Məhkəmə qərarları › İş №e-2-2(119)-22/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-22/2023

27.01.2023 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-22/2023 27.01.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X2, Cavabdeh vəkili və nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq məhəmə, MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti Cavabdeh qarşı “maddi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1 ədəd “Belarus-1221” markalı traktorun tam bərpası üçün hesablanmış 11590 (on bir min beş yüz doxsan) manat dəymiş maddi ziyan və 200 (iki yüz) manat mediasiya xərci olmaqla, cəmi 11790 (on bir min yeddi yüz doxsan) manat məbləğində pul vəsaitinin Cavabdeh tutularaq İddiaçı ASC-yə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2021-ci il tarixli 06/01424 nömrəli operativ lizinq müqaviləsinə əsasən 1 ədəd “Belarus-1221” markalı traktor ona istifadəyə verilmişdir. Lizinq alanın həmin müqavilə üzrə texnikanı saz və dəst halda geri qaytarmaq öhdəliyi olmasına baxmayaraq texnika nasaz vəziyyətdə saxlanca verilmişdir. Müqavilə əsasında cavabdehin istifadəsinə verilmiş “Belarus-1221” markalı traktora baxış keçirilmiş və nəticədə texnikaya 11590 (on bir min beş yüz doxsan) manat məbləğində zərərin dəydiyi müəyyən edilmişdir. Həmin traktorun işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər haqqında arayış tərtib olunmuşdur. Tərtib olunmuş arayışa əsasən texnikanın tam bərpa edilməsi üçün onlara tələb olunan ehtiyat hissələrinin ehtimal olunan dəyəri mövcud bazar qiymətlərinə uyğun olaraq müəyyən edilmişdir. Belə ki, “Belarus-1221” markalı traktorun tam bərpası üçün 11590 (on bir min beş yüz doxsan) manat dəymiş maddi ziyan hesablanmışdır. Məhkəmə iclasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi X4 iddia tələbini müdafiə edib, iddia ərizəsində göstərilənlərə uyğun izahat verərək iddianın tam təmin olunması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. Eyni zamanda o, ekspert rəyinin məhkəmə-xətşünaslıq ekspertizası ilə bağlı hissəsinə etirazları olmadığını, məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı hissəsi ilə isə razılaşmadıqlarını bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil izahatında iddia tələbini qəbul etmədiklərini bildirərək iddianın rədd olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Eyni zamanda o, cavabdehin iddiaçı ilə müqaviləni bağlayıb sənədlərə imza etməsinə baxmayaraq texnikanı onun deyil, başqa şəxsin istifadə etdiyini, zərəri də həmin şəxsin vurduğunu, habelə ekspert rəyinin məhkəmə-əmtəəşünaslıq ekspertizası ilə bağlı hissəsi ilə razılaşmadıqlarını bildirmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi qismən təmin edilməlidir. Belə ki, İddiaçı ASC ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2021-ci il tarixli 06/01424 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasən cəmiyyət tərəfindən 1 ədəd “Belarus-1221” markalı traktor mülkiyyət hüququ istifadəçiyə keçməmək şərtilə 17 iyun 2021-ci il tarixindən 17 iyul 2021ci il tarixinədək bir ay müddətinə istifadə haqqı 200 (iki yüz iyirmi) manat müəyyən edilməklə Cavabdeh istifadəsinə verilmişdir. Həmin müqavilənin 2.1.4-cü bəndinə əsasən lizinqə verən lizinq alan tərəfindən müqavilənin şərtlərinə əməl edilmədikdə lizinqə (istifadəyə) verən onu yazılı xəbərdarlıq etməklə bu müqaviləni birtərəfli qaydada ləğv etmək, texnikanı geri götürmək, habelə ödənişdən qalan borcun və texnikaya dəymiş zərərin ödənilməsini qanuna müvafiq qaydada tələb etmək hüququna malikdir. Həmin müqavilənin 2.2.4-cü bəndinə əsasən lizinq alan istifadə müddəti başa çatanadək texnikanın üçüncü şəxsə istifadəyə verilməməsini (hüquqi şəxslər istisna olmaqla), satılmamasını, girov qoyulmamasını, özgəninkiləşdirilməməsini və təyinatının dəyişdirilməməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 2.2.5-ci bəndinə əsasən lizinq alan texnikanın təyinatı üzrə səmərəli istifadəsini, saz vəziyyətdə saxlanmasını, vaxtında texniki xidmətlərin aparılmasını, təmirini, GPS avadanlıq dəstinin qorunub saxlanmasını və icazəsiz konstrukti dəyişiklik edilməməsini təmin edir. Həmin müqavilənin 2.2.6-cı bəndinə əsasən lizinq alan texnikanın qəzaya düşdüyü və ya təbii fəlakət nəticəsində texnikaya zərər dəydiyi andan ən gec 12 saat ərzində istifadəyə verənə yazılı məlumat verir və zərərin ödənilməsini təmin edir. Həmin müqavilənin 2.2.8-ci bəndinə əsasən lizinq alan müqavilənin müddəti başa çatdıqdan sonra texnikanı saz və dəst halda lizinqə (istifadəyə) verənə geri qaytarmağı qeyri-şərtsiz üzərinə götürür. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin İdarə Heyətinin sədrinə ünvanlanmış xx.xx.2021-ci il tarixli iltizamdan görünür ki, Cavabdeh texnikanı təyinatı üzrə istifadə etməyi, istismar zamanı zəruri texniki qulluq işlərini vaxtında həyata keçirməyi, müqavilə müddəti bitdikdən sonra saz və dəst halda təhvil verməyi və s. öhdəsinə götürmüşdür. İş materiallarında olan “Texniki vəziyyət haqqında” xx.xx.2021-ci il tarixli 06/01424 nömrəli Akt 1-dən görünür ki, İddiaçı ASC-nin Xaçmaz Regional Nümayəndəliyinin Siyəzən-Xızı bölməsinin istifadəsində olan 1 ədəd “Belarus-1221” markalı traktor (buraxılış ili-2011, dövlət nömrə nişanı 10V671, şassi nömrəsi 2169, mühərrik nömrəsi 093138) saz vəziyyətdə cavabdehə təhvil verilmişdir. İş materiallarında olan “Texniki vəziyyət haqqında” xx.xx.2021-ci il tarixli 06/01424 nömrəli Akt 2-dən görünür ki, İddiaçı ASC-nin Xaçmaz Regional Nümayəndəliyinin Siyəzən-Xızı bölməsinin istifadəsində olan 1 ədəd “Belarus-1221” markalı traktorun mühərriki (yanacaq sistemi, yağlama sistemi, soyutma sistemi), transmissiyası, hidravlik sistemi, elektrik avadanlığı, şinlərin 50 %-i, digər mexanizmləri və qovşaqları nasaz vəziyyətdə bölmənin rəhbərinə təhvil verilmişdir. İş materiallarında olan “Belarus-1221” markalı traktorun işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər barədə” arayışdan görünür ki, "xxxx" ASC-nin Xaçmaz Regional Nümayəndəliyinin Siyəzən-Xızı rayon bölməsi ilə mexanizator Cavabdeh arasında bağlanmış 06/01424 saylı 17 iyun 2021-ci il tarixli müqavilə əsasında bölmənin istifadəsində olan və mexanizator tərəfindən operativ lizinqə götürülmüş ******* şassi nömrəli “Belarus-1221” markalı traktor bölməyə təhvil verilərkən 26 iyul 2021-ci il tarixində texnikaya baxış keçirilməsi haqqında tərtib edilmiş akta əsasən texnikanın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq ehtimal xərclər 11590 manat təşkil edir. İş materiallarında olan "xxxx" ASC Xaçmaz Regional Nümayəndəliyinin Siyəzən-Xızı bölməsinin rəhbəri X3, mühəndis-mexanikləri X5, X6 və Cavabdeh tərəfindən imzalanmış 26 iyul 2021-ci il tarixli “Qüsur aktı”nda göstərilir ki, Siyəzən-Xızı bölməsinin istifadəsində olan şassi nömrəsi ******* olan 2011-ci il istehsalı 53T254 (10V671) dövlət nömrə nişanlı MTZ1221 markalı traktoru 06/01424 nömrəli müqavilə ilə mexanizator Cavabdeh istifadəsinə verilmişdir. xx.xx.2021-ci il tarixində texnikanı təhvil verərkən mühərriki, transmissiya, hidravlik sistemi, soyutma sistemi, yanacaq sistemi yararsız, qabaq sağ stupsiya, qabaq ötürücü, arxa sağ disk, yanacaq çəni, kabinka damı, salon şiti datçiklərlə birlikdə, arxa silindirlər yararsız hissələrlə əvəz edilmişdir.“Natijnoylar, yan güzgülər, yan şüşə, qabaq qruzlar texnikanın üzərində aşkar edilməmişdir. İş materiallarında olan Cavabdeh adından "xxxx" ASC-nin İdarə Heyətinin sədri Nümayəndə ünvanlanmış 28 sentyabr 2022-ci il tarixli ərizədən görünür ki, cavabdeh İddiaçı ASC ilə 17 iyun 2021-ci il tarixli 06/01 424 nömrəli operativ lizinq müqaviləsi bağlayaraq 1 ədəd “Belarus-1221” markalı traktoru lizinqə götürmüş, müqavilə müddəti bitdikdən sonra həmin texnikanı nasaz vəziyyətdə geri qaytarmış və bu nasazlığı 2022-ci ilin noyabr ayının ortalarına qədər aradan qaldırmağı, texnikaya dəymiş ziyanı ödəməyi öhdəsinə götürmüşdür. Sumqayıt Kommersiya Məhkəməsinin 27 oktyabr 2022-ci il tarixli e-2-2(119)- 1226/2022 saylı qərardadı iş üzrə məhkəmə-xətşüsanlıq və məhkəmə-əmtəəşünaslıq ekspertizaları təyin edilmişdir. 28 dekabr 2022-ci il tarixli 4/1702-9/8518 nömrəli ekspert rəyində göstərilir ki, ekspertizaya təqdim edilmiş İddiaçı ASC-ə məxsus kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə 17 iyun 2021-ci il tarixli № 06/01424 nömrəli müqavilənin 3-cü vərəqində “Lizinq alan istifadəçi” Cavabdeh" qrafasındakı imza, İddiaçı ASC-nin idarə heyətinin sədrinə ünvanlanmış 17 iyun 2021-ci il tarixli İltizamın sonunda “İmza:” qrafasındakı imza, 18 iyun 2021-ci il tarixli 1 № 06/01424 nömrəli Texniki vəziyyət haqqında aktın “təhvil aldı” qrafasındakı imza və həmin aktın sonunda “3” rəqəmin qarşısındakı imza, 26 iyul 2021-ci il tarixli 2 № 06/01424 nömrəli Texniki vəziyyət haqqında aktın “təhvil verdi” qrafasındakı imza, 26 iyul 2021-ci il tarixli Qüsur aktında “Aktın doğruluğunu imzalarımızla təstiq edirik:” hissəsində “4.Cavabdeh” qrafasındakı imza - Cavabdeh tərəfindən icra olunmuşdur. Ekspertizaya təqdim edilmiş İddiaçı ASC-nin idarə heyətinin sədrinə ünvanlanmış 17 iyun 2021-ci il tarixli iltizamın sonunda “adı, soyadı, atasının adı” qrafasında “Cavabdeh Hikmət oğlu” əlyazmaları - Cavabdeh tərəfindən yox, başqa şəxs tərəfindən icra olunmuşdur. Nəzəri hesablama yolu ilə iş materiallarında olan İddiaçı ASC-nin 2022-ci il tarixli arayışındakı məlumatlara əsasən avtohissələrin qiymətləri nəzərə alınmaqla 2011-ci il buraxılışlı “Belarus-1221” markalı traktorun təmir-bərpa xərci avtoehtiyat hissələrinə köhnəlmə faizi tətbiq edilməklə 9397 manat müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 747.1-ci maddəsinə əsasən lizinq müqaviləsinə görə lizinq verən müəyyən əşyanı müqavilə ilə şərtləşdirilmiş müəyyən haqla, müəyyən müddətə və digər şərtlərlə (lizinq alana əmlakı satın almaq hüququnun verilməsi də daxil olmaqla) lizinq alanın istifadəsinə verməyə borcludur. Lizinq alan müəyyənləşdirilmiş dövriliklə muzd ödəməyə borcludur. Məhkəmə araşdırması zamanı müəyyən olunduğu kimi Aqroservis” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 iyun 2021-ci il tarixli 06/01424 nömrəli kənd təsərrüfatı texnikasının operativ lizinqə (istifadəyə) verilməsi barədə müqaviləyə əsasən cəmiyyət tərəfindən “Belarus-1221” markalı traktor mülkiyyət hüququ istifadəçiyə keçməmək şərtilə cavabdehin istifadəsinə verilmiş və 18 iyun 2021-ci il tarixli aktla kombayn saz vəziyyətdə ona təhvil verilmişdir. 26 iyul 2021-ci il tarixli aktla texnika cavabdeh tərəfindən iddiaçıya təhvil verilərkən traktorun nasaz olması müəyyən edilmişdir. Arayış tərtib edilərək texnikanın işlək vəziyyətə gətirilməsinə sərf olunacaq xərcin 11590 manat olması müəyyən edilmişdir. Göründüyü kimi, Cavabdeh lizinq müqaviləsinə əsasən traktoru istifadə üçün saz vəziyyətdə təhvil almış, texnikanı saz vəziyyətdə təhvil verəcəyini öhdəsinə götürsə də, onu nasaz vəziyyətdə iddiaçıya təhvil vermiş və bununla bağlı tərtib edilmiş aktı imzalamışdır. Məhkəmə hesab edir ki, cavabdeh üzərinə götürdüyü öhdəliyini yerinə yetirmədiyindən İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən texnikanın saz vəziyyətə gətirilməsi üçün dəymiş maddi ziyan Cavabdeh tutulmalı, lakin ziyan tutularkən 28 dekabr 2022-ci il tarixli 4/1702-9/8518 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, iddia tələbində göstərilən traktorun tam bərpası üçün iddiaçı tərəfindən hesablanmış 11590 manat 28 dekabr 2022-ci il tarixli 4/1702-9/8518 nömrəli ekspertiza rəyi ilə təsdiq olunmur. Ona görə də, ekspertiza rəyi mötəbər sübut kimi nəzərə alınmalı, Cavabdeh (VÖEN: **********) “Belarus-1221” markalı traktorun tam bərpası üçün 9397 (doqquz min üç yüz doxsan yeddi) manat məbləğində dəymiş maddi ziyan tutularaq iddiaçının xeyrinə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. İddiaçı əmlakının zədələnməsi ilə bağlı çəkdiyi və ya çəkməli olduğu real zərəri cavabdehdən tələb edir və məhkəmə araşdırması zamanı müəyyən olunur ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia tələbi qismən əsaslıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia tələbi qismən təmin edilməli və cavabdeh Cavabdeh (VÖEN: **********) “Belarus-1221” markalı traktorun tam bərpası üçün 9397 (doqquz min üç yüz doxsan yeddi) manat məbləğində dəymiş maddi ziyan tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia tələbi qalan hissədə təmin edilməməlidir. Eləcə də, iddia ərizəsi ilə məhkəməyə müraciət olunmamışdan əvvəl Cavabdeh ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci də Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir (cavabdeh ilkin mediasiya sessiyasında iştirak etməmişdir). Həmçinin Cavabdeh 113,97 (yüz on üç manat 97 qəpik) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. Eyni zamanda iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 125 (yüz iyirmi beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia tələbi qismən təmin edilsin. Cavabdeh (VÖEN: **********) “Belarus-1221” markalı traktorun tam bərpası üçün 9397 (doqquz min üç yüz doxsan yeddi) manat məbləğində dəymiş maddi ziyan və 200 (iki yüz) manat məbləğində mediasiya xərci olmaqla - cəmi 9597 (doqquz min beş yüz doxsan yeddi) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia tələbi qalan hissədə təmin edilməsin. Cavabdeh dövlət nəfinə 113,97 (yüz on üç manat 97 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 125 (yüz iyirmi beş) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar