Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-26/2025 19.03.2025 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Həmidli Fərman Fəzail oğlunun sədrliyi, Məmmədova Nərminə İdris qızının katibliyi ilə, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh3 qarşı verilmiş “kredit müqaviləsi üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh3 və Cavabdeh2 qarşı “kredit müqavilələri üzrə borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli 337677-1-37716 nömrəli kredit müqaviləsi üzrə 26 oktyabr 2023-cü il tarixinə hesablanmış 16468,29 (on altı min dörd yüz altmış səkkiz manat, iyirmi doqquz qəpik) manat məbləğində borc, 718,02 (yeddi yüz on səkkiz manat, iki qəpik) manat məbləğində faiz borcu, 717,20 (yeddi yüz on yeddi manat, iyirmi qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 17903,51 (on yeddi min doqquz yüz üç manat, əlli bir qəpik) manat məbləğində pul vəsaitinin, 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin əvəzinin və ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının əvəzinin cavabdehlərdən müştərək qaydada tutulması, habelə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli 337677-1-37718 nömrəli kredit müqaviləsi üzrə 26 oktyabr 2023-cü il tarixinə hesablanmış 18241,44 (on səkkiz min iki yüz qırx bir manat, qırx dörd qəpik) manat məbləğində borc, 325,43 (üç yüz iyirmi beş manat, qırx üç qəpik) manat məbləğində faiz borcu, 176,08 (yüz yetmiş altı manat, səkkiz qəpik) manat məbləğində cərimə olmaqla, ümumilikdə 18742,95 (on səkkiz min yeddi yüz qırx iki manat, doxsan beş qəpik) manat məbləğində pul vəsaitinin həmin cavabdehdən iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətini 95000 (doxsan beş min) manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğlərin ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında (yeni qaydalarla ünvan: ünvan 2si 87,90 kv.m. olan 28 nömrəli mənzilə yönəldilərək, həmin mənzilin açıq hərracda satılması və satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, ididaçı və Cavabdeh1 arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli 337677-1-37716 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə investisiya məqsədi üçün illik 16 faiz hesablanması şərtilə 36 ay müddətinə 25000 manat məbləğində kredit verilərək cari hesabına köçürülmüşdür. Həmçinin tərəflər arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli 337677-1-37718 nömrəli kredit müqaviləsinə əsasən, cavabdehə dövriyyə vəsaitlərinin artılılması məqsədi üçün illik 18 faiz hesablanması şərtilə 36 ay müddətinə 25000 manat məbləğində kredit verilərək onun cari hesabına köçürülmüşdür. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 21 dekabr 2021ci il tarixli 305351-NEDVİJ-1401 nömrəli ipoteka müqaviləsinə əsasən, 21 dekabr 2021-ci il tarixli 337677-1-37716 və 337677-1-37718 nömrəli kredit müqavilələri üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 tam mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 3 ünvanında yerləşən ümumi sahəsi 87,90 kv.m. olan 28 nömrəli mənzili (yeni qaydalarla ünvan ünvan 4poteka ilə yüklü etmişdir. Eyni zamanda, 21 dekabr 2021-ci il tarixli 337677-1-37716 nömrəli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədilə Cavabdeh3 və Cavabdeh2 21 dekabr 2021-ci il tarixli 305351-7-1398 və 337689-7-1399 nömrəli zaminlik müqavilələri əsasında Cavabdeh1 iddiaçı qarşısında öhdəliklərinin yerinə yetirilməsinə görə cavabdehlik daşımaq öhdəliyini öz üzərinə götürmüşdürlər. Lakin borclu Cavabdeh1 üzərinə götürdüyü kredit öhdəliklərini tam icra etməmişdir. İddiaçı ilə Cavabdeh3 arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli 305351-NEDVİJ-1401 nömrəli ipoteka müqaviləsinin 2.5-ci maddəsinə əsasən, ipoteka qoyanla ipoteka saxlayanın razılaşmasına görə ipoteka predmetinin ilkin satış qiyməti (likvid dəyəri) 95000 manat məbləğində müəyyən edilmişdir. İddiaçı tərəfindən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, Mediasiya Şurasına müraciət edilmiş, mediator təyin edilmiş, mediator tərəfindən ilkin mediasiya sessiyası təşkil edilərək keçirilmiş, müvafiq arayış verilmiş və iddiaçı tərəfindən mediasiya prosesi ilə bağlı 210 manat məbləğində xərci ödənilmişdir. İddiaçının nümayəndəsi 06 mart 2024-cü il tarixdə iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 21 dekabr 2021-ci il tarixli 337677-1-37716 nömrəli kredit müqaviləsi üzrə 06 mart 2024-cü il tarixinə hesablanmış 14111,51 (on dörd min yüz on bir manat, əlli bir qəpik) manat məbləğində borc, 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin əvəzinin və ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının əvəzinin cavabdehlərdən müştərək qaydada tutulması, habelə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli 37677-1-37718 nömrəli kredit müqaviləsi üzrə 06 mart 2024-cü il tarixinə hesablanmış 17945,95 (on yeddi min doqquz yüz qırx beş manat, doxsan beş qəpik) manat məbləğində borcun həmin cavabdehdən iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətini 95000 (doxsan beş min) manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğlərin ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında (yeni qaydalarla ünvan: ünvan 2si 87,90 kv.m. olan 28 nömrəli mənzilə yönəldilərək, həmin mənzilin açıq hərracda satılması və satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 16 aprel 2024-cü il tarixdə yenidən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 21 dekabr 2021-ci il tarixli 337677-1-37716 nömrəli kredit müqaviləsi üzrə 16 aprel 2024-cü il tarixinə hesablanmış 12163,51 (on iki min yüz altmış üç manat, əlli bir qəpik) manat məbləğində borc, 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin əvəzinin və ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının əvəzinin cavabdehlərdən müştərək qaydada tutulması, habelə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli 37677-1-37718 nömrəli kredit müqaviləsi üzrə 16 aprel 2024-cü il tarixinə hesablanmış 17945,95 (on yeddi min doqquz yüz qırx beş manat, doxsan beş qəpik) manat məbləğində borcun həmin cavabdehdən iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətini 95000 (doxsan beş min) manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğlərin ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında (yeni qaydalarla ünvan: ünvan 2si 87,90 kv.m. olan 28 nömrəli mənzilə yönəldilərək, həmin mənzilin açıq hərracda satılması və satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 17 dekabr 2024-cü il tarixdə yenidən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək 21 dekabr 2021-ci il tarixli 337677-1-37716 nömrəli kredit müqaviləsi üzrə 17 dekabr 2024-cü il tarixinə hesablanmış 1788,51 (min yeddi yüz səksən səkkiz manat, əlli bir qəpik) manat məbləğində borc, 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin əvəzinin və ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının əvəzinin cavabdehlərdən müştərək qaydada tutulması, habelə iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli 37677-1-37718 nömrəli kredit müqaviləsi üzrə 17 dekabr 2024-cü il tarixinə hesablanmış 17945,95 (on yeddi min doqquz yüz qırx beş manat, doxsan beş qəpik) manat məbləğində borcun həmin cavabdehdən iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətini 95000 (doxsan beş min) manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğlərin ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında (yeni qaydalarla ünvan: ünvan 2si 87,90 kv.m. olan 28 nömrəli mənzilə yönəldilərək, həmin mənzilin açıq hərracda satılması və satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 21 fevral 2025-ci il tarixdə yenidən iddia tələbinin həcminin azaldılması barədə ərizə ilə məhkəməyə müraciət edərək iddiaçı ilə Cavabdeh1 arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli 337677-1-37718 nömrəli kredit müqaviləsi üzrə 21 fevral 2025-ci il tarixinə hesablanmış 17534,46 (on yeddi min beş yüz otuz dörd manat, qırx altı qəpik) manat məbləğində borcun, 210 (iki yüz on) manat məbləğində mediasiya xərcinin əvəzinin və ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının əvəzinin həmin cavabdehdən iddiaçının xeyrinə tutulması, ipoteka predmetinin ilkin satış qiymətini 95000 (doxsan beş min) manat məbləğində müəyyən etməklə cavabdehlərdən tutulmalı olan məbləğlərin ipoteka ilə yüklü edilmiş ünvan 1 ünvanında (yeni qaydalarla ünvan: ünvan 2si 87,90 kv.m. olan 28 nömrəli mənzilə yönəldilərək, həmin mənzilin açıq hərracda satılması və satılmasından əldə edilən məbləğ hesabına iddiaçıya borcun ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi 19 mart 2025-ci il tarixində məhkəməyə ərizə ilə müraciət edərək, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməyəcəyini bildirmiş və məhkəmə iclasının onun iştirakı olmadan keçirilərək iddianın təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Cavabdehlər məhkəmə baxışı iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq, məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdirlər. Məhkəmə Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq, işə tərəflərin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. 11 mart 2025-ci il tarixli məhkəmə iclasında iddiaçının nümayəndəsi 21 fevral 2025-ci il tarixli iddia tələbinin həcminin azaldılması barədə ərizənin məzmununa uyğun izahat verərək 13 fevral 2025-ci il tarixli 02-14/25 nömrəli mütəxəssis rəyi ilə razı olduğunu, ipoteka predmeti olan əmlakın həmin rəydə göstərilən qiymətə satılmasına etiraz etmədiyini bildirmiş və məhkəmədən iddianın təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iddia ərizəsini, iddia tələbinin həcminin azaldılması barədə ərizələri və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. İş materialları: İş materiallarında olan İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli 337677-1-37716 nömrəli kredit xətti müqaviləsinin 2.1-ci və 2.2-ci bəndlərinə əsasən, bank (İddiaçı ASC) kredit alana (Cavabdeh1) kredit xətti açmağı, bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə kredit verməyi, kredit alan isə kredit xətti üzrə verilən kreditləri qəbul etməyi, onlardan təyinatı üzrə istifadə etməyi və geri qaytarmağı, faizləri, o cümlədən əlavə faizləri bu müqavilə ilə nəzərdə tutulan müddətdə və şərtlər əsasında ödəməyi öhdəsinə götürür. Kredit alan kreditdən yalnız investisiya məqsədləri üçün istifadə etməlidir. Həmin müqavilənin 3.1-ci bəndindən görünür ki, cavabdehə 25000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 3.4.1-ci yarımbəndinə əsasən, kreditdən istifadəyə görə faizlər bank tərəfindən illik 16 faiz olmaqla və bu müqavilənin 3.4-cü bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır. Həmin müqavilənin 3.5.1-ci yarımbəndinə əsasən, kredit alan kreditlərin ödənilməsini (qaytarılmasını) müqavilənin ayrılmaz tərkib hissəsi olan kreditlərin və hesablanmış faizlərin ödəniş cədvəlinə uyğun olaraq həyata keçirməyə borcludur. Həmin müqavilənin 6.4.3-cü yarımbəndinə əsasən, bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada krediti banka qaytarmaq və faizləri ödəmək kredit alanın vəzifəsidir. İş materiallarında olan 21 dekabr 2021-ci il tarixli 337677-1-37716 nömrəli kredit xətti müqaviləsinin ödəniş cədvəlinə əsasən, cavabdehin iddiaçıya olan borcunun həmin plana uyğun olaraq son ödəniş tarixi 23 dekabr 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh1 arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli 337677-1-37718 nömrəli kredit xətti müqaviləsinin 2.1-ci və 2.2-ci bəndlərinə əsasən, bank (İddiaçı ASC) kredit alana (Cavabdeh1) kredit xətti açmağı, bu müqavilə ilə müəyyən edilmiş məbləğdə və şərtlərlə kredit verməyi, kredit alan isə kredit xətti üzrə verilən kreditləri qəbul etməyi, onlardan təyinatı üzrə istifadə etməyi və geri qaytarmağı, faizləri, o cümlədən əlavə faizləri bu müqavilə ilə nəzərdə tutulan müddətdə və şərtlər əsasında ödəməyi öhdəsinə götürür. Kredit alan kreditdən dövriyyə vəsaitlərinin artırılması məqsədləri üçün istifadə etməlidir. Həmin müqavilənin 3.1-ci bəndindən görünür ki, cavabdehə 25000 manat məbləğində kredit verilmişdir. Həmin müqavilənin 3.4.1-ci yarımbəndinə əsasən, kreditdən istifadəyə görə faizlər bank tərəfindən illik 18 faiz olmaqla və bu müqavilənin 3.4-cü bəndinə əsasən faiz dərəcəsinin avtomatik artırılması və ya azaldılmasının mümkünlüyünü nəzərə almaqla hesablanır. Həmin müqavilənin 3.5.1-ci yarımbəndinə əsasən, kredit alan kreditlərin ödənilməsini (qaytarılmasını) müqavilənin ayrılmaz tərkib hissəsi olan kreditlərin və hesablanmış faizlərin ödəniş cədvəlinə uyğun olaraq həyata keçirməyə borcludur. Həmin müqavilənin 6.4.3-cü yarımbəndinə əsasən, bu müqavilə ilə müəyyən edilmiş şərtlərlə və qaydada krediti banka qaytarmaq və faizləri ödəmək kredit alanın vəzifəsidir. İş materiallarında olan 21 dekabr 2021-ci il tarixli 337677-1-37718 nömrəli kredit xətti müqaviləsinin ödəniş cədvəlinə əsasən, cavabdehin iddiaçıya olan borcunun həmin plana uyğun olaraq son ödəniş tarixi 23 dekabr 2024-cü il olmaqla müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi tərəflər arasında razılaşdırılmışdır. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh3 arasında 21 dekabr 2021-ci il tarixli 337677-1-37716 nömrəli kredit xətti müqaviləsinin təminatı olaraq bağlanmış 21 dekabr 2021-ci il tarixli 305351-7-2398 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə zamin 1.2-ci bənddə göstərilən öhdəlik üzrə kredit alan bank qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu bank qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə zaminliklə təmin edilmiş öhdəliklər bankın, kredit müqaviləsindən irəəli gələn qaydada və müddət ərzində bütün pul tələblərinə aiddir, o cümlədən 25000 manat məbləğində və 36 ay müddətinə verilmiş kredit; kreditdən istifadəyə görə faiz dərəcəsi illik 16 faiz dərəcəsi ilə, kredit müqaviləsinin şərtləri çərçivəsində əsasən əlavə xəbərdarlıq edilmədən faiz dərəcəsinin bank tərəfindən artırmaq hüququ ilə; kreditin müşayiətinə görə verilmiş kreditin məbləğinin 0,5 % komissiya; kredit müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə digər öhdəliklər. İş materiallarında olan İddiaçı ASC və Cavabdeh2 arasında 21 dekabr 2021-ci il tarixli 337677-1-37716 nömrəli kredit xətti müqaviləsinin təminatı olaraq bağlanmış 21 dekabr 2021-ci il tarixli 337689-7-1399 nömrəli zaminlik müqaviləsinin 1.1-ci bəndinə əsasən, bu müqaviləyə görə zamin 1.2-ci bənddə göstərilən öhdəlik üzrə kredit alan bank qarşısında götürdüyü pul öhdəliyini icra etmədikdə və ya lazımınca icra etmədikdə zamin və borclu bank qarşısında birgə məsuliyyət daşıyırlar. Həmin müqavilənin 1.2-ci bəndinə əsasən, bu müqavilə üzrə zaminliklə təmin edilmiş öhdəliklər bankın, kredit müqaviləsindən irəəli gələn qaydada və müddət ərzində bütün pul tələblərinə aiddir, o cümlədən 25000 manat məbləğində və 36 ay müddətinə verilmiş kredit; kreditdən istifadəyə görə faiz dərəcəsi illik 16 faiz dərəcəsi ilə, kredit müqaviləsinin şərtləri çərçivəsində əsasən əlavə xəbərdarlıq edilmədən faiz dərəcəsinin bank tərəfindən artırmaq hüququ ilə; kreditin müşayiətinə görə verilmiş kreditin məbləğinin 0,5 % komissiya; kredit müqaviləsində nəzərdə tutulmuş qaydada və müddətdə digər öhdəliklər. İş materiallarında olan 21 fevral 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 21 dekabr 2021-ci il tarixli 337677-1-37718 nömrəli kredit xətti müqaviləsi üzrə 21 fevral 2025-ci il tarixinə iddiaçıya 17534,46 manat məbləğində əsas borcu vardır. İş materiallarında olan ipoteka saxlayan (İddiaçıASC) ilə ipoteka qoyan (Cavabdeh3) və borc alan (Cavabdeh1) arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli 305351-NEDVİJ- 1401 nömrəli ipoteka müqaviləsinin 2.1-ci bəndinə əsasən, ünvan 1 ünvanında (yeni qaydalarla ünvan: ünvan 2si 87,90 kv.m. olan 28 nömrəli mənzil ipotekaya qoyulmuşdur. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən, ipoteka predmetinin ilkin satış qiyməti (likvid qiyməti) tərəflərin razılığı ilə 95000 manat müəyyən edilir. Həmin müqavilənin 3.1.1-ci və 3.1.2-ci yarımbəndlərindən aydın olur ki, bu müqavilə üzrə ipoteka ilə təmin edilən öhdəlik(lər) ipoteka saxlayanla kredit alan arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli 337677-1-37716 və 21 dekabr 2021-ci il tarixli 337677-1-37718 nömrəli kredit müqavilələri, həm də ipoteka saxlayanla kredit alan arasında gələcəkdə bağlanacaq kredit müqaviləsindən mövcud və gələcək kredit müqaviləsinə dəyişikliklər edilməsi barədə razılaşmalardan irəli gələn ipoteka saxlayanın kredit alana qarşı olan qanunvericiliklə müəyyən edilən bütün tələbləridir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 3908 nömrəli reyestr kitabının 365371 nömrəli vərəqində qeydiyyata alınmış çıxarışa əsasən, Cavabdeh3 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında (yeni qaydalarla ünvan: ünvan 2si 87,90 kv.m. olan 28 nömrəli mənzil 21 dekabr 2021-ci il tarixli 337677-1-37718 nömrəli kredit xətti müqaviləsi üzrə öhdəliklər yerinə yetirilənə kimi iddiaçı “Bank VTB (Azərbaycan) ASC -nin xeyrinə ipoteka ilə yüklü edilmişdir. İş materiallarında olan 12 iyul 2024-cü il tarixində məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib olunmuş 27 iyun 2024-cü il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında” məktubdan görünür ki, “19 iyun 2024-cü il tarixinə təyin edilmiş tədqiqat obyektinə baxışda tərəflər iştirak etmədiyindən baxış keçirilməsi və qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır.” əsası ilə ekspertizanın keçirilməsindən imtina edilərək iş məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan 27 sentyabr 2024-cü il tarixində məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib olunmuş 17 sentyabr 2024-cü il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında” məktubdan görünür ki, “tədqiq olunan obyektə baxış keçirilməsi 10 sentyabr 2024-cü il tarixinə təyin edilmiş, lakin baxış haqqında məktub daxil olmadığından qərardadda qoyulmuş suallar üzrə tədqiqat aparılması mümkün olmamışdır.” əsası ilə ekspertizanın keçirilməsindən imtina edilərək iş məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan 13 dekabr 2024-cü il tarixində məhkəməyə təqdim edilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin eksperti tərəfindən tərtib olunmuş 29 noyabr 2024-cü il tarixli “məhkəmə ekspertizasının aparılmasından imtina edilməsi haqqında” məktubdan görünür ki, “27 noyabr 2024-cü il tarixinə baxış təyin edilmiş, həmin tarixdə cavabdehə zəng edilmiş, lakin cavabdeh baxışın keçirilməsinə icazə verməyəcəyini bildirmişdir” əsası ilə ekspertizanın keçirilməsindən imtina edilərək iş məhkəməyə geri qaytarılmışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti tərəfindən məhkəməyə təqdim edilmiş 13 fevral 2025-ci il tarixli 02-14/25 nömrəli mütəxəssis rəyindən görünür ki, ünvan 1 ünvanında (yeni qaydalarla ünvan: ünvan 2si 87,90 kv.m. olan 28 nömrəli mənzilin 13 fevral 2025-ci il tarixinə likvid dəyəri 142000 manat təşkil edir. Tətbiq edilən hüquq: Azərbaycan Respublikasının Konstitusiyasının 60-cı maddəsinin 1-ci hissəsinə əsasən, hər kəsin hüquq və azadlıqlarının inzibati qaydada və məhkəmədə müdafiəsinə təminat verilir. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin 14.1-ci maddəsinə əsasən, mülki hüquqlar və vəzifələr mülki qanunvericilikdə nəzərdə tutulan əsaslardan, habelə fiziki və hüquqi şəxslərin qanunvericilikdə nəzərdə tutulmasa da, mülki qanunvericiliyin prinsiplərinə görə mülki hüquqlar və vəzifələr doğuran hərəkətlərindən əmələ gəlir. Həmin Məcəllənin 269.1-ci maddəsinə əsasən, girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. Həmin Məcəllənin 269.4-cü və 269.5-ci maddələrinə əsasən, ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. Girov və ipoteka girov qoyanın (borclunun) girov saxlayan (kreditor) qarşısında əsas öhdəliyinin icrasının təmin edilməsi üçün əlavə (aksessor) əşya hüququdur. Həmin Məcəllənin 269.7-ci maddəsinə əsasən, girovla və ipoteka ilə təmin edilmiş öhdəlik üzrə kreditorun (girov saxlayanın və ipoteka saxlayanın) hüququ var ki, borclunun həmin öhdəliyi icra etmədiyi halda girov qoyulmuş və ya ipoteka ilə yüklü edilmiş əşyanın dəyərindən həmin əşyanın mənsub olduğu şəxsin (girov qoyanın və ipoteka qoyanın) digər kreditorlarına nisbətən üstün qaydada təminat alsın. Həmin Məcəllənin 270.1-ci maddəsinə əsasən, girov və ipoteka müqavilə üzrə əmələ gəlir. Həmin Məcəllənin 317.1-ci maddəsinə əsasən, borclu təminat vasitəsi ipoteka olan əsas öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, ipoteka saxlayan daşınmaz əşyanın satılmasını tələb edə bilər. Həmin Məcəllənin 319.1-ci və 319.4-cü maddələrinə əsasən, əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. Açıq hərracdan satışa çıxarılan ipoteka predmetinin ilkin satış qiyməti “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq müəyyən edilir. Həmin Məcəllənin 324.1-ci maddəsinə əsasən, əqd mülki hüquq münasibətinin əmələ gəlməsinə, dəyişdirilməsinə və ya xitamına yönəldilmiş birtərəfli, ikitərəfli və ya çoxtərəfli iradə ifadəsidir. Həmin Məcəllənin 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. Həmin Məcəllənin 389.1-ci maddəsinə əsasən, mülki hüquq və vəzifələrin müəyyənləşdirilməsi, dəyişdirilməsi və ya xitamı haqqında iki və ya bir neçə şəxsin razılaşması müqavilə sayılır. Həmin Məcəllənin 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və Mülki Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. Həmin Məcəllənin 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. Həmin Məcəllənin 442-ci maddəsinə əsasən, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Həmin Məcəllənin 739.1-ci və 739.2-ci maddələrinin “Azərbaycan Respublikasının Mülki Məcəlləsində dəyişiklik edilməsi haqqında” 24 fevral 2023-cü il tarixli Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qüvvədə olmuş redaksiyasına əsasən, borc müqaviləsinə görə, iştirakçılardan biri (borc verən) pula və ya digər əvəz edilən əşyalara mülkiyyət hüququnu digər iştirakçıya (borc alana) keçirməyi öhdəsinə götürür, digər iştirakçı (borc alan) isə aldıqlarını müvafiq olaraq pul və ya eyni keyfiyyətdə və miqdarda olan eyni növlü əşyalar şəklində borc verənə qaytarmağı öhdəsinə götürür. Borc müqaviləsinin predmeti hər hansı pul məbləği olduqda, o, kredit müqaviləsi adlandırılır. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 34.1-ci maddəsinə əsasən, əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi və (və ya) ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallara aiddir. Həmin Qanunun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Mülki Prosessual Məcəllənin 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmənin mövqeyi: Yuxarıda təsvir olunanlarla müəyyən edilir ki, iddiaçı və Cavabdeh1 arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli 37677-1-37716 nömrəli kredit xətti müqaviləsi üzrə öhdəliklər onun tərəfindən icra edilsə də, 21 dekabr 2021-ci il tarixli 337677-1-37718 nömrəli kredit xətti müqaviləsi üzrə Cavabdeh1 üzərinə götürdüyü öhdəlikləri lazımınca icra etməyərək iddiaçıya ödənilməli olan kredit məbləğlərini tam ödəməmiş, bununla da müqavilə öhdəliklərini lazımınca yerinə yetirməmişdir. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, 21 dekabr 2021-ci il tarixli 337677-1- 37718 nömrəli kredit xətti müqaviləsi üzrə 17534,46 manat məbləğində borcun Cavabdeh1 iddiaçının xeyrinə tutulması barədə iddia tələbi əsaslıdır və təmin edilməlidir. İddiaçı və cavabdehlər Cavabdeh3, Cavabdeh1 arasında bağlanmış 21 dekabr 2021-ci il tarixli 305351-NEDVİJ-1401 nömrəli ipoteka müqaviləsinə əsasən, Cavabdeh3 məxsus ünvan 1 ünvanında (yeni qaydalarla ünvan: ünvan 2si 87,90 kv.m. olan 28 nömrəli mənzil ipoteka ilə yüklü edilmişdir. Kredit razılaşması üzrə müvafiq pul vəsaitlərinin ipoteka ilə yüklü edilmiş həmin torpaq sahəsinə yönəldilməsi barədə tələb Mülki Məcəllənin 317-ci və 319-cu maddələrinin və “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun tələblərinə uyğundur. “İpoteka haqqında” Azərbaycan Respublikasının Qanununun 39.3.3-cü maddəsinə əsasən, məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən, ipoteka predmetinin ilkin satış qiymətini qərarda göstərməlidir, ilkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir. Məhkəmə iş üzrə "xxxx" MMC təqdim edilmiş 13 fevral 2025-ci il tarixli 02-14/25 nömrəli nömrəli mütəxəssis rəyini nəzərə alaraq hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış (likvid) qiyməti 142000 manat məbləğində müəyyən edilməlidir. Belə ki, iş materiallarında olan və bu qətnamədə istinad edilən sənədlərə əsasən, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzi tərəfindən hazırkı iş üzrə ekspertizanın keçirilməsindən imtina edildiyinə (bir halda tərəflərin ipoteka predmetinə təyin edilmiş baxış prosesində iştirak etməmələri, digər halda isə təyin edilmiş baxış zamanı isə cavabdeh baxışın keçirilməsinə icazə verməməsi), o cümlədən tərəflər 13 fevral 2025-ci il tarixli 02-14/25 nömrəli mütəxəssis rəyinə qarşı hansısa etiraz bildirmədiklərinə görə, məhkəmə ipoteka predmetinin ilkin satış qiymətini müəyyənləşdirərkən 13 fevral 2025-ci il tarixli 02-14/25 nömrəli mütəxəssis rəyini mötəbər sübut kimi qəbul edir. İddia tələbinin mediasiya ilə əlaqədar ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin əvəzinin tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, təqdim olunmuş 17 oktyabr 2023-cü il tarixli MŞQ/MT-027/2023-01570 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, ilkin mediasiya sessiyasında iddiaçının nümayəndəsi və Cavabdeh2 iştirak etmiş olsalar da, mediasiya prosesi davam etdirilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin edilməli, iddiaçı tərəfindən mediatora ödənilmiş 210 manat məbləğində mediasiya xərcinin 105 manat məbləğində hissəsi cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada iddiaçının xeyrinə tutulmalıdır. “Mediasiya haqqında” 29 mart 2019-cu il tarixli Azərbaycan Respublikasının Qanununun 36.5-ci maddəsinə əsasən, “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin reyestrdə qeydə alınması üçün ödənilmiş 51 manat məbləğində dövlət rüsumunun əvəzinin Cavabdeh1 iddiaçının xeyrinə tutulması hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan dövlət rüsumunun ödənilməsi barədə 29 dekabr 2023-cü il tarixli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 15 manat məbləğində dövlət rüsumu ödənilmişdir. Həmçinin iş materiallarında olan xidmət haqqının ödənilməsi barədə ********** nömrəli təsdiqetmə bildirişindən görünür ki, iddiaçı tərəfindən 36 manat məbləğində xidmət haqqı ödənilmişdir. Buna görə də, iddia tələbi həmin hissədə təmin edilməli, Cavabdeh1 ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 36 (otuz altı) manat məbləğində xidmət haqqının və 15 (on beş) manat məbləğində dövlət rüsumunun əvəzi iddiaçının xeyrinə tutulmalıdır. Bunlardan əlavə, aşağıda istinad edilənlərə əsasən, hazırkı iddia tələbi üzrə iddia tələbinin təmin edilmiş hissəsinə mütənasib olaraq dövlət rüsumunun məbləği 142,6 manat təşkil etdiyindən, həmin məbləğdə pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada dövlət mədaxilinə tutulmalıdır. Mülki Prosessual Məcəllənin 107-ci maddəsinə əsasən, məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.3-cü maddəsinə əsasən, iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda, 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Bundan əlavə, "xxxx" MMC-nin 13 fevral 2025-ci il tarixli 02-14/25 nömrəli mütəxəssis rəyinə əlavə edilmiş xərclərə dair bildirişdən görünür ki, aparılan tədqiqatının dəyəri 300 manat təşkil etmişdir. Hazırkı iddia ərizəsi qismən təmin edildiyindən iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti Mülki Prosessual Məcəllənin yuxarıda istinad edilmiş 119.1-ci maddəsinə əsasən, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Beləliklə, məhkəmə yuxarıda göstərilənləri ümumiləşdirib, istinad olunan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеh Cavabdeh1 21 dekabr 2021-ci il tarixli 337677-1-37718 nömrəli kredit müqaviləsi üzrə 17534,46 manat məbləğində borc, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 36 manat məbləğində xidmət haqqının və 15 manat məbləğində dövlət rüsumunun əvəzi olmaqla, cəmi 17585,46 manat məbləğində pul vəsaiti iddiaçı “Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə tutulmalı, cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 105 manat məbləğində mediasiya xərcinin əvəzi iddiaçı “Bank VTB (Azərbaycan)" ASC-nin xeyrinə tutulmalı, tutulmalı olan cəmi 17690,46 manat məbləğində pul vəsaiti iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında (yeni qaydalarla ünvan: ünvan 5 sahəsi 87,90 kv.m. olan 28 nömrəli mənzilə yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçıya olan cəmi 17690,46 manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan həmin mənzilin ilkin satış qiyməti 142000 manat məbləğində müəyyən edilməli, iddia qalan hissədə təmin edilməməli, həmçinin cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə 142,6 manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilməli və iş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada "xxxx" MMC-nin xeyrinə tutulmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Mülki Prosessual Məcəllənin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT E T D İ: İddia qismən təmin edilsin. Cavabdеh Cavabdeh1 21 dekabr 2021-ci il tarixli 337677-1-37718 nömrəli kredit müqaviləsi üzrə 17534,46 (on yeddi min beş yüz otuz dörd manat, qırx altı qəpik) manat məbləğində borc, ipotekaya tutma yönəldilməsi ilə bağlı bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 36 (otuz altı) manat məbləğində xidmət haqqının əvəzi olmaqla, cəmi 17585,46 (on yeddi min beş yüz səksən beş manat, qırx altı qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada 105 (yüz beş) manat məbləğində mediasiya xərcinin əvəzi iddiaçı “Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdehlərdən tutulmalı olan cəmi 17690,46 (on yeddi min altı yüz doxsan manat, qırx altı qəpik) manat məbləğində pul vəsaiti iddiaçı “Bank VTB (Azərbaycan)" Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh3 məxsus olan ünvan 1 ünvanında (yeni qaydalarla ünvan: ünvan 5 sahəsi 87,90 kv.m. olan 28 nömrəli mənzilə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq iddiaçı “Bank VTB (Azərbaycan)" ASC-yə olan cəmi 17690,46 (on yeddi min altı yüz doxsan manat, qırx altı qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan ünvan 1 ünvanında (yeni qaydalarla ünvan: ünvan 5 sahəsi 87,90 kv.m. olan 28 nömrəli mənzilin ilkin satış qiyməti 142000 (yüz qırx iki min) manat məbləğində müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. Cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada dövlət nəfinə 142,6 (yüz qırx iki manat, altmış qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. İş üzrə keçirilmiş mütəxəssis tədqiqatının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1 və Cavabdeh3 müştərək qaydada "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin xeyrinə tutulsun. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Hakim: Fərman Həmidli
Məhkəmə qərarları › İş №e-2-2(119)-26/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-26/2025
19.03.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver