Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2087/2025 25.11.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən 41040AZNSK********** nömrəli hesab üzrə overdraft əməliyyatına əsasən 314,47 (üç yüz on dörd manat qırx yeddi qəpik) manat məbləğində əsas borc, 471,59 (dörd yüz yetmiş bir manat əlli doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 786,06 (yeddi yüz səksən altı manat altı qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutularaq iddaçının xeyrinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 01 yanvar 2021-ci il tarixində Bank xidmətlərinin göstərilməsinə dair X1 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə onGTC/SE/3919 nömrəli Razılıq ərizəsi imzalanmışdır. Həmin Razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş Ümumi Şərtlər toplusunda qeyd edilmiş şərtləri qəbul edir. Overdraftın yaranma səbəbi odur ki, cavabdeh tərəfindən 19 yanvar 2021-ci il tarixində Kapitalbank ATM aparatı vasitəsilə 321 manat vəsait karta mədaxil edilmiş, əməliyyatın baş tutmaması nəticəsində pul ATM-dən geri qaytarılmışdır. Lakin texniki xəta nəticəsində müştərinin hesabına 321 manat mədaxil olmuş və müştəri həmin vəsaiti xərcləmişdir. Daha sonra 07 may 2021-ci il tarixdə həmin vəsaitin texniki xəta nəticəsində köçürüldüyü məlum olmuş və qarşı bankdan revers edilmiş, nəticədə kart hesabı mənfiyə enmişdir. Qeyd edilən əməliyyatların aparılması cavabdehin bank hesabında öz əksini tapmışdır. Müştəri ilə bank arasında bağlanmış Razılıq ərizəsində “overdraft” imkanı olması öz əksini tapmış və müştəriyə “overdraft” formasında kredit xəttindən istifadə imkanı verilmişdir. Bu səbəbdən də qeyd edilən borc müştərinin iradəsi əsasında yaranmışdır. Belə ki, X1 Ödəniş kartı bölməsi üzrə karta dair ümumi məlumatlarının 2.14-cü bəndinə əsasən kart üzrə texniki overdraft, yəni məzənnə fərqi, üçüncü tərəflərə gələcəkdə ödəniş edilməsi üçün müştəri tərəfindən kart məlumatları daxil edildikdə, lakin ödəniş vaxtı hesabda vəsait olmadıqda və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. Texniki overdraft nəticəsində yaranmış borcun (əsas, faiz, cərimə və s.) ödənilməsinə görə məsuliyyəti Müştəri daşıyır. Bank tərəfindən borcalana xəbərdarlıq məktubu göndərilmiş və bank qarşısında olan öhdəliklərinin yerinə yetirilməsi xahiş olunmuş, əks halda qanunvericiliklə müəyyən olunmuş və müqavilə şərtində nəzərdə tutulmuş tədbirlərin görüləcəyi bildirilmişdir. Borcalanın 22 sentyabr2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəliyi 41040AZNSK********** nömrəli kart hesabı üzrə overdraft əməliyyatına əsasən 314,47 (üç yüz on dörd manat qırx yeddi qəpik) manat əsas borc, 471,59 (dörd yüz yetmiş bir manat əlli doqquz qəpik) manat cərimə borcu olmaqla, cəmi 786,06 (yeddi yüz səksən altı manat altı qəpik) manat borc təşkil edir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Açıq Səhmdar Cəmiyyətinın Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit verən İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh arasında 16 sentyabr 2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X1 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/3919 nömrəli Razılıq ərizəsi imzalanmışdır. Cavabdeh həmin razılaşmanı imzalamaqla, bank xidmətlərinin göstərilməsinə dair X1 bankın rəsmi internet səhifəsində https://www.pashabank. az/gsa_addendum/lang,az/ link üzrə yerləşdirilən 27 yanvar 2020ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini diqqətlə oxuduğunu, onun bütün müddəalarını başa düşdüyünü, müqavilə üzrə müəyyən edilən xidmətlərin istifadəsinə dair öz öhdəliyinə düşən şərtlərə riayət olunmasına görə məsuliyyət daşıdığını və əks halda yaranan hər hansı maddi zərər vəya məsuliyyəti birbaşa olaraq öz hesabına daşıdığını qəbul edir. İş materiallarında olan bank xidmətlərinin göstərilməsinə dair X1 müqavilənin predmeti bölməsinin 1-ci bəndinə əsasən bu müqavilədə, müştərinin müraciəti əsasında ona bank hesabının açılması, depozitin yerləşdirilməsi, maliyyələşdirilməsi (kredit, kredit xətti və ya limitin ayrılması), ticarətin maliyyələşdirilməsi (akkreditiv, qarantiya, stand-by akkreditiv, inkasso), ödəniş kartlarının verilməsi, depozit qutularının icarəsi və bu xidmətlərin göstərilməsindən irəli gələn şərtlər müvafiq adlı bölmələrdə öz əksini tapmışdır. Həmin X1 Bank Hesabı bölməsinin 1.3-cü bənində əsasən tərəflərin qarşılıqlı razılığı əsasında hesabın kreditləşməsi (overdraft) nəzərdə tutula bilər. Bu halda bank kreditləşmənin həyata keçirildiyi gündən müştəriyə müvafiq məbləğdə kredit vermiş sayılır. Hesabın kreditləşməsi üzrə şərtlər bu müqavilənin müvafiq bəndinin müddəaları və bankın qüvvədə olan tariflərinə uyğun müəyyən olunacaq. Həmin X1 Karta dair ümumi şərtlər bölməsinin 2.14-cü bənində əsasən kart üzrə texniki overdraft, yəni hesabın məzənnə fərqi və ya digər səbəblərdən mənfi balansa keçməsi halı baş verərsə, bu zaman, bu növdən olan kart üzrə bankın mövcud cərimə faizləri tətbiq olunacaq. Cərimə faizləri möhlət müddəti tətbiq olunmadan, texniki overdraft halının baş verdiyi gündən hesablanmağa başlayır. İş materiallarında olan Cavabdeh məxsus 01 yanvar 2021-ci ildən 02 sentyabr 2025ci ilədək müddəti əhatə edən hesabdan çıxarışa əsasən cavabdeh hesaba 01 yanvar 2021-ci ildən 02 sentyabr 2025-ci ilədək müxtəlif tarixlərdə ümumilikdə 98140,75 manat məbləğində mədaxil etmiş və 98603,96 manat məxaric etmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən təqdim edilən 01 yanvar 2021-ci il tarixdən 02 sentyabr 2025-ci il tarixədək dövrü əhatə edən Cavabdeh məxsus AZ39PAHA41040AZNSK********** nömrəli hesabdan çıxarışdan görünür ki, 02 sentyabr 2025-ci il tarixə mövcud olan qalıq borc 314,47 manat təşkil etmiş, hesab mənfi balansa keçmişdir. İş materiallarında olan 10 oktyabr 2025-ci il tarixli PB/PBL-OUT-00942-2025 nömrəli maliyyə arayışında göstərilir ki, Cavabdehnın 22 sentyabr 2025-ci il tarixə borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 314,47 (üç yüz on dörd manat qırx yeddi qəpik) manat məbləğində əsas borcu və 471,59 (dörd yüz yetmiş bir manat əlli doqquz qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 786,06 (yeddi yüz səksən altı manat altı qəpik) manat məbləğində borcu vardır. Məhkəmə tərəfindən müəyyən edildi ki, tərəflər arasında 16 sentyabr 2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair X1 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərinin qəbul etməsi barədə OnGTC/SE/3919 nömrəli Razılıq ərizəsi imzalanmış, cavabdeh tərəfindən X1 qəbul edilməsi nəticəsində ona 41040AZNSK********** nömrəli hesab açılmışdır. Cavabdeh tərəfindən 19 yanvar 2021-ci il tarixdə Kapital Bank ATM aparatı vasitəsilə 321 manat vəsait karta mədaxil edilmiş, əməliyyatın baş tutmaması nəticəsində pul ATM-dən geri qaytarılmış, lakin texniki xəta nəticəsində müştərinin hesabına 321 manat mədaxil olmuş və müştəri həmin vəsaiti xərcləmişdir. Daha sonra 07 may 2021-ci il tarixdə həmin vəsaitin texniki xəta nəticəsində köçürüldüyü məlum olmuş və qarşı bankdan revers edilmiş, nəticədə kart hesabı mənfiyə enmişdir. Cavadehin hesabından 02 sentyabr 2025-ci il tarixədək olan çıxarışa əsasən müştərinin hesabına mədaxil edilən məbləğ 98140,75 manat, məxaric edilən məbləğ isə 98603,96 manat təşkil edir. Nəticədə mədaxil və məxaric edilən məbləğlər arasında fərq yaranmışdır. İddiaçı hazırda 314,47 manat “texniki overdraftın” və 471,59 cərimənin cavabdehdən tutulmasını tələb edir. Məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən hesab üzrə qeyd edilən əməliyyatların aparılması işdə olan hesabdan çıxarışlar əsasında öz təsdiqini tapır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 14.2.7-ci maddəsinə əsasən, əsassız varlanma mülki hüquq və vəzifələrin əmələ gəlmə əsasıdır. - 386.1-ci maddəsinə əsasən, öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 448.2-ci maddəsinə əsasən, borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. - 954.1-ci maddəsinə əsasən, bank hesabı müqaviləsinə görə bank müştəriyə (hesabın sahibinə) açılmış hesaba daxil olan pul vəsaitini qəbul etməyi və hesaba salmağı, hesabdan müvafiq məbləğlərin köçürülməsinə və verilməsinə, hesab üzrə digər əməliyyatların aparılmasına dair müştərinin sərəncamlarını yerinə yetirməyi öhdəsinə götürür. - 1091.1-ci maddəsinə əsasən, əsassız varlanan o şəxs (varlanmış şəxs) sayılır ki, hüquqi əsas olmadan başqa şəxsin (məhrum olanın) hesabına əmlak əldə etsin. - 1091.2-ci maddəsinə əsasən, əsassız varlanma yalnız o zaman baş verir ki, bu cür varlanmaya haqq qazandıran qanuni əsas və ya müqavilə əsası olmur. Hüquqi əsas olmadan varlanma həmçinin o hallarda baş vermiş sayılır ki, bu cür varlanma həyata keçirilməmiş əsasa və ya sonralar aradan qalxmış əsasa söykənir - 1092.1-ci maddəsinə əsasən,varlanmış şəxs əldə etdiklərini məhrum olanın tələbi ilə ona qaytarmalıdır. Məhkəmə qeyd etmək istəyir ki, əsassız varlanma öhdəliyin (kondiksiya iddiası, latın condictio-əldə etmə) yaranmasının faktiki tərkibi aşağıdakı elementlərdən ibarətdir: 1.bir şəxs başqa şəxsin hesabına əmlak əldə edir; 2. qanuni əsas və ya müqavilə olmadan əmlak əldə edilir. Qeyd olunan maddədə istifadə edilən “varlanma” termini varlanmış şəxs tərəfindən əmlakın (hər hansı bir əmlak hüququnun) əldə edilməsi deməkdir. Belə varlanma digər şəxsin hesabına olmalıdır. Bundan əlavə, bir şəxsin digər şəxsin hesabına əmlakın əldə edilməsi o deməkdir ki, bir şəxsdə əmlak həcmi artırılır, digər şəxsdə isə onun həcmi azalır. Mülki Məcəllənin 1091-ci maddəsində göstərilən əsassız varlanmanın yaranması üçün əsassız varlanma faktının özünün mövcudluğu, yəni əmlakın bir şəxsdən digər şəxsə heç bir hüquqi əsas olmadan əvəzsiz keçməsi vacibdir. Hazırkı iş üzrə belə hüquqi fakt mövcuddur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi Cavabdeh 314,47 (üç yüz on dörd manat qırx yeddi qəpik) manat məbləğində əsas borcun tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməsi hissəsində qanuni və əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 471,59 (dörd yüz yetmiş bir manat əlli doqquz qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi qismən təmin olunmalı, tələb olunan cərimənin əsas borc məbləğinə nisbəti, eləcə də həm kreditorun, həm də borclunun əsaslı mənafeyini nəzərə alınaraq cavabdehdən tutulması tələb olunan cərimə tənasübsüz surətdə yüksək olduğundan azaldılaraq 15 (on beş) manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.1-ci iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun cababdehdən tutularaq iddiaçıya ödənilməsi” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, 09 oktyabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, məhkəmədə iddia qaldırmaq üçün iddiaçı tərəfindən 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia həmin hissədə təmin edilməli, 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, Cavabdeh 314,47 (üç yüz on dörd manat qırx yeddi qəpik) manat məbləğində əsas borc, 15 (on beş) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 359,47 (üç yüz əlli doqquz manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh 314,47 (üç yüz on dörd manat qırx yeddi qəpik) manat məbləğində əsas borc, 15 (on beş) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 359,47 (üç yüz əlli doqquz manat qırx yeddi qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-2087/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2087/2025
25.11.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver