Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-274/2022 21.10.2022 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X2, Cavabdeh nümayəndəsi Vəkil iştirakı ilə iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN E T D İ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondu “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə Cavabdehnə qarşı “borcun tutulması” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 88557 manat əsas, 64174,99 manat faiz, 15309,32 manat cərimə, 50639,10 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəllənin 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 218680,41 (iki yüz on səkkiz min altı yüz səksən manat 41 qəpik) manat məbləğində kredit borcunun, ilkin mediasiya sessiyasının keçirilməsi ilə bağlı ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin və ödənilmiş 109 (yüz doqquz) manat dövlət rüsumunun cavabdehdən tutularaq ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2009-cu il tarixli, 113 saylı kredit müqaviləsinə əsasən cavabdehə 12 (on iki) ay müddətinə, illik 4% ödənilmək şərtilə 2.500.000 (iki milyon beş yüz min) manat məbləğində kredit verilmişdir. Kredit müqaviləsinə əsasən, borcalan bankdan aldığı krediti və ona hesablanmış faiz borcunu ödəməyi öz üzərinə götürmüşdür. Buna baxmayaraq Cavabdeh kredit müqaviləsinin şərtlərini pozmuş, dəfələrlə şifahi və yazılı xəbərdarlıqlar edilsə də, üzərinə düşən öhdəlikləri lazımınca yerinə yetirməmiş, kredit və faizləri vaxtında ödəməmişdir. Hazırda cavabdehin banka ödənilməmiş 88557 manat əsas, 64174,99 manat faiz, 15309,32 manat cərimə, 50639,10 manat kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış məbləğ olmaqla, cəmi 218680,41 (iki yüz on səkkiz min altı yüz səksən manat 41 qəpik) manat borcu mövcuddur. Cavabdehə 17 sentyabr 2009-cu il tarixli, 113 saylı kredit müqaviləsi üzrə yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün mediasiya prosesinin tətbiqi barədə təklif göndərilmişdir. Cavabdeh təklifə cavab vermədiyi üçün Mediasiya Şurasına yaranmış borc məbləğinin geri qaytarılması və məhkəmə mübahisəsi olmadan qısa müddət ərzində barışıq sazişinin bağlanılması üçün müraciət olunmuşdur. Təyin olunan mediator tərəfindən banka və cavabdehə mediasiya dəvət məktubu göndərilmişdir. Məhkəmə baxış iclasında iştirak edən iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun nümayəndəsi X3 izahatında iddia ərizəsinin məzmununa uyğun izahat verərək, məhkəmədən iddia ərizəsinin təmin olunmasını xahiş etmişdir. Eyni zamanda o, təkrar məhkəmə-mühasibat eskpertizası təyin edilməsi barədə vəsatəti müdafiə edərək 08 sentyabr 2022-ci il tarixli ekspert rəyində bankın tələb etdiyi məbləğlərin- əsas və faiz borcunun əsassız olaraq qeyri-müəyyən hesablandığını qeyd etmiş və yalnış hesablamanın nəticəsində ekspertin düzgün olmayan nəticəyə gəldiyini bildirmişdir. Məhkəmə iclasında iştirak edən Cavabdeh nümayəndəsi Vəkil iş üzrə iki dəfə məhkəmə-mühasibat ekspertizası keçirildiyini, ekspert rəylərində cavabdehin banka artıq pul ödədiyinin qeyd olunduğunu bildirərək məhkəmədən iddia tələbinin rədd olunması barədə qətnamə qəbul edilməsini, həmçinin iddiaçı tərəfindən verilən təkrar məhkəməmühasibat ekspertizasının təyin olunması barədə vəsatət əsassız olduğu üçün həmin vəsatətin rədd olunmasını xahiş etmişdir. Məhkəmə iclasında iştirak edən Azərbaycan Respublikasının Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin böyük eksperti X4 verilən sualları cavablandıraraq ekspertizanın tərəflər arasında bağlanılmış müqavilə, hesabdan çıxarışda göstərilən məlumatlar əsasında qanunvericiliyin tələblərinə uyğun olaraq aparıldığını və müvafiq rəy verildiyini bildirmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia təmin edilməməlidir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 17 sentyabr 2009-cu il tarixli, 113 saylı kredit müqaviləsinin 1.1-ci bəndinə əsasən, borc verən borc alana ******* (iki milyon beş yüz min) manat məbləğində 12 (on iki) ay müddətinə, 17 mart 2010-cu il tarixinədək qaytarılmaqla, illik 4 (dörd) faiz ödənilmək şərti ilə kredit verir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 18 noyabr 2010cu il tarixli, 113/1 saylı kredit müqaviləsinin (133 saylı kredit müqaviləsinə əlavə) 1.1-ci bəndinə əsasən 14 noyabr 2011-ci il tarixinədək qaytarılmaq şərti ilə borc verən tərəfindən borc alana ******* (iki milyon beş yüz min) manat məbləğində kredit verilmişdir. 16 noyabr 2010-cu il tarixindən etibarən verilmiş kreditin illik faiz dərəcəsi 4 faizdən 6,5 faizə artırılır. Həmin müqavilələrin 2.4-cü bəndlərinə əsasən, kreditdən istifadəyə görə faizlər borc alanın ssuda hesabı üzrə borcun yarandığı gündən başlayaraq hər təqvim günü üçün borcun tam ödənildiyi tarixə qədər hesablanır (əsas kimi ayda 30 (otuz) gün, ildə isə 360 (üç yüz altmış) gün götürülür) və hər ayın axırıncı iş günündən gec olmayaraq “borc alan” tərəfindən ödənilməlidir. İş materiallarında olan Əmanətlərin Sığortalanması Fondunun Kreditlərin İdarə edilməsi departamentinin Məhkəmələrlə iş şöbəsinin 30 iyun 2022-ci il tarixli arayışında Cavabdeh 31 mart 2009-cu il tarixdən 20 iyul 2017-ci il tarixədək əsas borc üzrə ******* manat və faiz borcu üzrə 768609,89 manat olmaqla, ümumilikdə 3180052,89 manat ödəniş etdiyi göstərilmişdir. İş materiallarında olan 30 iyun 2021-ci il tarixli maliyyə arayışında Cavabdeh 24 iyun 2021-ci il tarixinə əsas borc üzrə 88557 manat, faiz borcu üzrə 64174,99 manat, cərimə borcu üzrə 15309,32 manat, kredit müqaviləsinin müddəti bitdikdən sonra (Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin xx.xx.2014-cü il tarixli Plenum qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 449.1-ci maddəsinə uyğun olaraq) hesablanmış faiz borcu üzrə 50639,10 manat olmaqla, cəmi 218680,41 (iki yüz on səkkiz min altı yüz səksən manat 41 qəpik) manat məbləğində borcunun olduğu qeyd edilmişdir. Sumqayıt Kommersiya Məhkəməsinin 27 aprel 2022-ci il tarixli qərardadı ilə e-2- 2(119)-274/2022 nömrəli kommersiya işi üzrə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. 22 iyul 2022-ci il tarixli 9/3581 nömrəli ekspert rəyində göstərilmişdir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, iş materiallarında olan hesabdan çıxarış və təqdim edilmiş maliyyə arayışı məlumatları 17 mart 2009-cu il tarixli 133 nömrəli nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilə müddətinin bitdiyi 17 mart 2010-cu il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 2.500.000,0 manat, faiz borcu 12.390,44 manat müəyyən edilir. Müqavilə müddətinin bitdiyi 17 mart 2010-cu il tarixdən 24 iyun 2021-ci il tarixədək olan dövr üzrə illik 4% ilə hesablanan faiz borcu 427.884,71 manat məbləğində təşkil edir. Borcalan tərəfindən 17 mart 2010-cu il tarixdən son ödənişin aparıldığı 20 iyul 2017-ci il tarixədək 3.223.744,49 manat məbləğində ödəniş aparıldığı müəyyən edilmişdir. Aparılmış ödənişin 12.390,44 manatı müqavilə müddəti bitən tarixə olan faiz borcu üzrə, 2.500.000,0 manatı əsas borc üzrə, 427.884,71 manatının isə 17 mart 2010-cu il tarixdən xx.xx.2021-ci il tarixədək olan dövr üzrə illik 4% ilə hesablanan faiz borcundan silinməli olduğu məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu müəyyən edilmir, 283.469,35 manat məbləğində artıq ödəniş aparıldığı müəyyən edilir. Bank tərəfindən kredit müqaviləsi üzrə əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmamışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 16 avqust 2022-ci il tarixli qərardadı ilə e-2- 2(119)-274/2022 nömrəli kommersiya işi üzrə əlavə məhkəmə-mühasibat ekspertizası təyin edilmişdir. 08 sentyabr 2022-ci il tarixli 9/6396 nömrəli ekspert rəyində göstərilmişdir ki, iş materiallarında olan hesabdan çıxarış və təqdim edilmiş maliyyə arayışı məlumatları 17 mart 2009-cu il tarixli 133 nömrəli nömrəli kredit müqaviləsinin qeyd olunan şərtləri nəzərə alınmaqla Cavabdeh müqavilə müddətinin bitdiyi 17 mart 2010-cu il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan əsas borcu 2.500.000,0 manat, faiz borcu 12.390,44 manat müəyyən edilir. Hazırki ekspertiza tədqiqatı zamanı əsas borc üzrə faiz məbləği 17 mart 2009-cu il tarixdən müqavilə müddətinin bitdiyi 17 mart 2010-cu il tarixinədək illik faiz dərəcəsi 4% ilə, 16 noyabr 2010-cu il tarixdən kredit müqaviləsinə əlavənin müddətinin bitdiyi 14 noyabr 2011-ci il tarixinədək illik faiz dərəcəsi 6,5% ilə faiz borcu, 14 noyabr 2011-ci il tarixdən 24 iyun 2021-ci il tarixədək 5% dərəcəsi ilə faizlər hesablanmışdır. Borcalan tərəfindən 31 mart 2009-cu il tarixdən son ödənişin aparıldığı 20 iyul 2017-ci il tarixədək 3.311.632,0 manat məbləğində ödəniş aparıldığı müəyyən edildi. Aparılmış ödənişin 100.277,78 manatı müqavilə müddəti bitən tarixə olan faiz borcu üzrə, 2.500.000,0 manatı əsas borc üzrə, 157.621,76 manatı 16 noyabr 2010-cu il tarixdən 14 noyabr 2011-ci il tarixədək illik 6,5% ilə hesablanmış faiz borcundan və 14 noyabr 2011-ci il tarixdən 24 iyun 2021-ci il tarixədək olan müddət üzrə illik 5% dərəcəsi ilə hesablanmış 371.032,21 manat faiz borcundan silinməli olduğu məhkəmə tərəfindən nəzərə alındığı təqdirdə Cavabdeh İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan borcu müəyyən edilmir, 182.700,08 manat məbləğində artıq ödəniş aparıldığı müəyyən edilir. Bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən hazırkı ekspertiza zamanı borcalana qeyd olunan kredit müqaviləsi üzrə cərimə hesablanmadı. Beləliklə, 22 iyul 2022-ci il tarixli 9/3581 nömrəli və 08 sentyabr 2022-ci il tarixli 9/6396 nömrəli ekspert rəylərinə əsasən müəyyən olunur ki, Cavabdeh iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fonduna əsas və faiz borcu yoxdur, hətta artıq ödənişlər edilmişdir. Cavabdehin cərimə borcu ilə bağlı hər iki ekspert rəyində bank tərəfindən kredit müqaviləsi üzrə hesablanan cərimənin hesablanmasını əks etdirən hesabdan çıxarış məlumatları təqdim edilmədiyindən ekspertiza zamanı borc alana həmin kredit müqaviləsi üzrə cərimə hesablanmadığı qeyd edilmişdir. Qeyd olunanlara əsasən məhkəmə hesab edir ki, iddia tələbi əsassızdır və göstərilən kredit müqaviləsi üzrə cavabdehin borcunun olması sübuta yetmir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. Həmin Məcəllənin 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. Həmin Məcəllənin 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. Həmin Məcəllənin 218.3-cü maddəsinə əsasən, hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə göstərilənləri nəzərə alaraq hesab edir ki, iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı “borcun tutulması” barədə iddia tələbi rədd edilməlidir. Eləcə də, iddia tələbi təmin edilmədiyindən, məhkəmə xərcləri iddiaçının özünə aid edilməli və iş üzrə keçirilmiş məhkəmə-mühasibat ekspertizası və əlavə məhkəməmühasibat ekspertizası tədqiqatlarının dəyəri olan cəmi 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan dövlət nəfinə tutularaq X1 ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-1-ci maddəsinə əsasən, “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondunun Cavabdehnə qarşı “borcun tutulması” barədə iddia tələbi rədd edilsin. İş üzrə keçirilmiş məhkəmə-mühasibat və əlavə məhkəmə-mühasibat ekspertizaları tədqiqatının dəyəri olan cəmi 250 (iki yüz əlli) manat məbləğində pul vəsaiti iddiaçı ləğv prosesində olan İddiaçı Açıq Səhmdar Cəmiyyətinin ləğvedicisi Əmanətlərin Sığortalanması Fondundan tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən bir ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməzsə, qətnamə işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-274/2022
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-274/2022
21.10.2022 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver