Məhkəmə qərarları › İş №e-2-2(119)-2667/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2667/2025

06.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - İcarə müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2667/2025 06.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Cavabdeh2 qarşı “icarə haqqının tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı sadələşdirilmiş icraat qaydasında Cavabdeh2 qarşı “icarə haqqının tutulması” tələbinə dair kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh2 1062 (min altmış iki) manat məbləğində icarə haqqının və 30,7 (otuz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı ilə Cavabdeh2 arasında imzalanmış 02 noyabr 2020-ci il tarixli miksed diler ilə agent müqaviləsinə görə iddiaçı cavabdehi agentləri vasitəsi ilə diler məhsullar ilə təmin edir, diler isə özünün “miksed” satış məntəqəsi vasitəsi ilə həmin məhsulların satışını həyata keçirir. Tərəflər arasında həmin müqaviləyə 15 yanvar 2021-ci il tarixli 1/20 saylı əlavə razılaşma imzalanmışdır. Həmin razılaşmaya görə ünvan 1 ünvanında yerləşən dükanın 3 kvadrat metr sahəsi cavabdehin istifadəsinə verilmiş, cavabdeh isə aylıq vergilər daxil 212,40 (iki yüz on iki manat qırx qəpik) icarə haqqı ödəməyi öz üzərinə götürmüşdür. Lakin cavabdeh tərəfindən razılaşmanın tələbləri pozulmuş, 2021-ci ilin yanvar ayından 2021-ci ilin may ayınadək olan dövr üçün cəmi 1062 (min altmış iki) manat icarə haqqı İddiaçınə ödənilməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən, mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən, ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən, cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən, ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən, işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə, İddiaçı Cavabdeh2 qarşı “icarə haqqı borcunun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehə göndərilmişdir. Məhkəmə, kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı diler Cavabdeh2 arasında bağlanmış 02 noyabr 2020-ci il tarixli AZF/2020/75 nömrəli miksed diler ilə agent müqaviləsinin 2-ci bəndinə əsasən bu müqavilədə müəyyən olunmuş şərt və müddəalar əsasında İddiaçı öz agentləri vasitəsilə dileri məhsullar (qoşulma dəstləri, ödəmə kartları və s.) ilə təmin edir, diler isə özünün "miksed” satış məntəqəsi vasitəsilə həmin məhsulların satışını təşkil edir. İddiaçı öz törəmə müəssisələrinin məhsullarını yayılmaq üçün dilerə təqdim edə bilər. Diler isə həmin məhsulları öz satış şəbəkəsi vasitəsilə bu müqavilənin şərtlərinə uyğun olaraq yaymağı öz öhdəsinə götürür. İş materiallarında olan İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış AZF/2020/75 nömrəli miksed diler ilə agent müqaviləsinə 15 yanvar 2021-ci il tarixli 1/20 saylı əlavə razılaşmanın 1-ci bəndinə əsasən ünvan 2 ünvanında yerləşən İddiaçı sərəncamında olan dükanda 3 kvadrat metr ölçüdə ərazi (sub icarə obyekti) 5 yanvar 2021-ci il tarixindən etibarən müqavilənin müddəti ərzində dilerin sub icarəsinə verilir. Həmin müqavilənin 2-ci bəndinə əsasən diler sub icarə obyektinin istifadəsinə görə aylıq tətbiq olunan vergilər daxil olmalqa 212,40 (iki yüz on iki manat qırx qəpik) manatı müvafiq hesab-faktura və e-qaimə faktura təqdim olunduğu tarixdən etibarən İddiaçınə 10 (on) təqvim günü ərzində ödəməlidir. Həmin müqavilənin 9-cu bəndinə əsasən bu əlavə razılaşma imzalandığı tarixdə qüvvəyə minir və 5 yanvar 2021-ci il tarixindən etibarən tərəflər arasındakı münasibətlərə də şamil olunmaqla müqavilənin müddəti ərzində qüvvədə qalır. İş materiallarından görünür ki, İddiaçı tərəfindən Cavabdeh2 subicarə xidmətləri üçün 1062 manat (min altmış iki) manat icarə haqqının ödənilməsi ilə əlaqədar 17 may 2021-ci il tarixli EBBB seriyalı 718200 nömrəli elektron qaimə-faktura təqdim olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 675-ci maddəsinə əsasən əmlak kirayəsi müqaviləsinə əsasən kirayəyə verən əşyanı kirayəçinin istifadəsinə verməyi, kirayəçi isə bunun üçün kirayəyə verənə kirayə haqqı ödəməyi öhdəsinə götürür. - 700.1-ci maddəsinə əsasən icarə müqaviləsi əmlak kirayəsi müqaviləsidir. Bu müqaviləyə görə kirayəyə verən (icarəyə verən) kirayəçiyə (icarəçiyə) icarəyə götürdüyü obyektdən və ya hüquqdan istifadə ilə yanaşı bəhərdən istifadə etmək və gəlir götürmək hüququ da verir. İcarəçi icarəyə verənə müəyyənləşdirilmiş icarə haqqı ödəməyə borcludur. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh2 arasında bağlanmış AZF/2020/75 nömrəli miksed diler ilə agent müqaviləsinə 15 yanvar 2021-ci il tarixli 1/20 saylı əlavə razılaşmaya əsasən iddiaçı tərəfindən ünvan 3 ünvanında yerləşən İddiaçı sərəncamında olan dükanda 3 kvadrat metr ölçüdə ərazi (sub icarə obyekti) 05 yanvar 2021-ci il tarixindən etibarən müqavilənin müddəti ərzində cavabdehin sub icarəsinə verilmişdir. Lakin Cavabdeh2 razılaşma üzrə öhdəliyini lazımi qaydada icra etməyərək icarə haqqı ödəməmişdir. Buna görə İddiaçı Cavabdeh2 qarşı hazırkı iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Beləliklə, yuxarıda təsvir olunanlara əsasən müəyyən olunur ki, İddiaçı ilə Cavabdeh2 arasında icarə müqaviləsindən irəli gələn öhdəlik hüquq münasibətləri yaranmışdır. Cavabdeh müqavilə əsasında iddiaçıdan əmlakı icarəyə götürmək hüququna malik olduğu kimi, eyni zamanda müqavilə əsasında icarə haqqının iddiaçıya ödənilməsinə dair vəzifələrin də daşıyıcısı olmuşdur. Lakin cavabdeh müqavilə əsasında iddiaçıdan obyekti icarəyə götürməsinə dair hüququndan istifadə etmiş olsa da, icarə haqqını ödəməməklə, tərəflər arasında bağlanmış müqavilə şərtləri üzrə üzərinə götürdüyü öhdəlikləri icra etməmişdir. Buna görə məhkəmə hesab edir ki, sözügedən razılaşma üzrə ödənilməmiş 1062 (min altmış iki) manat məbləğində icarə haqqı borcu Cavabdeh2 oğlundan tutularaq İddiaçınə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikasının Qanununun 8.1.2-ci maddəsinə əsasən iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Bundan başqa, iddia tələbinin “30,7 (otuz manat yetmiş qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 23 dekabr 2025-ci il tarixli ödəniş qəbzindən iddiaçı tərəfindən məhkəməyə müraciət olunan zaman 30,7 (otuz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu ödənildiyi görünür. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 30,7 (otuz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia təmin olunmalı, Cavabdeh2 1062 (min altmış iki) manat məbləğində icarə haqqı və 30,7 (otuz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1092,7 (min yüz doxsan iki manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia təmin edilsin. Cavabdeh2 1062 (min altmış iki) manat məbləğində icarə haqqı və 30,7 (otuz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1092,7 (min yüz doxsan iki manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçınə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar