Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2066/2024 28.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə iddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlər Cavabdeh1 və Cavabdeh2 11483,19 (on bir min dörd yüz səksən üç manat on doqquz qəpik) manat məbləğində əsas borc və 951,96 (doqquz yüz əlli bir manat doxsan altı qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 12435,15 (on iki min dörd yüz otuz beş manat on beş qəpik) manat məbləğində borcun və ödənilmiş 127,31 (yüz iyirmi yeddi manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 (VÖEN **********) ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 01 mart 2024-cü il tarixli, 432980-CNS-53193 saylı “Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizə-razılaşması”na əsasən Cavabdeh1 dövriyyə vəsaitlərinin artırılması üçün illik 20 faiz hesablanması şərti ilə 12 (on iki) ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilərək kart hesabına köçürülmüşdür. Eyni zamanda "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 01 mart 2024-cü il tarixli, 432980-1-4379 saylı zaminlik müqaviləsinə əsasən 01 mart 2024-cü il tarixli, 432980-CNS-53193 saylı kredit müqaviləsi üzrə öhdəlik zaminliklə təmin edilmişdir. Lakin borclu Cavabdeh1 üzərinə götürdüyü kredit öhdəliklərini 01 iyul 2024-cü il tarixdən icra etməmiş və nəticədə cavabdehin "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə 12435,15 (on iki min dörd yüz otuz beş manat on beş qəpik) manat məbləğində borcu yaranmışdır. Tərəflər arasında bağlanmış kredit müqaviləsinin tələbinə əsasən bu müqavilə ilə üzərinə götürdüyü öhdəlikləri vaxtında və lazımınca icra etmək, pozulmasına yol verməmək kredit alanın vəzifəsidir. Zamin Cavabdeh2 həmin sazişə əsаsən bаnk qаrşısındа öz üzərinə məsuliyyət götürərək krеdit müqаviləsindən irəli gələn öhdəliklərin icrаsı üçün borclu Cavabdeh1 ilə birgə məsuliyyət dаşıyır və krеditin qаytаrılmаsı ilə bаğlı borclu Cavabdeh1 aid bütün öhdəlikləri icrа еtməlidir. 04 dekabr 2024-cü il tarixli məhkəmə hazırlıq iclasında iştirak edən Cavabdeh1 izahatında iddia tələbini qəbul etdiyini bildirmişdir. İddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən iddiaçının nümayəndəsi və cavabdehlər məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə tərəflərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 (VÖEN **********) arasında bağlanmış 01 mart 2024-cü il tarixli, 432980-CNS- 53193 nömrəli Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizə-razılaşmasına əsasən dövriyyə vəsaitlərinin artırılması (mal-material qiymətlilərinin alınması, təchizatçılar və podratçılarla hesablaşmaların aparılması) məqsədilə Cavabdeh1 illik 20 (iyirmi) faiz dərəcəsi ilə 12 (on iki) ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit verilmişdir. İş materiallarında olan 01 mart 2024-cü il tarixli, 432980-CNS-53193 nömrəli kredit müqaviləsinə 1 nömrəli Əlavə olan ödəniş cədvəlində borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 03 mart 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini kredit alan Cavabdeh1 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh2 arasında bağlanmış 01 mart 2024-cü il tarixli, 432980-1-4379 nömrəli zaminlik müqaviləsinə əsasən kredit alan zaminliklə təmin edilmiş 01 mart 2024-cü il tarixli, 432980-CNS-53193 nömrəli kredit müqaviləsi üzrə öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və kredit alan öhdəliklərini bank qarşısında yerinə yetirəcəyinə dair birgə məsuliyyət daşıyırlar. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 25 oktyabr 2024-cü il tarixdə xəbərdarlıq məktubu göndərilərək 01 mart 2024-cü il tarixli, 432980-CNS-53193 saylı Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizə-razılaşması üzrə 24 oktyabr 2024-cü il tarixə 11483,19 (on bir min dörd yüz səksən üç manat on doqquz qəpik) manat məbləğində əsas borc və 951,96 (doqquz yüz əlli bir manat doxsan altı qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 12435,15 (on iki min dörd yüz otuz beş manat on beş qəpik) manat məbləğində borc olduğu bildirilmiş, borcun 3 iş günü ərzində qaytarılması, əks təqdirdə bank tərəfindən öz mülki hüquqlarının müdafiəsi məqsədi ilə borcun ödənilməsi üçün qanunvericiliyin tələbinə uyğun tədbirlər görüləcəyi qeyd edilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş maliyyə arayışından görünür ki, Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış 01 mart 2024-cü il tarixli, 432980-CNS-53193 saylı Birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizə-razılaşması üzrə 23 oktyabr 2024-cü il tarixə borclu Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 11483,19 (on bir min dörd yüz səksən üç manat on doqquz qəpik) manat məbləğində əsas borc və 951,96 (doqquz yüz əlli bir manat, doxsan altı qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 12435,15 (on iki min dörd yüz otuz beş manat on beş qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh1 "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə 01 mart 2024-cü il tarixli, 432980-CNS-53193 saylı birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizə-razılaşmasını bağlayarkən üzərinə götürdüyü öhdəliklərini pozmuş, onları lazımınca icra etməyərək Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas və faiz borcunu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, kredit alan Cavabdeh1 01 mart 2024cü il tarixli, 432980-CNS-53193 saylı birdəfəlik kreditin əsas şərtlərinə dair müştəri ərizərazılaşması üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin müqavilə üzrə yaranmış 11483,19 (on bir min dörd yüz səksən üç manat on doqquz qəpik) manat məbləğində əsas borc və 951,96 (doqquz yüz əlli bir manat doxsan altı qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 01 mart 2024-cü il tarixli, 432980-1-4379 saylı zaminlik müqaviləsinə əsasən kredit alan kredit müqaviləsi üzrə öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, zamin və kredit alan öhdəliklərini bank qarşısında yerinə yetirəcəyinə dair birgə məsuliyyət daşıyırlar. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddia tələbinin “cavabdehlərdən müştərək qaydada 127,31 (yüz iyirmi yeddi manat otuz bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumun tutulması” hissəsi ilə bağlı qeyd edir ki, iş materiallarında olan 14 noyabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 127,31 (yüz iyirmi yeddi manat otuz bir qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən dövlət büdcəsinə ödənilmiş 127,31 (yüz iyirmi yeddi manat otuz bir qəpik)manat məbləğində dövlət rüsumunun əvəzi də, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq iddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 106.3-cü maddəsinə əsasən tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 oğlundan müştərək qaydada 11483,19 (on bir min dörd yüz səksən üç manat on doqquz qəpik) manat məbləğində əsas borc, 951,96 (doqquz yüz əlli bir manat doxsan altı qəpik) manat məbləğində faiz borcu və 127,31 (yüz iyirmi yeddi manat otuz bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12562,46 (on iki min beş yüz altmış iki manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 11483,19 (on bir min dörd yüz səksən üç manat on doqquz qəpik) manat məbləğində əsas borc, 951,96 (doqquz yüz əlli bir manat doxsan altı qəpik) manat məbləğində faiz borcu və 127,31 (yüz iyirmi yeddi manat otuz bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 12562,46 (on iki min beş yüz altmış iki manat qırx altı qəpik) manat məbləğində pul vəsaiti iddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-2066/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2066/2024
28.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver