Məhkəmə qərarları › İş №e-2-2(119)-2036/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2036/2025

26.12.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2036/2025 26.12.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 01 may 2024-cü il tarixli kredit verilməsinə dair müqavilə üzrə 12912,89 (on iki min doqquz yüz on iki manat səksən doqquz qəpik) manat məbləğində əsas borc, 1328,11 (min üç yüz iyirmi səkkiz manat on bir qəpik) manat məbləğində faiz borcu və 11,78 (on bir manat yetmiş səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 14252,78 (on dörd min iki yüz əlli iki manat yetmiş səkkiz qəpik) manat məbləğində borcun və 132,76 (bir yüz otuz iki manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2020-ci il tarixli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən 120 ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. xx.xx.2020-ci il tarixli kredit limitinin ayrılmasına dair müqavilənin təminatı olaraq xx.xx.2021-ci il tarixdə Cavabdeh1 və Cavabdeh2 ilə zaminlik müqavilələri bağlanmışdır. xx.xx.2024-cü il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən illik 21% olmaqla 24 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit götürmüşdür. 2025-ci ilin fevralın 28-dək Cavabdeh3 banka xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə 12912,89 (on iki min doqquz yüz on iki manat səksən doqquz qəpik) manat əsas borc, 1328,11 (min üç yüz iyirmi səkkiz manat on bir qəpik) manat faiz borcu və 47,12 (qırx yeddi manat on iki qəpik) manat cərimə borcu olmaqla, cəmi 14288,12 (on dörd min iki yüz səksən səkkiz manat on iki qəpik) manat borcu vardır. Cavabdeh3 xx.xx.2024-cü il tarixli kredit müqaviləsi üzrə banka ümumi cərimə borcu 47,12 (qırx yeddi manat on iki qəpik) manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25%-i miqdarında olmaqla, yəni 11,78 (on bir manat yetmiş səkkiz qəpik) manat məbləğində tələb olunur. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 25 dekabr 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək iş həcminin çoxluğunu nəzərə alıb məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddia tələbinin tam təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh3 arasında bağlanmış 19 noyabr 2020-ci il tarixli, 4-MZ2-3-0-1685-20 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh3 120 ay müddətinə 100000 (yüz min) manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh2 arasında bağlanmış 22 sentyabr 2021-ci il tarixli Z/08536/21 nömrəli zaminlik müqaviləsinə əsasən bu müqavilənin predmeti 19 noyabr 2020-ci il tarixli, 4-MZ2-3-0- 1685-20 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. İş materiallarında olan kreditor İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh1 arasında bağlanmış 22 sentyabr 2021-ci il tarixli Z/08537/21 nömrəli zaminlik müqaviləsinə əsasən bu müqavilənin predmeti 19 noyabr 2020-ci il tarixli, 4-MZ2-3-0- 1685-20 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan tərəfindən kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. İş materiallarında olan 19 noyabr 2020-ci il tarixli, 4-MZ2-3-0-1685-20 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə 22 sentyabr 2021-ci il tarixli Əlavə Sazişə əsasən müqavilənin 10-cu bəndinə Cavabdeh2 (22 sentyabr 2021-ci il tarixli Z/08536/21 nömrəli müqavilə) və Cavabdeh1 (22 sentyabr 2021-ci il tarixli Z/08537/21 nömrəli müqavilə) tərəfindən verilən zaminlik əlavə edilir. İş materiallarında olan borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh3 arasında bağlanmış 01 may 2024-cü il tarixli, 4-MZ2-3-0-1685-20/6 nömrəli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh3 dövriyyə vəsaitlərinin artırılması məqsədilə aylıq faiz dərəcəsi 1.75%, faktiki illik faiz dərəcəsi 21.63 % olmaqla 24 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 01 may 2024-cü il tarixli, 4-MZ2-3-0-1685-20/6 nömrəli kredit verilməsinə dair müqaviləyə 01 may 2024-cü il tarixli 1 saylı Əlavəyə əsasən borcalan Cavabdeh3 banka olan borcunun sonuncu ödəniş tarixi 01 may 2026-cı il olmaqla müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəlini borcalan Cavabdeh3 imza etmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 28 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh3 01 may 2024-cü il tarixli, 4-MZ2-3-0-1685-20/6 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 28 fevral 2025ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 12912,89 (on iki min doqquz yüz on iki manat səksən doqquz qəpik) manat əsas borc, 1328,11 (min üç yüz iyirmi səkkiz manat on bir qəpik) manat faiz borcu və 47,12 (qırx yeddi manat on iki qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 14288,12 (on dörd min iki yüz səksən səkkiz manat on iki qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 28 fevral 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh3 19 noyabr 2020-ci il tarixli, 4-MZ2-3-0- 1685-20 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləni və 01 may 2024-cü il tarixli, 4- MZ2-3-0-1685-20/6 nömrəli kredit verilməsinə dair müqaviləni bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 01 may 2024-cü il tarixli, 4-MZ2-3-0-1685-20/6 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 12912,89 (on iki min doqquz yüz on iki manat səksən doqquz qəpik) manat məbləğində əsas borc, 1328,11 (min üç yüz iyirmi səkkiz manat on bir qəpik) manat məbləğində faiz borcu və 11,78 (on bir manat yetmiş səkkiz qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 22 sentyabr 2021-ci il tarixli Z/08536/21 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 və 22 sentyabr 2021-ci il tarixli Z/08537/21 nömrəli zaminlik müqaviləsinə əsasən Cavabdeh1 01 may 2024-cü il tarixli, 4-MZ2-3-0-1685-20/6 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə borcalanın kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “132,76 (yüz otuz iki manat yetmiş altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 02 sentyabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 132,76 (yüz otuz iki manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu ödənildiyi görünür. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 132,76 (yüz otuz iki manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12912,89 (on iki min doqquz yüz on iki manat səksən doqquz qəpik) manat məbləğində əsas borc, 1328,11 (min üç yüz iyirmi səkkiz manat on bir qəpik) manat məbləğində faiz borcu, 11,78 (on bir manat yetmiş səkkiz qəpik) manat məbləğində cərimə və 132,76 (yüz otuz iki manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 14385,54 (on dörd min üç yüz səksən beş manat əlli dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 12912,89 (on iki min doqquz yüz on iki manat səksən doqquz qəpik) manat məbləğində əsas borc, 1328,11 (min üç yüz iyirmi səkkiz manat on bir qəpik) manat məbləğində faiz borcu, 11,78 (on bir manat yetmiş səkkiz qəpik) manat məbləğində cərimə və 132,76 (yüz otuz iki manat yetmiş altı qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 14385,54 (on dörd min üç yüz səksən beş manat əlli dörd qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar