Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2105/2025 08.01.2026 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 26 avqust 2024-cü il tarixli RBSB-7417 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə 8484,64 (səkkiz min dörd yüz səksən dörd manat altmış dörd qəpik) manat məbləğində əsas borc, 736,05 (yeddi yüz otuz altı manat beş qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 9220,69 (doqquz min iki yüz iyirmi manat altmış doqquz qəpik) manat məbləğində borcun və 113 (yüz on üç) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Səbail filialı ilə Cavabdeh1 arasında bağlanmış 26 avqust 2024-cü il tarixli RBSB-7417 nömrəli kredit müqaviləsinə əsasən illik 21 % faiz dərəcəsi olmaqla 15 ay müddətinə 17000 (on yeddi min) manat məbləğində cavabdehə kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə yaranmış öhdəliklərin icrasına təminat olaraq 26 avqust 2024-cü il tarixdə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin Səbail filialı ilə digər Cavabdeh2 arasında zaminlik müqaviləsi bağlanmışdır. Həmin müqavilə üzrə zamin 26 avqust 2024-cü il tarixli RBSB-7417 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasına görə borclu ilə birlikdə məsuliyyət daşıyır. 26 avqust 2024-cü il tarixli RBSB-7417 nömrəli kredit müqaviləsinin şərtlərinə görə borc alan Cavabdeh1 kredit üzrə hesablanmış dəbbə pulunu (cərimə, penya), faizləri və əsas borc məbləğini tamvə vaxtında ödəməyi öhdəsinə götürsə də, kreditin ödənilməsinə dair öhdəliyi vaxtında və lazımı qaydada icra etməmişdir. Bu barədə dəfələrlə yazılı və şifahi qaydada xəbərdar edilməsinə baxmayaraq cavabdehlər öhdəliyinin icra edilməsindən qərəzli olaraq yayınmışdır. Tərəflər arasında bağlanmış 26 avqust 2024-cü il tarixli RBSB- 7417 nömrəli kredit müqaviləsinə görə cavabdeh kredit müqaviləsinin ayrılmaz hissəsi hesab olunan ödəniş cədvəli əsasında hər ayın 26-dan gec olmayaraq hər ay 1298,42 (bir min iki yüz doxsan səkkiz manat qırx iki qəpik) manat ödəniş etməli olduğu halda öhdəliklərini vaxtı-vaxtında və lazımı qaydada icra etməmişdir. Təqdim olunan maliyyə arayışına əsasən Cavabdeh1 26 avqust 2024-cü il tarixli RBSB-7417 nömrəli kredit müqaviləsi üzrə əsas borcu 8484,64 (səkkiz min dörd yüz səksən dörd manat altmış dörd qəpik) manat, faiz borcu 736,05 (yeddi yüz otuz altı manat beş qəpik) manat təşkil edir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti 07 yanvar 2026-cı il tarixdə elektron kabinet vasitəsilə məhkəməyə ərizə təqdim edərək məhkəmə iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsini və iddianın təmin edilməsinə dair qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan bank İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müştəri Cavabdeh1 arasında bağlanmış 26 avqust 2024-cü il tarixli RBSB-7417 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşmaya əsasən bank dövriyyə vəsaitlərinin artırılması məqsədilə illik 21 % faiz dərəcəsi olmaqla 15 ay müddətinə 17000 (on yeddi min) manat məbləğində Cavabdeh1 kredit vermişdir. İş materiallarında olan ödəniş qrafikində borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 26 noyabr 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borc alan Cavabdeh1 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan 25 sentyabr 2025-ci il tarixli RB-02/PK-4105 nömrəli maliyyə arayışından göstərilir ki, 26 avqust 2024-cü il tarixli RBSB-7417 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə borcalan Cavabdeh1 İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 25 sentyabr 2025-ci il tarixinə 8484,64 manat məbləğində əsas bоrc və 736,05 manat məbləğində faiz borcu olmaqla, cəmi 9220,69 manat məbləğində borcu vardır. İş materiallarında görünür ki, iddiaçı tərəfindən cavabdehlərə 25 sentyabr 2025-ci il tarixdə bildiriş göndərilərək 25 sentyabr 2025-ci il tarixinə 26 avqust 2024-cü il tarixli RBSB-7417 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə 8484,64 manat məbləğində əsas borcu, 736,05 manat məbləğində faiz borcu olmaqla, cəmi 9220,69 manat məbləğində borcu olduğu bildirilmiş, 3 iş günü müddətində banka olan borcun ödənilməsinin təmin edilməsi xahiş olunmuş, əks halda müqavilənin şərtlərinə əsasən həmin borcun ödənilməsi üçün qanunmüvafiq tədbirlər görüləcəyi qeyd edilmişdir. İş materiallarında olan borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh2 arasında bağlanılmış 26 avqust 2024-cü il tarixli RBSB-7417 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən bu müqavilənin predmeti İddiaçı Açıq Səhmdar Cəmiyyəti və Cavabdeh1 arasında bağlanılan 712711 nömrəli “Kredit Məhsulları üzrə Bank Xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər, ümumi şərtlər üzrə 26 avqust 2024cü il tarixli RBSB-7417 nömrəli kredit verilməsinə dair əsas şərtlər- razılaşma, habelə ümumi şərtlər üzrə bağlanılacaq bütün razılaşmalara əsasən bankdan kredit götürmüş Cavabdeh1 tərəfindən kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti zaminin öz üzərinə götürməsidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin o, 26 avqust 2024-cü il tarixli RBSB-7417 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Buna görə də həmin müqavilə üzrə əsas və faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, 26 avqust 2024-cü il tarixli RBSB-7417 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə 8484,64 (səkkiz min dörd yüz səksən dörd manat altmış dörd qəpik) manat məbləğində əsas borc və 736,05 (yeddi yüz otuz altı manat beş qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 26 avqust 2024-cü il tarixli RBSB-7417 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 26 avqust 2024-cü il tarixli RBSB-7417 nömrəli kredit verilməsinə dair əsas şərtlər-razılaşma üzrə Cavabdeh1 kreditor qarşısında öz öhdəliklərinin tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürmüşdür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “113 (yüz on üç) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki iş materiallarında olan ödəniş qəbzindən iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 113 (yüz on üç) manat məbləğində dövlət rüsumu ödənildiyi görünür. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 113 (yüz on üç) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8484,64 (səkkiz min dörd yüz səksən dörd manat altmış dörd qəpik) manat məbləğində əsas borc, 736,05 (yeddi yüz otuz altı manat beş qəpik) manat məbləğində faiz borcu və 113 (yüz on üç) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 9333,69 (doqquz min üç yüz otuz üç manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 8484,64 (səkkiz min dörd yüz səksən dörd manat altmış dörd qəpik) manat məbləğində əsas borc, 736,05 (yeddi yüz otuz altı manat beş qəpik) manat məbləğində faiz borcu və 113 (yüz on üç) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 9333,69 (doqquz min üç yüz otuz üç manat altmış doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-2105/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2105/2025
08.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver