Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2036/2022 01.12.2022 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X2 qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “icarə haqqı borcunun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-2036/2022 nömrəli kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti 02 noyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “icarə haqqı borcunun ödənilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətindən 4130 (dörd min yüz otuz) manat icarə haqqı borcu, 60 (altmış) manat mediasiya xərci və 1,30 (bir manat 30 qəpik) manat ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 4191,30 (dörd min yüz doxsan bir manat 30 qəpik) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Həmin iddia ərizəsinə dair e-2-2(119)-2036/2022 nömrəli kommersiya işi üzrə 01 dekabr 2022-ci il tarixinə təyin edilmiş məhkəmə hazırlıq iclasına tərəflər gəlməmişlər. Lakin, İddiaçı Açıq Səhmdar Cəmiyyəti 29 noyabr 2022-ci ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi” barədə ərizə ilə məhkəməyə müraciət edərək, cavabdeh X1” Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən borc tam ödənildiyinə görə iddia tələblərindən imtina etdiyini bildirərək, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 191 və 261-ci maddələrinə istinad etməklə, məhkəmədən iddiadan imtina edilməsinin qəbul olunmasını və İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “icarə haqqı borcunun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işi üzrə icraata xitam verilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 52.1-ci maddəsinə əsasən, iddiaçı iddiadan imtina edə bilər və iddiadan imtina etmə yazılı formada ifadə edilməlidir. Həmin Məcəllənin 191.1-ci maddəsinin tələblərinə görə, iddiadan imtina etmə - bu hərəkətlərin nəticəsi aydın surətdə şərh olunan, məhkəməyə göndərilən yazılı ərizələrdə də ifadə oluna bilər. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 261.0 və 261.0.4-cü maddələrinə əsasən, iddiaçı iddiadan imtina etmişsə və bu imtina məhkəmə tərəfindən qəbul olunmuşsa - iş üzrə icraata xitam verilir. Həmin Məcəllənın 262.4-cü maddəsinə əsasən, işin icraatına xitam verildikdə, eyni tərəflər arasında, eyni predmet haqqında və eyni əsaslar üzrə mübahisə barəsində məhkəməyə müraciət edilməsinə yol verilmir. Məhkəmə, yuxarıda qeyd olunanlara əsasən iş materiallarını araşdıraraq hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin hazırkı kommersiya işi üzrə iddiadan imtina etməsi tərəflərin mənafeyinə uyğun olduğundan, iddiaçının iddiadan imtinası qəbul edilərək, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi barədə ərizəsi təmin edilməli və İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “icarə haqqı borcunun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-2036/2022 nömrəli kommersiya işi üzrə icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinə əsasən, bu Məcəllənin 254, 255, 261.0.1 - 261.0.3 və 261.0.6 - 261.0.8-ci maddələrində göstərilən əsaslar olduqda, məhkəmə baxışına hazırlığın icraatı dayandırıla və ya xitam edilə bilər, yaxud iddiaçının vəsatəti ilə ərizə qaytarıla bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170, 261-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə Q Ə R A R A A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin “iddiadan imtina etməsi ilə əlaqədar iş üzrə icraata xitam verilməsi” barədə ərizəsi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdehnə qarşı verilmiş “icarə haqqı borcunun ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair e-2-2(119)-2036/2022 nömrəli kommersiya işi üzrə icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov
Məhkəmə qərarları › İş №e-2-2(119)-2036/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2036/2022
01.12.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver