Məhkəmə qərarları › İş №e-2-2(119)-251/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-251/2023

16.08.2023 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-251/2023 16.08.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə, Cavabdeh1 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh1 10 oktyabr 2019-cu il tarixli, 300843- 762089\1 nömrəli kredit müqaviləsi üzrə 9586,60 manat əsas borc, 377,45 manat əsas borca hеsablanmış faiz borcu olmaqla, cəmi 9964,05 manat məbləğində borcun, ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün köçürülmüş 15 manat dövlət rüsumu və 30 manat xidmət haqqı olmaqla, cəmi 45 manat pul vəsaitinin və 200 manat məbləğində mediasiya xərcinin tutularaq İddiaçı ASC-yə ödənilməsi, tutmanın bank qarşısında ipotеkaya qoyulmuş Cavabdeh1 mülkiyyətində olan Xaçmaz rayonu, Qoçaqqazma kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 260.3 kv.m-dən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin hərracda satılması üçün ilkin satış qiymətinin müəyyən edilməsi, açıq hərracda satılması və satışdan əldə olunacaq vəsait hesabına borcun ödənilməsi, ipoteka predmeti hərracda satıldıqda Cavabdeh1 və Cavabdeh2 Xaçmaz rayonu, Qoçaqqazma kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 260.3 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə hesab edir ki, həmin iş üzrə aşağıda göstərilənlərə əsasən iddia tələbinin “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xaçmaz rayonu, Qoçaqqazma kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 260.3 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması” hissəsində icraata xitam verilməlidir. Belə ki, iş materiallarında olan ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 10 oktyabr 2019-cü il tarixli GA.762089.1 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 GA.762089.1 nömrəli kredit limitinin ayrılması haqqında Baş sazişə üzrə yaranmış öhdəliyinin icrasının təminatı kimi mülkiyyətində olan Xaçmaz rayonu, Qoçaqqazma kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 260.3 kv.m-dən ibarət fərdi yaşayış evini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü etmişdir. Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 48 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan Xaçmaz rayonu, Qoçaqqazma kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 260.3 kv.m-dən ibarət fərdi yaşayış evi 10 oktyabr 2019-cu il tarixdən öhdəliklər tam yerinə yetirilənə kimi "xxxx" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.3, 59.3.1 və 59.3.2ci maddələrinə əsasən ipoteka qoyulmuş yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etməlidirlər, bu şərtlə ki: yaşayış evi və ya mənzil ipoteka müqaviləsi üzrə kreditin qaytarılması üçün ipoteka qoyulmuş olsun və ya ipoteka qoyanla birlikdə yaşayan yetkinlik yaşına çatmış ailə üzvləri və digər şəxslər ipoteka müqaviləsi bağlanarkən həmin evə (mənzilə) tutma yönəldildikdə və o satıldıqda onu tərk etmək barədə notariat qaydasında təsdiq edilmiş öhdəlik götürmüş olsunlar, ipoteka müqaviləsi bağlandıqdan sonra həmin evə və ya mənzilə qeydiyyata alınmış şəxslər belə öhdəlik götürmüş sayılırlar. 30 dekabr 2018-ci il tarixdə isə "İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 59.4-cü maddəsinə dəyişiklik edilmişdir. Həmin maddənin yeni redaksiyasında göstərilmişdir ki, bu Qanunun 59.3-cü maddəsində nəzərdə tutulmuş müddətdə ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka qoyulmuş yaşayış sahəsindən və yaşayış yeri üzrə qeydiyyatdan çıxmadıqda, həmin şəxslər evdən (mənzildən) və yaşayış yeri üzrə qeydiyyatdan ayrıca məhkəmə qərarı tələb olunmadan ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında 10 təqvim günü müddətində məcburi qaydada çıxarılırlar. Göründüyü kimi, “İpoteka haqqında” Qanunun 59.4-cü maddəsində ipoteka qoyanın, onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslərin ipoteka predmeti olan yaşayış sahəsindən məcburi qaydada çıxarılması üçün ayrıca məhkəmə qərarı tələb olunmur. Yəni, ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvləri və digər şəxslər ipoteka predmetinə tutmanın yönəldilməsi barədə icra sənədi əsasında ipoteka predmeti olan yaşayış sahəsindən məcburi qaydada çıxarılırlar. Azərbaycan Respublikası Ali Məhkəməsinin Kommersiya və Mülki kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun 59.4-cü maddəsinə dair qanunvericiliyin tətbiqi məsələləri üzrə 22 iyun 2023-cü il tarixli qərardadına əsasən tərəflər arasında ipoteka müqaviləsi 2018-ci il 28 dekabr tarixindən sonra bağlanmışdırsa, ipoteka qoyulmuş fərdi yaşayış evinə və ya mənzilə tutma yönəldildikdə və o satıldıqda “ipoteka qoyan və onunla birlikdə yaşayan ailə üzvlərinin və digər şəxslərin tutduqları yaşayış sahəsini ən geci bir ay ərzində tərk etmələrinə və qeydiyyatdan çıxarılmalarına dair” iddia tələbləri hissəsində iddia ərizəsinin icraata qəbulundan Mülki Prosessual Məcəllənin 153.1 və 153.2.1-ci maddələrinə əsasən imtina olunmalı, əgər iddia artıq icraata qəbul edilmişdirsə, Mülki Prosessual Məcəllənin 261.0 və 261.0.1-ci maddələrinə uyğun olaraq iş üzrə icraata həmin hissədə xitam verilməlidir. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, tərəflər arasında ipoteka müqaviləsi 10 oktyabr 2019-cu il tarixdə bağlandığına görə ipoteka qoyan Cavabdeh1 və onunla birlikdə yaşayan ailə üzvü Cavabdeh2 ipoteka qoyulmuş Xaçmaz rayonu, Qoçaqqazma kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 260.3 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması üçün ayrıca məhkəmə qərarının verilməsinə zərurət yoxdur. Buna görə də məhkəmə hesab edir ki, Expressbank” Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iş üzrə iddia tələbinin “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xaçmaz rayonu, Qoçaqqazma kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 260.3 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması” hissəsində icraata xitam verilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 261.0.1-ci maddəsinə əsasən iş məhkəmədə və ya mülki məhkəmə icraatı qaydasında baxılmalı deyildirsə, hakim iş üzrə icraata xitam verir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 259, 261, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA ALDİ : İddiaçı Açıq Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” barədə iş üzrə iddia tələbinin “cavabdehlər Cavabdeh1 və Cavabdeh2 Xaçmaz rayonu, Qoçaqqazma kəndində yerləşən 0.28 ha torpaq sahəsi və həmin torpaq sahəsi üzərində yerləşən ümumi sahəsi 260.3 kv.m-dən ibarət fərdi yaşayış evindən çıxarılması və həmin evin boşaldılması” hissəsində icraata xitam verilsin. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar