Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-254/2024 01.02.2024 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlu, İddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsini və ərizəyə əlavə olunmuş sənədləri nəzərdən keçirib, MÜƏYYƏN E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdehlər Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə cavabdehlərdən Cavabdeh3 arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli 37677-1-37716 saylı kredit müqaviləsi üzrə 26 oktyabr 2023-cü il tarixinə hesablanmış 16468,29 (on altı min dörd yüz altmış səkkiz manat, iyirmi doqquz qəpik) manat məbləğində borc, 718,02 (yeddi yüz on səkkiz manat, iki qəpik) manat məbləğində faiz, 717,20 (yeddi yüz on yeddi manat, iyirmi qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 17903,51 (on yeddi min doqquz yüz üç manat, əlli bir qəpik) manat məbləğində pul vəsaitinin, 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin əvəzinin və ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının əvəzinin cavabdehlərdən müştərək qaydada tutulması, habelə iddiaçı ilə cavabdehlərdən Cavabdeh3 arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli 37677-1-37718 saylı kredit müqaviləsi üzrə 26 oktyabr 2023-cü il tarixinə hesablanmış 18241,44 (on səkkiz min iki yüz qırx bir manat, qırx dörd qəpik) manat məbləğində borc, 325,43 (üç yüz iyirmi beş manat, qırx üç qəpik) manat məbləğində faiz, 176,08 (yüz yetmiş altı manat, səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 18742,95 (on səkkiz min yeddi yüz qırx iki manat, doxsan beş qəpik) manat məbləğində pul vəsaitinin həmin cavabdehdən tutulması, ipoteka predmetinin ilkin satış qiymətini 95000 (doxsan beş min) manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğlərin ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında (yeni qaydalarla ünvan: ünvan 2si 87,90 kv.m. olan 28 nömrəli mənzilə yönəldilərək, həmin mənzilin açıq hərracda satılması və satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatının mümkünlüyünün yoxlanılması ilə əlaqədar iddia ərizəsini və ona əlavə edilmiş sənədləri nəzərdən keçirərək hesab edirəm ki, aşağıda göstərilənlərə əsasən həmin iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Belə ki, iş materiallarına əsasən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehlərdən Cavabdeh3 tərəfindən alınması müəyyən olunsa da, həmin sənədlərin digər cavabdehlər, yəni Cavabdeh1 və Cavabdeh2 tərəfindən alınması haqqında müvafiq sənədlər iddiaçı tərəfindən hazırkı iddia ərizəsinə əlavə edilərək məhkəməyə təqdim olunmamışdır. Daha konkret ifadə edilərsə, iş materiallarına əlavə edilmiş poçt xəbərnamələrinin üzərlərində aparılmış qeydlərlə mübahisənin məhkəməyə qədər və ya pretenziya qaydasında nizama salınmasına riayət edilməsi məqsədilə müvafiq pretenziya məktubunun, o cümlədən “İpoteka haqqında” xx.xx.2005-ci il tarixli Azərbaycan Respublikasının Qanununun 36-cı maddəsində nəzərdə tutulmuş bildirişin cavabdehlər tərəfindən alınması təsdiq olunsa da, iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin cavabdehlərdən Cavabdeh1 və Cavabdeh2 tərəfindən alınması öz təsdiqini tapmır. Halbuki mülki-prosessual qanunvericiliyin tələblərinə görə kommersiya mübahisələri ilə əlaqədar işlər üzrə iddiaçı məhkəməyə müraciət edərkən həmin Məcəllənin 150.2-ci maddəsi ilə müəyyən edilmiş qaydada yuxarıda qeyd olunan hərəkətləri yerinə yetirməli və həmin hərəkətlərin yerinə yetirilməsini təsdiq edən müvafiq sənədləri məhkəməyə təqdim etməlidir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 10-1.1-ci maddəsinə əsasən, elektron qaydada mülki işlər və kommersiya mübahisələri üzrə məhkəmə icraatı bu Məcəllə ilə müəyyən edilmiş ümumi prosessual qaydalara uyğun olaraq “Elektron məhkəmə” informasiya sistemi vasitəsilə aparılır. Həmin Məcəllənin 150.1.4-cü maddəsinə əsasən, bu Məcəllənin 150.2-ci maddəsinə uyğun olaraq kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin surətinin və ona əlavə edilmiş sənədlərin alınması haqqında sənəd iddia ərizəsinə əlavə edilir. Göründüyü kimi, kommersiya mübahisələri üzrə verilən iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin cavabdehlərə (bir neçə cavabdeh olduqda, hər birinə) göndərilməli olması hazırda Mülki Prosessual Məcəllənin 150.1.4-cü maddəsində imperativ qaydada təsbit olunmuşdur. Lakin bu sənədlərin cavabdehə qanunvericiliklə müəyyən edilmiş qaydada çatdırılmasını təsdiq edən sənədlər məhkəməyə təqdim olunmamış və bununla da hazırkı iddia ərizəsi Mülki Prosessual Məcəllənin qeyd olunan maddəsinin tələblərinə riayət edilməklə verilməmişdir. Həmin Məcəllənin 152.1.4 maddəsinə əsasən, kommersiya mübahisələri üzrə işdə iştirak edən digər şəxslər tərəfindən iddia ərizəsinin alınmasına dair sübut təqdim edilmədikdə, hakim iddia ərizəsini və ona əlavə edilmiş sənədləri geri qaytarır. Beləliklə, Mülki Prosessual Məcəllənin yuxarıda qeyd olunan tələblərinə riayət edilməklə verilmədiyinə görə iddiaçının cavabdehlərə qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinin məhkəmə icraatı mümkün deyildir. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 151.1-ci maddəsinə əsasən, iddia ərizəsi həmin Məcəllənin tələblərinə riayət edilməklə verildikdə, onun məhkəmə icraatı mümkündür. Həmin Məcəllənin 152.4-cü maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 149-152, 263, 264, 267 və 268-ci maddələrinin tələblərini rəhbər tutaraq, QƏRARA A L D I: İddiaçı "Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh3, Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi və ona əlavə edilmiş sənədlər iddiaçıya geri qaytarılsın. İddiaçıya izah olunsun ki, iddia ərizəsinin qaytarılması - nöqsanlar aradan qaldırıldıqdan sonra ümumi qaydada ikinci dəfə məhkəməyə müraciət etməyə mane olmur. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-254/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-254/2024
01.02.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver