmi 23526,77 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən “tədqiq olunan obyektə baxış keçirilməsi 19 iyun 2025-ci il tarixinə təyin edilmiş, lakin tədqiqat obyekti baxışa təqdim edilmədiyindən qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır” əsası ilə tərtib edilmiş 23 iyun 2025-ci il tarixli məktubla Sumqayıt Kommersiya Məhkəməsinin 21 yanvar 2025-ci il tarixli qərardadı icra olunmadan iş məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 25 avqust 2025-ci il tarixli 02-264/25 nömrəli mütəxəssis rəyindən görünür ki, Abşeron rayonu, Masazır kəndində 0.019 ha torpaq sahəsində yerləşən 88.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin likvid dəyəri 58000 manat, bazar dəyəri 65000 manat təşkil edir. Həmin rəyin “Ehtimal və məhdudiyyət şərtləri” adlanan bölməsinin 9-cu bəndində “Fərdi yaşayış evinə baxışın keçirilməsi ilə əlaqədar dəfələrlə tərəflərlə əlaqə saxlanılmağa cəhd edilsə də, baxışın keçirilməsinə şərait yaradılmamışdır və bu səbəbdən fərdi yaşayış evi orta təmirli kimi tədqiqat aparılmışdır” qeyd edilmişdir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 445.7-ci maddəsinə əsasən, bu Məcəllədə və ya müqavilədə ayrı qayda nəzərdə tutulmayıbsa, borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə kreditor gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faizin ödənilməsini tələb edə bilər. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Həmin Məcəllənin 226.2-ci maddəsinə əsasən, məhkəmə bir neçə cavabdehin əleyhinə qətnamə çıxardıqda, cavabdehlərdən hər birinin qətnaməni hansı hissədə yerinə yetirməli olmasını və ya onların məsuliyyətlərinin müştərək olmasını göstərir. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında bağlanmış 13 avqust 2021-ci il tarixli 027L**********43 uzunmüddətli kredit müqaviləsi, 13 yanvar 2023-cü il tarixli 027R********** nömrəli və 17 aprel 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşmaları üzrə Cavabdeh2 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Həmin müqavilələr üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, zaminlik müqaviləsinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin zamin Cavabdeh1 da kreditor qarşısında borclu ilə eyni həcmdə birgə məsuliyyətləri yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 13 yanvar 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə cavabdehlərdən 24186,61 manat məbləğində əsas borcun, 17 aprel 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə cavabdehlərdən 16868,73 manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin (09 sentyabr 2025-ci il tarixli iddia tələbinin həcminin azaldılması barədə ərizə qeyd edilmiş iddia tələbinin) əsas məbləğə hesablanmış 13 yanvar 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə 7204,59 manat məbləğində faiz borcunun, 17 aprel 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə 4262,88 manat məbləğində faiz borcunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən ilkin iddia ərizəsində göstərilən məbləğlər nəzərə alınmalı, hesablanmış 13 yanvar 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə 2899,84 manat məbləğində faiz borcu, 17 aprel 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə 2829,92 manat məbləğində faiz borcu cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin (09 sentyabr 2025-ci il tarixli iddia tələbinin həcminin azaldılması barədə ərizə qeyd edilmiş iddia tələbinin) 13 yanvar 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə 3671,49 manat, 17 aprel 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə 2395,16 manat məbləğində cərimənin tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, Cavabdeh2 kredit razılaşmaları üzrə ödənişlərini gecikdirməsi işin yuxarıda göstərilən halları ilə təsdiq edildiyindən və həmin müqavilələrdə öhdəliklərin icra edilməsinin gecikdirilməsinə görə cərimə ödənilməsi də nəzərdə tutulduğundan (kredit razılaşmalarının 4.1.3-cü yarımbəndləri) iddiaçı cavabdehlərdən cərimənin ödənilməsini də tələb etməkdə haqlıdır. Mülki Məcəllənin 462.1-ci maddəsinə əsasən, dəbbə pulu (cərimə, penya)qanun və yamüqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Həmin Məcəllənin 465.2-ci maddəsinə əsasən, borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Qeyd olunanlarla bağlı məhkəmə hesab edir ki, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, o cümlədən həm kreditorun, həm də ki, borclunun əmlak mənafeləri və işin digər halları nəzərə alınmaqla iddia tələbinin cavabdehlərdən cərimənin tutulmasına aid hissəsi qismən təmin edilməli, tələb edilən cərimənin məbləği azaldılaraq cavabdehlərdən müştərək qaydada 13 yanvar 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə 1616 manat, 17 aprel 2023-cü il tarixli 027R********** nömrəli kredit razılaşması üzrə 948 manat məbləğində cərimə tutulmalıdır. Belə ki, Mülki Məcəllənin 467ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. İddiaçı ilə ipoteka qoyan Cavabdeh2 arasında bağlanmış 19 avqust 2021-ci il tarixli 027M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Abşeron rayonu, Masazır kəndində 0.019 ha torpaq sahəsində yerləşən 88.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Kredit razılaşmaları üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin əmlaka yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 25 avqust 2025-ci il tarixli 02-264/25 nömrəli mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş Abşeron rayonu, Masazır kəndində 0.019 ha torpaq sahəsində yerləşən 88.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti dəyəri 58000 manat məbləğində müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “satışdan əldə edilmiş vəsait borcun ödənilməsi üçün yetərli olmazsa, borcun qalan hissəsinin cavabdehlərdən ümumi qaydada tutulması”na dair hissəsi ilə bağlı məhkəmə yuxarıda göstərilənləri və iş üzrə məhkəmə araşdırması zamanı müəyyən olunan digər halları, o cümlədən Mülki Məcəllənin, “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun və "İpoteka haqqında" Azərbaycan Respublikasının Qanununun tələblərini nəzərə alaraq hesab edir ki, tələbin həmin hissədə əsaslılığı müəyyən olunmadığı üçün təmin edilməməlidir. “İcra haqqında” Azərbaycan Respublikasının Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, borcun yönəldiyi ipoteka predmetinin satışından əldə edilən vəsait cavabdehlərdən tutulan borcu tam ödəmədikdə, ödənilməyən hissənin cavabdehlərdən alınması, yəni qətnamə əsasında verilmiş icra sənədi ödənilməyən hissədə yuxarıda qeyd olunan Məcəllə və Qanunların tələblərinə uyğun olaraq ümumi qaydada icra edilir. Yəni satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərə aid olduğundan iddia həmin hissədə əsassız hesab edilərək təmin edilməməlidir. Bundan əlavə, iddia tələbinin 276,25 manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə hissəsinə gəldikdə, iş materiallarında olan 23 noyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən müəyyən edilir ki, məhkəməyə hazırkı iddia ərizəsinin verilməsinə görə iddiaçı tərəfindən 276,25 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən, hazırkı iddia tələbi üzrə dövlət rüsumunun məbləği 268,8 manat təşkil etdiyindən (32336,61 +2899,84 + 1616 +18968,73 +2829,92 + 948 = 59599,1, hazırda əsas borcların məbləği müvafiq olaraq 24186,61 manat və 16868,73 manat olsa da, həmin borcların bir hissəsi məhkəmə prosesləri dövründə ödənildiyindən dövlət rüsumunun məbləği hesablanarkən ilkin iddia ərizəsində qeyd edilmiş əsas borclar və qətnamə ilə tutulması qət edilmiş faiz və cərimə məbləğləri nəzərə alınmalıdır) həmin məbləğdə pul vəsaiti cavabdehlərdən iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun və 36 manat məbləğində xidmət haqqının əvəzinin iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə 04 sentyabr 2024-cü il tarixli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən cəmi 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin iş materiallarında olan təyinatı “Xidmət haqqının ödənilməsi” olan təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 36 manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə də, cavabdehlərdən müştərək qaydada 15 manat məbləğində dövlət rüsumunun və 36 manat məbləğində xidmət haqqının əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Bundan əlavə, "xxxx" MMC-nin 25 avqust 2025-ci il tarixli 02-264/25 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş xərclərə dair bildirişdən görünür ki, aparılan tədqiqatın dəyəri 300 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlərdən müştərək qaydada "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, 13 yanvar 2023-cü il tarixli 027R********** nömrəli krеdit razılaşması üzrə 24186,61 manat məbləğində əsas borc, 2899,84 manat məbləğində faiz borcu, 1616 manat məbləğində cərimə, 17 aprel 2023-cü il tarixli 027R********** nömrəli krеdit razılaşması üzrə 16868,73 manat məbləğində əsas borc, 2829,92 manat məbləğində faiz borcu, 948 manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 15 manat məbləğində dövlət rüsumunun, 36 manat məbləğində xidmət haqqının və 268,8 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 49668,9 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, cavabdehlərdən tutulmalı olan həmin pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndində 0.019 ha torpaq sahəsində yerləşən 88,3 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçıya olan cəmi 49668,9 manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan Abşeron rayonu, Masazır kəndində 0.019 ha torpaq sahəsində yerləşən 88.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 58000 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 13 yanvar 2023-cü il tarixli 027R********** nömrəli krеdit razılaşması üzrə 24186,61 (iyirmi dörd min yüz səksən altı manat, altmış bir qəpik) manat məbləğində əsas borc, 2899,84 (iki min səkkiz yüz doxsan doqquz manat, səksən dörd qəpik) manat məbləğində faiz borcu, 1616 (min altı yüz on altı) manat məbləğində cərimə, 17 aprel 2023-cü il tarixli 027R********** nömrəli krеdit razılaşması üzrə 16868,73 (on altı min səkkiz yüz altmış səkkiz manat, yetmiş üç qəpik) manat məbləğində əsas borc, 2829,92 (iki min səkkiz yüz iyirmi doqquz manat, doxsan iki qəpik) manat məbləğində faiz borcu, 948 (doqquz yüz qırx səkkiz) manat məbləğində cərimə, ipoteka predmetinə tutma yönəldilməsi ilə bağlı ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun, 36 (otuz altı) manat məbləğində xidmət haqqının və 268,8 (iki yüz altmış səkkiz manat, səksən qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 49668,9 (qırx doqquz min altı yüz altmış səkkiz manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 tutulmalı olan cəmi 49668,9 (qırx doqquz min altı yüz altmış səkkiz manat, doxsan qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Abşeron rayonu, Masazır kəndində 0.019 ha torpaq sahəsində yerləşən 88,3 kv.m. ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 49668,9 (qırx doqquz min altı yüz altmış səkkiz manat, doxsan qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan Abşeron rayonu, Masazır kəndində 0.019 ha torpaq sahəsində yerləşən 88.3 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 58000 (əlli səkkiz min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-203/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-203/2025
10.09.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver