Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2031/2025 11.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 iştirakı ilə iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 15 oktyabr 2024-cü il tarixli 3360-LOAN_MİCRO nömrəli kredit müqaviləsi üzrə 14334,41 (on dörd min üç yüz otuz dörd manat qırx bir qəpik) manat məbləğində əsas borc, 452,78 (dörd yüz əlli iki manat yetmiş səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 14787,19 (on dörd min yeddi yüz səksən yeddi manat on doqquz qəpik) manat məbləğində borcun, 134,36 (yüz otuz dörd manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumunun və 0,40 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 15 oktyabr 2024-cü il tarixli 3360-LOAN_MİCRO nömrəli kredit müqaviləsinə əsasən bank tərəfindən borc alana 36 ay müddətində illik 18.5 faiz ödəmək şərt ilə, 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin şərtlərinə əsasən müəyyən edilmişdir ki, borcalan müqavilə ilə müəyyən edilmiş müddətdə kredit məbləğini və ona hesablanan faizləri ödəməlidir. Həmçinin, 3360-LOAN_MİCRO nömrəli xx.xx.2024-cü il tarixli kredit müqaviləsinin təminatı kimi Cavabdeh2 ilə bank arasında 08 iyul 2025-ci il tarixli 3360- İZG/1 nömrəli zaminlik müqaviləsi bağlanılmışdır. Zaminlik müqaviləsinə əsasən zamin kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürmüşdür. Cavabdehlərə kredit müqaviləsi üzrə borcun qaytarılması haqqında bildiriş göndərilərək xəbərdarlıq edilsə də, öhdəliyin icrası istiqamətində hər hansı tədbir görülməmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə1 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 izahatlarında iddia tələbini qəbul etdiklərini bildirmişlər. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh1 arasında bağlanmış 15 oktyabr 2024-cü il tarixli 3360-LOAN_MİCRO nömrəli kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən borc verən borc alana 36 ay müddətində (xx.xx.2027-ci il tarixədək) 15000 (on beş min) manat məbləğində, kreditdən istifadəyə görə illik 18,5 % ödəmək şərtilə kredit verməyi, borc alan isə müqavilədə nəzərdə tutulmuş şərtlərlə və qaydada krediti qaytarmağı və ona hesablanmış faizləri borc verənə ödəməyi, habelə kreditdən dövriyyə vəsaitlərinin artırılması məqsədilə istifadə etməyi öhdəsinə götürür. İş materiallarında olan ödəniş qrafikində borclu Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 15 oktyabr 2027-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. İş materiallarında olan bağlanmış 08 iyul 2025-ci il tarixli 3360-İZG/1 nömrəli "xxxx" Açıq Səhmdar Cəmiyyəti – “bank” və Cavabdeh2 – “zamin” olmaqla bağlanmış zaminlik müqaviləsinə əsasən zamin 15 oktyabr 2024-cü il tarixli 3360-LOAN_MİCRO nömrəli kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdəsinə götürür. İş materiallarından görünür ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 31 iyul 2025-ci il tarixdə bildiriş göndərilərək 14334,41 (on dörd min üç yüz otuz dörd manat qırx bir qəpik) manat məbləğində əsas borc və müvafiq olaraq hesablanmış faiz borcu olduğu, öhdəliyin 3 gün müddətində tam yerinə yetirilməsi, əks halda borcun qaytarılması üçün məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən təqdim olunmuş maliyyə arayışından görünür ki, borcalan Cavabdeh1 15 oktyabr 2024-cü il tarixli 3360-LOAN_MİCRO nömrəli kredit müqaviləsi üzrə 25 sentyabr 2025-ci il tarixinə "xxxx" Açıq Səhmdar Cəmiyyətinə 14334,41 (on dörd min üç yüz otuz dörd manat qırx bir qəpik) manat məbləğində əsas borc, 452,78 (dörd yüz əlli iki manat yetmiş səkkiz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 14787,19 (on dörd min yeddi yüz səksən yeddi manat on doqquz qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, borcalan Cavabdeh1 15 oktyabr 2024-cü il tarixli 3360-LOAN_MİCRO nömrəli kredit müqaviləsini bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, "xxxx" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 15 oktyabr 2024-cü il tarixli 3360-LOAN_MİCRO nömrəli kredit müqaviləsi üzrə 14334,41 (on dörd min üç yüz otuz dörd manat qırx bir qəpik) manat məbləğində əsas borc və 452,78 (dörd yüz əlli iki manat yetmiş səkkiz qəpik) manat məbləğində faiz bоrcu iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 08 iyul 2025-ci il tarixli 3360-İZG/1 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 15 oktyabr 2024-cü il tarixli 3360-LOAN_MİCRO nömrəli kredit müqaviləsi üzrə borc alanın bank qarşısında götürdüyü öhdəliklərin lazımınca icra edilməsi üçün borc alanla birgə qaydada məsuliyyət daşımağı öhdələrinə götürmüşdür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “cavabdehlərdən müştərək qaydada 134,36 (yüz otuz dörd manat otuz altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 22 sentyabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzinə əsasən 134,36 (yüz otuz dörd manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 134,36 (yüz otuz dörd manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Bundan başqa məhkəmə hesab edir ki, iddia tələbi “0,4 (qırx qəpik) manat məbləğində bank xidmət haqqının da cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması” hissəsində əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14334,41 (on dörd min üç yüz otuz dörd manat qırx bir qəpik) manat məbləğində əsas borc, 452,78 (dörd yüz əlli iki manat yetmiş səkkiz qəpik) manat məbləğində faiz borcu, 134,36 (yüz otuz dörd manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 14921,95 (on dörd min doqquz yüz iyirmi bir manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxanda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 14334,41 (on dörd min üç yüz otuz dörd manat qırx bir qəpik) manat məbləğində əsas borc, 452,78 (dörd yüz əlli iki manat yetmiş səkkiz qəpik) manat məbləğində faiz borcu, 134,36 (yüz otuz dörd manat otuz altı qəpik) manat məbləğində dövlət rüsumu və 0,40 (qırx qəpik) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 14921,95 (on dörd min doqquz yüz iyirmi bir manat doxsan beş qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-2031/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2031/2025
11.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver