Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-258/2025 24.04.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Əsədli Şəfa Zahir qızının katibliyi, Cavabdeh8 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh8, Cavabdeh9, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, X2, Cavabdeh6, Cavabdeh10 və Cavabdeh5 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh8, Cavabdeh9, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, X2, Cavabdeh6, Cavabdeh10 və Cavabdeh5 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Cavabdeh8lə aralarında bağlanmış 19 aprel 2023-cü il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 1568,86 (min beş yüz altmış səkkiz manat, səksən altı qəpik) manat məbləğində əsas borc, 252,41 (iki yüz əlli iki manat, qırx bir qəpik) manat məbləğində faiz borcu, 87,04 (səksən yeddi manat, dörd qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 1908,31 (min doqquz yüz səkkiz manat, otuz bir qəpik) manat məbləğində pul vəsaitinin, Cavabdeh8lə aralarında bağlanmış 12 oktyabr 2022-ci il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə 11013,29 (on bir min on üç manat, iyirmi doqquz qəpik) manat məbləğində əsas borc, 381,72 (üç yüz səksən bir manat, yetmiş iki qəpik) manat məbləğində faiz borcu, 198,92 (yüz doxsan səkkiz manat, doxsan iki qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 11593,93 (on bir min beş yüz doxsan üç manat, doxsan üç qəpik) manat məbləğində borcun, ümumilikdə 13502,24 (on üç min beş yüz iki manat, iyirmi dörd qəpik) manat məbləğində pul vəsaitinin, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 130,51 (yüz otuz manat, əlli bir qəpik) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının əvəzinin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması, tutmanın Cavabdeh8 xüsusi mülkiyyətində olan Sumqayıt şəhəri, 8-ci mikrorayonda yerləşən 16/4 nömrəli binanın 2-ci mərtəbəsində yerləşən 57.3 kv.m ümumi, 43.1 kv.m yaşayış, 14.2 kv.m yardımçı sahədən ibrarət 3 otaqlı 53 nömrəli mənzilə yönəldilməsi, həmin mənzilin açıq hərracdan satılması və ümumilikdə 13502,24 (on üç min beş yüz iki manat, iyirmi dörd qəpik) manat məbləğində bоrcun, iddia ərizəsinin verilməsinə görə ödənilmiş 130,51 (yüz otuz manat, əlli bir qəpik) manat, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının ipoteka predmeti olan mənzilin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlər Aydın Əliyevdən, Zakir Süleymanovdan, Binəli Bayramovdan və Əmralı Əliyevdən ümumi qaydada tutulması, mənzil satıldıqdan 1 ay sonra Cavabdeh8, Cavabdeh9, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, X1, Cavabdeh6, Cavabdeh10 və Cavabdeh5 həmin mənzilə istifadə hüququnun itirilməsi, onların həmin fərdi yaşayış evindən çıxarılması, həmin fərdi yaşayış evin boşaldılması və İddiaçı QSC-yə təhvil verilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 18 fevral 2025-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmiş və ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə tapşırılaraq kommersiya işi rəy verilməsi üçün həmin Mərkəzə göndərilmişdir. İddiaçı 04 mart 2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Sumqayıt Kommersiya Məhkəməsi tərəfindən 06 mart 2025-ci il tarixli e-2- 2(119)- 258/2025 nömrəli məktubla Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə müraciət edilərək həmin kommersiya işinin məhkəməyə geri qaytarılması xahiş edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertiza Mərkəzindən Sumqayıt Kommersiya Məhkəməsinə daxil olmuş 03 aprel 2025-ci il tarixli 3-16-16/2- 342/2025 nömrəli məktubla “qiymətləndirmə fəaliyyəti məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığından və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi qiymətləndirildiyindən” əsası ilə məhkəmənin 18 fevral 2025-ci il tarixli qərardadı icra olunmadan iş məhkəməyə geri qaytarılmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 10 aprel 2025-ci il il tarixli e-2-2(119)- 258/2025 nömrəli qərardadı ilə iş üzrə icraatın təzələnməsi qərara alınmışdır. İddiaçı 23 aprel 2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək məhkəmə iclasının onun nümayəndəsinin iştirakı olmadan keçirilərək işin baxılmamış saxlanılması barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında Cavabdeh8 iddia ərizəsinin baxılmamış saxlanılmasına etiraz etmədiyini bildirdi. Digər cavabdehlər məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən, məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə onların iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Həmin Məcəllənin 259.0.11-ci maddəsinə əsasən, iddia ərizəsinin qaytarılması barədə ərizə verildikdə və cavabdeh işin mahiyyəti üzrə həll olunmasını tələb etmədikdə, məhkəmə ərizəni baxılmamış saxlayır. Təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının ərizənin baxılmamış saxlanılması haqqında ərizəsi təmin edilməli və onun tərəfindən cavabdehlərə qarşı verilmiş "kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" barədə iddia ərizəsi baxılmamış saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 259, 260, 263, 264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D I: İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin iddia ərizəsinin baxılmamış saxlanılması barədə ərizəsi təmin edilsin. İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh8, Cavabdeh9, Cavabdeh1, Cavabdeh4, Cavabdeh2, Cavabdeh7, X2, Cavabdeh6, Cavabdeh10 və Cavabdeh5 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi baxılmamış saxlanılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-258/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-258/2025
24.04.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver