Məhkəmə qərarları › İş №e-2-2(119)-228/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-228/2021

13.01.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr - torpaq icarə müqaviləsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-228/2021 13.01.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Məmmədov Zahid Tahir oğlu iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti 3 saylı X1 Cavabdeh qarşı icarə haqqının ödənilməsi tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında verilmiş iddia ərizəsini nəzərdən keçirərək, MÜƏYYƏN E T D İ: İddiaçı cavabdehə qarşı pul tələbi barədə kiçik iddialara dair işlər üzrə sadələşdirilmiş icraat qaydasında iddia ərizəsi ilə məhkəməyə müraciət edərək dövlət mülkiyyətində olan torpaq sahəsindən icarə qaydasında istifadə üzrə yaranmış 203,41 (iki yüz üç manat 41 qəpik) borcun cavabdehdən tutularaq dövlət büdcəsinə ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Kiçik mübahisələr üzrə iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia ərizəsi geri qaytarılmalıdır. Belə ki, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-3-cü maddəsinə əsasən kiçik mübahisələr üzrə iddia ərizəsi məhkəməyə ümumi qaydada verilir. İddia ərizəsində iddiaçının tələbi və onun əsaslandığı hallar (maddə 284-3.2.3); tələbin əsaslığını təsdiq edən sənədlər (maddə 284-3.2.4) göstərilir. Lakin, hazırki iş üzrə iddia ərizəsində vergi ödəyicisi olan Cavabdeh “Torpaq icarəsi haqqında” Azərbaycan Respublikasının Qanunu ilə müəyyən edilmiş müddətdə müqavilə öhdəliklərini yerinə yetirmədiyi üçün dövlət büdcəsinə borcunun yarandığı və həmin borc məbləğini ödəmədiyi qeyd edilsə də iddia tələbi kifayət qədər əsaslandırılmamış, müqavilənin özü iddia ərizəsinə əlavə edilməmiş, borcun hansı dövrləri əhatə etdiyi göstərilməmişdir. Bundan əlavə, iddia ərizəsinin mətninin qeyd edildiyi hissədə iddiaçının tələbi və əsaslandığı hallardan əvvəldə cavabdehə göndərilmiş “xəbərdalıq” bütövlükdə mətnə əlavə edilmişdir, ki bu da iddia ərizəsinin formasına və məzmununa əməl olunmaması kimi qiymətlənidirlməlidir. Halbuki, Mülki-Prosessual Məcəllənin 149.2.3-cü maddəsinə əsasən ərizədə iddiaçının və ya ərizəçinin tələbi, onların öz tələblərini əsaslandırdıqları hallar göstərilməlidir. Həmin Məcəllənin 152.1.1-ci maddəsinin tələblərinə görə isə bu Məcəllənin 149-cu maddəsi ilə müəyyən olunmuş iddia ərizəsinin formasına və məzmununa riayət edilmədikdə hakim iddia ərizəsi və ona əlavə edilmiş sənədləri geri qaytarmaqda haqlıdır. Beləliklə, qeyd olunanlara əsasən məhkəmə bu nəticəyə gəlir ki, iddiaçı tərəfindən tələbin əsaslandığı hallar tam göstərilmədiyinə, tələbin əsaslığını təsdiq edən sənədlər təqdim edilmədiyinə görə iddia ərizəsinin Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-cu maddəsi ilə müəyyən olunmuş məzmununa riayət edilmədiyindən iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması, nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Ərizə geri qaytarılsın. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim Zahid Məmmədov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar