Məhkəmə qərarları › İş №e-2-2(119)-2194/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2194/2024

27.12.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2194/2024 27.12.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti Cavabdehnə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən RQ-171 nömrəli, xx.xx.2020-ci il tarixli kredit müqaviləsinə əsasən 1309027,30 (bir milyon üç yüz doqquz min iyirmi yeddi dollar, otuz sent) ABŞ dolları məbləğində əsas borc, 371142,92 (üç yüz yetmiş bir min yüz qırx iki dollar, doxsan iki sent) ABŞ dolları məbləğində faiz borcu olmaqla, cəmi 1680170,22 (bir milyon altı yüz səksən min yüz yetmiş dollar, iyirmi iki sent) ABŞ dolları məbləğində borc, məhkəməyə müraciət üçün ödənilmiş 2218,14 (iki min iki yüz on səkkiz manat, on dörd qəpik) manat dövlət rüsumunun və 3,33 (üç manat, otuz üç qəpik) manat xidmət haqqının əvəzinin cavabdehdən iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçı 25 dekabr 2024-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdehnə qarşı verilmiş iddia ərizəsi və ona əlavə edilmiş sənədlərin, həmçinin ödənilmiş 2218,14 manat məbləğində dövlət rüsumu və 3,33 manat məbləğində xidmət haqqının geri qaytarılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia ərizəsinin qaytarılması barədə ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən həmin ərizənin təmin edilməsini xahiş etdi. Cavabdeh məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələblərinə görə, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının 25 dekabr 2024-cü il tarixli ərizəsi qismən təmin edilməli və onun tərəfindən cavabdehə qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılaraq, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər və işin hallarına görə iddia tələbinin dəyərinə görə ödənilmiş 2218,14 (iki min iki yüz on səkkiz manat, on dörd qəpik) manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalı, 3,33 manat məbləğində xidmət haqqının qaytarılması hissəsində isə ərizə təmin edilməməlidir. Belə ki, ilk növbədə, qeyd edilməlidir ki, mülki-prosessual qanunvericilikdə ərizənin geri qaytarıldığı təqdirdə, dövlət rüsumunun geri qaytarılması nəzərdə tutulmuşdur (Mülki Prosessual Məcəllə 114.1.3-cü maddə). Digər tərəfdən, iş materialları ilə müəyyən edilir ki, hazırkı iddia tələbi üzrə iddiaçı "xxxx" ASC tərəfindən 2218,14 (iki min iki yüz on səkkiz manat, on dörd qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. İddia ərizəsinə əlavə edilmiş 03 dekabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, ödənişi qəbul edən təşkilat elə "xxxx" Açıq Səhmdar Cəmiyyətinin özüdür. Buna görə də ərizə həmin hissədə təmin edilməməlidir. Mülki Prosessual Məcəllənin 114.1.3-cü maddəsinə əsasən, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsinin qaytarılması barədə ərizəsi qismən təmin edilsin. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyətinin Cavabdehnə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən ********** nömrəli ödəniş qəbzinə əsasən dövlət büdcəsinə ödənilmiş 2218,14 (iki min iki yüz on səkkiz manat, on dörd qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 03 dekabr 2024-cü il, 14:26:23; Sumqayıt Kommersiya Məhkəməsi üçün) həmin ödənişi etmiş iddiaçıya geri qaytarılsın. Ərizə qalan hissədə təmin edilməsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar