Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-2239/2025 31.10.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı (ərizəçi) İddiaçı tərəfindən verilmiş ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı (ərizəçi) İddiaçı ərizə ilə (ərizə məzmun etibarilə müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizə ilə eyni xarakterlidir) məhkəməyə müraciət edərək Bakı 5 saylı Mediasiya Təşkilatında müraciətə baxılana və Sumqayıt Kommersiya Məhkəməsinə müraciət ediləcəyi təqdirdə iş üzrə qanuni qüvvəyə minmiş məhkəmə qərarı çıxana qədər “X1”-sinə, "xxxx" ASC-yə və onun struktur bölmələrinə ərizəçinin mülkiyyətində olan, Quba rayonu, 2-Nügədi kəndində yerləşən soyuducunun elektrik enerjisi təchizatının dayandırılmasının qadağan olunması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. İddiaçı (ərizəçi) tərəfindən verilmiş həmin ərizəni və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin ərizə geri qaytarılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, hazırkı ərizə forma və məzmun etibarilə “müvəqqəti təminat tədbirinin tətbiqi barədə ərizə” olsa da, ərizəçi məhkəməyə müraciət edən zaman icraatın indeksi qismində “16” - müvəqqəti təminat tədbirləri üzrə icraat seçimi etməli olsa da, “2-2” - kommersiya mübahisələrinə dair işlər üzrə icraat seçimi edərək yanlışlığa yol vermişdir. Təqdim edilmiş ərizənin “Dövlət rüsumunun ödənilməsi haqqında məlumat” bölməsində ərizənin verilməsi ilə əlaqədar 10 manat məbləğində dövlət rüsumunun ödənildiyi qeyd edilmişdir. Lakin iddia tələbinin dəyəri 9671,52 manat təşkil etdiyindən qanunvericiliklə müəyyən olunmuş məbləğdə, yəni 11,67 manat məbləğində dövlət rüsumu ödənilməli idi. Mülki Prosessual Məcəllənin 108.1.5-ci maddəsinə əsasən, mülki məhkəmə icraatında müvəqqəti təminat tədbiri barədə ərizə verildikdə (arbitraj icraatının başlanılmasına qədər və ya arbitraj icraatı zamanı müvəqqəti təminat tədbirinin tətbiqi haqqında ərizələr istisna olmaqla) dövlət rüsumu ödənilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.4-cü maddəsinə əsasən, müvəqqəti təminat tədbiri barədə ərizənin verilməsinə görə bu Qanunun müvafiq olaraq 8.1-ci və ya 8.2-ci maddələrində müəyyən edilmiş dövlət rüsumunun 10 faizi (hər bir halda 10 manatdan az olmamaqla) dövlət rüsumu ödənilməlidir. Mülki Prosessual Məcəllənin 159.4.1-ci maddəsinə əsasən, ərizəyə müəyyən edilmiş qaydada dövlət rüsumunun ödənilməsini təsdiq edən sənəd əlavə edilmədikdə, məhkəmə müvəqqəti təminat tədbirlərinin görülməsinə dair ərizənin geri qaytarılması haqqında qərardad qəbul edir. Beləliklə, mülki-prosessual qanunvericiliyin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə ərizənin məhkəmə icraatı mümkün deyildir. Mülki Prosessual Məcəllənin 159.5-ci maddəsinə əsasən, bu Məcəllənin 159.4.1- 159.4.3- cü maddələrində göstərilən hallar aradan qaldırıldıqdan sonra yenidən ərizə ilə məhkəməyə müraciət edilə bilər. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 152.1.3, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı (ərizəçi) İddiaçı tərəfindən verilmiş ərizə və ona əlavə edilmiş sənədlər ərizəçiyə geri qaytarılsın. İddiaçıya izah edilsin ki, ərizənin qaytarılması həmin nöqsanlar aradan qaldırıldıqdan sonra yenidən məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-2239/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-2239/2025
31.10.2025 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver