Məhkəmə qərarları › İş №e-2-2(119)-21/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-21/2023

13.03.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-21/2023 13.03.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iştirakı ilə İddiaçı tərəfindən Cavabdeh qarşı verilmiş “əmlakın geri qaytarılması və pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdeh qarşı “əmlakın geri qaytarılması və pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrasının təmin edilərək 67005 (altmış yeddi min beş) manatın, hüquqi yardıma görə ödənilmiş 210 manatın, mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin Cavabdeh tutularaq İddiaçı ödənilməsi və 2415 ədəd tikinti avadanlığının geri qaytarılması və ya dəyərinin ödənilməsi barədə qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh arasında müxtəlif tikinti avadanlıqlarının icarəsinə dair xx.xx.2020-ci il tarixli 44/25 nömrəli müqavilə bağlanmışdır. Həmin müqavilənin 1.1-ci bəndinə əsasən Cavabdeh müqavilənin dəyərini ödəməyi öz üzərinə öhdəlik götürmüşdür. İddiaçı tərəfindən müqavilə öhdəlikləri tam şəkildə yerinə yetirilmişdir. Cavabdehin 30 may 2022-ci il tarixinə qədər olan ümumi borc məbləği 67005 (altmış yeddi min beş) manat müəyyən edilmişdir. Lakin Cavabdeh tərəfindən qeyd olunan pul vəsaiti ödənilməmiş və müqavilə üzrə verilmiş 2415 ədəd tikinti avadanlıqları geri qaytarılmamışdır. Cavabdeh tərəfindən müqavilə üzrə ödənilməli olan 67005 manatın ödənilməməsi nəticəsində iddiaçı hüquqlarını bərpa etmək üçün hüquqi yardıma görə 210 manat xərc çəkmişdir. Həmçinin iddiaçı tərəfindən cavabdehə mediasiya təklifi və mediasiyaya dəvət məktubu göndərilmiş, lakin cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı iddiaçı tərəfindən 400 manat məbləğində mediasiya xərci ödənilmişdir. İddia tələbi ilə əlaqədar Cavabdeh nümayəndəsi Vəkil2 “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə yazılı izahatlar təqdim edərək, aşağıdakıları bildirmişdir: 1) İddiaçının tələbləri onun məhkəməyə təqdim etdiyi xx.xx.2020-ci il tarixli 44/25 saylı müqaviləninin 3.2-ci bəndinə görə tam qanunsuzdur. Belə ki, müqavilənin 3.2-ci bəndinin tələblərinə görə həmin müqavilə qüvvəyə minməmişdir. Çünki həmin bənddə müqavilənin qüvvəyə minmə tarixi kimi tərəflər arasında təhvil-təslim aktının imzalandığı tarix müəyyən edilmişdir. Lakin məhkəməyə təqdim olunmuş təhvil-təslim aktında onun imzalandığı tarix göstərilməmişdir. Buna görə hüquqi cəhətdən istinad edilən müqavilənin hüquqi qüvvəsi yoxdur və onun əsasında irəli sürülmüş iddia tələbi təmin edilə bilməz; 2) İddiaçı yalnız özünün tərtib etdiyi maliyyə arayışı adlanan sənədi məhkəməyə təqdim edərək, cavabdehin guya 67005 manat borcunun olduğunu bildirmişdir. İddiaçının təqdim etdiyi bu maliyyə arayışı heç bir sübutla təsdiq edilmir, halbuki bu qədər borc real mövcuddursa, onda iddiaçının vergi hesabatlarında, yəni müvafiq mühasibat hesabatlarında bu borc xx.xx.2020-xx.xx.2022 tarixləri aralığında debitor borc kimi hər ay (və ya rüb, il) artan ardıcıllıqla mütləq göstərilməlidir. Lakin belə bir sübut məhkəməyə təqdim olunmamışdır; 3) İddiaçının istinad etdiyi 44/25 saylı xx.xx.2020 tarixli müqaviləyə 2 sənəd əlavə edilib - üzərində “Qiymətlərin razılaşdırma protokolu” xx/xx/2020 tarixli 44/25 saylı müqaviləyə xx.xx.2020 tarixli 1 saylı əlavə” yazılmış sənəd, üzərində “təhvil-təslim” sözündən başqa heç bir məlumat olmayan sənəd. Göründüyü kimi, birinci sənədin hansı müqaviləyə əlavə edildiyi və onun əlavə 1 olduğu göstərildiyi halda, təhvil-təslim adlanan sənəddə onun hansı müqaviləyə əlavə olaraq tərtib edildiyi göstərilməmişdir. Digər tərəfdən əgər müqaviləyə əlavə edilən qiymətlərin razılaşdırma protokolu 1 saylı əlavə adlandırılıbsa, ümumi qaydaya görə müqaviləyə ikinci əlavə edilən sənəd (təhvil-təslim aktı) 2 saylı əlavə və onun hansı müqaviləyə əlavə olduğu göstərilməli idi, lakin göstərilməyib. Bu hal həmin təhvil-təslim aktının başqa zaman, başqa müqaviləyə və ya başqa sənədə əlavə olaraq tərtib edildiyini sübut edir, yəni bu təhvil-təslim aktının təqdim edilmiş müqaviləyə heç bir aidiyyəti yoxdur. 4) Göstərilən təhvil-təslim aktının 44/25 saylı xx.xx.2020 tarixli müqaviləyə heç bir aidiyyəti olmamasını digər bir hal da subut edir. Belə ki, qiymətlərin razılaşdırılması protokolu adlanan sənəddə adları göstərilən avadanlıqlarla, təhvil-təslim aktı adlanan sənəddə göstərilən avadanlıqlar arasında fərq mövcuddur, halbuki eyni avadanlıqlardan söhbət gedirsə, belə fərq istisna olmalı idi. Təhvil-təslim adlandırılan sənəddə 11-ci sırada “Üst ayar mili (48) 1.2m qalvaniz” adlı avadanlığı təhvil verildiyi göstərilib, lakin qiymətlərin razılaşdırılması protokolu adlanan sənəddə belə bir adda avadanlıq göstərilməyib. Bu fakt yenə də onu sübut edir ki, məhkəməyə təqdim edilmiş üzərində nəyə aid olduğu göstərilməmiş tarixsiz təhvil-təslim adlı sənədin 44/25 saylı xx.xx.2020 tarixli müqaviləyə heç bir aidiyyəti yoxdur. 5) Sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki və ya hüquqi şəxslər mütləq mənada xx.xx.2017 saylı Q-08 qeydiyyat nömrəli “Ciddi hesabat blanklarının forma və rekvizitlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Maliyyə Nazirliyinin Kollegiyasının 04 aprel 2016-cı il tarixli Q-09 nömrəli qərarında dəyişikliklər edilməsi barədə sənəddə göstərilən Forma MTQA-1 adlanan ciddi hesabat blankında təhvil-təslimi həyata keçirməlidirlər. Belə blankda onun mətbəədə çap edilmiş seriya və nömrəsi olur və bu da vergidən yayınmağın qarşısını alır. Hazırkı halda isə iddiaçı sahibkarlıq fəaliyyəti ilə məşğul olsa da, onun bu normativ sənədin tələbi daxilində təhvil-təslim aktını tərtib etməməsi həmin sənədin etibarsızlığını törədir, çünki Mülki Məcəllənin 337.1-ci maddəsinin tələbinə görə müəyyənləşdirilmiş şərtləri pozmaqla bağlanmış əqd etibarsızdır. İddiaçının əsaslandığı 44/25 saylı xx.xx.2020 müqavilə əsasında cavabdeh heç bir avadanlıq almamışdır. İddiaçı bütün avadanlıqları cavabdehin təsisçisi olduğu şirkətə verib və bu günədək də həmin şirkətlə işləyir. Cavabdeh 31 oktyabr 2022-ci il tarixdə məhkəməyə ərizə göndərərək bildirmişdir ki, İddiaçı istinad etdiyi müqavilə üzrə aralarında heç bir əməliyyat aparılmamışdır. Onlar yalnız cavabdehin təsisçisi olduğu "xxxx" MMC-nin (VÖEN **********) iş içraçıları ilə nağd hesablaşma yolu ilə işləyiblər. İddiaçının istinad etdiyi müqavilə formal bağlanmış və o, bu müqavilə üzrə heç bir mal-material almamışdır. Məhkəməyə təqdim olunan tarixsiz təhviltəslim aktı artıq icra olunmuş başqa müqaviləyə aiddir. Göstərilənlərə əsasən o, iddia tələbinin rədd olunmasını xahiş etmişdir. İddiaçı nümayəndəsi Vəkil1 13 mart 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edərək, Cavabdeh tərəfindən icra olunmamış müqavilənin icrasının təmin edilərək 59847,92 (əlli doqquz min səkkiz yüz qırx yeddi manat 92 qəpik) manat məbləğində borcun, hüquqi yardıma görə ödənilmiş 210 manatın və mediasiya sessiyasının keçirilməsi üçün ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərcinin cavabdehdən tutularaq İddiaçı ödənilməsi və 2415 ədəd tikinti avadanlığının geri qaytarılması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı vəkili və nümayəndəsi Vəkil1 iddia tələbini müdafiə edib, iddia ərizəsi və “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsini xahiş etmişdir. Məhkəmənin əvvəlki iclaslarında iştirak etmiş Cavabdeh vəkili və nümayəndəsi Vəkil2 iddianı qəbul etməyərək, məhkəməyə təqdim etdiyi yazılı izahatlarda göstərilənlərə uyğun izahat verib iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişdir. Məhkəmə, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdeh iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin dəqiqləşdirilməsinə dair” ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi təmin edilməlidir. Belə ki, iş materiallarında olan icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış xx.xx.2020-ci il tarixli 44/25 nömrəli avadanlıqların icarə müqaviləsinə əsasən icarəyə verən göstərilən kanca pano, alt ayar mili, üst ayar mili və sair materialları (avadanlıqlar) tikinti, təmir-bərpa işləri məqsədi ilə icarəçinin müvəqqəti istifadəsinə verir. İcarəçi isə razılaşdırılmış icarə haqqını aybaay ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən icarə haqqı bir aylıq olaraq hesablanır və miqdarı bu müqaviləyə Əlavədə göstərilir. Hər bir avadanlıq üzrə icarə haqqı avadanlıqların təhvil-təslim aktında (aktlarında) və ya digər, ona bərabər olan, sənədlərdə göstərilən sahənin ölçüsünə uyğun olaraq hesablanır. Həmin müqavilənin 3.2-ci bəndinə əsasən hazırkı müqavilə avadanlıqların təhviltəslimi haqqında akt imzalandığı tarixdən hüquqi qüvvəyə minir və icarə müddəti hər bir avadanlıq üçün bir aylıq nəzərdə tutulur. İcarə müddəti ərzində icarə haqqı sabit qalır və yalnız tərəflər arasında qiymət artımı olduqda qarşılıqlı razılaşma yolu ilə dəyişdirilə bilər. İş materiallarında olan xx.xx.2020-ci il tarixli 44/25 nömrəli müqaviləyə 1 saylı əlavə olan 23 dekabr 2020-ci il tarixli Qiymətlərin razılaşdırma protokolundan görünür ki, 1 ədəd kanca panonun (balaca) aylıq icarə haqqı 1,5 AZN, 1 ədəd kanca panonun (sadə) aylıq icarə haqqı 2 AZN, 1 ədəd üst ayar milinin (48-lik) 0,8 m qalvanizin aylıq icarə haqqı 1,5 AZN, 1 ədəd üst ayar milinin (48-lik) 1,2 m aylıq icarə haqqı 1,5 AZN, 1 ədəd sadə ayar milinin (48-lik) aylıq icarə haqqı 1,5 AZN, 1 ədəd alt ayar milinin (48-lik) aylıq icarə haqqı 1,5 AZN müəyyən edilmişdir. İş materiallarında olan təhvil-təslim aktından görünür ki, 24 dekabr 2020-ci il tarixdə 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 45 ədəd kanca pano (balaca), 07 yanvar 2021-ci il tarixdə 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 50 ədəd alt ayar mili 48, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 100 ədəd üst ayar mili (48-lik) 0.8m qalvaniz, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 50 ədəd sadə ayar mili 48, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 150 ədəd üst ayar mili (48-lik) 0.8m qalvaniz, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 100 ədəd alt ayar mili 48, 08 yanvar 2021-ci il tarixdə 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 135 ədəd üst ayar mili (48-lik) 1,2m, 140 ədəd sadə ayar mili 48, 09 yanvar 2021-ci il tarixdə 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 150 ədəd üst ayar mili (48-lik) 1.2m, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 150 ədəd alt ayar mili 48, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 85 ədəd sadə ayar mili 48, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 90 ədəd üst ayar mili (48-lik) 1.2m, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 100 ədəd alt ayar mili 48, 13 yanvar 2021-ci il tarixdə 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 120 ədəd üst ayar mili (4-lik) 1.2m, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 150 ədəd alt ayar mili 48, 19 yanvar 2021-ci il tarixdə 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 300 ədəd alt ayar mili 48, 1 ədədinin aylıq icarə haqqı 1,5 manat olan 300 ədəd üst ayar mili (48-lik) 1.2m qalvaniz, 09 fevral 2021-ci il tarixdə 1 ədədinin aylıq icarə haqqı 2 manat olan 100 ədəd kanca pano (sadə), 10 fevral 2021-ci il tarixdə 1 ədədinin aylıq icarə haqqı 2 manat olan 100 ədəd kanca pano (sadə) İddiaçı tərəfindən Cavabdeh təhvil verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş borc barədə arayışa əsasən xx.xx.2020-ci il tarixli icarə müqaviləsi üzrə fiziki şəxs Cavabdeh İddiaçı 30 may 2022-ci il tarixinədək 59847,92 manat icarə haqqı borcu yaranmışdır. Məhkəmə araşdırması zamanı Cavabdeh vəsatəti nəzərə alınaraq, mübahisənin obyektiv həlli məqsədi ilə iş üzrə məhkəmə-xətşünaslıq ekspertizası təyin edilmiş və 02 fevral 2023-cü il tarixli 4/1729 nömrəli ekspert rəyində göstərilmişdir ki, ekspertizaya təqdim edilmiş xx.xx.2020-ci il tarixli 44/25 nömrəli avadanlıqların icarə müqaviləsinin 1-ci və 2-ci vərəqlərinin aşağı sağ hissələrində olan imzalar, 3-cü vərəqində “İcarəçi” qrafasında “Korkmaz” yazıları və həmin yazıların qarşısında olan imza, xx.xx.2020-ci il tarixli qiymətlərin razılaşdırma protokolunun (xx.xx.2020-ci il tarixli 44/25 nömrəli müqaviləyə 1 saylı əlavə) aşağı sağ hissəsində “İcarəçi” qrafasında “Korkmaz” yazıları və həmin yazıların qarşısında olan imza, Ş/V seriyalı DYİ ******* nömrəli təhvil-təslim aktının aşağı hissəsində “Təsdiq edirik Cavabdeh (Ş/V seriyalı DYİ 0027677)” qrafasında “Cavabdeh” yazıları və həmin yazıların aşağı hissəsində olan imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə görə kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. Həmin Məcəllənin 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında xx.xx.2020-ci il tarixli 44/25 nömrəli avadanlıqların icarə müqaviləsi bağlanmış və aylıq icarə haqları müəyyən olunaraq 2415 ədəd tikinti avadanlığı xx.xx.2020-xx.xx.2021-ci il tarixlərdə İddiaçı tərəfindən təhvil-təslim aktı əsasında icarəçi Cavabdeh təhvil verilmişdir. Lakin cavabdeh tərəfindən icarə haqqı ödənilməyərək müqavilə öhdəliyi yerinə yetirilməmiş və həmin tikinti avadanlıqları iddiaçıya geri qaytarılmamışdır. Buna görə də, hazırkı iddia ərizəsində cavabdeh tərəfindən ödənilməmiş 59847,92 (əlli doqquz min səkkiz yüz qırx yeddi manat doxsan iki qəpik) manat məbləğində icarə haqqının tutulması və 2415 ədəd tikinti avadanlığının iddiaçıya geri qaytarılması xahiş olunmuşdur. İş materiallarından görünür ki, icarə haqqı borcunun lazımi qaydada ödənilməsi ilə əlaqədar cavabdehə müvafiq qaydada xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdehla mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən 400 (dörd yüz) manat məbləğində mediasiya xərci ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə ilə üzərinə düşən öhdəlikləri yerinə yetiməmişdir. Buna görə 23 dekabr 2020-ci il tarixli 44/25 nömrəli avadanlıqların icarə müqaviləsi üzrə 30 may 2022-ci il tarixinə hesablanmış 59847,92 (əlli doqquz min səkkiz yüz qırx yeddi manat doxsan iki qəpik) manat məbləğində icarə haqqının Cavabdeh iddiaçının xeyrinə tutulması və 2415 ədəd tikinti avadanlığının Cavabdeh alınaraq İddiaçı geri qaytarılması barədə iddia tələbi əsaslıdır. Məhkəmə Cavabdeh nümayəndəsi Vəkil2 yazılı izahatında bildirdiyi təhvil-təslim aktının imzalanma tarixinin olmaması ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan təhvil-təslim aktında 2415 ədəd tikinti avadanlığının bir dəfəyə deyil, xx.xx.2020xx.xx.2021-ci il tarixlərdə 19 dəfəyə Cavabdeh təhvil verildiyi göstərilmiş, hər dəfə təhviltəslimin aparıldığı tarixlər qeyd olunmuş və sonda həmin akt İddiaçı və cavabdeh tərəfindən imzalanmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi təmin edilməli, 23 dekabr 2020-ci il tarixli 44/25 nömrəli avadanlıqların icarə müqaviləsi üzrə 30 may 2022-ci il tarixinə hesablanmış 59847,92 manat məbləğində icarə haqqı borcu Cavabdeh tutularaq İddiaçı ödənilməli və 2415 ədəd tikinti avadanlığı - 45 ədəd kanca pano (balaca), 50 ədəd alt ayar mili 48, 100 ədəd üst ayar mili (48-lik) 0.8m qalvaniz, 50 ədəd sadə ayar mili 48, 150 ədəd üst ayar mili (48-lik) 0.8m qalvaniz, 100 ədəd alt ayar mili 48, 135 ədəd üst ayar mili (48-lik) 1,2m, 140 ədəd sadə ayar mili 48, 150 ədəd üst ayar mili (48-lik) 1.2m, 150 ədəd alt ayar mili 48, 85 ədəd sadə ayar mili 48, 90 ədəd üst ayar mili (48-lik) 1.2m, 100 ədəd alt ayar mili 48, 120 ədəd üst ayar mili (48-lik) 1.2m, 150 ədəd alt ayar mili 48, 300 ədəd alt ayar mili 48, 300 ədəd üst ayar mili (48-lik) 1.2m qalvaniz, 100 ədəd kanca pano (sadə), 100 ədəd kanca pano (sadə) Cavabdeh alınaraq İddiaçı geri qaytarılmalıdır. Həmçinin iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdehla mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı tərəfindən ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərci də Cavabdeh tutularaq iddiaçıya ödənilməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 ödənilməlidir. Eləcə də, Cavabdeh 269,54 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Həmin Məcəllənin 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və çıxış üçün təqdim olunmuş hesab nəzərə alınmaqla, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara ala bilər. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi təmin edilsin. Cavabdeh 23 dekabr 2020-ci il tarixli 44/25 nömrəli avadanlıqların icarə müqaviləsi üzrə 30 may 2022-ci il tarixinə hesablanmış 59847,92 (əlli doqquz min səkkiz yüz qırx yeddi manat doxsan iki qəpik) manat məbləğində icarə haqqı borcu, hüquqi yardıma görə ödənilmiş 210 manat xidmət haqqı və mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat mediasiya xərci olmaqla – cəmi 60457,92 (altmış min dörd yüz əlli yeddi manat doxsan iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı ödənilsin. 23 dekabr 2020-ci il tarixli 44/25 nömrəli avadanlıqların icarə müqaviləsi üzrə 2415 ədəd tikinti avadanlığı - 45 ədəd kanca pano (balaca), 50 ədəd alt ayar mili 48, 100 ədəd üst ayar mili (48-lik) 0.8m qalvaniz, 50 ədəd sadə ayar mili 48, 150 ədəd üst ayar mili (48 lik) 0.8m qalvaniz, 100 ədəd alt ayar mili (48-lik), 135 ədəd üst ayar mili (48-lik) 1,2m, 140 ədəd sadə ayar mili 48, 150 ədəd üst ayar mili (48-lik) 1.2m, 150 ədəd alt ayar mili 48, 85 ədəd sadə ayar mili 48, 90 ədəd üst ayar mili (48-lik) 1.2m, 100 ədəd alt ayar mili 48, 120 ədəd üst ayar mili (48-lik) 1.2m, 150 ədəd alt ayar mili 48, 300 ədəd alt ayar mili 48, 300 ədəd üst ayar mili (48-lik) 1.2m qalvaniz, 100 ədəd kanca pano (sadə), 100 ədəd kanca pano (sadə) Cavabdeh alınaraq İddiaçı qaytarılsın. Cavabdeh dövlət nəfinə 269,54 (iki yüz altmış doqquz manat 54 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 124 (yüz iyirmi dörd) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar