Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2595/2025 26.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Quliyeva Aynur Pərviz qızının katibliyi, İddiaçı nümayəndəsi Vəkil iştirakı ilə İddiaçı Cavabdehnə qarşı “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Cavabdehnə qarşı “pul tələbi" barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehdən ƏDV daxil 6000 (altı min) manat məbləğində icarə haqqının, 1200 (min iki yüz) manat məbləğində dəbbə pulunun, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) məbləğində xidmət haqqının və 92 (doxsan iki) manat məbləğində dövlət rüsumunun iddiaçının xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 36-cı məhəllədə yerləşən 9 mərtəbəli qeyri-yaşayış binası (Mərkəz Plaza) İddiaçı mülkiyyətindədir. Qeyd edilən qeyri-yaşayış binasının 6-cı mərtəbəsində yerləşən 329,2 kvadrat metr sahəsi olan 602 nömrəli otaq 01 yanvar 2025-ci il tarixli 44 nömrəli icarə müqaviləsinə əsasən cavabdehə icarəyə verilmişdir. Müqavilənin qüvvədə olma müddəti əvvəlcə 31 dekabr 2025-ci il tarixinə qədər müəyyən edilsə də sonradan cavabdehin təşəbbüsü ilə 31 avqust 2025-ci il tarixində müqavilə qarşılıqlı razılıq əsasında ləğv edilmişdir. Lakin buna baxmayaraq cavabdeh 2025-ci ilin iyun, iyul və avqust ayları üçün icarə haqqını ödəməmişdir. İcarə haqqının ödənilməsi ilə bağlı aparılmış danışıqlar heç bir nəticə vermədiyindən İddiaçı məcbur qalaraq pretenziya ilə cavabdehə müraciət etmişdir. Lakin pretenziyanın verilməsindən sonra da cavabdeh müqavilə ilə nəzərdə tutulmuş öhdəliklərinin könüllü şəkildə icrasından imtina etmişdir. Tərəflər arasında bağlanmış müqavilənin 4.2-ci bəndinə əsasən icarə haqqının ödənilməsinin gecikdirildiyi hər bir gün üçün icarəçi ödənişi gecikdirilmiş məbləğin 5%-i miqdarında dəbbə pulu ödəməlidir. Qeyd edilən bəndin tələblərinə əsasən cavabdehdən tələb edilə bilinən məbləğin böyük olmasına baxmayaraq iddiaçı cavabdehdən 3 aylıq icarə haqqı məbləğinin 20%-i miqdarında, yəni 1200 (min iki yüz) manat məbləğində dəbbə pulunun alınmasını tələb edir. Yuxarıda qeyd edilənlərə əsasən 3 aylıq icarə haqqı məbləğini təşkil edən ƏDV daxil olmaqla 6000 (altı min) manat məbləğində icarə haqqı, 1200 (min iki yüz) manat məbləğində dəbbə pulu, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) məbləğində xidmət haqqı və 92 (doxsan iki) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq İddiaçınə verilməlidir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsində yazılanlara uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Cavabdeh məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən nümayəndəsi məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan icarəyə verən İddiaçı ilə icarəçi Cavabdeh arasında bağlanmış 01 yanvar 2025-ci il tarixli 44 nömrəli icarə müqaviləsinə əsasən icarəyə verən Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 36-cı məhəllədə ünvanında yerləşən Mərkəz Plaza adlanan 9 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən ümumi istifadə sahəsi 329,20 kvadrat metr olan 602 nömrəli qeyri-yaşayış sahəsini icarəçinin müvəqqəti sahibliyinə və istifadəsinə verməyi, icarəçi isə həmin qeyri-yaşayış sahəsini təhvil alaraq təyinatı üzrə istifadə etməyi və icarə haqqını icarəyə verənə ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.1-ci bəndinə əsasən icarəçi hazırkı müqavilənin 1.1-ci bəndində göstərilmiş qeyri-yaşayış sahəsinə görə icarəyə verənə hər ay ƏDV daxil olmaqla 2000 (iki min) manat məbləğində icarə haqqını ödəməyi öhdəsinə götürür. Həmin müqavilənin 3.3-cü bəndinə əsasən icarə haqqı əvvəlcədən olmaqla hər ayın ilk 3 günü ərzində icarəyə verən tərəfindən təqdim edilmiş elektron qaiməyə əsasən icarəçi tərəfindən icarəyə verənin bank hesabına köçürmə yolu ilə və ya nağd şəkildə ödənilməlidir. Həmin müqavilənin 4.2-ci bəndinə əsasən icarə haqqının ödənilməsinin gecikdirildiyi hər bir gün üçün icarəçi ödənişi gecikdirilmiş məbləğin 5%-i miqdarında dəbbə pulu ödəməlidir. İş materiallarında olan Hüquqların dövlət qeydiyyatı haqqında dövlət reyestrindən çıxarışdan görünür ki, Sumqayıt şəhəir, 36-cı məhəllə, Heydər Əliyev prospektində yerləşən qeyri-yaşayış binası İddiaçı xüsusi mülkiyyətindədir. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 20 may 2025-ci il tarixli müraciətin məzmunundan görünür ki, cavabdeh iddiaçıdan icarə müqaviləsinə 30 iyul 2025-ci il tarixindən xitam verilməsini xahiş etmiş, müqaviləyə xitam veriləcək tarixdə otağı təhvil-təslim aktı əsasında təhvil verəcəyinə, həmin gün üçün hesablanmış icarə və kommunal borclarının ödənilməsinə təminat verdiyini bildirmişdir. Həmin müraciətdə xitam vaxtının 31 avqust 2025-ci il tarixə dəyişdirilməsi qeyd edilmişdir. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdehnə 2000 manat məbləğində icarə haqqının ödənilməsi ilə əlaqədar 24 iyun 2025-ci il tarixli MT2506 seriyalı 11840678 nömrəli, 31 iyul 2025-ci il tarixli MT2507 seriyalı 12464826 nömrəli və 29 avqust 2025-ci il tarixli MT2508 seriyalı 12390411 nömrəli elektron qaimə-fakturalar göndərilmişdir. İş materiallarında olan kassa mədaxil orderlərindən görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 21 yanvar 2025-ci il tarixdə (yanvar ayı üçün) 2000 manat məbləğində, 24 fevral 2025-ci il tarixdə (fevral və mart ayları üçün) 4000 manat məbləğində, 23 aprel 2025-ci il tarixdə (aprel ayı üçün) 1600 manat məbləğində, 27 may 2025-ci il tarixdə (may ayı üçün) 2000 manat məbləğində icarə haqqı ödənilmişdir. İş materiallarında olan hesabdan çıxarışdan görünür ki, Cavabdeh tərəfindən İddiaçınə 23 aprel 2025-ci il tarixdə 400 manat məbləğində icarə haqqı ödənilmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Göründüyü kimi, işin halları ilə müəyyən olunur ki, tərəflər arasında bağlanmış 01 yanvar 2025-ci il tarixli 44 nömrəli icarə müqaviləsinə əsasən iddiaçı tərəfindən Sumqayıt şəhəri, Heydər Əliyev prospekti, 36-cı məhəllədə yerləşən 9 mərtəbəli binanın 6-cı mərtəbəsində yerləşən ümumi istifadə sahəsi 329,2 kvadrat metr olan 602 nömrəli qeyriyaşayış sahəsi aylıq icarə haqqı ƏDV daxil 2000 manat olmaqla cavabdehə icarəyə verilmiş, cavabdehin müraciəti əsasında icarə müqaviləsinə 31 avqust 2025-ci il tarixdə xitam verilmişdir. Cavabdeh tərəfindən yanvar-may ayları üçün icarə haqqı ödənilsə də, o, müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməyərək iyun-avqust ayları üçün ƏDV daxil 6000 manat məbləğində icarə haqqını borcunu ödəməmişdir. Buna görə İddiaçı Cavabdehnə qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, tərəflər arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmış, lakin cavabdeh müqavilə üzrə öz üzərinə düşən öhdəliyini lazımi qaydada yerinə yetirməmişdir. Buna görə məhkəmə hesab edir ki, 01 yanvar 2025-ci il tarixli 44 nömrəli icarə müqaviləsi üzrə ödənilməmiş ƏDV daxil 6000 (altı min) manat məbləğində icarə haqqı borcunun Cavabdehndən tutularaq İddiaçınə ödənilməsi hissəsində iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Məhkəmə hesab edir ki, iddia tələbinin "1200 (min iki yüz) manat məbləğində dəbbə pulunun cavabdehdən iddiaçının xeyrinə tutulması" hissəsi qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla dəbbə pulunun məbləği azaldılaraq Cavabdehndən 300 (üç yüz) manat məbləğində dəbbə pulu tutularaq İddiaçınə ödənilməlidir. Belə ki, Azərbaycan Respublikası Mülki Məcəllənin 467-ci maddəsinə əsasən məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinın 121.1-ci maddəsinin tələblərinə əsasən məhkəmə - nümayəndənin və ya vəkilin göstərdiyi yardıma görə xərclərin, konkret hallar və təqdim edilmiş məlumatlar qiymətləndirilməklə, digər tərəfdən ağlabatan məbləğdə alınıb xeyrinə qətnamə çıxarılan tərəfə verilməsini qərara alır. İddia tələbinin “hüquqi yardımla əlaqədar ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim edilmiş 02 dekabr 2025-ci il tarixli ödəniş tapşırığından hüquqi yardım göstərilməsi ilə bağlı 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqının ödənilməsi görünür. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə təmin edilməli, cavabdehdən hüquqi yardımla əlaqədar vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) manat məbləğində xidmət haqqı tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. İddia tələbinin “92 (doxsan iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 83 (səksən üç) manat məbləğində dövlət rüsumu cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdehndən ƏDV daxil 6000 (altı min) manat məbləğində icarə haqqı, 300 (üç yüz) manat məbləğində dəbbə pulu, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) məbləğində xidmət haqqı və 83 (səksən üç) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6703 (altı min yeddi yüz üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehndən ƏDV daxil 6000 (altı min) manat məbləğində icarə haqqı, 300 (üç yüz) manat məbləğində dəbbə pulu, hüquqi yardım göstərilməsi üçün vəkilə ödənilmiş 320 (üç yüz iyirmi) məbləğində xidmət haqqı və 83 (səksən üç) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 6703 (altı min yeddi yüz üç) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-2595/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2595/2025
26.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver