Məhkəmə qərarları › İş №e-2-2(119)-2694/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-2694/2025

11.02.2026 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-2694/2025 11.02.2026 Sumqayıt Kommersiya Məhkəməsi Sumqayıt Kommersiya Məhkəməsinin hakimi Alıyeva Həlimə Rəşid qızı, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı tərəfindən cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı verilmiş “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxaraq, M Ü Ə Y Y Ə N E T D İ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı sadələşdirilmiş icraat qaydasında cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdehlərdən müştərək qaydada 1785,61 (min yeddi yüz səksən beş manat altmış bir qəpik) manat məbləğində əsas borc, 8,03 (səkkiz manat üç qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1793,64 (min yeddi yüz doxsan üç manat altmış dörd qəpik) manat məbləğində borcun və 38 (otuz səkkiz) manat məbləğində dövlət rüsumunun tutularaq iddaçıya ödənilməsi barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin Xaçmaz filialı ilə Cavabdeh2 arasında 19 oktyabr 2020-ci il tarixli 2345 nömrəli “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya müqaviləsi” bağlanmışdır. Həmin müqaviləyə əsasən Cavabdeh2 illik 1% tətbiq edilməklə, 60 ay müddətinə 4053,19 (dörd min əlli üç manat on doqquz qəpik) manat məbləğində kredit borcunun İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməsini öz öhdəsinə götürmüşdür. Kredit müqaviləsi üzrə öhdəliklərin icrasının təminatı kimi İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının Xaçmaz filialı ilə fiziki şəxslər Cavabdeh1 və Cavabdeh3 arasında 19 oktyabr 2020-ci il tarixli 2345 nömrəli restrukturizasiya müqaviləsi üzrə 19 oktyabr 2020-ci il tarixli 1606 nömrəli və 19 oktyabr 2020-ci il tarixli 1607 nömrəli zaminlik müqavilələri bağlanmışdır. Lakin cavabdehlər kreditor qarşısındakı öhdəliklərini bu günə kimi lazımınca yerinə yetirməmişdir. Belə ki, cavabdehlərin iddiaçıya hazırda 1785,61 (min yeddi yüz səksən beş manat altmış bir qəpik) manat məbləğində əsas borcu 8,03 (səkkiz manat üç qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1793,64 (min yeddi yüz doxsan üç manat altmış dörd qəpik) manat məbləğində borcları vardır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 284-1-ci maddəsinə əsasən mülki işlər üzrə iddianın qiyməti beş min manatdan, kommersiya mübahisələrinə dair işlər üzrə iddianın qiyməti on min manatdan az olan iddialar (kiçik iddialar) üzrə işlərə bu fəslə uyğun olaraq sadələşdirilmiş qaydada baxılmasına yol verilir. Həmin Məcəllənin 284-5.1-ci maddəsinə əsasən ərizənin qəbulundan imtina olunmamışdırsa, onun məhkəməyə daxil olduğu vaxtdan 5 (beş) iş günü ərzində işə baxan hakim cavabdehə rəsmi qaydada bildiriş göndərir. Bildirişdə iddiaçının tələbinə dair cavabdehin əsaslandırılmış etirazının olduğu halda öz dəlillərini və onları təsdiq edən sənədləri təqdim etməli olduğu qeyd edilir. Həmin Məcəllənin 284-5.2-ci maddəsinə əsasən cavabdeh bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri, elektron qaydada verildikdə isə elektron imza ilə təsdiq edilmiş etirazını və ona əlavə olunmuş, “Elektron imza və elektron sənəd haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş qaydada elektron sənəd formasında tərtib edilmiş sənədləri məhkəməyə göndərə bilər. Həmin Məcəllənin 284-5.3-cü maddəsinə əsasən ərizə məhkəməyə daxil olduğu gündən 30 (otuz) iş günü ərzində işə tərəflərin təqdim etdiyi sənədlər əsasında, məhkəmə baxışı keçirilmədən və tərəflər izahatları dinlənilmək üçün çağırılmadan baxılmalı və həmin işin həllinə dair qətnamə çıxarılmalıdır. Həmin Məcəllənin 284-6.1-ci maddəsinə əsasən işə mahiyyəti üzrə baxan hakim tərəfindən iddianın tam və ya qismən təmin və ya rədd edilməsi haqqında qətnamə qəbul edilir. Məhkəmə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatının cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 qarşı “borcun tutulması” tələbi barədə kiçik mübahisələr üzrə iddia ərizəsinə dair kommersiya işinə sadələşdirilmiş icraat qaydasında baxılmasını mümkün hesab etmiş və buna görə də, mülki-prossesual qanunvericiliyin tələblərinə uyğun olaraq “bildirişi rəsmi qaydada aldığı gündən 10 (on) iş günü müddətində iddiaya qarşı əsaslandırılmış etirazını və ona əlavə olunmuş sənədləri məhkəməyə göndərmək” hüququnun izah olunması barədə bildiriş müvafiq qaydada cavabdehlərə göndərilmişdir. Məhkəmə kiçik mübahisələr üzrə iddia ərizəsini və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan kredit verən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatı ilə Cavabdeh2 arasında bağlanmış 19 oktyabr 2020-ci il tarixli 2345 nömrəli “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” müqaviləsinin 2.1-ci bəndinə əsasən tərəflər borclunun "xxxx" Qapalı Səhmdar Cəmiyyəti ilə bağlanmış 24 iyul 2013-cü il tarixli 1110 nömrəli kredit müqaviləsinə əsasən aldığı kredit üzrə bu müqavilənin bağlandığı tarixə ödənilməmiş qalan vaxtı keçmiş 4053,19 (dörd min əlli üç manat on doqquz qəpik) manat məbləğində əsas borc, 1064,61 (min altmış dörd manat altmış bir qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 5117,80 (beş min yüz on yeddi manat səksən qəpik) manat məbləğində kredit borcunun olmasını təsdiq edirlər. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən kreditor borclunun bu müqavilənin 2.1-ci bəndində göstərilən kredit müqaviləsi üzrə ödənilməmiş qalan 4053,19 (dörd min əlli üç manat on doqquz qəpik) manat vaxtı keçmiş əsas kredit borcunun tərəflər arasında bu müqavilə imzalandığı tarixdən 5 il müddətinədək uzadılmasını, həmçinin sözügedən kredit üzrə borcluya hesablanmış və ödənilməmiş 1064,61 (min altmış dörd manat altmış bir qəpik) manat məbləğində faiz borcunun silinməsini təmin edir, borclu isə müvafiq qaydada borca görə təminat təqdim etməklə 4053,19 (dörd min əlli üç manat on doqquz qəpik) manat məbləğində əsas borcunu və ona hesablanan faizləri bu müqaviləyə əlavə edilmiş ödəniş cədvəlinə uyğun olaraq kreditora ödənilməsini öz öhdəsinə götürür. İş materiallarında olan ödəniş cədvəlinə əsasən borcalan Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına olan borcunun son ödəniş tarixi 19 oktyabr 2025-ci il olmaqla, müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəli borcalan Cavabdeh2 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə zamin Cavabdeh1 arasında bağlanmış 19 oktyabr 2020-ci il tarixli 1606 nömrəli zaminlik müqaviləsinə əsasən zamin borc alan Cavabdeh2 19 oktyabr 2020-ci il tarixli 2345 nömrəli “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” müqaviləsi əsasında ödənilməli olan 4053,19 (dörd min əlli üç manat on doqquz qəpik) manat məbləğində borcu ilə əlaqədar kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək borcalan ilə birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürür. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank Olmayan Kredit Təşkilatı ilə zamin Cavabdeh3 arasında bağlanmış 19 oktyabr 2020-ci il tarixli 1607 nömrəli zaminlik müqaviləsinə əsasən zamin borc alan Cavabdeh2 19 oktyabr 2020-ci il tarixli 2345 nömrəli “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” müqaviləsi əsasında ödənilməli olan 4053,19 (dörd min əlli üç manat on doqquz qəpik) manat məbləğində borcu ilə əlaqədar kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək borcalan ilə birlikdə məsuliyyət daşımağı öz öhdəsinə götürür. Həmin zaminlik müqavilələrinin 3.1-ci bəndinə görə zamin kredit təşkilatı qarşısında borcalanın 19 oktyabr 2020-ci il tarixli 2345 nömrəli “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” müqaviləsi üzrə kredit təşkilatına olan kredit və faiz məbləğini, həmçinin bu kreditlə əlaqədar yaranan və yarana biləcək hər cür zərər, komisyon, dəbbə pulu, məhkəmə xərcləri və s. üçün məsuliyyət daşıyır. İş materiallarında olan 17 sentyabr 2025-ci il tarixə kredit və faiz borcunun ödənilməsi ilə bağlı məlumatda göstərilir ki, Cavabdeh2 borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 1785,61 (min yeddi yüz səksən beş manat altmış bir qəpik) manat məbləğində əsas borc, 8,03 (səkkiz manat üç qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1793,64 (min yeddi yüz doxsan üç manat altmış dörd qəpik) manat məbləğində borcu vardır. İş materiallarında olan 11 fevral 2026-cı il tarixə kredit və faiz borcunun ödənilməsi ilə bağlı məlumatda göstərilir ki, Cavabdeh2 borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 1696,15 (min altı yüz doxsan altı manat on beş qəpik) manat məbləğində əsas borc, 11,11 (on bir manat on bir qəpik) manat məbləğində faiz borcu olmaqla, cəmi 1707,26 (min yeddi yüz yeddi manat iyirmi altı qəpik) manat məbləğində borcu vardır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. - 385.1-ci maddəsinə əsasən, öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən, öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən, əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq, öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. Məhkəmə iş üzrə təqdim olunmuş sübutları məcmu halında qiymətləndirərək, sadalanan maddi hüquq normalarına əsaslanaraq və həmin maddələrin tələblərini işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, Cavabdeh2 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatından aldığı kredit üzrə əsas borcu və müqavilə ilə müəyyən edilmiş faizləri iddiaçıya qaytarmalı olmasına dair öhdəliklərin daşıyıcısı olmuşdur. Lakin Cavabdeh2 19 oktyabr 2020-ci il tarixli 2345 nömrəli “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” müqaviləsi üzrə öhdəliklərini icra etməyərək bank qarşısında pul öhdəliyini yerinə yetirməmişdir. Ona görə də həmin müqavilə üzrə kredit ödənişlərini müqavilə şərtlərinə uyğun ödənilməsini təmin etmədiyindən yaranmış borclar iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə qeyd edir ki, 19 oktyabr 2020-ci il tarixli 2345 nömrəli “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” müqaviləsi üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən təqdim edilmiş 11 fevral 2026-cı il tarixə kredit və faiz borcunun ödənilməsi ilə bağlı məlumat nəzərə alınmalıdır. Belə ki, 11 fevral 2026-cı il tarixə kredit və faiz borcunun ödənilməsi ilə bağlı məlumatda Cavabdeh2 sözügedən müqavilə üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına 1696,15 (min altı yüz doxsan altı manat on beş qəpik) manat məbləğində əsas borcunun qaldığı qeyd olunmuşdur. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, 19 oktyabr 2020-ci il tarixli 2345 nömrəli “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” müqaviləsi üzrə 1696,15 (min altı yüz doxsan altı manat on beş qəpik) manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. Məhkəmə hesab edir ki, iddianın "8,03 (səkkiz manat üç qəpik) manat məbləğində faiz borcunun tutulması" tələbinə aid hissəsi əsaslıdır və təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 19 oktyabr 2020-ci il tarixli 1606 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh1 və 19 oktyabr 2020-ci il tarixli 1607 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh3 19 oktyabr 2020-ci il tarixli 2345 nömrəli “Fiziki şəxslərin vaxtı keçmiş kredit borcunun restrukturizasiya” müqaviləsi üzrə borclu kredit təşkilatı qarşısında öz öhdəliklərini tam yerinə yetirənədək onun ilə birlikdə kredit təşkilatı qarşısında həmin borcların ödənilməsinə məsuliyyət daşımağı öhdəsinə götürür. Buna görə məhkəmə hesab edir ki, Cavabdeh2 münasibətdə təmin olunan iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1000 manatdan 10000 manatadək olduqda 30 manat + 1000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddianın “38 (otuz səkkiz) manat məbləğində ödənilmiş dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanmış, 37,04 (otuz yeddi manat dörd qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin olunmalı, cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1696,15 (min altı yüz doxsan altı manat on beş qəpik) manat məbləğində əsas borc, 8,03 (səkkiz manat üç qəpik) manat məbləğində faiz borcu və 37,04 (otuz yeddi manat dörd qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1741,22 (min yeddi yüz qırx bir manat iyirmi iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 284-1 – 284-6, 338-360 və 362-ci maddələrini rəhbər tutaraq, Q Ə T E T D İ: İddia qismən təmin edilsin. Cavabdehlər Cavabdeh2, Cavabdeh3 və Cavabdeh1 müştərək qaydada 1696,15 (min altı yüz doxsan altı manat on beş qəpik) manat məbləğində əsas borc, 8,03 (səkkiz manat üç qəpik) manat məbləğində faiz borcu və 37,04 (otuz yeddi manat dörd qəpik) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 1741,22 (min yeddi yüz qırx bir manat iyirmi iki qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyəti Bank olmayan Kredit Təşkilatına ödənilsin. İddia qalan hissədə təmin edilməsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinin Kommersiya Kollegiyasına apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Hakim Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar