Məhkəmə qərarları › İş №e-2-2(119)-23/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-23/2025

31.01.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-23/2025 31.01.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yöndəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Komleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yöndəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlərdən müştərək qaydada 2103,56 (iki min yüz üç manat əlli altı qəpik) manat məbləğində əsas borc və 2046,01 (iki min qırx altı manat bir qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 4149,57 (dörd min bir yüz qırx doqquz manat əlli yeddi qəpik) manat məbləğində borcun və mediasiya ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin iddiaçının хеyrinə tutulması, tutmanın Xızı rayonu, Yeni Yaşma kəndində yerləşən 0.20 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin dəyərinin ipoteka qoyanın ipoteka saxlayanla razılığına əsasən 6000 (altı min) manat məbləğində müəyyən edilməsi, həmin əmlakın açıq hərraca çıxarılıb satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikasının Prezidentinin “Azərbaycan Respublikasında fiziki şəxslərin problemli kreditlərinin həlli ilə bağlı əlavə tədbirlər haqqında” 28 fevral 2019-cu il tarixli 551 nömrəli Fərmanının icrasının təmin edilməsi məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 arasında 07 iyun 2018-ci il tarixli 000471 saylı kredit müqaviləsi bağlanmışdır. Həmin müqaviləyə əsasən heyvandarlıq məqsədi üçün Cavabdeh1 illik 21 % olmaqla, 30 ay müddətinə 3000 (üç min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Bakı filialı ilə Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Abdullayeva (Ellazova) İlkanə Lətif qızı arasında 22 iyun 2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. Həmin ipoteka müqaviləsinə əsasən mülkiyyət hüququ əsasında Xızı rayonu, Yeni Yaşma kəndində yerləşən 0.20 ha torpaq sahəsi tam mülkiyyət hüququ üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmişdir. 22 iyun 2018-ci il tarixli ipoteka müqaviləsinin 3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri tərəflərin razılığına əsasən 6000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən pul məbləğinin ödənilməsi tələbi ilə dəfələrlə cavabdehlərə şifahi formada, o cümlədən yazılı bildirişlərin göndərilməsi yolu ilə xəbərdarlıqlar edilmiş və qeyd olunan kredit müqaviləsi üzrə əsas borc, borcdan istifadəyə və öhdəliyin icrasının gecikdirilməsinə görə hesablanmış faiz borcu haqqında məlumat verilmiş və onların tez bir zamanda banka ödənilməsi tələb olunmuşdur. Lakin qeyd olunan öhdəlik bugünədək yerinə yetirilməmişdir. Cavabdehlər iddiaçı qarşısında öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişlər. Belə ki, hazırda borc məbləği əsas borc üzrə 2103,56 (iki min yüz üç manat əlli altı qəpik) manat, faiz borcu üzrə 2046,01 (iki min qırx altı manat bir qəpik) manat olmaqla, cəmi 4149,57 (dörd min yüz qırx doqquz manat əlli yeddi qəpik) manat təşkil edir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı 08 yanvar 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə müraciət edərək cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Abdullayeva (Ellazova) İlkanə Lətif qızından 603,56 (altı yüz üç manat, əlli altı qəpik) manat məbləğində borc, 2396,44 (iki min üç yüz doxsan altı manat qırx dörd qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 3000 (üç min) manat məbləğində kredit borcunun və mediasiya ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin iddiaçının xeyrinə tutulması, tutmanın Xızı rayonu, Yeni Yaşma kəndində yerləşən 0.20 ha torpaq sahəsinə yönəldilməsi, ipoteka predmetinin dəyərinin ipoteka qoyanın ipoteka saxlayanla razılığına əsasən 6000 (altı min) manat məbləğində müəyyən edilməsi, həmin əmlakın açıq hərraca çıxarılıb satılması və satışdan əldə edilən vəsaitin İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının hesabına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı 31 yanvar 2025-ci il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə işlərinin çoxluğu ilə əlaqədar olaraq məhkəmə prosesinə gələ bilmədikləri üçün kommersiya işinə iddiaçının iştirakı olmadan baxılaraq qətnamə qəbul olunmasını xahiş etmişdir. Məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, cavabdehlər məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, iddia ərizəsini, iddia tələbinin həcminin azaldılması barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı – “borcverən” Cavabdeh1 – “borcalan” olmaqla bağlanmış 07 iyun 2018-ci il tarixli 000471 nömrəli kredit müqaviləsinin 2.1-ci bəndinə əsasən borcverən heyvandarlıq məqsədilə 3000 (üç min) manat krediti illik faiz dərəcəsi 21 % olmaqla 30 ay müddətinə borcalana verməyi öhdəsinə götürür. Həmin müqavilənin 6.5-ci bəndinə əsasən borcalan krediti va ona hesablanmış faizlari bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini təmin edir. İş materiallarında olan ödəniş cədvəlində borcalan X3 banka olan borcunun son ödəniş tarixi 2020-ci ilin noyabr ayı olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur. Həmin ödəniş planı borcalan X3 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə borc alan və ipoteka qoyan X4 və digər ipoteka qoyanlar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış 22 iyun 2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən 07 iyun 2018-ci il tarixli 000471 nömrəli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təminatı məqsədi ilə Xızı rayonu, Yeni Yaşma kəndində yerləşən 0.20 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Cavabdeh2, X3, X2 və Cavabdeh4 ümumi birgə mülkiyyətində olan Xızı rayonu, Yeni Yaşma kəndində yerləşən 0.20 ha torpaq sahəsi Cavabdeh2 adına daşınmaz əmlakın dövlət reyestrində 27 nömrəli reyestr kitabının 84 nömrəli vərəqində qeydiyyata alınmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Xızı rayonu, Yeni Yaşma kəndində yerləşən 0.20 ha torpaq sahəsi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi 07 iyun 2018-ci il tarixli 000471 saylı kredit müqaviləsi göstərilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 24 oktyabr 2023-cü il tarixli maliyyə arayışından görünür ki, X3 07 iyun 2018-ci il tarixli 000471 nömrəli kredit müqaviləsi üzrə 24 oktyabr 2023-cü il tarixinə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 2103,56 manat məbləğində əsas borc və 2046,01 manat məbləğində faiz borcu olmaqla, cəmi 4149,57 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 07 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, X3 07 iyun 2018-ci il tarixli 000471 nömrəli kredit müqaviləsi üzrə 07 yanvar 2025-ci il tarixə borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 603,56 manat məbləğində əsas borc və 2396,44 manat məbləğində faiz borcu olmaqla, cəmi 3000 manat məbləğində borcu vardır. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 02 iyul 2024-cü il tarixli 9/2880 nömrəli ekspert rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh1 ilə arasında bağlanmış 07 iyun 2018-ci il tarixli 000471 saylı kredit müqaviləsinin şərtləri üzrə müqavilə müddətinin bitmə tarixinə, yəni xx.xx.2020-ci il tarixə əsas borc 2097,35 manat, faiz borcu 493,05 manat, maliyyə arayışında qeyd edilən 24 oktyabr 2023-cü il tarixə əsas borc 2097,35 manat, faiz borcu üzrə 493,05 manat, əldən çıxmış fayda üzrə (illik 5% dərəcəsi ilə hesablanmaqla) 304,12 manat, qərardadın qəbul edildiyi tarixə, yəni xx.xx.2024-cü il tarixinə əsas borc 2097,35 manat, faiz borcu üzrə 293,05 manat, əldən çıxmış fayda üzrə (illik 5% dərəcəsi ilə hesablanmaqla) 348,98 manat kimi müəyyən edilir. İş materiallarında olan məhkəmə-əmtəəşünaslıq ekspertizasının 23 noyabr 2024-cü il tarixli 3-16-16/2-10/5799 9/5943 nömrəli ekspert rəyində göstərilir ki, Xızı rayonu, Yeni Yaşma kəndinə yerləşən, ümumi 0.20 ha torpaq sahəsinin likvid qiyməti 5% azalma tətbiq edilməklə, likvid dəyəri təxminən 3800 manat müəyyən edilir. İş materiallarında olan əməliyyatların tarixi xx.xx.2023-xx.xx.2024-cü il tarixləri əhatə edən hesabdan çıxarışdan görünür ki, Cavabdeh1 tərəfindən 07 iyun 2018-ci il tarixli 000471 nömrəli kredit müqaviləsi üzrə 17 noyabr 2023-cü il tarixdə 200 manat faiz borcu, 25 iyul 2024-cü il tarixdə 400 manat, 09 sentyabr 2024-cü il tarixdə 200 manat, 21 oktyabr 2024-cü il tarixdə 700 manat və 17 dekabr 2024-cü il tarixdə 200 manat əsas borc ödənilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, tərəflər arasında kredit müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı üzərinə götürdüyü öhdəliyi yerinə yetirmiş, yəni müqavilədə nəzərdə tutulan pul vəsaitini Cavabdeh1 vermişdir. Lakin Cavabdeh1 07 iyun 2018-ci il tarixli 000471 nömrəli kredit müqaviləsini bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməli olan əsas və faiz borclarını müvafiq qaydada ödəməmiş, bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişlər. Ona görə də həmin kredit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış əsas və faiz borcu Cavabdeh1 iddiaçının xeyrinə tutulmalıdır. İş materiallarında olan məhkəmə-mühasibatlıq ekspertizasının 02 iyul 2024-cü il tarixli 9/2880 nömrəli ekspert rəyində cavabdehin 07 iyun 2018-ci il tarixli 000471 nömrəli kredit müqaviləsi üzrə 28 mart 2024-cü il tarixə əsas borc məbləğinin 2097,35 manat olması qeyd olunmuşdur. Məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, Cavabdeh1 tərəfindən 07 iyun 2018-ci il tarixli 000471 nömrəli kredit müqaviləsi üzrə 25 iyul 2024-cü il tarixdə 400 manat, 09 sentyabr 2024-cü il tarixdə 200 manat, 21 oktyabr 2024-cü il tarixdə 700 manat və 17 dekabr 2024-cü il tarixdə 200 manat ödəniş həyata keçirilmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 603,56 (altı yüz üç manat əlli altı qəpik) manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması” hissəsi qismən təmin edilməli, cavabdeh-borc alan Cavabdeh1 597,35 (beş yüz doxsan yeddi manat, otuz beş qəpik) manat məbləğində əsas borc İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulmalıdır. Eyni zamanda məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh4 və Cavabdeh3 müştərək qaydada 2396,44 (iki min üç yüz doxsan altı manat qırx dörd qəpik) manat məbləğində faiz borcunun iddiaçının xeyrinə tutulması” hissəsi də qismən təmin edilməli, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən məhkəmə-mühasibatlıq ekspertizasının 02 iyul 2024-cü il tarixli 9/2880 nömrəli ekspert rəyi mötəbər sübut kimi əsas götürülərək 07 iyun 2018-ci il tarixli 000471 nömrəli kredit müqaviləsi üzrə qərardadın qəbul edildiyi tarixə, yəni 28 mart 2024-cü il tarixinə hesablanmış 293,05 (iki yüz doxsan üç manat beş qəpik) manat məbləğində faiz borcu Cavabdeh1 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməlidir. Qeyd olunur ki, iddiaçı tərəfindən iddia ərizəsində kredit müqaviləsinin müddəti bitikdən sonra gecikdirilmiş vaxt üçün gecikdirilmiş məbləğə illik beş faiz ödənilməsi tələb edilməmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 317-ci maddəsinə əsasən borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1-ci maddəsinə əsasən əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3-cü maddəsinə əsasən ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.3-cü maddəsinə əsasən ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göründüyü kimi, kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə iddiaçı ilə borc alan və ipoteka qoyan Cavabdeh1 və digər ipoteka qoyanlar Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 arasında bağlanmış 22 iyun 2018-ci il tarixli ipoteka müqaviləsinə əsasən cavabdehlər Cavabdeh2, X3, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətində olan Xızı rayonu, Yeni Yaşma kəndində yerləşən 0.20 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317, 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Məhkəmə iş üzrə keçirilmiş ekspertiza tədqiqatın nəticəsi olaraq verilmiş rəyi nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 3800 (üç min səkkiz yüz) manat göstərilməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 25 dekabr 2023-cü il tarixli MŞB/14/2023-01225 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş olsa da, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən mediatora ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərci cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh1 597,35 (beş yüz doxsan yeddi manat otuz beş qəpik) manat məbləğində əsas borc və 293,05 (iki yüz doxsan üç manat beş qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 890,40 (səkkiz yüz doxsan manat qırx qəpik) manat məbləğində borc tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməli, cavabdеh Cavabdeh1 tutulmalı olan cəmi 890,40 (səkkiz yüz doxsan manat qırx qəpik) manat məbləğində borc İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh2, X3, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətində olan Xızı rayonu, Yeni Yaşma kəndində yerləşən 0.20 ha torpaq sahəsinə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan cəmi 890,40 (səkkiz yüz doxsan manat qırx qəpik) manat məbləğində borc ödənilməli, cavabdehlər Cavabdeh2, X3, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətində olan Xızı rayonu, Yeni Yaşma kəndində yerləşən 0.20 ha torpaq sahəsinin ilkin satış qiyməti 3800 (üç min səkkiz yüz) manat müəyyən edilməli, habelə cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin əvəzi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, hazırkı iddia tələbinin təmin olunan hissəsinə uyğun olaraq hesablanmış 30 (otuz) manat məbləğində dövlət rüsumu cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.1-ci maddəsinə əsasən iddia qiyməti 1000 manatadək olduqda 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh1 597,35 (beş yüz doxsan yeddi manat otuz beş qəpik) manat məbləğində əsas borc və 293,05 (iki yüz doxsan üç manat beş qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 890,40 (səkkiz yüz doxsan manat qırx qəpik) manat məbləğində borc tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilsin. Cavabdеh Cavabdeh1 tutulmalı olan cəmi 890,40 (səkkiz yüz doxsan manat qırx qəpik) manat məbləğində borc İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş cavabdehlər Cavabdeh2, X3, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətində olan Xızı rayonu, Yeni Yaşma kəndində yerləşən 0.20 ha torpaq sahəsinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan cəmi 890,40 (səkkiz yüz doxsan manat qırx qəpik) manat məbləğində borc ödənilsin. Cavabdehlər Cavabdeh2, X3, Cavabdeh3 və Cavabdeh4 ümumi birgə mülkiyyətində olan Xızı rayonu, Yeni Yaşma kəndində yerləşən 0.20 ha torpaq sahəsinin ilkin satış qiyməti 3800 (üç min səkkiz yüz) manat müəyyən edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada mediasiya ilə əlaqədar ödənilmiş 70 (yetmiş) manat məbləğində mediasiya xərcinin əvəzi tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada 30 (otuz) manat məbləğində dövlət rüsumu dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 150 (yüz əlli) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 və Cavabdeh4 müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar