Məhkəmə qərarları › İş №e-2-2(119)-23/2021

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-23/2021

18.08.2021 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-23/2021 18.08.2021 SUMQAYIT KOMMERSİYA MƏHKƏMƏSİ Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X1 qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2nə, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 Məhərrəm oğluna və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2nə, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 Məhərrəm oğluna və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işi üzrə 18 avqust 2021-ci il tarixinə təyin edilmiş məhkəmə baxış iclasına tərəflər gəlməmişlər. Lakin, İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə iddia ərizəsinin qaytarılması barədə ərizə göndərərək, İddiaçı ASC-nin cavabdehlər Cavabdeh2nə, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 Məhərrəm oğluna və Cavabdeh1 qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsinin baxılmamış saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə - iddia ərizəsi baxılmamış saxlanılır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilməli və həmin ərizə əsasında İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh2nə, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 Məhərrəm oğluna və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbinə dair iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Eləcə də, həmin kommersiya işinin materialları ilə müəyyən edilir ki, məhkəmə araşdırması zamanı iş üzrə aparılmış ipоtekа predmetlərinin qiymətləndirilməsi ilə əlaqədar müstəqil qiymətləndirici "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin hesabına cəmi 400 (dörd yüz) manat məbləğində xidmət haqqı və iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizası ilə əlaqədar isə Dövlət Büdcəsinə cəmi 150 (yüz əlli) manat məbləğində pul vəsaiti ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə münasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənın 260.3-cü maddəsinə əsasən, iddianın baxılmamış saxlanması haqqında məhkəmə qərardadında işdə iştirak edən şəxslərin arasında məhkəmə xərclərinin bölünməsi, büdcədən dövlət rüsumunun qaytarılması məsələləri həll edilə bilər. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, hazırkı iddia ərizəsi iddiaçı tərəfin ərizəsi əsasında Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlandığı üçün iş üzrə keçirilmiş məhkəmə- mühasibatlıq ekspertizasının dəyəri olan cəmi 150 (yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilməlidir. Eyni zamanda, iş üzrə keçirilmiş ipоtekа predmetlərinin qiymətləndirilməsi xidmətinin dəyəri olan cəmi 400 (dörd yüz) manat məbləğində pul vəsaiti də İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq müstəqil qiymətləndirici "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 259-260, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyətinin iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilsin. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə cavabdehlər Cavabdeh2nə, Cavabdeh5, Cavabdeh4, Cavabdeh3 Məhərrəm oğluna və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan cəmi 150 (yüz əlli) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətindən dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ipоtekа predmetlərinin qiymətləndirilməsi xidmətinin dəyəri olan cəmi 400 (dörd yüz) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətindən tutularaq "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinə ödənilsin. Qərardaddan 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar