Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2137/2025 06.01.2026 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X1, Cavabdeh1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada iddaçının xeyrinə 31 yanvar 2024-cü il tarixli 6-MCR-1-79-24/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 545,4 (beş yüz qırx beş manat qırx qəpik) manat məbləğində əsas borc, 68,13 (altmış səkkiz manat on üç qəpik) manat məbləğində faiz borcu, 15,68 (on beş manat altmış səkkiz qəpik) manat məbləğində cərimə və 31 yanvar 2025-ci il tarixdən 19 may 2025-ci il tarixədək gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 9,7 (doqquz manat yetmiş qəpik) manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 638,91 (altı yüz otuz səkkiz manat doxsan bir qəpik) manat məbləğində borcun və 30 (otuz) manat məbləğində dövlət rüsumunun tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh2 31 yanvar 2024-cü il tarixli kredit müqaviləsinə əsasən "xxxx" Açıq Səhmdar Cəmiyyətindən illik 24 faizlə 12 ay müddətinə 2000 manat məbləğində kredit götürmüşdür. Borcun təminatı olaraq Cavabdeh1 Zəkulla oğlu ilə 31 yanvar 2024 il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Lakin borclu müqavilənin şərtlərini pozaraq borc öhdəliyini icra etməkdən boyun qaçırır. 19 may 2025-ci il tarixədək Cavabdeh2 banka 31 yanvar 2024-cü il tarixli kredit müqaviləsi üzrə 545,4 manat əsas borc, 68,13 manat faiz borcu, 15,68 manat cərimə və 31 yanvar 2025-ci il tarixdən 19 may 2025-ci il tarixədək geckdirilmiş vaxt üçün ilik 5 (beş) faizlə hesablanmış 9,7 manat məbləğində əldən çıxmış fayda olmaqla, cəmi 638,91 manat borcu vardır. Xəbərdarlıq edilməsinə baxmayaraq cavabdehlər borcu ödəməkdən boyun qaçırır. Cavabdeh1 23 noyabr 2025-ci il tarixdə məhkəməyə etiraz ünvanlayaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ona qarşı irəli sürdüyü borc tələblərinin tamamilə rədd edilməsini, zaminlik məsuliyyəti üzrə tələb olunan borcun Cavabdeh2 şəxsi öhdəliyi kimi qiymətləndirilməsini, onun barəsində iddianın icraatına xitam verilməsini, yalnız faktiki borclu Cavabdeh2 ilə bağlı baxılmasını xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 31 yanvar 2024-cü il tarixli kredit müqaviləsi üzrə X3 qarşı “borcun tutulması” tələbi irəli sürülmüşdür. Cavabdeh1 həmin müqavilə üzrə zamin qismində çıxış etmişdir. Lakin iddianın ona qarşı irəli sürülməsi qanuni əsaslara uyğun deyil, buna görə də o tam etiraz edir. Cavabdeh1 kredit vəsaitindən istifadə etməmiş, kredit müqaviləsi və götürülmüş pul yalnız X2 istifadəsində olmuşdur. Cavabdeh2 onun dayısı qızıdır, yalnız qohumluq və etibar səbəbindən ona kömək məqsədilə zamin olmuşdur. Faktiki borc və ödəniş öhdəliyi yalnız Cavabdeh2 aiddir. Faktiki borclu və öhdəliyi pozan şəxs Cavabdeh2dır. Cavabdeh2 31 yanvar 2024-cü il tarixli kredit müqaviləsi üzrə öhdəliklərini vaxtında və tam yerinə yetirməmişdir. Bu səbəbdən o da, zamin kimi zərərçəkmişdir, lakin bu, onun öhdəliyi kimi qiymətləndirilməməlidir. Cavabdeh1 kreditin gecikməsi və faiz hesablanması barədə heç bir bildiriş göndərilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 472.2-ci maddəsinə əsasən zaminin məsuliyyəti yalnız subsidiar və xəbərdar ediləndən sonra tətbiq oluna bilər. Bu tələblər yerinə yetirilməmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 26 noyabr 2025-ci il tarixli e-2-2(119)- 2137/2025 nömrəli qərardadı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə iddia icraatı qaydasında baxılması qərara alınmışdır. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh1 izahatında iddia ərizəsində göstərilən borcun mövcud olduğunu bildirmişdir. O, kreditdən istifadə etmədiyini, başqa banklara özünün borcu olduğunu qeyd etmiş, buna görə zaminlikdən çıxarılmasını və borcun yalnız Cavabdeh2 tutulmasını xahiş etmişdir. Cavabdeh2 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə uyğun olaraq işə Cavabdeh2 iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. İş materiallarında olan borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 arasında bağlanmış 31 yanvar 2024-cü il tarixli 6-MCR-1-79-24 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləyə əsasən Cavabdeh2 aylıq faiz dərəcəsi 2,50 % olmaqla 120 ay müddətinə 15000 (on beş min) manat məbləğində kredit limiti ayrılmışdır. İş materiallarında olan borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borcalan Cavabdeh2 arasında bağlanmış 31 yanvar 2024-cü il tarixli 6-MCR-1-79-24/1 nömrəli kredit verilməsinə dair müqaviləyə əsasən Cavabdeh2 aylıq faiz dərəcəsi 2 % olmaqla 12 ay müddətinə biznes məqsədi ilə 2000 (iki min) manat məbləğində kredit götürmüşdür. İş materiallarında olan 31 yanvar 2024-cü il tarixli 6-MCR-1-79-24/1 nömrəli kredit verilməsinə dair müqaviləyə 1 saylı əlavədən görünür ki, borcalan Cavabdeh2 31 yanvar 2024-cü il tarixli 6-MCR-1-79-24/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə banka olan borcunun son ödəniş tarixi 31 yanvar 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planını borcalan Cavabdeh2 imzası ilə təsdiq etmişdir. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 31 yanvar 2024cü il tarixli 6-MCR-1-79-24/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 19 may 2025-ci il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 545,4 (beş yüz qırx beş manat qırx qəpik) manat əsas borc, 68,13 (altmış səkkiz manat on üç qəpik) manat faiz borcu, 15,68 (on beş manat altmış səkkiz qəpik) manat cərimə və gecikdirilmiş vaxt üçün illik beş faizlə hesablanmış 9,7 (doqquz manat yetmiş qəpik) manat əldən çıxmış fayda olmaqla, cəmi 638,91 (altı yüz otuz səkkiz manat doxsan bir qəpik) manat borcu vardır. İş materiallarında olan 19 may 2025-ci il tarixli xəbərdarlıq məktubundan görünür ki, cavabdehlərdən 5 gün müddətində banka olan borclarını tam ödəmələri, əks təqdirdə borc məbləğinin tutulması üçün məhkəməyə müraciət olunacağı bildirilmişdir. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə zamin Cavabdeh1 arasında bağlanmış 31 yanvar 2024-cü il tarixli Z/01814/24 nömrəli zaminlik müqaviləsinə əsasən zamin 31 yanvar 2024-cü il tarixli 6-MCR-1-79-24 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürür. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd olunmuşdur ki, kredit müqaviləsində nəzərdə tutulmuş müddət ərzində öhdəlik icra edilmədikdə və ya icra müddəti çatanadək kreditorun etdiyi xəbərdarlıqdan sonra da borclu pul məbləğinin ödənilməsini gecikdirdikdə, habelə kreditor digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmədikdə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 445.7-ci maddəsinə görə kreditor gecikdirilmiş vaxt üçün illik beş faiz ödənilməsini tələb etmək hüququna malikdir. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan Cavabdeh2 31 yanvar 2024-cü il tarixli 6- MCR-1-79-24 nömrəli kredit limitinin ayrılmasına dair müqaviləni və 31 yanvar 2024-cü il tarixli 32-MCR-2-444-23/1 nömrəli kredit verilməsinə dair müqaviləni bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan borcunu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 31 yanvar 2024-cü il tarixli 32-MCR-2-444-23/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 545,4 (beş yüz qırx beş manat qırx qəpik) manat məbləğində əsas borc, 68,13 (altmış səkkiz manat on üç qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 9,7 (doqquz manat yetmiş qəpik) manat məbləğində faiz borcu və 15,68 (on beş manat altmış səkkiz qəpik) manat məbləğində cərimə iddiaçının xeyrinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 31 yanvar 2024-cü il tarixli Z/01814/24 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 31 yanvar 2024-cü il tarixli 6-MCR-1-79-24 nömrəli kredit limitinin ayrılmasına dair müqavilə üzrə üzrə borcalanın bank qarşısında götürdüyü öhdəliklərini tamamilə və ya hissə-hissə icra etməsi üçün borcalanla birgə qaydada məsuliyyət daşımaq öhdəliyini öz üzərinə götürmüşdür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İddia tələbinin “30 (otuz) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki iş materiallarında olan 02 sentyabr 2025-ci il tarixli ********** nömrəli ödəniş qəbzindən iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 30 (otuz) manat məbləğində dövlət rüsumu ödənildiyi görünür. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 30 (otuz) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin edilməli, cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 31 yanvar 2024-cü il tarixli 6-MCR-1-79-24/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 545,4 (beş yüz qırx beş manat qırx qəpik) manat məbləğində əsas borc, 68,13 (altmış səkkiz manat on üç qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 9,7 (doqquz manat yetmiş qəpik) manat məbləğində faiz borcu, 15,68 (on beş manat altmış səkkiz qəpik) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 668,91 (altı yüz altmış səkkiz manat doxsan bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia təmin edilsin. Cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada 31 yanvar 2024-cü il tarixli 6-MCR-1-79-24/1 nömrəli kredit verilməsinə dair müqavilə üzrə 545,4 (beş yüz qırx beş manat qırx qəpik) manat məbləğində əsas borc, 68,13 (altmış səkkiz manat on üç qəpik) manat məbləğində faiz borcu, müqavilə müddəti bitdikdən sonra illik 5 %-lə hesablanmış 9,7 (doqquz manat yetmiş qəpik) manat məbləğində faiz borcu, 15,68 (on beş manat altmış səkkiz qəpik) manat məbləğində cərimə və 30 (otuz) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 668,91 (altı yüz altmış səkkiz manat doxsan bir qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-2137/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2137/2025
06.01.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver