Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-259/2025 18.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Calalova Jalə Habil qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının nümayəndəsi Nümayəndə2 iştirakı ilə, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh2 və Cavabdeh1 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, MÜƏYYƏN E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı Cavabdeh2 və Cavabdeh1 qarşı “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetlərinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 tərəflər arasında bağlanmış 06 dekabr 2022-ci il tarixli 2518 nömrəli kredit müqaviləsinə əsasən Sahibkarlığın İnkişafı Milli Fondunun Layihəsi üzrə 8000 (səkkiz min) manat məbləğində əsas borc, 396,71 (üç yüz doxsan altı manat, yetmiş bir qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 8396,71 (səkkiz min üç yüz doxsan altı manat, yetmiş bir qəpik) manat məbləğində borcun, Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə 6992,77 (altı min doqquz yüz doxsan iki manat, yetmiş yeddi qəpik) manat məbləğində əsas borc, 1816,89 (min səkkiz yüz on altı manat, səksən doqquz qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 8809,66 (səkkiz min səkkiz yüz doqquz manat, altmış altı qəpik) manat məbləğində borc olmaqla, cəmi 17206,37 (on yeddi min iki yüz altı manat, otuz yeddi qəpik) manat məbləğində borcun tutularaq iddiaçının xeyrinə ödənilməsi, Cavabdeh1 məxsus olan Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,005 ha olan torpaq sahəsinin ilkin satış qiymətinin 12000 (on iki min) manat məbləğində və Cavabdeh2 məxsus olan Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,52 ha olan torpaq sahəsinin ilkin satış qiymətinin 15000 (on beş min) manat məbləğində müəyyən edilməsi, borc tələbinin ipoteka qoyulmuş Cavabdeh1 məxsus olan Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,005 ha olan torpaq sahəsinə və Cavabdeh2 məxsus olan Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,52 ha olan torpaq sahəsinə yönəltməklə, həmin əmlakların açıq hərraca çıxarılaraq satılması hesabına 17206,37 (on yeddi min iki yüz altı manat, otuz yeddi qəpik) manat məbləğində borcun və 141,62 (yüz qırx bir manat, altmış iki qəpik) manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, aralarında bağlanmış 06 dekabr 2022-ci il tarixli 2518 nömrəli kredit müqaviləsinə əsasən Cavabdeh2 Sahibkarlığın İnkişafı Fondunun Layihəsi üzrə illik 5%-lə 36 ay müddətinə 8000 manat və Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə illik 20%-lə 36 ay müddətində 7000 manat olmaqla, cəmi 15000 manat məbləğində kredit verilmişdir. Həmin kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi Cavabdeh1 məxsus olan Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,005 ha olan torpaq sahəsi və Cavabdeh2 məxsus olan Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,52 ha olan torpaq sahəsi ipotekaya qoyulmuş və bununla bağlı İddiaçı QSC Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə ipotekaqoyanlar arasında 06 dekabr 2022-ci il tarixli 2518 və 2518A nömrəli ipoteka müqavilələri bağlanmışdır. Cavabdeh2lə bağlanmış kredit müqaviləsinin 6.5-ci və 7.2-ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri həmin müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəmə cədvəlinə müvafiq olaraq ödənilməsini öhdəsinə götürür. Cavabdehlərlə bağlanmış ipoteka müqavilələrinin 2.3-cü bəndinə əsasən ipoteka predmetinin dəyəri Cavabdeh1 məxsus olan Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,005 ha olan torpaq sahəsinin razılaşdırılmış dəyəri 12000 manat və Cavabdeh2 məxsus olan Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,52 ha olan torpaq sahəsinin razılaşdırılmış dəyəri 15000 manat məbləğində müəyyən edilmişdir. Cavabdeh2 tərəfindən Sahibkarlığın İnkişafı Milli Fondunun Layihəsi və Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə kredit borcunun ödənilməsi gecikdirilmişdir. Borcalan Cavabdeh2 06 dekabr 2022-ci il tarixli 2518 nömrəli kredit müqaviləsinə əsasən Sahibkarlığın İnkişafı Milli Fondunun Layihəsi üzrə 8000 manat məbləğində əsas borc, 396,71 manat məbləğində faiz borcu olmaqla, cəmi 8396,71 manat məbləğində borcu, Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə 6992,77 manat məbləğində əsas borc, 1816,89 manat məbləğində faiz borcu olmaqla, cəmi 8809,66 manat məbləğində borcu vardır və hər iki müqavilə üzrə ümumilikdə borc məbləği 17206,37 manat təşkil edir. Göründüyü kimi, cavabdeh müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Cavabdehlərlə mübahisənin pretenziya qaydasında nizama salınmasına cəhd edilməsi hər hansı nəticə vermədiyindən məhkəməyə müraciət etmək zərurəti yaranmışdır. İddiaçının nümayəndəsi 18 iyul 2025-ci il tarixində iddia tələbinin dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək Cavabdeh2 06 dekabr 2022-ci il tarixli 2518 nömrəli kredit müqaviləsinə əsasən Sahibkarlığın İnkişafı Milli Fondunun Layihəsi üzrə 8000 manat məbləğində əsas borc, 396,71 manat məbləğində faiz borcu olmaqla, cəmi 8396,71 manat məbləğində borcun, Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə 6992,77 manat məbləğində əsas borc, 1816,89 manat məbləğində faiz borcu olmaqla, cəmi 8809,66 manat məbləğində borc olmaqla, ümumilikdə 17206,37 manat məbləğində borcun tutulması, Cavabdeh1 məxsus Şabran rayonu, Gəndob kəndində yerləşən, 50.0 kv.metr (0,005 ha) olan torpaq sahəsinin likvid dəyərinin 4900 manat, Cavabdeh2 məxsus olan Şabran rayonu, Gəndob kəndində yerləşən, 0,52 ha torpaq sahəsinin likvid dəyərinin 10700 manat müəyyən edilməsi, borc tələbinin ipotekaya qoyulmuş Cavabdeh1 məxsus olan Şabran rayonu, Gəndob kəndində yerləşən 0,005 ha olan torpaq sahəsinə və Cavabdeh2 məxsus Şabran rayonu, Gəndob kəndində yerləşən 0,52 ha torpaq sahəsinə yönəltməklə, həmin əmlakların açıq hərraca çıxarılaraq satılması hesabına 17206,37 manat məbləğində pul vəsaitinin və 141,62 manat məbləğində dövlət rüsumunun əvəzinin tutularaq iddiaçıya ödənilməsi barədə müvafiq qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi iddia tələbinin dəyişdirilməsi barədə ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etdi. Cavabdehlər məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəmə iclaslarına gəlməmiş və gəlməmələrinin üzrlü səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə cavabdehlərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəyişdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: Belə ki, iş materiallarında olan iddiaçı ilə Cavabdeh2 arasında bağlanmış 06 dekabr 2022-ci il tarixli 2518 nömrəli kredit müqaviləsinin 1-ci bəndinə əsasən, bu müqavilənin şərtləri ilə borcverən (İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı) borcalana (Cavabdeh2) pul vəsaitinin borc verilməsini, borcalan isə alınmış vəsaitin və hesablanmış faizlərin ödənilməsini öz öhdəsinə götürür. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, borcverən borcalana hazırki müqavilənin şərtlərinə uyğun olaraq bu müqavilənin 2.2-ci və 2.3-cü bəndlərində göstərilən layihələr üzrə cəmi 15000 manat məbləğində kredit verməyi öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən, Sahibkarlığın İnkişafı Milli Fondunun Layihəsi üzrə illik 5 faiz məzənnəsi ilə 36 ay müddətinə təyinatı meyvə bağına aqrotexniki qulluq olan bağçılıq məqsədilə 8000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə illik 20 faiz məzənnəsi ilə 36 ay müddətinə təyinatı meyvə bağına aqrotexniki qulluq olan bağçılıq məqsədilə 7000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən, borcverən borcalan tərəfindən kreditə görə hesablanmış faizlərin və əsas borcun ödəniş cədvəli üzrə qaytarılması təmin edilmədikdə, kredit müqaviləsinin vaxtından əvvəl ləğvi, əsas kredit borcunun və ona hesablanmış faizin qaytarılması ilə bağlı müvafiq tədbir görmək hüququna malikdir. Həmin müqavilənin 3.5-ci bəndinə əsasən, borcverən borcalan kredit müqaviləsi üzrə öz öhdəliklərini yerinə yetirməzsə və ödəmə şərtlərinə əməl etməzsə borcverən qanunvericiliklə müəyyən edilmiş qaydada əlavə faiz ödənişini tələb etmək hüququna malikdir. Həmin müqavilənin 6.5-ci bəndinə əsasən, borcalan krediti və ona hesablanmış faizləri bu müqavilənin ayrılmaz tərkib hissəsi olan ödəniş cədvəlinə müvafiq olaraq ödənilməsini təmin edir. Həmin müqavilənin 6.7-ci bəndinə əsasən gecikdirilmiş ödənişlərə görə vaxtı keçmiş günlərin sayına əsasən müəyyən olunmuş illik faizin üzərinə SİF layihəsi üzrə 10% əlavə cərimə faizi, KYK layihəsi üzrə 5% əlavə cərimə faizi ödəyir. Həmin müqaviləyə əlavə edilmiş ödəniş cədvəlindən görünür ki, cavabdehin iddiaçıya olan borcunun həmin plana uyğun olaraq son ödəniş tarixi 29 dekabr 2025-ci il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan maliyyə arayışından görünür ki, Cavabdeh2 iddiaçıya 06 dekabr 2022-ci il tarixli 2518 nömrəli kredit müqaviləsinə əsasən Sahibkarlığın İnkişafı Milli Fondunun Layihəsi üzrə 8000 manat məbləğində əsas borcu, 396,71 manat məbləğində faiz borcu, Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə 6992,77 manat məbləğində əsas borcu, 1816,89 manat məbləğində faiz borcu vardır. İş materiallarında olan ipoteka saxlayan (İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı), ipoteka qoyan (Cavabdeh1) və borc alan (Cavabdeh2) arasında bağlanmış 06 dekabr 2022-ci il tarixli 2518 nömrəli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 2518 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasını təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, ipoteka predmeti Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,005 ha olan torpaq sahəsidir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 12000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 30 nömrəli reyestr kitabının 26 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh1 xüsusi mülkiyyətində olan Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,005 ha olan torpaq sahəsi 16 dekabr 2022-ci il tarixdən öhdəliklər tam yerinə yetirilənə kimi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan ipoteka saxlayan (İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı), ipoteka qoyan-borc alan (Cavabdeh2) arasında bağlanmış 06 dekabr 2022-ci il tarixli 2518A nömrəli ipoteka müqaviləsinin 1.1-ci bəndinə əsasən, ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan əmlakını 2518 saylı kredit müqaviləsinə əsasən yaranmış öhdəliklərin icrasını təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.1-ci bəndinə əsasən, ipoteka predmeti Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,52 ha olan torpaq sahəsidir. Həmin müqavilənin 2.3-cü bəndinə əsasən, ipoteka predmetinin dəyəri ipoteka qoyanın və ipoteka saxlayanın razılığına əsasən 15000 manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 5 nömrəli reyestr kitabının 142 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh2 xüsusi mülkiyyətində olan Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,52 ha olan torpaq sahəsi 16 dekabr 2022-ci il tarixdən öhdəliklər tam yerinə yetirilənə kimi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 17 iyul 2024-cü il tarixli pretenziya məktubundan görünür ki, iddiaçı tərəfindən cavabdehlərə xəbərdarlıq məktubları göndərilərək 06 dekabr 2022-ci il tarixli 2518 saylı kredit müqaviləsi üzrə Sahibkarlığın İnkişafı Milli Fondunun Layihəsi ilə əlaqədar 8000 manat dövriyyə vəsaitinin ödəniş qrafiki üzrə qalıq 8000 manat əsas borcdan vaxtı keçmiş 285,60 manat məbləğində faiz borcu, 2000 manat əsas borc olmaqla, cəmi 2285,60 manat məbləğində pul vəsaitinin, Kənd Yerlərinin Kreditləşməsi Layihəsi ilə əlaqdar 7000 manat dövriyyə vəsaitinin ödəniş qrafiki üzrə qalıq 6992,77 manat məbləğində əsas borcdan vaxtı keçmiş 1483,96 manat məbləğində faiz borcu, 1992,77 manat əsas borc olmaqla, cəmi 3476,73 manat məbləğində pul vəsaiti ilə əlaqədar yekun olaraq 5762,33 manat məbləğində borclarının olduğu bildirilərək həmin borcun ödənilməsi tələb edilmişdir. Məktublarda, həmçinin bu sənədlərin borcu ödəmək üçün sonuncu dəfə imkan verilməsini təsdiq edən rəsmi sənəd olduğu, göstərilən borc məbləğinin 5 gün müddətində banka ödənilmədiyi təqdirdə müvafiq tədbirlərin görüləcəyi cavabdehlərin nəzərlərinə çatdırılmışdır. İş materiallarından görünür ki, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən “qiymətləndirmə fəaliyyətinin məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığı və qanunvericiliyə əsasən müstəqil fəaliyyət növü kimi qiymətləndirildiyi” əsası ilə tərtib edilmiş 04 aprel 2025-ci il tarixli 3-16-16/2-372/2025 nömrəli məktubla Sumqayıt Kommersiya Məhkəməsinin 11 mart 2025-ci il tarixli qərardadı icra olunmadan iş məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 11 iyun 2025-ci il tarixli 02-116/25 nömrəli mütəxəssis rəyindən görünür ki, Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,005 ha olan torpaq sahəsinin likvid qiyməti 4900 manat, bazar qiyməti isə 5100 manat, Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,52 ha olan torpaq sahəsinin likvid qiyməti 10700 manat, bazar qiyməti isə 11200 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, 739.1-ci və 739.2-ci maddələrinə əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 64.1-ci maddəsinə əsasən, işə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. Həmin Məcəllənin 76.1-ci maddəsinə əsasən, tərəflərin tələb və etirazlarını əsaslandıran halların və işi düzgün həll etmək üçün əhəmiyyəti olan başqa halların mövcud olduğunu və ya olmadığını məhkəmə müəyyən edərkən bu Məcəllədə və başqa qanunlarda müəyyən olunmuş qaydada əldə etdiyi məlumatlar sübutlar hesab olunur. Həmin Məcəllənin 76.2-ci maddəsinə əsasən, bu məlumatlar yazılı və maddi sübutlarla, ekspertlərin rəyləri ilə, yerində müayinə keçirməklə, səs və video yazıları ilə, şahidlərin ifadələri ilə, işdə iştirak edən şəxslərin izahatları ilə müəyyən edilir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Beləliklə, yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, Cavabdeh2 iddiaçı ilə bağladıqları 06 dekabr 2022-ci il tarixli 2518 nömrəli kredit müqaviləsi ilə həm Sahibkarlığın İnkişafı Milli Fondunun Layihəsi üzrə, həm də Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan borcu müvafiq qaydada ödəməmiş və bununla da iddiaçıdan aldığı krediti müqavilədə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, öhdəliklərini lazımınca yerinə yetirməmiş, nəticədə onun iddiaçı qarşısında müqavilə öhdəliyinin icrası ilə əlaqədar məsuliyyəti yaranmışdır. Həmin müqavilə üzrə o, öhdəliklərini müvafiq qaydada yerinə yetirmədiyindən, 06 dekabr 2022-ci il tarixli 2518 nömrəli ipoteka müqaviləsinin şərtlərinə əsasən, onunla birlikdə, həmçinin ipotekaqoyan Cavabdeh1 də kreditor qarşısında ipoteka öhdəliyi ilə əlaqədar məsuliyyəti yaranmışdır. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 06 dekabr 2022-ci il tarixli kredit müqaviləsi üzrə Cavabdeh2 Sahibkarlığın İnkişafı Milli Fondunun Layihəsi üzrə 8000 manat məbləğində, Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə 6992,77 manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddia tələbinin əsas məbləğə hesablanmış Sahibkarlığın İnkişafı Milli Fondunun Layihəsi üzrə 396,71 manat məbləğində faiz borcunun və Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə 1816,89 manat məbləğində faiz borcunun tutulmasına aid hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən iş materiallarında olan 17 iyul 2024-cü il tarixli pretenziya məktubu əsas götürülərək hesablanmış Sahibkarlığın İnkişafı Milli Fondunun Layihəsi üzrə 285,6 manat məbləğində faiz borcu və Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə 1483,96 məbləğində faiz borcu Cavabdeh2 iddiaçının xeyrinə tutulmalıdır. Belə ki, kreditorun borcluya xəbərdarlıq məktubu göndərərək borcu qaytarmasını tələb etməsi, əks təqdirdə məhkəməyə müraciət olunacağı barədə xəbər verməsi kredit razılaşmasının birtərəfli qaydada ləğv edilməsinə dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399.3, 399.4, 445 və 449-cu maddələrinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 dekabr 2014-cü il tarixli qərarında qeyd edilmişdir ki, kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş müddət bitənədək pul vəsaitindən istifadə haqqının (faizlərin), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, 06 dekabr 2022-ci il tarixli 2518 nömrəli kredit müqaviləsi üzrə iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə göndərilmiş 17 iyul 2024-cü il tarixli xəbərdarlıq məktubu nəzərə alınmalı və Sahibkarlığın İnkişafı Milli Fondunun Layihəsi üzrə 285,6 manat məbləğində faiz borcu, Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə 1483,96 məbləğində faiz borcu Cavabdeh2 tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddiaçı və Cavabdeh1 arasında bağlanmış 06 dekabr 2022-ci il tarixli 2518 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh1 xüsusi mülkiyyətində olan Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,005 ha olan torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. İddiaçı və Cavabdeh2 arasında bağlanmış 06 dekabr 2022-ci il tarixli 2518A nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh2 xüsusi mülkiyyətində olan Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,52 ha olan torpaq sahəsi ipoteka ilə yüklü edilmişdir. Kredit müqaviləsi üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin əmlaklara yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə ipoteka predmeti olan əmlakların ilkin satış qiymətini müəyyənləşdirərkən nəzərə alır ki, bu halla əlaqədar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin ekspertlərinə həvalə edilmiş, lakin həmin Mərkəz tərəfindən qiymətləndirmə fəaliyyətinin məhkəmə ekspertizası fəaliyyətinə aid olmadığı qeyd edilərək qərardad icra olunmadan geri qaytarılmışdır. Digər tərəfdən İddiaçı ASC BOKT ilə Cavabdeh1 arasında bağlanmış ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka əmlakının razılaşdırılmış dəyəri 12000 manat məbləğində, İddiaçı ASC BOKT ilə Cavabdeh2 arasında bağlanmış ipoteka müqaviləsinin 2.3-cü bəndinə əsasən ipoteka əmlakının razılaşdırılmış dəyəri 15000 manat məbləğində müəyyən edilmişdir. Bundan başqa, "xxxx" MMC tərəfindən məhkəməyə təqdim edilmiş 11 iyun 2025-ci il tarixli 02-116/25 nömrəli mütəxəssis rəyinə əsasən, Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,005 ha olan torpaq sahəsinin likvid qiyməti 4900 manat, Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,52 ha olan torpaq sahəsinin likvid qiyməti 10700 manat məbləğində müəyyən edilmişdir. Məhkəmə tərəflər arasında bağlanmış 06 dekabr 2022-ci il tarixli 2518 nömrəli və 06 dekabr 2022-ci il tarixli 2518A nömrəli ipoteka müqavilələrinin şərtlərini və tərəflərin mənafelərini rəhbər tutaraq qeyd edir ki, ipotekaya qoyulmuş Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,005 ha olan torpaq sahəsinin ilkin satış (likvid) qiymətinin 12000 manat məbləğində, Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,52 ha olan torpaq sahəsinin likvid qiyməti 15000 manat məbləğində müəyyən edilməsi ədalətli olar. Belə ki, iş üzrə "xxxx" MMC tərəfindən təqdim edilmiş 11 iyun 2025-ci il tarixli 02- 116/25 nömrəli mütəxəssis rəyində ipotekaya qoyulmuş əmlakların ilkin satış (likvid) qiymətləri müvafiq olaraq 4900 manat məbləğində və 10700 manat məbləğində müəyyən edildiyindən və, bu tərəflərin özlərinin razılaşdırdıqları qiymətdən (bu, ilkin satış qiyməti olmasa belə) çox aşağı həddə olduğuna görə, o cümlədən iş materiallarındakı poçt xəbərnamələrinə əsasən, cavabdehin məhkəmə proseslərindən məlumatlı olmasına baxmayaraq iddia tələbi (iddia tələblərindən biri ipoteka predmeti olan əmlakların ilkin satış qiymətinin müəyyənləşdirilməsi ilə bağlıdır) ilə bağlı məhkəməyə hər hansı etirazı daxil olmadığından əmlakın qiyməti, məhz tərəflərin razılaşdırdıqları kimi müəyyənləşdirilməlidir. Məhkəmə bu nəticəyə gələrkən, həmçinin nəzərə alır ki, 06 dekabr 2022-ci il tarixli ipoteka müqavilələrində tərəflərin qarşılıqlı razılığı ilə Şabran rayonunun Gəndob kəndində yerləşən, sahəsi 0,005 ha olan torpaq sahəsinin qiymətinin 12000 manat məbləğində, sahəsi 0,52 ha olan torpaq sahəsinin qiymətinin isə 15000 manat məbləğində qiymətləndirilməsinə baxmayaraq, təqdim edilmiş mütəxəssis rəyinin məzmununda (qiymətləndirmə həyata keçirən təşkilata digər zəruri sənədlərlə birlikdə, həmçinin ipoteka müqavilələrinin surətləri təqdim edilmişdir) həmin əmlakların likvid dəyərlərinin müvafiq olaraq 4900 manat məbləğində və 10700 manat məbləğində, yəni fors-major hallar istisna olmaqla, dəyərini itirməsi real olmayan daşınmaz əmlakların ağlabatan olmayan həddə aşağı məbləğdə qiymətləndirilməsi əsaslandırılmamışdır. Ona görə məhkəmə daşınmaz əmlakların likvid dəyərlərinin məhz ipoteka müqavilələrində müəyyən edilmiş həddə müəyyən edilməsini daha ədalətli hesab edir. Bundan başqa, iddia tələbinin ödənilmiş 141,62 manat məbləğində dövlət rüsumunun əvəzinin cavabdehdən tutularaq iddiaçıya ödənilməsi barədə hissəsinə gəldikdə, iş materiallarında olan 25 dekabr 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 141,62 manat məbləğində dövlət rüsumu ödənilmişdir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda dövlət rüsumunun məbləği 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi təşkil edir. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. İstinad edilənlərə əsasən, təmin edilmiş iddia tələbinin qiymətinə uyğun hesablanmış dövlət rüsumunun məbləği 140,29 manat təşkil etdiyindən iddiaçı tərəfindən ödənilmiş həmin məbləğdə dövlət rüsumunun əvəzi Cavabdeh2 onun xeyrinə tutulmalıdır. Bundan əlavə, "xxxx" MMC-nin 11 iyun 2025-ci il tarixli 02-116/25 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş xərclərə dair bildirişdən görünür ki, aparılan tədqiqatın dəyəri 400 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 400 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlərdən müştərək qaydada "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеh Cavabdeh2 06 dekabr 2022-ci il tarixli 2518 nömrəli kredit müqaviləsinə əsasən, Sahibkarlığın İnkişafı Milli Fondunun Layihəsi üzrə 8000 manat məbləğində əsas borc, 285,6 manat məbləğində faiz borcu, Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə 6992,77 manat məbləğində əsas borc, 1483,96 manat məbləğində faiz borcu və 140,29 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 16902,62 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə tutulmalı, Cavabdeh2 tutulmalı olan cəmi 16902,62 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,005 ha olan torpaq sahəsinə və Cavabdeh2 məxsus Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,52 ha olan torpaq sahəsinə yönəldilməli və həmin ipoteka predmetləri açıq hərracda satılaraq iddiaçıya olan cəmi 16902,62 manat məbləğində borc ödənilməli, ipoteka predmetləri olan Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,005 ha olan torpaq sahəsinin ilkin satış qiyməti 12000 manat məbləğində, Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,52 ha olan torpaq sahəsinin ilkin satış qiyməti 15000 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 400 manat məbləğində pul vəsaiti cavabdehlərdən müştərək qaydada "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358, 360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdeh2 06 dekabr 2022-ci il tarixli 2518 nömrəli kredit müqaviləsinə əsasən Sahibkarlığın İnkişafı Milli Fondunun Layihəsi üzrə 8000 (səkkiz min) manat məbləğində əsas borc, 285,6 (iki yüz səksən beş manat, altmış qəpik) məbləğində faiz borcu, Kənd Yerlərinin Kreditləşməsi Layihəsi üzrə 6992,77 (altı min doqquz yüz doxsan iki manat, yetmiş yeddi qəpik) manat məbləğində əsas borc, 1483,96 (min dörd yüz səksən üç manat, doxsan altı qəpik) manat məbləğində faiz borcu və 140,29 (yüz qırx manat, iyirmi doqquz qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 16902,62 (on altı min doqquz yüz iki manat, altmış iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə tutulsun. Cavabdeh2 tutulmalı olan cəmi 16902,62 (on altı min doqquz yüz iki manat, altmış iki qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 məxsus Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,005 ha olan torpaq sahəsinə və Cavabdeh2 məxsus Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,52 ha olan torpaq sahəsinə yönəldilsin və həmin ipoteka predmetləri açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan cəmi 16902,62 (on altı min doqquz yüz iki manat, altmış iki qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmetləri olan Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,005 ha olan torpaq sahəsinin ilkin satış qiyməti 12000 (on iki min) manat məbləğində, Şabran rayonu, Gəndob kəndində yerləşən, ümumi sahəsi 0,52 ha olan torpaq sahəsinin ilkin satış qiyməti 15000 (on beş min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 400 (dörd yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh2 və Cavabdeh1 müştərək qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Sədrlik edən: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-259/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-259/2025
18.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver