Məhkəmə qərarları › İş №e-2-2(119)-271/2024

Sumqayıt Kommersiya Məhkəməsi Qərardad — İş №e-2-2(119)-271/2024

29.05.2024 · Sair işlər - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Sumqayıt şəhəri İş № e-2-2(119)-271/2024 29.05.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil iştirakı ilə iddiaçılar İddiaçı1 və İddiaçı2 tərəfindən Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı verilmiş “pul tələbi” barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksində açıq məhkəmə hazırlıq iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçılar X3, İddiaçı1 və İddiaçı2 Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “pul tələbi” barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. 24 aprel 2024-cü il tarixdə iddiaçı X1 vəkili və nümayəndəsi Vəkil tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edilərək iddiaçı X1 cavabdeh tərəflə danışıqlar apararaq aralarında razılaşma əldə etdiyini bildirilmiş, iddiaçı X2 aid hissədə iddianın baxılmamış saxlanılması, iddianın və ona əlavə edilmiş sənədlərin, dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Sumqayıt Kommersiya Məhkəməsinin 25 aprel 2024-cü il tarixli e-2-2(119)-271/2024 nömrəli qərardadı ilə iddiaçı X1 nümayəndəsi Vəkil iddiaçılar X1, İddiaçı1 və İddiaçı2 Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “pul tələbi” barədə iddia ərizəsinin və ona əlavə edilmiş sənədlərin iddiaçı X2 aid hissədə qaytarılması barədə ərizəsinin təmin edilməsi, iddiaçılar X1, İddiaçı1 və İddiaçı2 Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “pul tələbi” barədə iddia ərizəsi və və ona əlavə edilmiş sənədlərin iddiaçı X2 aid hissədə geri qaytarılması, iddiaçı X3 tərəfindən 30 yanvar 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 3190 (üç min yüz doxsan) manat məbləğində dövlət rüsumunun (ödənişin tarixi və saatı: 30 yanvar 2024-cü il, saat 16:47; Sumqayıt Kommersiya Məhkəməsi üçün) iddiaçı X2 geri qaytarılması qərara alınmışdır. 29 may 2024-cü il tarixdə iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil tərəfindən “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə məhkəməyə ərizə təqdim edilərək iddiaçılar İddiaçı1 və İddiaçı2 iddia ərizəsini geri götürmək istədikləri bildirilmiş, iddianın və ona əlavə edilmiş sənədlərin, dövlət rüsumunun geri qaytarılması barədə qərardad qəbul edilməsi xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçılar İddiaçı1 və İddiaçı2 vəkili və nümayəndəsi Vəkil iddia ərizəsinin qaytarılması barədə ərizənin məzmununa uyğun izahat verərək məhkəmədən ərizənin təmin edilməsini xahiş etmişdir. Cavabdeh Mənzil-Tikinti Kooperativi məhkəmə hazırlıq iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq onun nümayəndəsi məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 170.1-ci maddəsinin tələblərinə görə işin məhkəmə baxışına hazırlanması zamanı iddiaçının vəsatəti ilə iddia ərizəsi qaytarıla bilər. Həmin Məcəllnin 114.1.3-cü maddəsinə əsasən bu Məcəllə ilə nəzərdə tutulmuş əsaslarla ərizə geri qaytarılarsa, ödənilmiş dövlət rüsumu qaytarılır. Beləliklə, təsvir olunanlara əsasən məhkəmə hesab edir ki, iddiaçılar İddiaçı1 və İddiaçı2 nümayəndəsi Vəkil iddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “pul tələbi” barədə iddia ərizəsinin qaytarılması barədə ərizəsi təmin edilməli və həmin ərizə əsasında iddia ərizəsi və ona əlavə edilmiş sənədlər geri qaytarılmalıdır. Eyni zamanda İddiaçı1 tərəfindən 30 yanvar 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 2524,55 (iki min beş yüz iyirmi dörd manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 30 yanvar 2024-cü il, saat 16:55; Sumqayıt Kommersiya Məhkəməsi üçün) İddiaçı1 və İddiaçı2 tərəfindən 30 yanvar 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 590 (beş yüz doxsan) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 30 yanvar 2024-cü il, saat 16:27; Sumqayıt Kommersiya Məhkəməsi üçün) İddiaçı2 geri qaytarılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 114, 170, 263-264, 267 və 268-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏRARA A L D İ: Ərizə təmin edilsin. İddiaçılar İddiaçı1 və İddiaçı2 Cavabdeh Mənzil-Tikinti Kooperativinə qarşı “pul tələbi” barədə iddia ərizəsi və və ona əlavə edilmiş sənədlər geri qaytarılsın. İddiaçı1 tərəfindən 30 yanvar 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 2524,55 (iki min beş yüz iyirmi dörd manat əlli beş qəpik) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 30 yanvar 2024-cü il, saat 16:55; Sumqayıt Kommersiya Məhkəməsi üçün) İddiaçı1 geri qaytarılsın. İddiaçı2 tərəfindən 30 yanvar 2024-cü il tarixli ********** nömrəli ödəniş qəbzi üzrə dövlət büdcəsinə ödənilmiş 590 (beş yüz doxsan) manat məbləğində dövlət rüsumu (ödənişin tarixi və saatı: 30 yanvar 2024-cü il, saat 16:27; Sumqayıt Kommersiya Məhkəməsi üçün) İddiaçı2 geri qaytarılsın. Qərardaddan rəsmi qaydada verildikdən sonra 10 (on) gün müddətində Sumqayıt Kommersiya Məhkəməsinə şikayət verilə bilər. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar