Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-218/2025 15.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 25 noyabr 2022-ci il tarixli 005R********** nömrəli kredit sazişi-biznes krediti və girov barədə qarışıq razılaşma üzrə 3112,71 (üç min yüz on iki manat, yetmiş bir qəpik) manat məbləğində borc, 405 (dörd yüz beş) manat məbləğində faiz bоrcu, 161,02 (yüz altmış bir manat, iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 3678,73 (üç min altı yüz yetmiş səkkiz manat, yetmiş üç qəpik) manat məbləğində pul vəsaitinin və 56,79 (əlli altı manat, yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə, həmin kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə 16 dekabr 2024-cü il tarixli məhkəmə bildirişləri müvafiq qaydada cavabdehlərə göndərilmişdir. İddiaçı 14 yanvar 2025-ci ildə məhkəməyə “iddia ərizəsinin qaytarılması” barədə ərizə təqdim edərək, iddia ərizəsinin geri qaytarılmasını xahiş etmişdir. Yəni kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsinə mahiyyəti üzrə baxılıb müvafiq məhkəmə aktı qəbul edilənədək iddiaçı tərəfindən məhkəməyə həmin iddia ərizəsinin qaytarılması barədə ərizə verilmişdir. Mülki Prosessual Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, iddia ərizəsi baxılmamış saxlanılır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddia ərizəsinin qaytarılması barədə ərizə təmin edilməli və həmin ərizə əsasında İddiaçı QSC tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Həmçinin işin hallarına görə iddia tələbinin dəyərinə görə ödənilmiş 56,79 (əlli altı manat, yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 284-1-284-5-ci, 259, 260, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ********** nömrəli ödəniş qəbzinə əsasən dövlət büdcəsinə ödənilmiş 56,79 (əlli altı manat, yetmiş doqquz qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 20 noyabr 2024-cü il, 10:17:09; Sumqayıt Kommersiya Məhkəməsi üçün) həmin ödənişi etmiş iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-218/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-218/2025
15.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver