Məhkəmə qərarları › İş №e-2-2(119)-234/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-234/2023

26.12.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-234/2023 26.12.2023 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Sadiqov Zülfüqar Əhməd oğlunun sədrliyi, X6 qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə3 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı 26 yanvar 2023-cü ildə cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 qarşı “borcun tutulması və borcun ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh X1 14 dekabr 2018-ci il tarixli 000493 saylı kredit müqaviləsi üzrə 4180,76 manat əsas borc və 723,78 manat faiz borcu olmaqla, cəmi 4904,54 (dörd min doqquz yüz dörd manat 54 qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, kredit üzrə ipoteka predmeti kimi Cavabdeh2 məxsus Xızı rayonu Tıxlı kəndində yerləşən fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi Cavabdeh2 və onun ailə üzvləri Cavabdeh4, Cavabdeh1 və X2 paylı mülkiyyətində olan Xızı rayonu Tıxlı kəndindəki 0,0591 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 12000 (on iki min) manat dəyərində müəyyən edilməsi, borc tələbinin ipoteka ilə yüklü edilmiş cavabdehlərə məxsus həmin daşınmaz əmlaklara yönəltməklə, həmin ipoteka predmetlərinin açıq hərraca çıxarılıb satılması hesabına cəmi 4904,54 (dörd min doqquz yüz dörd manat 54 qəpik) manat məbləğində borcun və ödənilmiş 60 (altmış) manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı tərəfindən iddia ərizəsində həmin iddia tələbi onunla əsaslandırılmışdır ki, kredit verən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Bakı filialı ilə Xızı rayonunun Tıxlı kənd sakini borcalan Cavabdeh4 arasında bağlanmış 14 dekabr 2018-ci il tarixli 000493 nömrəli kredit müqaviləsinə əsasən borcalan Cavabdeh4 30 ay müddətinə illik 21%-lə 30 ay müddətinə heyvandarlığın inkişafı məqsədilə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. 14 dekabr 2018-ci il tarixli 000493 nömrəli kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh2 məxsus olan Xızı rayonunun Tıxlı kəndində yerləşən fərdi yaşayış evi, habelə onun və onun ailə üzvləri - Cavabdeh4, Cavabdeh1 və X2 paylı mülkiyyətində olan 0,0591 ha torpaq sahəsi ipoteka ilə yüklü edilmiş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Bakı filialı ilə ipotekaqoyanlar arasında 16 dekabr 2018-ci il tarixli ipoteka müqaviləsi bağlanmışdır. İpoteka müqaviləsi notarial qaydada təsdiqlənmiş və kredit verən İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının girovu kimi müvafiq icra hakimiyyəti orqanı tərəfindən Dövlət qeydiyyatına alınmışdır. Cavabdeh4 ilə bağlanmış kredit müqaviləsinin 6.5-ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. İpoteka müqaviləsinin 3-cü bəndinə əsasən tərəflər arasında tərtib olunmuş ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 12000 (on iki min) manat müəyyən edilir. Cavabdeh4 14 dekabr 2018-ci il tarixli 000493 nömrəli kredit müqaviləsinə əsasən alınmış 6000 manat əsas borcu və ona hesablanmış faiz borcu həmin kredit müqaviləsinin şərtlərinə uyğun olaraq vaxtında ödənilməmişdir. Cavabdeh4 14 dekabr 2018-ci il tarixli 000493 nömrəli kredit müqaviləsi üzrə Kredit Təşkilatına olan borcu 4180,76 manat əsas və 723,78 manat faiz borcu olmaqla, cəmi borcu 4904,54 (dörd min doqquz yüz dörd manat 54 qəpik) manat təşkil edir. Borcun ödənilməsi barədə Borcalana müraciət olunmasına və Kredit verən tərəfindən məsələnin məhkəmədənkənar qaydada həll edilməsi üçün mümkün olan bütün tədbirlərin görülməsinə baxmayaraq, lazımı nəticə əldə olunmamış və borc ödənilməmişdir. Hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan, məhkəməyə müraciət edilməmişdən əvvəl mübahisənin məhkəməyədək həll olunması məqsədi ilə iddiaçı tərəfindən mediasiya təşkilatına və pretenziya qaydasında cavabdehlərə müraciət olunmasına baxmayaraq, borc ödənməmiş və mübahisənin məhkəmədən kənar qaydada və yaxud, mediasiya qaydasında həll edilməsi mümkün olmamışdır. Mediasiya xərci olaraq İddiaçı QSC Bank olmayan Kredit Təşkilatı tərəfindən 60 (altmış) manat məbləğində mediasiya xərci nağdsız qaydada ödənilmişdir. Həmin iddia ərizəsinə dair kommersiya işinin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 tərəfindən 05 aprel 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə “iddia tələbinin artırılması” barədə ərizə təqdim edilərək, cavabdeh X1 14 dekabr 2018-ci il tarixli 000493 saylı kredit müqaviləsi üzrə 4180,76 manat əsas borc, 723,78 manat faiz borcu və Mərkəzi Bankın uçot dərəcəsinə uyğun hesablanmış 488 manat faiz olmaqla, cəmi 5392,54 (beş min üç yüz doxsan iki manat 54 qəpik) manat məbləğində pul vəsaitinin iddiaçı "Aqrarkredit” QSC BOKT-nın xeyrinə tutulması, kredit üzrə ipoteka predmeti kimi Cavabdeh2 məxsus Xızı rayonu Tıxlı kəndində yerləşən fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi Cavabdeh2 və onun ailə üzvləri Cavabdeh4, Cavabdeh1 və X2 paylı mülkiyyətində olan Xızı rayonu Tıxlı kəndindəki 0,0591 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 12000 (on iki min) manat dəyərində müəyyən edilməsi, borc tələbinin ipoteka ilə yüklü edilmiş cavabdehlərə məxsus həmin daşınmaz əmlaklara yönəltməklə, həmin ipoteka predmetlərinin açıq hərraca çıxarılıb satılması hesabına cəmi 5392,54 (beş min üç yüz doxsan iki manat 54 qəpik) manat məbləğində borcun və ödənilmiş 60 (altımış) manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçı "Aqrarkredit” QSC Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul edilməsi xahiş olunmuş və həmin ərizə, yəni “Mərkəzi Bankın uçot dərəcəsinə uyğun hesablanmış 488 manat faizin” tələb olunması Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1 və 449.2ci maddələri ilə əsaslandırılmışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 53-cü maddəsinə əsasən, iddiaçı işin məhkəmədə baxılmağa hazırlanması yekunlaşana qədər iddianın əsasını və ya predmetini dəyişməyə, iddia tələbinin həcmini artırmağa və ya azaltmağa haqlıdır. İş üzrə 26 dekabr 2023-cü ildə keçirilən məhkəmə baxış iclasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə3 iddia tələbini müdafiə edib, iddia ərizəsində və “iddia tələbinin artırılması” barədə ərizədə yazılanlara uyğun izahat verərək, iddianın təmin edilməsi və cavabdeh X1 14 dekabr 2018-ci il tarixli 000493 saylı kredit müqaviləsi üzrə 4180,76 manat əsas borc, 723,78 manat faiz borcu və Mərkəzi Bankın uçot dərəcəsinə uyğun hesablanmış 488 manat faiz olmaqla, cəmi 5392,54 manat məbləğində pul vəsaitinin iddiaçı "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulması, kredit üzrə ipoteka predmeti kimi Cavabdeh2 məxsus Xızı rayonu Tıxlı kəndində yerləşən fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi Cavabdeh2 və onun ailə üzvləri Cavabdeh4, Cavabdeh1 və X2 paylı mülkiyyətində olan Xızı rayonu Tıxlı kəndindəki 0,0591 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 12000 manat dəyərində müəyyən edilməsi, borc tələbinin ipoteka ilə yüklü edilmiş cavabdehlərə məxsus həmin daşınmaz əmlaklara yönəltməklə, həmin ipoteka predmetlərinin açıq hərraca çıxarılıb satılması hesabına cəmi 5392,54 manat məbləğində borcun və ödənilmiş 60 manat məbləğində mediasiya xərcinin tutularaq iddiaçı "Aqrarkredit” Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etdi. 14 aprel 2023-cü il tarixə təyin edilmiş məhkəmə baxış iclasında iştirak etmiş Cavabdeh1 iddia tələbini qismən qəbul etdiyini, yəni əsas borcun və hesablanmış faiz borcunun yarı hissəsi olmaqla, ümumilikdə təxminən 4500 manat borcun cavabdehlərdən tutulmasına etiraz etmədiyini, lakin tutmanın ipoteka predmetləri olan torpaq sahəsinə və fərdi yaşayış evinə yönəldilməsinə və həmin ipoteka predmetlərinin 12000 manat qiymətləndirilməsinə etiraz etdiyini bildirmişdi. Lakin, cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 26 dekabr 2023-cü il tarixinə təyin edilmiş məhkəmə baxış iclaslarının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə, Azərbaycan Respublikası Mülki- Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş cavabdehin gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə cavabdehin icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Bu halda qətnamə çəkişmə şəraitində qəbul edilmiş kimi qiymətləndirilərək cavabdehə apellyasiya qaydasında şikayət etmək hüququ verilir. Məhkəmə, proses iştirakçılarının izahatlarını, iddia ərizəsini, “iddia tələbinin artırılması” barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan 14 dekabr 2018-ci il tarixli 000493 nömrəli Kredit Müqaviləsindən görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı – “Borcverən”, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan Cavabdeh4 (VÖEN **********) – “Borcalan” olmaqla, bağlanmış həmin Müqaviləyə əsasən heyvandarlıq məqsədilə borcalan Cavabdeh4 30 ay müddətinə illik 21 % dərəcəsi ilə 6000 (altı min) manat məbləğində kredit verilmişdir. Həmin Müqavilənin 6.2-ci bəndinə əsasən, Borcalan krediti aşağıdakı növbəliliklə ödəyir: a) Faiz borcu; b) Vaxtı keçmiş əsas borc; c) Əsas borc. Həmin Müqavilənin 6.5-ci bəndinə əsasən, Borcalan krediti və ona hesablanmış faizləri və bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini təmin edir. İş materiallarında olan 14 dekabr 2018-ci il tarixli 000493 nömrəli Kredit Müqaviləsində göstərilən kreditin və ona hesablanmış faizlərin Ödəniş Cədvəlindən görünür ki, həmin Cədvəldə borcalan Cavabdeh4 14 dekabr 2018-ci il tarixli 000493 nömrəli Kredit Müqaviləsi üzrə borcunun müvafiq qrafikə əsasən aylar üzrə müəyyən edilmiş məbləğlərdə və müəyyən olunmuş vaxtlarda ödənilməsi nəzərdə tutulmuşdur və həmin Ödəniş Cədvəlini borcalan Cavabdeh4 imza etmişdir. X5 əsasən ödənişin son tarixi 30 iyun 2021-ci il müəyyən olunmuşdur. İş materiallarında olan Maliyyə arayışından görünür ki, borcalan Cavabdeh4 14 dekabr 2018-ci il tarixli 000493 nömrəli Kredit müqaviləsi üzrə 15 mart 2022-ci il tarixə borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 4180,76 manat məbləğində əsas bоrcu və 723,78 manat faiz borcu оlmaqla, cəmi 4904,54 (dörd min doqquz yüz dörd manat 54 qəpik) manat məbləğində kredit borcu vardır. İş üzrə məhkəmə araşdırması zamanı keçirilmiş məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 noyabr 2023-cü il tarixli 3-16-16/2-9/65xx-xx/6485 nömrəli Ekspert Rəyindən görünür ki, ipoteka qoyan Cavabdeh2 məxsus Xızı rayonu Tıxlı kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və X2 ümumi birgə mülkiyyətində olan Xızı rayonu Tıxlı kəndindəki 0,0591 ha torpaq sahəsinin birlikdə likvid dəyəri ekspertiza zamanı cəmi 67500 (altmış yeddi min beş yüz) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 739.1-ci maddəsinə əsasən, borc müqaviləsinə görə bir tərəf (borcverən) pul vəsaitinə və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər tərəfə (borcalana) verməyi öhdəsinə götürür, borcalan isə aldıqlarını müvafiq olaraq eyni məbləğdə pul vəsaiti və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borcverənə qaytarmağı öhdəsinə götürür. Həmin Məcəllənin 739.2-ci maddəsinə əsasən, borc müqaviləsi predmetinin məbləği üç min manatdan çoxdursa və ya məbləğindən asılı olmayaraq, müqavilənin iştirakçılarından biri hüquqi şəxsdirsə, borc müqaviləsi yazılı formada bağlanılmalıdır. Göründüyü kimi, iş materialları ilə müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan borcalan (cavabdeh) Cavabdeh4 (VÖEN **********) 14 dekabr 2018-ci il tarixli 000493 nömrəli Kredit Müqaviləsi bağlayarkən götürdüyü öhdəliyi pozmuş və onu lazımınca icra etməyərək, həmin Müqavilə üzrə borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməli olan əsas borc və əsas borca görə hesablanmış faizləri ödəməmiş və bununla da, borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatından aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Buna görə də, məlum kredit müqaviləsi üzrə cəmi 6000 manat məbləğində verilmiş kredit Ödəniş Cədvəlinə uyğun olaraq qaytarılmadığına görə borcalan Cavabdeh4 15 mart 2022-ci il tarixə hesablanmış 4180,76 manat məbləğində əsas borcun və 723,78 manat məbləğində faiz borcunun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi üçün müvafiq iddia ərizəsi ilə 26 yanvar 2023-cü ildə məhkəməyə müraciət olunmuşdur. İş materiallarından görünür ki, cavabdehlərə borcun müvafiq qaydada ödənilməsi barədə xəbərdarlıq olunmuş və hazırkı iddia ərizəsi ilə əlaqədar məhkəməyə müraciət olunmamışdan əvvəl cavabdehlər Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 ilə mübahisənin mediasiya qaydasında həll edilməsi məqsədi ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən mediatora 60 (altmış) manat məbləğində xidmət haqqı ödənilmişdir. Lakin, mövcud mübahisənin məhkəməyə qədər mərhələdə və yaxud mediasiya vasitəsi ilə həll edilməsi mümkün olmamışdır (cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişlər). Azərbaycan Respublikası Mülki Məcəlləsinin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 425.2-ci maddəsinə əsasən, öhdəlikləri icra edərkən tərəflər müqavilənin yerinə yetirilməsinə zəmin yaratmaq üçün birgə hərəkət etməli və müqavilənin məqsədinə çatmağa maneçilik törədə biləcək və ya öhdəliklərin icrasını təhlükəyə məruz qoya biləcək hər cür hərəkətlərdən çəkinməlidirlər. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 430.1-ci maddəsində göstərilir ki, əgər Mülki Məcəllədə ayrı qayda nəzərdə tutulmayıbsa, öhdəliyin icrasından birtərəfli imtinaya və onun şərtlərini birtərəfli dəyişdirməyə yol verilmir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 443.1-ci maddəsinə əsasən, öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Həmin Məcəllənin 445.1-ci maddəsinə əsasən, icranı gecikdirmiş borclu gecikdirmə nəticəsində vurduğu zərər üçün və gecikdirmə zamanı təsadüfən baş vermiş icra mümkünsüzlüyünün nəticələri üçün kreditor qarşısında məsuliyyət daşıyır. Həmin Məcəllənin 448-ci maddəsinin tələblərinə görə, əgər Mülki Məcəllə və ya müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir (maddə 448.1) və borclu öz öhdəliklərinin hər bir təqsirli pozuntusu (hərəkət və ya hərəkətsizlik) üçün məsuliyyət daşıyır. Borclunu təqsirə görə, yəni qərəzə və ya kobud ehtiyatsızlığa görə məsuliyyətdən qabaqcadan azad etmək olmaz (maddə 448.2). Beləliklə də, məhkəmə, yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, məlum kredit müqaviləsi üzrə borcalan Cavabdeh4 14 dekabr 2018-ci il tarixli 000493 nömrəli Kredit müqaviləsi üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən, həmin Müqavilə üzrə ödənilməmiş 4180,76 manat məbləğində əsas borcun və müqavilə üzrə hesablanmış 723,78 manat məbləğində faiz borcunun “borcalan” olaraq Cavabdeh4 tutulması hissəsində iddia tələbi əsaslıdır və həmin hissədə iddia təmin olunmalıdır. Lakin, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 tərəfindən 05 aprel 2023-cü ildə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə təqdim edilmiş “iddia tələbinin artırılması” barədə ərizədə tələb olunan cavabdeh X1 "Mərkəzi Bankın uçot dərəcəsinə uyğun hesablanmış 488 manat məbləğində faizin tutulması” hissəsində isə iddia tələbinin əsaslılığı məhkəmə araşdırması zamanı müəyyən edilməmiş və həmin hissədə iddia sübuta yetirilməmişdir. Çünki, məhkəməyə “iddia tələbinin artırılması” barədə ərizə təqdim edilərək, “Mərkəzi Bankın uçot dərəcəsinə uyğun hesablanmış 488 manat məbləğində faizin tutulması” xahiş edilsə də, iddiaçı tərəfindən həmin hissədə iddia tələbini təsdiq edən hər hansı bir mötəbər sübut, maliyyə-mühasibatlıq sənədi (maliyyə arayışı və s.) məhkəməyə təqdum olunmamışdır. Halbuki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş Maliyyə Arayışında borcalan Cavabdeh4 14 dekabr 2018-ci il tarixli 000493 nömrəli Kredit müqaviləsi üzrə borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 4180,76 manat məbləğində əsas bоrcu və 723,78 manat faiz borcu оlmaqla, cəmi 4904,54 (dörd min doqquz yüz dörd manat 54 qəpik) manat məbləğində borcunun olduğu qeyd olunmuşdur. Eləcə də, məhkəmə, iddianın “Cavabdeh4 tutulmalı olan borcun ipoteka predmetləri olan daşınmaz əmlaklara yönəldilməsi və həmin ipoteka predmetlərinin açıq hərracdan satılaraq, borcun hərracdan satışdan əldə olunan vəsait hesabına ödənilməsi” hissəsini də araşdıraraq hesab edir ki, iddia tələbinin həmin hissəsi də əsaslı olduğu üçün təmin edilməlidir. Belə ki, iş materiallarında olan 16 dekabr 2018-ci il tariхli İpoteka müqaviləsindən görünür ki, ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı, ipoteka qoyanlar Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 arasında bağlanmış həmin Müqaviləyə əsasən ipoteka qoyan Cavabdeh2 məxsus Xızı rayonu Tıxlı kəndində yerləşən fərdi yaşayış evi və həmin evin yerləşdiyi cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və X2 ümumi birgə mülkiyyətində olan Xızı rayonu Tıxlı kəndindəki 0,0591 ha torpaq sahəsi ipoteka qoyanlar Cavabdeh4, Cavabdeh2, Cavabdeh1 və Cavabdeh3 tərəfindən ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı qarşısında 14 dekabr 2018-ci il tarixli 000493 nömrəli Kredit Müqaviləsində nəzərdə tutulmuş öhdəliklərin icrasının təminatı olaraq ipoteka ilə yüklü edilmiş və bu yüklülük Daşınmaz Əmlakın Dövlət Reyestrində müvafiq qaydada qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, yuxarıda qeyd olunan ipoteka predmetlərinə dair ipoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının tutmanın yönəldilməsi haqqında bildirişləri müvafiq qaydada Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən qeydə alınmışdır. Lakin, məhkəmə araşdırması zamanı iddia ərizəsi “kredit üzrə ipoteka predmeti kimi Cavabdeh2 məxsus Xızı rayonu Tıxlı kəndində yerləşən fərdi yaşayış evinin və həmin fərdi yaşayış evinin yerləşdiyi Cavabdeh2 və onun ailə üzvləri Cavabdeh4, Cavabdeh1 və X2 paylı mülkiyyətində olan Xızı rayonu Tıxlı kəndindəki 0,0591 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 12000 (on iki min) manat dəyərində müəyyən edilməsi” hissəsində də öz təsdiqini tapmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı “16 dekabr 2018-ci il tariхli İpoteka Müqaviləsinə əsasən ipoteka ilə yüklü edilmiş ipoteka qoyan Cavabdeh2 məxsus Xızı rayonu Tıxlı kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və X2 ümumi birgə mülkiyyətində olan Xızı rayonu Tıxlı kəndindəki 0,0591 ha torpaq sahəsinin hərracda satılması” barədə verilmiş iddia tələbinin qanuni və obyektiv həlli məqsədilə iş üzrə qəbul olunmuş 01 avqust 2023-cü il tarixli qərardadla təyin edilən məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 noyabr 2023-cü il tarixli 3-16-16/2-9/65xx-xx/6485 nömrəli Ekspert Rəyinə əsasən ipoteka qoyan Cavabdeh2 məxsus Xızı rayonu Tıxlı kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və X2 ümumi birgə mülkiyyətində olan Xızı rayonu Tıxlı kəndindəki 0,0591 ha torpaq sahəsinin birlikdə likvid dəyəri cəmi 67500 (altmış yeddi min beş yüz) manat məbləğində müəyyən edilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 296.1-ci maddəsinə əsasən, girov qoyulmuş əşya hesabına ödənilməsinə girov saxlayanla girov qoyanın notariat qaydasında təsdiqlənmiş razılaşması əsasında yol verilir. Belə razılaşma ilə hüquqları pozulmuş şəxsin iddiası üzrə məhkəmə həmin razılaşmanı etibarsız saya bilər. Bu cür razılaşma olmadıqda, girov saxlayanın (kreditorun) tələbinin girov qoyulmuş əşyanın dəyərindən ödənilməsi məhkəmənin qərarı ilə həyata keçirilir. "İpoteka haqqında" Azərbaycan Respublikası Qanununun 34.1-ci maddəsinin tələblərinə görə, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi (maddə 34.1.1) və yaxud, ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi (maddə 34.1.3) - ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallardır. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Həmin Qanunun 41.1-ci maddəsinə əsasən, ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Həmin Qanunun 41.2-ci maddəsinin tələblərinə əsasən, məhkəmənin qərarı və ya notariusun icra qeydi əsasında tutma yönəldilməsi proseduru icra məmuru tərəfindən “İcra haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair 20 iyul 2020-ci il tarixli 01 nömrəli Qərardadında qərara alınmışdır ki, “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 317.2-ci maddəsinə əsasən, satış “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. Həmin Məcəllənin 319.1-ci maddəsinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Həmin Məcəllənin 319.4-cü maddəsinə əsasən, açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Odur ki, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, 14 dekabr 2018-ci il tarixli 000493 nömrəli Kredit Müqaviləsi üzrə Cavabdeh4 tutulmalı olan pul vəsaiti (borc) İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Xızı rayonu Tıxlı kəndində yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və X2 ümumi birgə mülkiyyətində olan Xızı rayonu Tıxlı kəndindəki 0,0591 ha torpaq sahəsinə yönəldilməli, həmin ipoteka predmetləri açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan borc ödənilməli və tutmanın yönəldiyi ipoteka ilə yüklü edilmiş həmin daşınmaz əmlakların ilkin satış qiyməti 67500 manat məbləğində müəyyən edilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 106.1-ci maddəsinə əsasən, işdə iştirak edən şəxslərin iş üçün əhəmiyyətli olan və onlara məlum olan faktlar barədə izahatları iş üzrə toplanmış digər sübutlarla yoxlanılmalı və qiymətləndirilməlidir. Həmin Məcəlləsinin 106.3-cü maddəsinə əsasən, tərəfin tələb və etirazlarının əsaslandırdığı faktları digər tərəfin etiraf etməsi əks tərəfi gələcəkdə bu faktları sübut etmə vəzifəsindən azad edir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə də, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli və Cavabdeh4 (VÖEN **********) 4180,76 manat əsas borc və 723,78 manat faiz borcu İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulmalı və tutulan borc məbləği İddiaçı QSC BOKT-nın xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Xızı rayonu Tıxlı kəndində yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və X2 ümumi birgə mülkiyyətində olan Xızı rayonu Tıxlı kəndindəki 0,0591 ha torpaq sahəsinə yönəldilməli və həmin ipoteka predmetləri açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan borc ödənilməli və tutmanın yönəldiyi ipoteka ilə yüklü edilmiş fərdi yaşayış evinin və həmin evin yerləşdiyi Xızı rayonu Tıxlı kəndindəki 0,0591 ha torpaq sahəsinin birlikdə ilkin satış qiyməti 67500 manat məbləğində müəyyən edilməlidir. Eləcə də, “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinin tələbləri nəzərə alınmaqla, mediatora ödənilmiş 60 (altmış) manat məbləğində xidmət haqqı Cavabdeh4 tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikası Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeydşərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan əlavə, Borcalandan tutulması təmin olunan kredit borcunun məbləğinə mütənasib olaraq dövlət nəfinə ödənilməli olan 69,04 (altmış doqquz manat 04 qəpik) manat məbləğində dövlət rüsumu və iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti də Cavabdeh4 dövlət nəfinə tutularaq Dövlət Büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddia qismən təmin edilsin. Cavabdeh4 (VÖEN **********) 4180,76 (dörd min yüz səksən manat 76 qəpik) manat əsas borc, 723,78 (yeddi yüz iyirmi üç manat 78 qəpik) manat faiz borcu və mediasiya ilə əlaqədar ödənilmiş 60 (altmış) manat xidmət haqqının əvəzi olmaqla, cəmi 4964,54 (dörd min doqquz yüz altmış dörd manat 54 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Cavabdeh4 tutulmalı olan cəmi 4964,54 (dörd min doqquz yüz altmış dörd manat 54 qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh2 məxsus Xızı rayonu Tıxlı kəndində yerləşən fərdi yaşayış evinə və həmin evin yerləşdiyi cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və X2 ümumi birgə mülkiyyətində olan Xızı rayonu Tıxlı kəndindəki 0,0591 ha torpaq sahəsinə yönəldilsin və həmin ipoteka predmetləri açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan cəmi 4964,54 (dörd min doqquz yüz altmış dörd manat 54 qəpik) manat məbləğində borc ödənilsin. Tutmanın yönəldiyi Cavabdeh2 məxsus Xızı rayonu Tıxlı kəndində yerləşən fərdi yaşayış evinin və həmin evin yerləşdiyi cavabdehlər Cavabdeh2, Cavabdeh4, Cavabdeh1 və X2 ümumi birgə mülkiyyətində olan Xızı rayonu Tıxlı kəndindəki 0,0591 ha torpaq sahəsinin birlikdə ilkin satış qiyməti 67500 (altmış yeddi min beş yüz) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdeh4 dövlət nəfinə 69,04 (altmış doqquz manat 04 qəpik) manat məbləğində dövlət rüsumu tutularaq, Dövlət Büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti Cavabdeh4 dövlət nəfinə tutularaq, Dövlət Büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən Zülfüqar Sadiqov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar