Məhkəmə qərarları › İş №e-2-2(119)-26/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-26/2024

14.06.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-26/2024 14.06.2024 Sumqayıt Kommersiya Məhkəməsi X7 Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2, Cavabdeh3 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 31 oktyabr 2019-cu il 003R********** saylı krеdit razılaşması üzrə 16669,54 (on altı min altı yüz altmış doqquz manat əlli dörd qəpik) manat məbləğində krеdit bоrcu, 4742,43 (dörd min yeddi yüz qırx iki manat qırx üç qəpik) manat məbləğində faiz bоrcu və 5801,01 (beş min səkkiz yüz bir manat bir qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 27212,98 (iyirmi yeddi min iki yüz on iki manat doxsan səkkiz qəpik) manat məbləğində bоrcun, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin tutulması, tutmanın Cavabdeh3 məxsus olan AZ 90T-387 nömrə nişanlı, EO 2626A markalı ekskavator yükləyiciyə yönəldilməsi, həmin yükləyicinin açıq hərracda satılması və ümumilikdə 27212,98 (iyirmi yeddi min iki yüz on iki manat doxsan səkkiz qəpik) manat məbləğində bоrcun, məhkəmədə iddia qaldırmaq üçün ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin AZ 90T-387 nömrə nişanlı, EO 2626A markalı ekskavator yükləyicinin hərracda satışından əldə olunan vəsait hesabına İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 ümumi qaydada tutulması barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 25 dekabr 2018-ci il tarixli 003L**********20 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı 31 oktyabr 2019-cu il tarixli 003R********** saylı krеdit razılaşması əsasında 36 ay müddətinə, aylıq faiz dərəcəsi 1,8333% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 20000 (iyirmi min) manat məbləğində krеdit götürmüşdür. Tərəflərin imzaladıqları 21 sentyabr 2020-ci il tarixli 003R**********S saylı, 26 yanvar 2021-ci il tarixli 003R**********SA saylı sazişlə razılaşmaya və ödəniş planına dəyişiklik edilmişdir. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri 06 may 2021-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 3330,46 manat ödəmiş, onun 16669,54 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün 19 aprel 2022-cü il tarixə 348 gün üçün hesablanmış faiz borcu 4742,43 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməlidir. 19 aprel 2022-ci il tarixə 655 gün üçün hеsablanmış cərimə 5801,01 manat təşkil edir. Uzunmüddətli krеdit müqaviləsinin 3.1.2-ci bəndinin «a» yarımbəndinə əsasən krеdit alan müvafiq оlaraq krеditi və faizi ödəniş planına uyğun оlaraq qaytara bilmədikdə Kreditor müqaviləyə vaxtından əvvəl xitam vеrmək, qalan krеdit məbləğini, faiz bоrcunu və müqavilə üzrə hеsablanmış cəriməni tələb еtmək hüququna malikdir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2, Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1-ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh - ipoteka qoyan və zamin Cavabdeh3və Bank arasında bağlanılmış xx.xx.2019-cu il tarixli 003M**********01 saylı ipoteka müqaviləsi əsasında ona məxsus EO-2626A markalı, göy rəngli, AZ90T-387 qeydiyyat nişanlı, ekskovator yükləyici nəqliyyat vasitəsi iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Abşeron X5 təşkili sektoru tərəfindən verilmiş № 001361 saylı çıxarışa əsasən Cavabdeh3 məxsus EO- 2626A markalı, göy rəngli, AZ90T-387 qeydiyyat nişanlı, ekskovator yükləyici nəqliyyat vasitəsi Cavabdeh1 kredit öhdəliklərinin icrasını təmin еtmək üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilməsi qeydiyyata alınmışdır. İpoteka qoyanın arvadı X3 AZ90T-387 qeydiyyat nişanlı, EO-2626A markalı ekskovator yükləyici İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək həmin nəqliyyat vasitəsinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətində yüklü edilməsinə etiraz etmədiyini bildirmişdir. İpoteka saxlayan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdeh – ipoteka qoyana “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 36.2- ci maddəsinə uyğun olaraq 31 mart 2023-cü il tarixdə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildiriş göndərilmişdir. İpoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması haqqında ərizə Elektron xidmətlər portalı vasitəsi ilə xx.xx.2023-ci il tarixdə Azərbaycan Respublikası Kənd Təsərrüfatı Nazirliyi Abşeron X5 təşkili Sektoruna təqdim olunmuşdur və həmin idarədə xx.xx.2023-cü il tarixdə qeydiyyata alınmışdır. Hazırkı mübahisə kommersiya mübahisəsi olduğundan məhkəməyə müraciət etməmişdən əvvəl mediasiyaya müraciət edilmişdir. İlkin mediasiya sessiyasının keçirilməsi üçün İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən ediasiya xərcləri olaraq 200 (iki yüz) manat mediasiya xərci ödənilmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunmasını və ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən tərəflərin qarşılıqlı razılığı ilə ipoteka müqaviləsində göstərilmiş qiymətin nəzərə alınmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh3 əsas borcu hissə-hissə ödəyəcəyini bildirmiş, faiz borcunun və cərimənin silinməsini xahiş etmiş, maddi imkanı olmadığı üçün həmin borcları ödəyə bilməyəcəyini qeyd etmişdir. Lakin cavabdehlər Cavabdeh1, Cavabdeh2, və mübahisə predmeti barəsində müstəqil tələb irəli sürməyən X3 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə onların iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanılmış 25 dekabr 2018-ci il tarixli 003L**********20 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh1 120 (yüz iyirmi) müddətinə 500000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 25 dekabr 2018-ci il tarixli 003L**********20 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 31 oktyabr 2019-cu il tarixli 003R********** saylı krеdit razılaşmasının 1-ci bəndinə görə bank 20000 (iyirmi min) manat krediti aylıq faiz dərəcəsi 1,8333 % olmaqla 36 ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin kredit razılaşmalarının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin kredit razılaşmalarının 4.2.2-ci bəndinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan 003R********** saylı kredit razılaşması üzrə tərtib olunmuş 31 oktyabr 2019-cu il tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 08 noyabr 2022-ci il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1, zamin Cavabdeh2 və zamin və ipoteka qoyan Cavabdeh3 imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 21 sentyabr 2020-ci il tarixli 003R**********S nömrəli sazişin 1-ci bəndinə əsasən 25 dekabr 2018-ci il tarixli 003L**********20 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 31 oktyabr 2019-cu il tarixli 003R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 21 sentyabr 2020-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan 003R********** nömrəli krеdit razılaşması üzrə tərtib olunmuş 21 sentyabr 2020-ci il tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 06 fevral 2023-cü il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1, zamin Cavabdeh2 və zamin və ipoteka qoyan Cavabdeh3 imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan kredit razılaşması və ödəniş planına dəyişiklik edilməsi haqqında 26 yanvar 2021-ci il tarixli 003R**********SA nömrəli sazişin 1-ci bəndinə əsasən 25 dekabr 2018-ci il tarixli 003L**********20 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 31 oktyabr 2019-cu il tarixli 003R********** nömrəli kredit razılaşması əsasında kredit alan kredit razılaşması üzrə götürdüyü kreditin qalığını və hesablanmış faizləri bu sazişə əlavə olunan 26 yanvar 2021-ci il tarixli ödəniş planına uyğun olaraq banka ödəməlidir. İş materiallarında olan 003R********** nömrəli krеdit razılaşması üzrə tərtib olunmuş 26 yanvar 2021-ci il tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 08 avqust 2023-cü il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1, zamin Cavabdeh2 və zamin və ipoteka qoyan Cavabdeh3 imzaları ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli 003S**********01 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 borclunun uzunmüddətli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli 003S**********01 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borclunun uzunmüddətli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti, ipoteka qoyan Cavabdeh3 və borcalan Cavabdeh1 arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli 003M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən 25 dekabr 2018-ci il tarixli 003L**********20 saylı uzunmüddətli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təminatı kimi ipoteka qoyan Cavabdeh3 EO 2626A markalı, AZ 90T-387 nömrə nişanlı, göy rəngli, buraxılış işi 2007-ci il, mühərrikin markası D-243, nömrəsi 755149, zavod nömrəsi 414, şassi nömrəsi 80200023 olan ekskavator yükləyicini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri- ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 10000 (on min) manat müəyyən olunmuşdur. İş materiallarında olan 31 oktyabr 2021-ci il tarixli ərizədən görünür ki, X1 Münafiq Dünyamalı oğluna məxsus olan EO 2626A markalı, AZ 90T-387 nömrə nişanlı, buraxılış işi 2007-ci il, mühərrikin markası D-243 olan ekskavator yükləyicinin İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə yüklü edilməsinə etiraz etməmişdir. İş materiallarında olan ipoteka müqaviləsinin qeydiyyata alınması ilə əlaqədar daşınar əmlakın müvafiq rəsmi reyestrindən çıxarışdan görünür ki, EO 2626A markalı, AZ 90T-387 nömrə nişanlı ekskavator yükləyici 30 oktyabr 2019-cu il tarixli 003M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən Cavabdeh3 tərəfindən 28 dekabr 2018-ci ildən 28 dekabr 2028-ci ilədək İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 13 may 2015-ci il tarixli qeydiyyat şəhadətnaməsindən görünür ki, AZ 90T-387 nömrə nişanlı, EO 2626A markalı, göy rəngli, buraxılış işi 2007-ci il, mühərrikin markası D-243, nömrəsi 755149, zavod nömrəsi 414, şassi nömrəsi 80200023 olan ekskavator yükləyici Cavabdeh3 mülkiyyətindədir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 25 aprel 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 31 oktyabr 2019-cu il tarixli 003R********** saylı krеdit razılaşması üzrə 19 aprel 2022-ci il tarixə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 16669,54 manat məbləğində əsas borcu, 4742,43 manat məbləğində faiz borcu və 5801,01 manat məbləğində cərimə borcu olmaqla, cəmi 27212,98 manat məbləğində borcu vardır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlərə 10 yanvar 2022-ci il tarixdə göndərilmiş xəbərdarlıq məktublarından görünür ki, cavabdehlərə 31 oktyabr 2019-cu il tarixli 003R********** saylı krеdit razılaşması üzrə əsas borcun 16669,54 (on altı min altı yüz altmış doqquz manat əlli dörd qəpik) manat, faiz borcunun 4043,56 (dörd min qırx üç manat əlli altı qəpik) manat və cərimənin 4117,39 (dörd min yüz on yeddi manat otuz doqquz qəpik) manat olduğu, borcun 20 yanvar 2022-ci il tarixədək qaytarılması, əks təqdirdə kredit müqaviləsinə vaxtından əvvəl xitam veriləcəyi, daha sonra hesablanacaq faiz və cərimə məbləğlərinin məcburi alınması üçün hüquq mühafizə orqanlarına müraciət ediləcəyi bildirilmişdir. İş materiallarında olan 17 oktyabr 2023-cü il tarixli 9/6785-6786 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh1 19 aprel 2022-ci il tarixə banka olan borcu əsas borc üzrə 11124,15 manat, faiz borcu üzrə 2440,52 manat müəyyən olunmuşdur. EO 2626A markalı, buraxılış işi 2007-ci il buraxılışlı normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı ekskavator yükləyicinin nəzəri orta bazar dəyəri təxminən 27000 manat, likvid qiyməti 25000 manat müəyyən edilmişdir. İş materiallarında olan 12 yanvar 2024-cü il tarixli 9/9103-9/9134 nömrəli ekspert rəyindən görünür ki, İddiaçı QSC ilə Cavabdeh1 arasında bağlanmış 31 oktyabr 2019-cu il tarixli 003R********** nömrəli kredit razılaşması üzrə Cavabdeh1 10 yanvar 2022-ci il tarixə banka olan borcu əsas borc üzrə 16430,6 manat, faiz borcu üzrə 2610,59 manat, 19 aprel 2022-ci il tarixə banka olan borcu əsas borc üzrə 16430,6 manat, faiz borcu üzrə 3604,63 manat müəyyən olunmuşdur. EO 2626A markalı, buraxılış işi 2007-ci il olan ekskavator yükləyici hazırda ortada olmadığından və ekspertiza tədqiqatına təqdim edilməsi mümkün olmadığından normal vəziyyətdə saxlanılmış, təyinatı üzrə istifadəyə yararlı ekskavator yükləyicinin nəzəri orta bazar dəyəri təxminən 27000 manat, likvid qiyməti 25000 manat müəyyən edilmişdir. İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin vəsatəti əsasında məhkəmənin 06 fevral 2024cü il e-2-2(119)-26/2024 nömrəli qərardadı ilə ipoteka predmeti olan AZ 90T-387 nömrə nişanlı, EO 2626A markalı, buraxılış işi 2007-ci il, mühərrikin markası D-243, nömrəsi 755149, zavod nömrəsi 414, şassi nömrəsi 80200023 olan ekskavator yükləyicinin likvid qiymətinin müəyyən edilməsi üçün təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilmişdir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin eksperti tərəfindən 01 mart 2024-cü il tarixdə vəsatət verilərək ekskavator yükləyicinin ekspert baxışına təqdim edilməsi xahiş olunmuşdur. 19 aprel 2024-cü il tarixdə Cavabdeh3 məhkəməyə ərizə təqdim edərək bildirmişdir ki, Məhkəmə ekspertizası mərkəzinin ekspertinin vəsatəti əsasında AZ 90T-387 nömrə nişanlı, EO 2626A markalı, buraxılış işi 2007-ci il olan ekskavator yükləyicinin ekspert baxışına təqdim edilməsi xahiş olunsa da, həmin ekskavator yükləyici hazırda mövcud deyildir, istismar müddəti bitdiyindən və yararsız vəziyyətdə olduğundan metal qəbulu sexinə təhvil verilmişdir. Buna görə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin eksperti tərəfindən 03 may 2024-cü il tarixdə iş üzrə təyin edilmiş təkrar məhkəmə-əmtəəşünaslıq ekspertizasının aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətlərdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən öhdəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş diqər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 448.1-ci maddəsinə əsasən əgər bu Məcəllə ilə və müqavilə ilə ayrı qayda müəyyənləşdirilməyibsə, borclu onun risk dairəsinə daxil olan öhdəliklərin icra edilmədiyi bütün hallar üçün cavabdehdir. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh1 iddiaçıdan aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh1 25 dekabr 2018-ci il tarixli 003L**********20 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 31 oktyabr 2019-cu il tarixli 003R********** nömrəli krеdit razılaşması üzrə öhdəliklərini icra etməyərək iddiaçı qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Məhkəmə yuxarıda təsvir olunanlara əsasən hesab edir ki, borcalan Cavabdeh1 25 dekabr 2018-ci il tarixli 003L**********20 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 31 oktyabr 2019-cu il tarixli 003R********** nömrəli krеdit razılaşması üzrə kredit ödənişlərinin müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən həmin müqavilə üzrə yaranmış əsas və faiz borcu ondan tutulmalıdır. İddia ərizəsində 31 oktyabr 2019-cu il tarixli 003L**********20 nömrəli kredit razılaşması üzrə 16669,54 (on altı min altı yüz altmış doqquz manat əlli dörd qəpik) manat əsas borc tələb edilsə də, həmin məbləğ 12 yanvar 2024-cü il tarixli 9/9103-9/9134 nömrəli ekspert rəyi ilə təsdiq olunmur. Buna görə də, həmin müqavilə üzrə əsas borcun tutulması hissəsində 12 yanvar 2024-cü il tarixli 9/9103-9/9134 nömrəli ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı və ekspert rəyində qeyd edilən 16430,6 (on altı min dörd yüz otuz manat altmış qəpik) manat əsas borc iddiaçının xeyrinə tutulmalıdır. İddiaçı iddia qaldırarkən istinad etdiyi maliyyə arayışında 19 aprel 2022-ci il tarixinə 4742,43 (dörd min yeddi yüz qırx iki manat qırx üç qəpik) manat məbləğində faiz hesablandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, kreditorun borcluya bildiriş göndərərək bütün borcu qaytarılmasını tələb etməsi, əks təqdirdə hüquq mühafizə orqanlarına müraciət olunacağı barədə xəbər verməsi kredit müqaviləsinin birtərəfli qaydada ləğv olunmasına dəlalət edir. Belə olan halda, müvafiq bildiriş verildikdən sonra faiz borcunun kredit müqaviləsindəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki, müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Odur ki, kreditor həmin tarixdən etibarən borcun tam qaytarıldığı vaxtadək öhdəliyin icra edilməməsinə görə faiz formasında zərərin (əgər digər əsaslardan çıxış edərək daha böyük məbləğ tələb edə bilmirsə, ən azı illik beş faizin) ödənilməsini borcludan tələb edə bilər. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən borcun müvafiq qaydada ödənilməsi barədə cavabdehlərə 10 yanvar 2022-ci il tarixdə xəbərdarlıq məktubunun göndərilməsi nəzərə alınmalı və 12 yanvar 2024-cü il tarixli 9/9103-9/9134 nömrəli ekspert rəyi mötəbər sübut kimi əsas götürülərək rəydə 10 yanvar 2022-ci il tarixə hesablanmış 2610,59 (iki min altı yüz on manat əlli doqquz qəpik) manat məbləğində faiz borcu iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. - 467-ci maddəsinə əsasən, məhkəmə işin hallarını nəzərə alaraq tənasübsüz surətdə yüksək dəbbə pulunu azalda bilər. Tənasüb müəyyənləşdirilərkən kreditorun həm əmlak mənafeləri, həm də bütün əsaslı mənafeləri nəzərə alınır. Məhkəmə iddianın "31 oktyabr 2019-cu il tarixli 003R********** nömrəli krеdit razılaşması üzrə üzrə 5801,01 (beş min səkkiz yüz bir manat bir qəpik) manat məbləğində cərimənin tutulması" tələbinə aid hissəsi ilə bağlı hesab edir ki, iddia həmin hissədə qismən təmin olunmalı və işin halları nəzərə alınmaqla cərimə məbləği azaldılaraq 850 (səkkiz yüz əlli) manat məbləğində cərimə iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. Məhkəmə işin faktiki hallarını nəzərə alaraq iddiaçı ilə cavabdehlər Cavabdeh2 və Cavabdeh3 arasında bağlanmış zaminlik müqavilələrinin şərtlərinə, qeyd olunan maddi hüquq normalarının tələblərinə əsaslanaraq hesab edir ki, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 iddiaçı qarşısında qanununvericilikdə nəzərdə tutulmuş qaydada Cavabdeh1 ilə birgə məsuliyyət daşıdığından iddia bu hissədə təmin olunmalı, borc müştərək qaydada ödənilməlidir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göründüyü kimi, kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh3 arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli 003M**********01 nömrəli müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh3 AZ 90T-387 nömrə nişanlı, EO 2626A markalı, göy rəngli, buraxılış ili 2007-ci il, mühərrikin markası D-243, nömrəsi 755149, zavod nömrəsi 414, şassi nömrəsi 80200023 olan ekskavator yükləyicini ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş ekskavator yükləyiciyə yönəldilməsi barədə tələb Mülki Məcəllənin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Məhkəmə qeyd edir ki, ipoteka predmeti olan AZ 90T-387 nömrə nişanlı, EO 2626A markalı, göy rəngli, buraxılış ili 2007-ci il, mühərrikin markası D-243, nömrəsi 755149, zavod nömrəsi 414, şassi nömrəsi 80200023 olan ekskavator yükləyicinin likvid qiymətinin müəyyən edilməsi üçün məhkəmə-əmtəəşünaslıq ekspertizası təyin edilsə də, həmin ipoteka predmeti Cavabdeh3 tərəfindən ekspert baxışına təqdim edilmədiyi üçün Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin eksperti tərəfindən 03 may 2024-cü il tarixdə ekspertizanın aparılmasından imtina edilmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 97.5-ci maddəsinə əsasən, tərəf ekspertizanın keçirilməsində iştirak etməkdən imtina edirsə və ya onun keçirilməsinə mane olursa (ekspertizaya gəlmir, zəruri tədqiqat predmetlərini ekspertə təqdim etmir, ekspertizanın aparılması üçün tələb olunan xərcləri ödəmir və s.) və işin hallarına görə bu tərəfin iştirakı olmadan ekspertizanı keçirmək mümkün deyilsə, məhkəmə hansı tərəfin iştirak etməkdən imtina etməsindən, habelə bunun onun üçün hansı əhəmiyyət kəsb etməsindən asılı olaraq, ekspertiza təyin edilən faktı, onun hüquqi nəticələrini əsaslandırmaqla təsdiq olunmuş və yaxud rədd edilmiş hesab edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış qiyməti müəyyən edilərkən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh3 arasında bağlanmış 30 oktyabr 2019-cu il tarixli 003M**********01 nömrəli ipoteka müqaviləsinin 2.5-ci bəndi nəzərə alınmalı, ipoteka predmetinin ilkin satış qiyməti ipoteka müqaviləsi bağlanarkən tərəflərin qarşılıqlı razılığı ilə müəyyən edilmiş 10000 (on min) manat göstərilməlidir. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 17 fevral 2023-cü il tarixli MŞQ38/1/00179 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etmiş olsa da, cavabdehlər Cavabdeh2 və Cavabdeh3 ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə məhkəmə hesab edir ki, Cavabdeh1 ilkin mediasiya sessiyasında iştirak etdiyindən iddia tələbi həmin hissədə qismən təmin edilməli, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən mediatora ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərcinin 100 (yüz) manat hissəsi cavabdehlər Cavabdeh1, Cavabdeh2, Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq X2 ödənilməlidir. Bundan başqa hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 149,67 (yüz qırx doqquz manat altmış yeddi qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 149,57 (yüz qırx doqquz manat əlli yeddi qəpik) manat məbləğində (149,67 manat – 0,1 manat = 149,57 manat) pul vəsaiti isə dövlət rüsumunun qalığı kimi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə Munasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 16430,6 (on altı min dörd yüz otuz manat altmış qəpik) manat məbləğində əsas borc, 2610,59 (iki min altı yüz on manat əlli doqquz qəpik) manat məbləğində faiz borcu, 850 (səkkiz yüz əlli) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 19991,19 (on doqquz min doqquz yüz doxsan bir manat on doqquz qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalı olan pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 mülkiyyətində olan AZ 90T-387 nömrə nişanlı, EO 2626A markalı, buraxılış işi 2007-ci il, şassi nömrəsi 80200023 olan ekskavator yükləyiciyə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq 16430,6 (on altı min dörd yüz otuz manat altmış qəpik) manat məbləğində əsas borc, 2610,59 (iki min altı yüz on manat əlli doqquz qəpik) manat məbləğində faiz borcu, 850 (səkkiz yüz əlli) manat məbləğində cərimə və mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci olmaqla, cəmi 19991,19 (on doqquz min doqquz yüz doxsan bir manat on doqquz qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilsin. AZ 90T-387 nömrə nişanlı, EO 2626A markalı, buraxılış işi 2007-ci il, şassi nömrəsi 80200023 olan ekskavator yükləyicinin ilkin satış qiyməti 10000 (on min) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq X2 ödənilsin. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə 149,57 (yüz qırx doqquz manat əlli yeddi qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar