Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2065/2025 21.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 3215,32 (üç min iki yüz on beş manat otuz iki qəpik) manat məbləğində əsas borcun, 804,61 (səkkiz yüz dörd manat altmış bir qəpik) manat məbləğində faiz borcunun və 63,1 (altmış üç manat on qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq iddaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə Cavabdeh1 arasında 26 sentyabr 2023-cü il tarixli 2568 nömrəli kredit müqaviləsi bağlanmışdır. Həmin kredit müqaviləsinə əsasən heyvandarlıq məqsədilə Cavabdeh1 illik 22% olmaqla, 24 ay müddətinə 5500 (beş min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin kredit vəsaitinin təminatı olaraq zaminlər Cavabdeh2 ilə 26 sentyabr 2023-cü il 1829 nömrəli, Cavabdeh3 26 sentyabr 2023-cü il 1830 nömrəli və Cavabdeh4 ilə 26 sentyabr 2023-cü il 1831 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Zaminlər borclunun öhdəliyini icra etməsi üçün məsuliyyəti öz üzərinə götürərək kreditor qarşısında cavabdehlə birgə məsuliyyət daşımağı öhdələrinə götürmüşlər. Lakin cavabdehlər kreditor qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehlərin iddiaçıya hazırda 3215,32 manat əsas borcu və 804,61 manat faiz borcu vardır. Borcun ödənilməsi tələbi ilə dəfələrlə cavabdehə şifahi formada məlumat verilib, yazılı bildirişlər göndərilsə də, qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan borc verən İddiaçı Səhmdar Kredit Təşkilatı ilə borcalan Cavabdeh1 arasında bağlanmış 26 sentyabr 2023-cü il tarixli 2568 nömrəli kredit müqaviləsinə əsasən kredit verən tərəfindən heyvandarlıq məqsədilə illik faiz məzənnəsi 22 % olmaqla 24 ay müddətinə 5500 (beş min beş yüz) manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 7.2-ci bəndinə əsasən verilən kreditin və ona hesablanış faizlərin qaytarılması bu müqaviləyə əlavə olunmuş və onun ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə uyğun olaraq həyata keçirilməlidir. İş materiallarında olan ödəniş cədvəlinə əsasən borcalan Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan borcunun son ödəniş tarixi 2025-ci ilin sentyabr ayı olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəli borcalan Cavabdeh1 imzası ilə təsdiq edilmişdir. İş materiallarından görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 10 sentyabr 2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək 3215,32 (üç min iki yüz on beş manat otuz iki qəpik) manat məbləğində əsas bоrc və 804,61 (səkkiz yüz dörd manat altmış bir qəpik) manat məbləğində faiz bоrcu olduğu bildirilmiş, borcun qaytarılması, əks təqdirdə məhkəmədə iddia qaldırılacağı qeyd edilmişdir. İş materiallarında olan İddiaçı Səhmdar Kredit Təşkilatı ilə zamin Cavabdeh2 arasında bağlanmış 26 sentyabr 2023-cü il tarixli 1829 nömrəli zaminlik müqaviləsinə əsasən kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 26 sentyabr 2023-cü il tarixli 2568 nömrəli kredit müqaviləsi əsasında borclunun kredit təşkilatına ödənilməli olan 5500 (beş min beş yüz) manat borcu ilə əlaqədar olaraq borclunun kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borclu ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. İş materiallarında olan İddiaçı Səhmdar Kredit Təşkilatı ilə zamin Cavabdeh3 arasında bağlanmış 26 sentyabr 2023-cü il tarixli 1830 nömrəli zaminlik müqaviləsinə əsasən kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 26 sentyabr 2023-cü il tarixli 2568 nömrəli kredit müqaviləsi əsasında borclunun kredit təşkilatına ödənilməli olan 5500 (beş min beş yüz) manat borcu ilə əlaqədar olaraq borclunun kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borclu ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. İş materiallarında olan İddiaçı Səhmdar Kredit Təşkilatı ilə zamin Cavabdeh4 arasında bağlanmış 26 sentyabr 2023-cü il tarixli 1831 nömrəli zaminlik müqaviləsinə əsasən kredit təşkilatı ilə Cavabdeh1 arasında bağlanmış 26 sentyabr 2023-cü il tarixli 2568 nömrəli kredit müqaviləsi əsasında borclunun kredit təşkilatına ödənilməli olan 5500 (beş min beş yüz) manat borcu ilə əlaqədar olaraq borclunun kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək zamin borclu ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öz öhdəsinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatından aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh1 26 sentyabr 2023-cü il tarixli 2568 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də həmin müqavilə üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən yaranmış borclar iddiaçının xeyrinə tutulmalıdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 26 sentyabr 2023-cü il tarixli 2568 nömrəli kredit müqaviləsi üzrə 3215,32 (üç min iki yüz on beş manat otuz iki qəpik) manat məbləğində əsas borc və 804,61 (səkkiz yüz dörd manat altmış bir qəpik) manat məbləğində faiz borcu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 26 sentyabr 2023-cü il tarixli 1829 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2, 26 sentyabr 2023-cü il tarixli 1830 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3, 26 sentyabr 2023-cü il tarixli 1831 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh4 26 sentyabr 2023-cü il tarixli 2568 nömrəli kredit müqaviləsi üzrə borclu kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək onun ilə birlikdə kredit təşkilatı qarşısında məsuliyyət daşımağı öhdəsinə öz götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “63,1 (altmış üç manat on qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cababdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, 08 oktyabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən 63,10 (altmış üç manat on qəpik) manat məbləğində dövlət rüsumu ödənildiyi görünür. Buna görə iddia həmin hissədə də təmin edilməli, 63,10 (altmış üç manat on qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 3215,32 (üç min iki yüz on beş manat otuz iki qəpik) manat məbləğində əsas borc, 804,61 (səkkiz yüz dörd manat altmış bir qəpik) manat məbləğində faiz borcu və 63,10 (altmış üç manat on qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4083,03 (dörd min səksən üç manat üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 3215,32 (üç min iki yüz on beş manat otuz iki qəpik) manat məbləğində əsas borc, 804,61 (səkkiz yüz dörd manat altmış bir qəpik) manat məbləğində faiz borcu və 63,10 (altmış üç manat on qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 4083,03 (dörd min səksən üç manat üç qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-2065/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2065/2025
21.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver