Məhkəmə qərarları › İş №e-2-2(119)-28/2023

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-28/2023

12.05.2023 · Torpaq mübahisələri - Digər
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-28/2023 12.05.2023 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Abdulrəhimov Kamran Hüseyn oğlunun katibliyi, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2, cavabdeh "xxxx" X1i təmsilçisi Nümayəndə3 iştirakı ilə iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdeh "xxxx" X3rşı verilmiş “torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması və zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə cavabdeh "xxxx" X3rşı “torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması və zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək "xxxx" X5 məxsus əmlak kompleksinin yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən dövlət mülkiyyətində olan 1650 kv.m torpaq sahəsinin əmlak kompleksinin xx.xx.2013-cü il tarixli texniki pasportunda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi, həmçinin zəbt edilmiş 40 kv.m torpaq sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi, habelə mediasiya sessiyası ilə bağlı mediasiya təşkilatına ödənilmiş 20 manatın Əmlak Məsələləri Dövlət Xidmətinə ödənilməsinə dair qətnamə çıxarılmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyinin yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron ərazi şöbəsinin əməkdaşları tərəfindən keçirilmiş monitorinq nəticəsində Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən, "xxxx" X5 məxsus əmlak kompleksinin yerləşdiyi, dövlət mülkiyyətində olan 1650 kv.m torpaq sahəsində cavabdeh tərəfindən qanunvericiliklə müəyyən edilmiş qaydada Əmlak Məsələləri Dövlət Xidmətindən müvafiq razılıq alınmadan təqribən 89.7 kv.m tikilinin inşa edildiyi və 30 kv.m quraşdırma işlərinin aparıldığı, həmçinin müəssisənin istifadəsində olan 1650 kv.m torpaq sahəsinə bitişik olan, dövlət mülkiyyətində olan 40 kv.m torpaq sahəsinin hüquqmüəyyənedici sənədlər olmadan zəbt edildiyi aşkar olunmuşdur. Azərbaycan Respublikası Prezidentinin xx.xx.1997-ci il tarixli, 659 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Özəlləşdirilən müəssisə və obyektlərin yerləşdiyi torpaq sahələrinin satılması qaydaları haqqında Əsasnamə”nin 2-ci bəndinə əsasən özəlləşdirilən dövlət müəssisə və obyektlərinin yerləşdiyi torpaq sahələri dedikdə dövlət müəssisə və obyektlərinin özəlləşdirilməsi zamanı onların texniki pasportlarında göstərilmiş hüdudlar daxilində istifadəsində olan torpaqlar nəzərdə tutulur. Cavabdeh tərəfindən qeyd edilən qanunsuz tikinti işləri qeyri-yaşayış binasının texniki pasportunda göstərilmiş hüdudlar daxilində aparılmışdır. Beləliklə, cavabdeh dövlətin torpaq sahəsi üzərində mülkiyyət hüququnu pozaraq, orada qeyri-qanuni olaraq tikinti işləri aparmışdır, eyni zamanda özünə aid olmayan 40 kv.m dövlət mülkiyyətində olan torpaq sahəsini zəbt etmişdir. Cavabdehlə mübahisənin mediasiya vasitəsi ilə həll edilməsi üçün Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən mediasiya təşkilatına müraciət olunmuş, lakin cavabdeh mediasiya prosesində iştirak etməmişdir. Cavabdeh "xxxx" X6 tərəfindən məhkəməyə etiraz ərizəsi göndərilərək bildirilmişdir ki, Xırdalan şəhərində fəaliyyət göstərən "xxxx" X5 Abşeron rayon İK-nın 31 mart 1989-cu il tarixli N-066 saylı qərarı ilə 16,5 sot torpaq sahəsi verilmişdir. Torpaq sahəsində müəssisə öz vəsaiti hesabına 1989-1990-cı illərdə inzibati otaq, çardaq və istehsal yönümlü bir neçə otaq tikmişdir. Tikililər və torpaq sahəsi 28 fevral 2001-ci il tarixində Abşeron rayon texniki inventarlaşma tərəfindən qeydiyyata alınaraq mülkiyyət hüquqları əsasında 283 saylı qeydiyyat vəsiqəsi və texniki pasport verilmişdir. Tikintilər özəlləşdirilmiş, lakin tikinti altında olan torpaq sahəsinin özəlləşdirilməsi mümkün olmamışdır. Həmin torpaq sahəsini özəlləşdirmək məqsədi ilə "xxxx" X6 tərəfindən 2001-ci il tarixindən Əmlak Məsələləri Dövlət Komitəsinə, daha sonra pozulmuş hüquqlarını bərpa etmək məqsədi ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinə müraciət edilmişdir. Məhkəmə prosesləri 12 il çəkmişdir. Əmlak Məsələləri Dövlət Komitəsi məhkəmə proseslərini uzatmaq məqsədi ilə müəssisənin tikintilərini qanunsuz inşa etdiyini bildirərək verilmiş hüquqi sənədlərin etibarsız sayılması haqda dəfələrlə məhkəmədə iddia qaldırmışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 13 mart 2013-cü il tarixli 2-2(105)-57/2013 nömrəli qərarı ilə komitənin iddası təmin edilməmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 24 iyun 2013-cü il tarixli 2-2(102)- 682/2013 nömrəli qərarı ilə komitənin kassasiya şikayəti təmin edilməmişdir. Məhkəmə qərarından sonra müəssisə 283 saylı qeydiyyat vəsiqəsini və texniki pasportunu dəyişdirərək xx.xx.2013-cü il tarixində inşa edilmiş tikintilərə yeni texniki pasport və çıxarış almışdır. Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(105)- 204/2021 nömrəli qərarı ilə "xxxx" X4 tikinti altında olan 16,5 sot torpaq sahəsinin normativ qiymətlə özəlləşdirilməsi öhdəliyi cavabdeh Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmuşdur. Ali Məhkəmənin İnzibati Kollegiyası xx.xx.2021-ci il tarixli 2-1(102)- 1651/2021 nömrəli qərarı ilə cavabdehin kassasiya şikayətini təmin etməmişdir və Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının qərarını dəyişdirilmədən qüvvədə saxlamışdır. Qərarların icraya yönəldilməsindən bir ilə yaxın vaxt keçməsinə baxmayaraq cavabdeh Əmlak Məsələləri Dövlət Xidməti müxtəlif bəhanərlə məhkəmə qərarının icrasından imtina edir. Bundan başqa qeyd olunur ki, Əmlak Məsələləri Dövlət Xidmətinin Abşeron rayon ərazi şöbəsinin əməkdaşları tərəfindən müəssisənin ərazisinə baxış keçirilən zaman "xxxx" X4 iştirakı təmin edilməmiş və saxta arayış tərtib edilərək Xidmətə təqdim olunmuşdur. Arayışda guya müəssisənin 40 kv.metr əlavə torpaq sahəsi zəbt etdiyi, Xidmətdən icazə alınmadan 89,7 kv.m tikinti inşa eddiyi və 30 kv.m quraşdırma işləri aparıldığı göstərilmişdir. Tikintilər 1989-1990-cı illərdə inşa olunduğundan bu dövrlərdə sadə inşalar üçün icazə tələb olunmurdu. 1995-ci il tarixindən müəssisənin fəaliyyəti dayanmış və tikililərin istismar müddəti bitdiyindən əsaslı təmirə ehtiyacı yaranmışdır. Müəssisənin texniki pasportunda qeyd edilən 16,5 sot torpaq sahəsinin məhkəmə qərarı ilə özəlləşdirilməsi mübahisə predmeti olmamalıdır. Əmlak Məsələləri Dövlət Xidməti qüvvəyə minmiş məhkəmə qərarlarının icra olunmasıdan yayınaraq müxtəlif bəhanələrlə hərəkətsizliyini göstərir. Etirazda göstərilənlərə əsasən iddiaçı Əmlak Məsələləri Dövlət Xidməti "xxxx" X3rşı qərəzli mövqe tutduğundan, işin mahiyyəti üzrə heç bir sübut təqdim etmədiyindən iddianın təmin olunmaması barədə qərar çıxarılması xahiş olunmuşdur. Məhkəmə iclasında iştirak edən iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin nümayəndəsi Nümayəndə2 iddianı müdafiə edib iddia ərizəsinin məzmununa uyğun izahat verərək iddia tələbinin təmin olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Məhkəmədə cavabdeh "xxxx" X1i təmsilçisi Nümayəndə3 etirazın məzmununa uyğun izahat verərək məhkəmədən iddia tələbinin rədd olunmasını xahiş etmişdir. Məhkəmə, proses iştirakçılarını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia tələbi rədd edilməlidir. Belə ki, iş materiallarından görünür ki, "xxxx" X5 məxsus Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən əmlak kompleksinə xx.xx.2013-cü il tarixdə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti tərəfindən texniki pasport verilmişdir İş materiallarından görünür ki, Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2-1(118)-141/2020 nömrəli qərarı ilə “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə 05 iyun 2016-cı il tarixli 377 saylı qərar əsasında əlavə edilmiş 6- 1 bəndinin müddəalarını tətbiq etmədən "xxxx" X4 istifadəsində olan 16,5 sot torpaq sahəsinin Əsasnamənin 6-cı bəndinin tələblərinə uyğun normativ qiymətinin müəyyən edilməsi öhdəliyi Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulmuşdur. Sumqayıt Apellyasiya Məhkəməsinin 16 may 2021-ci il tarixli 2-1(105)-204/2021 nömrəli qərarı ilə Sumqayıt İnzibati-İqtisadi Məhkəməsinin 13 oktyabr 2020-ci il tarixli 2- 1(118)-141/2020 nömrəli qərarı dəyişdirilmiş, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 aprel 1998-ci il tarixli 27 saylı qərarı ilə təsdiq edilmiş “Özəlləşdirilən dövlət müəssisə və obyektlərinin, habelə hüquqi və fiziki şəxslər tərəfindən inşa edilmiş müəssisə və obyektlərin yerləşdiyi dövlət torpaq sahələrinin normativ qiyməti haqqında” Əsasnaməyə Nazirlər Kabinetinin 05 oktyabr 2016-cı il tarixli 377 saylı qərarı əsasında əlavə edilmiş 6-1 bəndin müddəaları tətbiq edilmədən Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında "xxxx" X6 tərəfindən özəlləşdirilmiş əmlak kompleksinin yerləşdiyi 1650.0 kv.m torpaq sahəsinin normativ qiymətə əsasən iddiaçının adına özəlləşdirilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə qoyulması qərara alınmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin 22 sentyabr 2021-ci il tarixli 2-1(102)- 1651/2021 nömrəli qərarı ilə Sumqayıt Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 16 may 2021-ci il tarixli 2-1(105)-204/2021 nömrəli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. İş materiallarında olan 13 mart 2023-cü il tarixli 10/7735 nömrəli ekspert rəyində göstərilir ki, Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən "xxxx" X4 istifadəsinə verilmiş 1650 kv.m torpaq sahəsinə bitişik, təxminən 40 kv.m dövlət mülkiyyətində olan torpaq sahəsinin "xxxx" X6 tərəfindən istifadə olunmadığı müəyyən edilmişdir. "xxxx" X4 istifadəsində olan torpaq sahəsində texniki pasportda qeyd olunmayan təxminən 89,7 kv.m ölçüdə yarımçıq tikilinin, ikinci mərtəbə səviyyəsində taxta konstruksiyalardan yığılmış 30,0 kv.m ölçüdə quraşdırmanın (müvəqqəti tikili) mövcud olduğu müəyyən edilmişdir. Qeyd olunur ki, “GoogleEarth” internet xəritə proqramında mövcud olan illər üzrə görüntülərə əsasən texniki pasportda qeyd olunmayan həmin yarımçıq tikililər texniki pasport tərtib olunan tarixdə və həmin tarixdən əvvəl təxminən 2004-cü il tarixindən həmin ərazidə mövcud olmuşdur. (2004-cü il tarixindən əvvəlki görüntülər “GoogleEarth” internet xəritə proqramında mövcud deyil.) Azərbaycan Resublikasının Mülki Məcəlləsinin: - 146.1-ci maddəsinə əsasən daşınmaz əmlaka sahiblik və istifadə hüququ onun barəsində əqdin notariat qaydasında təsdiq edildiyi andan əmələ gəlir (məhkəmə qərarı və ya digər qanuni qüvvəyə malik olan və barəsində şikayət verilə bilməyən qərar əsasında yaranan hüquq istisna olmaqla); - 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüququdur; - 157.8-ci maddəsinə əsasən mülkiyyətçi hüquqları mülkiyyətçi olmasa da, bu Məcəllədə və ya müqavilədə nəzərdə tutulan əsasla əmlaka sahiblik edən şəxsə də mənsubdur; - 158.4-cü maddəsinə əsasən mülkiyyətçi olmayan şəxsin əmlak hüquqları istənilən şəxs, o cümlədən mülkiyyətçi tərəfindən pozulmaqdan müdafiə edilir. Göründüyü kimi, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti "xxxx" X5 məxsus əmlak kompleksinin yerləşdiyi Abşeron rayonu, Xırdalan şəhəri, 26-cı məhəllə ünvanında yerləşən dövlət mülkiyyətində olan 1650 kv.m torpaq sahəsinin əmlak kompleksinin xx.xx.2013-cü il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi və zəbt edilmiş 40 kv.m torpaq sahəsinin boşaldılaraq Əmlak Məsələləri Dövlət Xidmətinə təhvil verilməsi tələbi ilə məhkəməyə müraciət etsə də, iş üzrə keçirilmiş məhkəmə tikinti-texniki ekspertizasının rəyində "xxxx" X4 istifadəsinə verilmiş 1650 kv.m torpaq sahəsinə bitişik, təxminən 40 kv.m dövlət torpaq sahəsinin "xxxx" X6 tərəfindən istifadə olunmadığı və xx.xx.2013-cü il tarixli texniki pasport tərtib olunan tarixdə və həmin tarixdən əvvəl göstərilən ərazidə təxminən 89,7 kv.m ölçüdə yarımçıq tikilinin, ikinci mərtəbə səviyyəsində taxta konstruksiyalardan yığılmış 30,0 kv.m ölçüdə quraşdırmanın (müvəqqəti tikili) mövcud olduğu qeyd olunmuşdur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ekspert rəyi mötəbər sübut kimi nəzərə alınamalıdır. Beləliklə, məhkəmə araşdırması zamanı müəyyən edilmişdir ki, iddia ərizəsində zəbt edildiyi qeyd olunan 40 kv.m dövlət torpaq sahəsi "xxxx" X6 tərəfindən zəbt olunmamışdır. Habelə iddia ərizəsində əmlak kompleksinin xx.xx.2013-cü il tarixli texniki pasportda qeyd edilən ilkin vəziyyətə bərpa edilməsi xahiş olunsa da, 89,7 kv.m ölçüdə yarımçıq tikilinin və ikinci mərtəbə səviyyəsində taxta konstruksiyalardan yığılmış 30,0 kv.m ölçüdə quraşdırmanın (müvəqqəti tikili) həmin texniki pasport verilərkən, hətta ondan uzun müddət əvvəl mövcud olduğu müəyyən edilmişdir. Bununla yanaşı məhkəmə qeyd etməyi zəruri hesab edir ki, yuxarıda qeyd olunan məhkəmə qətnamələri əsasında "xxxx" X5 məxsus əmlak kompleksinin yerləşdiyi 1650 kv.m torpaq sahəsinin normativ qiymətə əsasən cavabdehin adına özəlləşdirilməsi ilə bağlı Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidmətinin üzərinə öhdəlik qoyulmuşdur. Yuxarıda təsvir olunanlardan müəyyən olunur ki, məhkəmə araşdırması zamanı iddiaçının hazırkı iddia tələbinin əsaslılığı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh "xxxx" X3rşı “torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması və zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbi barədə iddia ərizəsi əsassız olduğundan rədd edilməlidir. Eyni zamanda məhkəmə xərcləri iddiaçının özünə aid edilməli, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən tutularaq X2 ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən cavabdeh "xxxx" X3rşı verilmiş “torpaq sahəsinin ilkin vəziyyətə qaytarılması və zəbt edilmiş torpaq sahəsinin boşaldılaraq təhvil verilməsi” tələbi barədə iddia ərizəsi rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti iddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətindən tutularaq X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilmədikdə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar