Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2047/2024 24.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, Cavabdeh2 iştirakı ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ:
1. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehlərdən müştərək qaydada İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 9322,95 manat əsas borc, 934,71 manat faiz borcu və 7,67 manat cərimə borcu olmaqla, cəmi 10265,33 manat borcun və xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə 442,79 manat əsas borcun, 30,09 manat faiz və 0,48 manat cərimə borcu olmaqla, ümumilikdə cəmi 473,36 manat məbləğində borcun və 122,22 manat ödənilmiş dövlət rüsumunun tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.2023-cü il tarixli Kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 120 ay müddətinə 20000 manat kredit limiti ayrılmışdır. Borcun təminatı olaraq xx.xx.2023-cü il tarixində Cavabdeh2 və Cavabdeh1 ilə zaminlik müqavilələri bağlanmışdır. Lakin borclu müqavilələrin şərtlərini pozaraq, borc öhdəliklərini icra etməkdən boyun qaçırır. Cavabdeh3 xx.xx.2023-cü il tarixli kredit müqaviləsinə əsasən İddiaçı ASC-dən illik 22% olmaqla 24 ay müddətinə 10000 manat məbləğində kredit götürmüşdür. xx.xx.2023-cü il tarixli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh3 İddiaçı ASC-dən illik 25 %-lə 24 ay müddətinə 500 manat məbləğində kredit götürmüşdür. 2024-cü il iyulun 30-dək Cavabdeh3 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 9322,95 manat əsas borc, 934,71 manat faiz borcu və 30,68 manat cərimə borcu olmaqla cəmi 10288,34 manat borcu vardır. Cavabdeh3 xx.xx.2023cü il tarixli kredit müqaviləsi üzrə banka olan cərimə borcu 30,68 manat təşkil etməsinə baxmayaraq, cərimə məbləği kredit müqaviləsində nəzərdə tutulmuş və təqdim olunan maliyyə arayışı üzrə ümumi cərimə məbləğinin 25 %-i miqdarında olmaqla, yəni 7,67 manat məbləğində tələb olunur. 2024-cü il iyulun 30-dək Cavabdeh3 banka xx.xx.2023-cü il tarixli kredit müqaviləsi üzrə 442,79 manat əsas borc, 30,09 manat faiz, 0,48 manat cərimə borcu olmaqla cəmi 473,36 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdeh borcu ödəməkdən boyun qaçırır.
3. 20 oktyabr 2024-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edilərək iş həcminin çoxluğunu nəzərə alıb məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin təmin edilməsi xahiş olunmuşdur.
4. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh2 yaranış borc barədə məlumatı olduğunu və iş üzrə qətnamə çıxarılmasının xahiş etmişdir.
5. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.
6. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır.
7. Məhkəmə, proses iştirakıçısı dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir.
8. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 30 noyabr 2023-cü il tarixli 4-MCR-1-925-23 nömrəli kredit limitinin ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən kredit limiti üzrə aylıq faiz dərəcəsi 2,5% olmaqla 120 (yüz iyirmi) ay müddətinə 20000 (iyirmi min) manat məbləğində kredit limiti ayrılmışdır.
9. 30 noyabr 2023-cü il tarixli 4-MCR-1-925-23/1 nömrəli kreditin verilməsinə dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən biznes məqsədi ilə aylıq faiz dərəcəsi 1,83 %, FİFD 22,63% olmaqla 24 (iyirmi dörd) ay müddətinə 10000 (on min) manat məbləğində kredit götürmüşdür.
10. 01 dekabr 2023-cü il tarixli 4-MCR-1-925-23/3 nömrəli kart vasitəsi ilə kredit xətti ayrılmasına dair razılaşmaya əsasən Cavabdeh3 İddiaçı Açıq Səhmdar Cəmiyyətindən biznes məqsədi ilə aylıq faiz dərəcəsi 2,08%, FİFD 25% olmaqla 24 (iyirmi dörd) ay müddətinə 500 (beş yüz) manat məbləğində kredit götürmüşdür.
11. 30 noyabr 2023-cü il tarixli 4-MCR-1-925-23/1 nömrəli kredit müqaviləsinə 30 noyabr 2023-cü il tarixli 1 saylı Əlavəyə əsasən borcalan Cavabdeh3 banka olan borcunun sonuncu ödəniş tarixi 30 noyabr 2025-cı il olmaqla müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuş və həmin ödəniş cədvəlini borcalan Cavabdeh3 imza etmişdir.
12. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 30 noyabr 2023-cü il tarixli Z/20114/23 nömrəli zaminlik müqaviləsinə əsasən 30 noyabr 2023-cü il tarixli 4-MCR-1-925-23 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh3 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh1 öz üzərinə götürmüşdür.
13. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 30 noyabr 2023-cü il tarixli Z/20112/23 nömrəli zaminlik müqaviləsinə əsasən 31 iyul 2023-cü il tarixli 32-MCR-1-413-23 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə bankdan kredit götürmüş borcalan Cavabdeh3 kreditor qarşısında öz öhdəliklərini tamamilə və ya hissəhissə icra etməsi üçün məsuliyyəti zamin Cavabdeh2 öz üzərinə götürmüşdür.
14. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh3 30 noyabr 2023-cü il tarixli 4-MCR-1-925-23/1 nömrəli kredit verilməsinə dair razılaşma üzrə 30 iyul 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 9322,95 (doqquz min üç yüz iyirmi iki manat 95 qəpik) manat məbləğində əsas, 934,71 (doqquz yüz otuz dörd manat 71 qəpik) manat məbləğində faiz və 30,68 (otuz manat 68 qəpik) manat məbləğində cərimə borcu vardır.
15. İddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Cavabdeh3 01 dekabr 2023-cü il tarixli 4-MCR-1-925-23/3 nömrəli kart vasitəsi ilə kredit xətti ayrılmasına dair razılaşmaya üzrə 30 iyul 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 442,79 (dörd yüz qırx iki manat 79 qəpik) manat məbləğində əsas borc, 30,09 (otuz manat 09 qəpik) manat məbləğində faiz borcu, 0,48 (qırx səkkiz qəpik) manat məbləğində cərimə borcu vardır.
16. 30 iyul 2024-cü il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir.
17. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər.
18. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh3 (VÖEN: **********) 30 noyabr 2023-cü il tarixli 4-MCR-1-925-23/1 nömrəli kreditin verilməsinə dair razılaşmanı və 01 dekabr 2023-cü il tarixli 4-MCR-1-925-23/3 nömrəli kart vasitəsi ilə kredit xətti ayrılmasına dair razılaşmanı bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilələri ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir.
19. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 30 noyabr 2023-cü il tarixli 4-MCR-1-925-23/1 nömrəli kreditin verilməsinə dair razılaşma üzrə 9322,95 (doqquz min üç yüz iyirmi iki manat 95 qəpik) manat məbləğində əsas borc, 934,71 (doqquz yüz otuz dörd manat 71 qəpik) manat məbləğində faiz borcu, 7,67 (yeddi manat 67 qəpik) manat məbləğində cərimə və 01 dekabr 2023-cü il tarixli 4-MCR-1-925-23/3 nömrəli kart vasitəsi ilə kredit xətti ayrılmasına dair razılaşma üzrə 442,79 (dörd yüz qırx iki manat 79 qəpik) manat məbləğində əsas borc, 30,09 (otuz manat 09 qəpik) manat məbləğində faiz borcu və 0,48 (qırx səkkiz qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə ödənilməlidir.
20. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar.
21. Cavabdehlər Cavabdeh1 30 noyabr 2023-cü il tarixli Z/20114/23 nömrəli və Cavabdeh2 30 noyabr 2023-cü il tarixli Z/20112/23 nömrəli zaminlik müqavilələrinə əsasən zaminliklə təmin edilmiş öhdəlik kredit müqaviləsində göstərilmiş qaydada icra edilmədikdə və ya lazımınca icra edilmədikdə borcalanla birgə məsuliyyəti öz üzərilərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur.
22. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.
23. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.
24. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.
25. İddia tələbinin “122,22 (yüz iyirmi iki manat 22 qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki iş materiallarında olan 10 oktyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 122,22 (yüz iyirmi iki manat 22 qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 122,22 (yüz iyirmi iki manat 22 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir.
26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.
27. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2023-cü il tarixli 4-MRC-1-925-23/1 nömrəli kredit müqaviləsi üzrə 9322,95 (doqquz min üç yüz iyirmi iki manat 95 qəpik) manat məbləğində əsas borc, 934,71 (doqquz yüz otuz dörd manat 71 qəpik) manat məbləğində faiz borcu, 7,67 (yeddi manat 67 qəpik) manat məbləğində cərimə olmaqla cəmi 10265,33 (on min iki yüz altmış beş manat 33 qəpik) manat və xx.xx.2023-cü il tarixli 4-MRC-1-925-23/3 nömrəli kredit müqaviləsi üzrə 442,79 (dörd yüz qırx iki manat 79 qəpik) manat məbləğində əsas borc, 30,09 (otuz manat 09 qəpik) manat məbləğində faiz borcu, 0,48 (qırx səkkiz qəpik) manat məbləğində cərimə olmaqla cəmi 473,36 (dörd yüz yetmiş üç manat 36 qəpik) manat və 122,22 (yüz iyirmi iki manat 22 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10860,91 (on min səkkiz yüz altmış manat 91 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır.
28. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə
QƏTETDİ:
İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada xx.xx.2023cü il tarixli 4-MRC-1-925-23/1 nömrəli kredit müqaviləsi üzrə 9322,95 (doqquz min üç yüz iyirmi iki manat 95 qəpik) manat məbləğində əsas borc, 934,71 (doqquz yüz otuz dörd manat 71 qəpik) manat məbləğində faiz borcu, 7,67 (yeddi manat 67 qəpik) manat məbləğində cərimə olmaqla cəmi 10265,33 (on min iki yüz altmış beş manat 33 qəpik) manat və xx.xx.2023-cü il tarixli 4-MRC-1-925-23/3 nömrəli kredit müqaviləsi üzrə 442,79 (dörd yüz qırx iki manat 79 qəpik) manat məbləğində əsas borc, 30,09 (otuz manat 09 qəpik) manat məbləğində faiz borcu, 0,48 (qırx səkkiz qəpik) manat məbləğində cərimə olmaqla cəmi 473,36 (dörd yüz yetmiş üç manat 36 qəpik) manat və 122,22 (yüz iyirmi iki manat 22 qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 10860,91 (on min səkkiz yüz altmış manat 91 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.
Sədrlik edən İslam Əliyev