Məhkəmə qərarları › İş №e-2-2(119)-2083/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2083/2025

02.03.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2083/2025 02.03.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Əliyev İslam Əli oğlunun sədrliyi, Novruzzadə Türkan Hüseyn qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İşin halları

1. İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 28 yanvar 2023-cü il tarixli “KE/93963/89/28” nömrəli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə 28648,17 (iyirmi səkkiz min altı yüz qırx səkkiz manat on yeddi qəpik) manat məbləğində əsas borc, 5624,64 (beş min altı yüz iyirmi dörd manat altmış dörd qəpik) manat məbləğində faiz borcu və 892,98 (səkkiz yüz doxsan iki manat doxsan səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 35165,79 (otuz beş min yüz altmış beş manat yetmiş doqquz qəpik) manat məbləğində borcun və məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 198 (yüz doxsan səkkiz) manat məbləğində dövlət rüsumunun tutulması, tutmanın Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evinə yönəldilməsi, həmin daşınmaz əmlakın açıq hərracda satılması və əldə olunan vəsaitin Cavabdeh banka olan borcunun ödənilməsinə yönəldilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında 07 yanvavr 2022-ci il tarixli L001/2022/10 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə daxilində bağlanılmış 28 yanvar 2023cü il tarixli “KE/93963/89/28” nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh 36 ay müddətinə, illik 19 faiz olmaqla 48750 manat məbləğində kredit verilmişdir. Bu kredit müqaviləsi üzrə pul öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 17 avqust 2018-ci il tarixli ********** qeydiyyat nömrəli “Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış”a əsasən tam mülkiyyət hüququ üzrə Cavabdeh məxsus olan ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi bankla 12 yanvar 2022-ci il tarixdə bağlanmış ipoteka müqaviləsinə əsasən bankın xeyrinə ipoteka ilə yüklü edilmiş, həmin yüklülük 11 yanvar 2022-ci il tarixli ********** qeydiyyat nömrəli çıxarışla reyestrdə qeydə alınmışdır. Lakin kredit alan Cavabdeh ödəniş cədvəlinə əsasən kreditin qaytarılması üzrə öhdəliklərini lazımınca icra etməmiş, bununla bağlı cavabdehə bildiriş göndərilmiş, lakin heç bir nəticə əldə edilməmişdir. Nəticədə 28 yanvar 2023-cü il tarixə cavabdehin “KE/93963/89/28” nömrəli müqavilə üzrə banka 28648,17 manat məbləğində əsas borcu, 5624,64 manat məbləğində faiz borcu və 892,98 manat məbləğində cərimə borcuyaranmışdır.

İşdə iştirak edən şəxslərin izahatları:

3. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin edilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. O, həmçinin izahatında ekspertiza rəyi ilə razı olduğunu bildirmişdir.

4. 02 mart 2026-cı il tarixdə Cavabdeh nümayəndəsi vəkil Nümayəndə3 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək cavabdehin iddianı qismən qəbul etdiyini, cərimə və faiz borcunun silinməli olduğunu bildirmiş, məhkəmə iclasının cavabdeh tərəfin iştirakı olamadan keçirilməsini xahiş etmişdir.

5. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir.

İş materialları:

6. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh arasında bağlanmış 07 yanvavr 2022-ci il tarixli L001/2022/10 nömrəli kredit limitinin ayrılması haqqında müqaviləyə əsasən Cavabdeh 84 (səksən dörd) ay müddətinə 100000 (yüz min) manat məbləğində krеdit limiti ayrılmışdır.

7. İş materiallarında olan 07 yanvar 2022-ci il tarixli L001/2022/10 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə daxilində Cavabdeh ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti arasında bağlanmış 28 yanvar 2023-cü il tarixli “KE/93963/89/28” nömrəli kredit sazişinə əsasən Cavabdeh 36 ay müddətinə, illik faiz dərəcəsi 19 % оlmaqla dövriyyə vəsaitlərinin artırılması məqsədi ilə 48750 (qırx səkkiz min yeddi yüz əlli) manat məbləğində məbləğində kredit verilmişdir.

8. İş materiallarında olan 28 yanvar 2023-cü il tarixli “KE/93963/89/28” nömrəli kredit müqaviləsinə 1 nömrəli əlavədən görünür ki, borcalan Cavabdeh banka olan borcunun son ödəniş tarixi 28 yanvar 2026-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh imzası ilə təsdiq edilmişdir.

9. İş materiallarında olan ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan-ipoteka qoyan Cavabdeh arasında bağlanılmış 10 yanvar 2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən 07 yanvavr 2022-ci il tarixli L001/2022/10 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə və bu müqavilənin icrası üçün bağlanan kredit limitinin ayrılması haqqında müqavilə daxilində kredit sazişləri üzrə yaranmış öhdəliklərinin icrasının təminatı kimi ipoteka qoyan Cavabdeh xüsusi mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 2 ünvanında yerləşən 0,025 ha torpaq sahəsi və üzərindəki 14A nömrəli fərdi yaşayış evini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir.

10. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş RX seriyalı ******* nömrəli çıxarışın surətindən görünür ki, ünvan 2 ünvanında yerləşən 0,025 ha torpaq sahəsi və üzərindəki 14A nömrəli yerləşən fərdi yaşayış evi Cavabdeh xüsusi mülkiyyətindədir.

11. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən verilmiş ********** qeydiyyat nömrəli çıxarışın surətindən görünür ki, Cavabdeh xüsusi mülkiyyətində olan ünvan 2 ünvanında yerləşən 0,025 ha torpaq sahəsi və üzərindəki 14A nömrəli yerləşən fərdi yaşayış evi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi 07 yanvavr 2022-ci il tarixli L001/2022/10 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə göstərilmişdir.

12. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehə 20 avqust 2025-ci il tarixdə xəbərdarlıq məktubu göndərilərək 28648,17 (iyirmi səkkiz min altı yüz qırx səkkiz manat on yeddi qəpik) manat məbləğində əsas borc, 5624,64 (beş min altı yüz iyirmi dörd manat altmış dörd qəpik) manat məbləğində faiz borcu və 892,98 (səkkiz yüz doxsan iki manat doxsan səkkiz qəpik) manat məbləğində cərimə borcu olduğu bildirilmiş, borcun dərhal qaytarılması, əks təqdirdə borc tələbi ilə bağlı məhkəməyə müraciət ediləcəyi, borcdan əlavə məhkəmə və icra xərclərinin də cavabdehdən tutulacağı bildirilmişdir.

13. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 10 oktyabr 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh 28 yanvar 2023-cü il tarixli “KE/93963/89/28” nömrəli kredit müqaviləsi üzrə 17 dekabr 2024-cü il tarixinə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 28648,17 (iyirmi səkkiz min altı yüz qırx səkkiz manat on yeddi qəpik) manat məbləğində əsas borcu, 5624,64 (beş min altı yüz iyirmi dörd manat altmış dörd qəpik) manat məbləğində faiz borcu və 892,98 (səkkiz yüz doxsan iki manat doxsan səkkiz qəpik) manat məbləğində cərimə borcu vardır.

14. İş materiallarında olan 23 dekabr 2025-ci il tarixli daşınmaz əmlakın qiymətləndirilməsi barədə "xxxx" MMC tərəfindən verilmiş hesabatda ünvan 2 ünvanında yerləşən 0,025 ha torpaq sahəsi və üzərindəki 14A nömrəli yerləşən fərdi yaşayış evinin real bazar dəyəri 90000 manat, likvid dəyəri 81000 manat məbləğində müəyyən edilmişdir.

15. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 09 yanvar 2026-cı il tarixli 9/5488 nömrəli ekspert rəyinin nəticə hissəsinə əsasən, rəyin tədqiqat hissəsində göstərilənlər nəzərə alınmaqla iş materiallarında olan maliyyə arayışı, hesabdan çıxarış məlumatları və tərəflər arasında bağlanmış 28 yanvar 2023-cü il tarixli “KE/93963/89/28” nömrəli kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınmaqla Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 20 avqust 2025-ci il, 10 oktyabr 2025-ci il və 19 noyabr 2025-ci il tarixlərinə əsas borcu 27649,44 manat, həmin tarixlərə faiz borcu 5428,51 manat müəyyən olunur.

Tətbiq edilən hüquq:

16. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. -743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Kredit müqaviləsi üzrə borcverən yalnız normativ hüquqi aktlara uyğun olaraq kreditlərin verilməsi fəaliyyətinin həyata keçirilməsi hüququna malik şəxs ola bilər.

Məhkəmənin mövqeyi:

17. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh 07 yanvavr 2022-ci il tarixli L001/2022/10 nömrəli kredit limitinin ayrılması haqqında müqavilə və 28 yanvar 2023-cü il tarixli “KE/93963/89/28” nömrəli kredit müqaviləsi üzrə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir.

18. Buna görə məhkəmə hesab edir ki, borcalan Cavabdeh 28 yanvar 2023-cü il tarixli “KE/93963/89/28” nömrəli kredit müqaviləsi üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış borc ondan tutulmalıdır. Lakin Cavabdeh tutulmalı olan əsas borc və faiz borcunun məbləğləri müəyyən edilərkən iş üzrə keçirilmiş ekspertizanın 09 yanvar 2026-cı il tarixli 9/5488 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, iddia tələbində 28648,17 (iyirmi səkkiz min altı yüz qırx səkkiz manat on yeddi qəpik) manat məbləğində əsas borc, 5624,64 (beş min altı yüz iyirmi dörd manat altmış dörd qəpik) manat məbləğində faiz borcu 09 yanvar 2026-cı il tarixli 9/5488 nömrəli ekspert rəyi ilə təsdiq olunmur. Buna görə də, həmin müqavilə üzrə əsas borcun və faiz borcunun tutulması hissəsində 09 yanvar 2026-cı il tarixli 9/5488 nömrəli ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı, Cavabdeh 27649,44 (min altı yüz doxsan yeddi manat yetmiş altı qəpik) manat məbləğində əsas bоrc, 5428,51 (beş min dörd yüz iyirmi səkkiz manat əlli bir qəpik) manat məbləğində faiz bоrcu və 892,98 (səkkiz yüz doxsan iki manat doxsan səkkiz qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə ödənilməlidir.

19. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir.

20. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. - 59.3-cü maddəsinə görə ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun; və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar. İpoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar.

21. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir.

22. Göründüyü kimi, kredit müqaviləsi üzrə Cavabdeh üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə iddiaçı ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan-ipoteka qoyan Cavabdeh arasında bağlanmış 10 yanvar 2022-ci il tarixli ipoteka müqaviləsinə əsasən ünvan 2 ünvanında yerləşən 0,025 ha torpaq sahəsi və üzərindəki 14A nömrəli yerləşən fərdi yaşayış evi ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş evə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317, 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur.

23. Məhkəmə iş üzrə keçirilmiş mütəxəsis tədqiqatının nəticəsi olaraq verilmiş rəyi nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 81000 (səksən bir min) manat göstərilməlidir.

24. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur.

25. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir.

26. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir.

27. Həmçinin məhkəmə hesab edir ki, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanmış 191,91 (yüz doxsan bir manat doxsan bir qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi də cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır.

28. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır.

29. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 27649,44 (iyirmi yeddi min altı yüz qırx doqquz manat qırx dörd qəpik) manat məbləğində əsas bоrc, 5428,51 (beş min dörd yüz iyirmi səkkiz manat əlli bir qəpik) manat məbləğində faiz borcu, 892,98 (səkkiz yüz doxsan iki manat doxsan səkkiz qəpik) manat məbləğində cərimə, 191,91 (yüz doxsan bir manat doxsan bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 34162,84 (otuz dörd min yüz altmış iki manat səksən dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, Cavabdeh tutulmalı olan cəmi 34162,84 (otuz dörd min yüz altmış iki manat səksən dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən 0,025 ha torpaq sahəsi və üzərindəki 14A nömrəli yerləşən fərdi yaşayış evinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 34162,84 (otuz dörd min yüz altmış iki manat səksən dörd qəpik) manat məbləğində borc ödənilməli, ünvan 2 ünvanında yerləşən 0,025 ha torpaq sahəsi və üzərindəki 14A nömrəli yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 81000 (səksən bir min) manat müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməlidir.

30. Həmçinin, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialında olan SWİFT kod: AİİBAZ2XXXX, müxbir hesab: AZ37NABZ********************, benefisiarın hesab: AZ46AİİB400600J**********109, benefisiarın VÖEN-i **********) ödənilməlidir.

31. Bundan başqa, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 ödənilməlidir.

32. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ:

İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh 27649,44 (iyirmi yeddi min altı yüz qırx doqquz manat qırx dörd qəpik) manat məbləğində əsas bоrc, 5428,51 (beş min dörd yüz iyirmi səkkiz manat əlli bir qəpik) manat məbləğində faiz borcu, 892,98 (səkkiz yüz doxsan iki manat doxsan səkkiz qəpik) manat məbləğində cərimə, 191,91 (yüz doxsan bir manat doxsan bir qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 34162,84 (otuz dörd min yüz altmış iki manat səksən dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdeh tutulmalı olan cəmi 34162,84 (otuz dörd min yüz altmış iki manat səksən dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş ünvan 2 ünvanında yerləşən 0,025 ha torpaq sahəsi və üzərindəki 14A nömrəli yerləşən fərdi yaşayış evinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 34162,84 (otuz dörd min yüz altmış iki manat səksən dörd qəpik) manat məbləğində borc ödənilsin. Cavabdeh məxsus ünvan 2 ünvanında yerləşən 0,025 ha torpaq sahəsi və üzərindəki 14A nömrəli yerləşən fərdi yaşayış evinin ilkin satış qiyməti 81000 (səksən bir min) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 ödənilsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 500 (beş yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ("xxxx" Açıq Səhmdar Cəmiyyətinin Nərimanov filialında olan SWİFT kod: AİİBAZ2XXXX, müxbir hesab: AZ37NABZ********************, benefisiarın hesab: AZ46AİİB400600J**********109, benefisiarın VÖEN-i **********) ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir.

Sədrlik edən: İslam Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar