Məhkəmə qərarları › İş №e-2-2(119)-247/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-247/2025

25.02.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-247/2025 25.02.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh12, Cavabdeh2, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, Cavabdeh6 və Cavabdeh8 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh12, Cavabdeh2, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, Cavabdeh6 və Cavabdeh8 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh12 07 sentyabr 2015-ci il tarixli 889 nömrəli kredit müqaviləsinə əsasən 7821,89 (yeddi min səkkiz yüz iyirmi bir manat, səksən doqquz qəpik) manat məbləğində əsas, 7738,17 (yeddi min yeddi yüz otuz səkkiz manat, on yeddi qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 15560,06 (on beş min beş yüz altmış manat, altı qəpik) manat məbləğində pul vəsaitinin iddiaçının xeyrinə tutulması, cavabdehlər Cavabdeh2, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, Cavabdeh6 və Cavabdeh8 paylı mülkiyyətlərində olan Qobustan rayonu, Şıxzərli kəndində yerləşən fərdi yaşayış evinin 0,02 ha torpaq sahəsi ilə birlikdə ilkin satış qiymətinin 22000 (iyirmi iki min) manat dəyərində müəyyən edilməsi, borc tələbinin ipoteka predmetinin məxsus olduğu adları qeyd edilmiş cavabdehlərin paylı mülkiyyətində olan həmin əmlaka yönəltməklə, əmlakın açıq hərracda satılması hesabına 15560,06 (on beş min beş yüz altmış manat, altı qəpik) manat məbləğində borcun və ödənilmiş 136,68 (yüz otuz səkkiz manat, altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 25 fevral 2025-ci il tarixində vəsatətlə məhkəməyə müraciət edərək, iddiaçı ilə Cavabdeh12 arasında kredit borcunun ödənilməsi ilə bağlı məhkəmədən kənar qaydada razılaşma əldə olunaraq, borcun ödənilməsi üçün ona əlavə olaraq vaxt verildiyini, cavabdehin müraciəti nəzərə alınaraq iddia ərizəsinin geri götürülməsinin qərara alındığını bildirmiş, iddianın baxılmamış saxlanılması barədə müvafiq qərardad qəbul edilməsini xahiş etmişdir. Tərəflər məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsasən, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə iddiaçının nümayəndəsinin vəsatətini araşdıraraq hesab edir ki, iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Mülki Prosessual Məcəllənin 170.1-ci maddəsinin tələblərinə görə, işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Ərizənin baxılmamış saxlanılması barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiq edilməsi təcrübəsi haqqında” 31 mart 2011-ci il tarixli 3 nömrəli Qərarının 2-ci bəndinə əsasən, Azərbaycan Respublikası MPM-nin 259.0.1 - 259.0.10, 259.0.12 və 259.0.13-cü maddələrində göstərilən əsaslar olduqda məhkəmənin hazırlıq iclasında ərizə baxılmamış saxlanıla bilər. Hazırlıq iclasında ərizənin qaytarılması barədə vəsatətin verilməsi ərizənin Azərbaycan Respublikası MPM-in 259.0.11-ci maddəsinə əsasən baxılmamış saxlanılması üçün deyil, həmin Məcəllənin 170-ci maddəsinə əsasən geri qaytarılması üçün əsasdır və bu zaman cavabdeh tərəfin buna razılığının alınması tələb olunmur. İddia ərizəsinin dövlət rüsumunun ödənilməsi haqqında məlumat bölməsindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət edilən zaman 136,68 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Mülki Prosessual Məcəllənin 114.3-cü maddəsinin tələblərinə görə, bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu geri qaytarılır. Təsvir edilənləri nəzərə alaraq məhkəmə hesab edir ki, iddiaçının nümayəndəsinin vəsatəti əsasında İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh12, Cavabdeh2, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, Cavabdeh6 və Cavabdeh8 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər və iddia ərizəsinin verilməsinə görə ödənilmiş 136,68 manat məbləğində dövlət rüsumu iddiaçıya geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 170, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh12, Cavabdeh2, Cavabdeh9, Cavabdeh10, Cavabdeh11, Cavabdeh1, Cavabdeh4, Cavabdeh5, Cavabdeh3, Cavabdeh7, Cavabdeh6 və Cavabdeh8 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən ********** nömrəli ödəniş qəbzinə əsasən dövlət büdcəsinə ödənilmiş 136,68 (yüz otuz altı manat, altmış səkkiz qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 13 dekabr 2024-cü il, 16:21:33; Sumqayıt Kommersiya Məhkəməsi üçün) həmin ödənişi etmiş iddiaçıya geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar