Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-28/2025 20.05.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Atakişiyeva Nülufər Nizami qızının katibliyi, İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1 və Cavabdeh2 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış bank xidmətlərinin göstərilməsi haqqında 10 may 2022-ci il tarixli **********10052022 nömrəli ümumi müqavilə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 09 mart 2023-cü il tarixli 6659/110 nömrəli Əlavəsinə əsasən 74431,40 (yetmiş dörd min dörd yüz otuz bir manat qırx qəpik) manat məbləğində əsas borc, 4809,88 (dörd min səkkiz yüz doqquz manat səksən səkkiz qəpik) manat məbləğində faiz borcu, 230,52 (iki yüz otuz manat əlli iki qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 79471,80 (yetmiş doqquz min dörd yüz yetmiş bir manat səksən qəpik) manat məbləğində borcun, məhkəməyə müraciət üçün ödənilmiş 328,42 (üç iyirmi səkkiz manat qırx iki qəpik) manat məbləğində dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 53 (əlli üç) manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulması, borc tələbinin kreditin təminatı kimi Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0092 ha torpaq sahəsi və onun üzərində yerləşən 52 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, əmlak satıldıqdan sonra cavabdeh yaşayış sahəsindən çıxmadıqda, məcburi qaydada çıxarılmaqla əmlakın tam boşaldılması, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanmış bank xidmətlərinin göstərilməsi haqqında 10 may 2022-ci il tarixli, **********10052022 saylı ümumi müqavilə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 6659/110 saylı, 09 mart 2023-cü il tarixli əlavəsinə əsasən Cavabdeh1 18 ay müddətinə illik 15% olmaqla 100000 (yüz min) manat kredit verilmişdir. Əlavə olaraq İddiaçı ASC ilə Cavabdeh2 arasında 09 mart 2023-cü il tarixli zaminlik müqaviləsi bağlanmışdır. Zaminlik müqaviləsində bank xidmətlərinin göstərilməsi haqqında 10 may 2022-ci il tarixli, **********10052022 saylı ümumi müqavilə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 6659/110 saylı, 09 mart 2023-cü il tarixli əlavəsi üzrə bank qarşısında öhdəliklərin vaxtında yerinə yetirilməsində Cavabdeh2 borcalanla eyni dərəcədə məsuliyyətinin olması əks olunmuşdur. Kredit öhdəliyinin icrasını təmin etmək məqsədilə İddiaçı ASC ilə Cavabdeh1 arasında bağlanmış 09 mart 2023-cü il tarixli 01/110 saylı sonrakı ipoteka müqaviləsinə əsasən Cavabdeh1 məxsus ünvan 1 ünvanında fərdi yaşayış evi İddiaçı ASC-nin xeyrinə ipoteka ilə yüklü edilmişdir və Hüququların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində 10 mart 2023-cü il tarixli, ********** qeydiyyat və **********47-10301 reyestr nömrəsi ilə qeyd edilmişdir. 17 yanvar 2024-cü il tarixə hesablanmış maliyyə arayışına əsasən bank xidmətlərinin göstərilməsi haqqında 10 may 2022-ci il tarixli, **********10052022 saylı ümumi müqavilə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 6659/110 saylı 09 mart 2023-cü il tarixli əlavəsinə əsasən cavabdehlərin 74431,40 (yetmiş dörd min dörd yüz otuz bir manat qırx qəpik) manat əsas, 4809,88 (dörd min səkkiz yüz doqquz manat səksən səkkiz qəpik) manat faiz borcu, 230,52 (iki yüz otuz manat əlli iki qəpik) manat cərimə borcu olmaqla, ümumilikdə 79471,80 (yetmiş doqquz min dörd yüz yetmiş bir manat səksən qəpik) manat borcu qalmışdır. Cavabdehlər kreditin qaytarılması haqqında dəfələrlə xəbərdarlıq olunmuş, lakin buna baxmayaraq bu günə kimi kredit borcunun və kreditə hesablanmış faizlərin ödənilməsi üçün tədbirlər görülməmişdir. Buna görə də bank olaraq öz hüquqlarını müdafiə etmək üçün məhkəməyə müraciət etmək məcburiyyətində qalmışdır. Məhkəmə iclasında iştirak edən İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək Cavabdeh1 arasında bağlanmış bank xidmətlərinin göstərilməsi haqqında 10 may 2022-ci il tarixli **********10052022 nömrəli ümumi müqavilə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 09 mart 2023-cü il tarixli 6659/110 nömrəli Əlavəsinə əsasən 74431,40 (yetmiş dörd min dörd yüz otuz bir manat qırx qəpik) manat məbləğində əsas borc, 4809,88 (dörd min səkkiz yüz doqquz manat səksən səkkiz qəpik) manat məbləğində faiz borcu, 230,52 (iki yüz otuz manat əlli iki qəpik) manat məbləğində cərimə borcu olmaqla, cəmi 79471,80 (yetmiş doqquz min dörd yüz yetmiş bir manat səksən qəpik) manat məbləğində borcun, məhkəməyə müraciət üçün ödənilmiş 328,42 (üç iyirmi səkkiz manat qırx iki qəpik) manat məbləğində dövlət rüsumunun və ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi üçün ödənilmiş 53 (əlli üç) manat məbləğində dövlət rüsumunun müştərək qaydada Cavabdeh1 və Cavabdeh2 iddiaçının xeyrinə tutulması, borc tələbinin kreditin təminatı kimi Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0092 ha torpaq sahəsi və onun üzərində yerləşən 52 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməsi, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilməklə əmlakın açıq hərracdan satılması, əldə olunacaq vəsait hesabına kredit borcunun ödənilməsi, satışdan əldə olunacaq vəsait iddiaçının tələblərini ödəməyə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən tutularaq iddiaçıya ödənilməsi barədə qətnamə qəbul olunmasını məhkəmədən xahiş etmişdir. O, ipoteka predmetinin ilkin satış qiyməti müəyyən edilərkən sonrakı ipoteka müqaviləsində göstərilmiş qiymətin nəzərə alınmasını xahiş etmişdir. Cavabdehlər məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq məhkəməyə gəlməməsinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişdir. Məhkəmə Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185-ci maddəsinin tələblərinə uyğun olaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə müştəri Cavabdeh1 arasında bağlanmış 10 may 2022-ci il tarixli **********10052022 nömrəli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə (mikrokredit üzrə) əsasən bu müqavilə bank tərəfindən müştəriyə göstərilən xidmətlərin ümumi şərtlərini və qaydalarını müəyyən edir, həmçinin, bunun nəticəsində bank və müştəri arasında yaranan münasibətləri tənzimləyir. Müqavilədə istifadə olunan əsas anlayışlar müqavilənin ayrılmaz tərkib hissəsi hesab olunan 1 saylı Qoşmada əks olunmuşdur. İş materiallarında olan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə borc alan Cavabdeh1 arasında bağlanmış 10 may 2022-ci il tarixli **********10052022 nömrəli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqaviləyə 09 mart 2023-cü il tarixli kreditləşmənin xüsusi şərtlərinə dair 6659/110 saylı Əlavəyə əsasən dövriyyə vəsaitlərinin artırılması məqsədilə kredit alan Cavabdeh1 18 ay müddətinə illik 15 % dərəcəsi ilə 100000 (yüz min) manat məbləğində kredit verilmişdir. Həmin Əlavənin 2-ci bəndinə əsasən bank xüsusi şərtlərlə borcalana kredit ayırır, borcalan isə kreditdən müqavilənin və əlavənin şərtlərinə uyğun olaraq istifadə etməyi, habelə krediti (əsas borcu), kreditdən istifadəyə görə hesablanacaq faizləri, komisyon haqq(lar)ı müqavilə (əlavə) ilə müəyyən olunan müddətdə və qaydada banka ödəməyi öhdəsinə götürür. Həmin Əlavənin 2.15.3-cü bəndinə əsasən bu Əlavənin 2.15.4-cü bəndlərinin tələblərinin pozulması halında bu Əlavənin 2.6-cı bəndində göstərilən illik faiz dərəcəsindən əlavə 5 (beş) faiz dərəcəsi həcmində cərimə faizi, kredit vəsaiti digər maliyyələşmə mənbələrinin (hüquqi, fiziki, publik hüquqi şəxslər, həmçinin agentlik, dövlət orqanları və s.) hesabına təqdim edildiyi təqdirdə və borcalanın hərəkət və ya hərəkətsizliyi nəticəsində təqdim edilən kreditlərin təyinatı üzrə istifadə edilməməsi və ya digər hallarda bankla həmin şəxslər arasında bağlanmış müqavilələrə əsasən həmin vəsaitin geri ödənilməsi bankdan tələb edildiyi halda kredit üzrə illik 20 (iyirmi) faiz dərəcəsi tətbiq ediləcəkdir. Qeyd edilən hallardan biri üzrə cərimə faizinin tətbiq edilməsi digər halların baş verməsi nəticəsində də cərimə faizinin tətbiq edilməsini istisna etmir, lakin hər bir halda tətbiq ediləcək ümumi (ilkin və yeni faizlər) faiz dərəcəsinin həcmi illik 30 (otuz) faizdən çox ola bilməz. Bu halda bank tərəfindən kreditin yeni ödəniş qaydasını müəyyən edən yeni ödəniş qrafiki tərtib edilə bilər. İş materiallarında olan 09 mart 2023-cü il tarixli 6659/110 nömrəli kredit müqaviləsinə əlavə olan kreditin və ona hesablanmış faizlərin ödəniş cədvəlindən görünür ki, kredit alan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 09 sentyabr 2024-cü il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş cədvəlini kredit alan Cavabdeh1 imza etmişdir. İş materiallarında olan 09 mart 2023-cü il tarixli 9368/110 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 Cavabdeh1 kreditor qarşısında yaranmış **********10052022 saylı 10 may 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilədə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 09 mart 2023-cü il tarixli 6659/110 saylı əlavəsində olan öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. İş materiallarında olan ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 09 mart 2023-cü il tarixli 01/110 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan mülkiyyət hüququ ilə ona məxsus olan ünvan 1 ünvanında yerləşən xüsusi mülkiyyətində olan 0.0092 ha torpaq sahəsi və onun üzərində yerləşən 52 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evini **********10052022 saylı 10 may 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 09 mart 2023-cü il tarixli 6659/110 saylı əlavəsinə əsasən borcalanın ipoteka saxlayan qarşısında mövcud olan və/ və ya gələcəkdə yaranan öhdəliklərinin icrasının təmin edilməsi məqsədilə ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.4-cü bəndinə əsasən ipoteka predmetinin bazar dəyəri biznes kredit riskləri və informasiya təhlükəsizliyi ofisinin pərakəndə və mikro kreditlərin anderraytinqi departamenti girovlarla iş və qiymətləndirmə şöbəsi tərəfindən verilmiş rəyə müvafiq olaraq 02 mart 2023-cü il tarixə 53000 (əlli üç min) manat məbləğində müəyyən edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət deydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, ünvan 1 ünvanında yerləşən 0.0092 ha torpaq sahəsi və onun üzərində yerləşən 52 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin Hüquqların dövlət deydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki ünvan 2 ünvanında yerləşən 0.0092 ha torpaq sahəsi və onun üzərində yerləşən 52 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi **********10052022 saylı 10 may 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 09 mart 2023cü il tarixli 6659/110 saylı əlavəsi göstərilmişdir. İş materiallarından olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinə Daşınmaz Əmlakın Kadastrı və Reyestri publik hüquqi şəxsinin 2 saylı Sumqayıt Ərazi İdarəsinin 25 yanvar 2024-cü il tarixli ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydiyyata alınmasına barədə məktubuna əsasən Cavabdeh1 məxsus olan Sumqayıt şəhəri, Corat qəsəbəsi ərazisi, 190/1 ünvanında yerləşən fərdi yaşayış evi üzərinə yönəldilmiş tutma barədə bildiriş daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. İş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1 və Cavabdeh2 17 yanvar 2024-cü il tarixli xəbərdarlıq məktubu göndərilərək **********10052022 saylı 10 may 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 09 mart 2023-cü il tarixli 6659/110 saylı əlavəsi üzrə 16 yanvar 2024-cü il tarixinə 74431,40 (yetmiş dörd min dörd yüz otuz bir manat qırx qəpik) manat məbləğində əsas borc, 4809,88 (dörd min səkkiz yüz doqquz manat səksən səkkiz qəpik) manat məbləğində faiz borcu, 230,52 (iki yüz otuz manat əlli iki qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə 79471,80 (yetmiş doqquz min dörd yüz yetmiş bir manat səksən qəpik) manat məbləğində borc olduğu bildirilmiş, kredit borcları üzrə tam borc məbləğinin ödənilməsi əks təqdirdə kredit müqaviləsinin şərtlərinə və Azərbaycan Respublikasının qanunlarının tələblərinə uyğun olaraq müvafiq tədbirlər görüləcəyi qeyd edilmişdir. İş materiallarında olan 05 fevral 2024-cü il tarixli maliyyə arayışında göstərilir ki, **********10052022 saylı 10 may 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 09 mart 2023cü il tarixli 6659/110 saylı əlavəsi üzrə cavabdehlər Cavabdeh1 və Cavabdeh2 16 yanvar 2024-cü il tarixinə 74431,40 (yetmiş dörd min dörd yüz otuz bir manat qırx qəpik) manat məbləğində əsas borc, 4809,88 (dörd min səkkiz yüz doqquz manat səksən səkkiz qəpik) manat məbləğində faiz borcu və 230,52 (iki yüz otuz manat əlli iki qəpik) manat məbləğində cərimə borcu olmaqla, ümumilikdə borcu 79471,80 (yetmiş doqquz min dörd yüz yetmiş bir manat səksən qəpik) manat təşkil edir. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin məhkəmə-mühasibatlıq ekspertizasının 23 may 2024-cü il tarixli, 9/2941 nömrəli ekspert rəyində göstərilir ki, Kapital Bank” Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 Razim qızı arasında bağlanmış 09 mart 2023-cü il tarixli, 6659/110 saylı kredit müqaviləsinə əlavə üzrə Cavabdeh1 Razim qızının 16 yanvar 2024-cü il tarixə banka olan borcu əsas borc üzrə 74618,19 manat, faiz borcu üzrə 4623,75 manat, 08 fevral 2024-cü il tarixə banka olan borcu əsas borc üzrə 74618,19 manat, faiz borcu üzrə 5289,26 manat müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin məhkəmə-əmtəəşünaslıq ekspertizasının 21 yanvar 2025-ci il tarixli, 9/81xx-xx/7903 nömrəli ekspert rəyində göstərilir ki, müvafiq müqayisə metodu ilə tədqiqat aparılarkən ekspertiza təqiqatına təqdim edilmiş 0.0092 ha torpaq sahəsində yerləşməklə 1 mərtəbəli (çıxarışa əsasən 52 kv.m) olan, ünvan 1 (döngə 1) saylı fərdi yaşayış evinə yaxın ərazidə yerləşən, yuxarıda qeyd edilən analoji xüsusiyyətlərə malik fərdi yaşayış evlərinin satışına dair məlumat olmadığı müəyyən edildi. Bu səbəbdən də ekspertiza qarşısında qoyulmuş suala cavab vermək mümkün olmamışdır. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 06 may 2025-ci il tarixli mütəxəssis rəyində göstərilir ki, Sumqayıt şəhəri, Corat qəsəbəsi ünvanında yerləşən çıxarışa əsasən xüsusi mülkiyyətdə 0,0092 ha torpaq sahəsində yerləşən, ümumi sahəsi 52 kv.m olan 190/1 saylı fərdi yaşayış evinin 05 may 5025-ci il vəziyyətinə standartların tələbləri həddində aparılmış hesablamalara əsaslanan bazar dəyəri 50200 (əlli min iki yüz) manat, likvid dəyəri 45180 (qırx beş min bir yüz səksən) manat təşkil edir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh1 10 may 2022-ci il tarixli **********10052022 nömrəli ümumi müqaviləni və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 09 mart 2023-cü il tarixli 6659/110 nömrəli əlavəsini bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmişdir. Bununla da, cavabdeh iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. İddia tələbinin “74431,40 manat məbləğində əsas bоrcun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə təmin edilməli, 74431,40 manat məbləğində əsas bоrc iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 23 may 2024-cü il tarixli 9/2941 nömrəli rəyində 10 may 2022-ci il tarixli **********10052022 nömrəli ümumi müqavilə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 09 mart 2023-cü il tarixli 6659/110 nömrəli əlavəsi üzrə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 16 yanvar 2024-cü il tarixə əsas borcun 74618,19 manat olması müəyyən olunsa da, iddiaçı iddia ərizəsində 74431,40 manat məbləğində əsas borcun tutulmasını xahiş etdiyindən məhkəmə hesab edir ki, əsas borc iddia tələbinin həcmində - 74431,40 manat məbləğində pul tutulmalıdır. İddia tələbinin “4809,88 manat məbləğində faiz bоrcunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, faiz borcunun məbləği müəyyən edilərkən iş üzrə keçirilmiş məhkəmə-mühasibatlıq ekspertizasının 23 may 2024-cü il tarixli 9/2941 nömrəli ekspert rəyi mötəbər sübut olaraq nəzərə alınmalıdır. Belə ki, iddia tələbində 16 yanvar 2024-cü il tarixə hesablanaraq tələb edilən 4809,88 manat faiz borcu həmin ekspert rəyi ilə təsdiq olunmur. Buna görə həmin müqavilə üzrə faiz borcunun tutulması hissəsində ekspert rəyi mötəbər sübut kimi nəzərə alınmalı və 4623,75 manat faiz borcu tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Əgər kreditorun lazımınca icra etməmək nəticəsində dəyən zərərin əvəzinin ödənilməsi hüququ varsa, kreditor onun ödənilməsini tələb edə bilər. Əgər kreditor icranı qəbul etmişsə, cərimənin tutulmasını yalnız icranı qəbul edərkən bu hüququ özündə saxlamış olduğu halda tələb edə bilər. Məhkəmə hesab edir ki, iddianın tələbinin “230,52 manat məbləğində cərimənin iddiaçının xeyrinə tutulması” hissəsi əsaslı olduğundan təmin olunmalı və cavabdehdən 230,52 manat məbləğində cərimə tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 09 mart 2023-cü il tarixli 9368/110 nömrəli zaminlik müqaviləsinə əsasən zamin Cavabdeh2 kredit alanın kreditor qarşısında yaranmış **********10052022 saylı 10 may 2022-ci il tarixli bank xidmətlərinin göstərilməsi haqqında ümumi müqavilədə və həmin müqavilənin kreditləşmənin xüsusi şərtlərinə dair 09 mart 2023-cü il tarixli 6659/110 saylı əlavəsində olan öhdəliyini tamamilə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxsə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göründüyü kimi, kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə ipoteka saxlayan İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 09 mart 2023-cü il tarixli 01/110 nömrəli sonrakı ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0092 ha torpaq sahəsi və onun üzərində yerləşən 52 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evi ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş torpaq sahəsinə və fərdi yaşayış evinə yönəldilməsi barədə tələb Mülki Məcəllənin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, ipotekaya qoyulmuş əmlakın ilkin satış qiyməti İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh1 arasında bağlanmış 09 mart 2023-cü il tarixli 01/110 nömrəli sonrakı ipoteka müqaviləsinin 2.4-cü bəndi nəzərə alınmaqla 53000 manat müəyyən edilməlidir. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10.000 manatdan 100.000 manatadək olduqda 120 manat + 10.000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Məhkəmə qeyd edir ki, iddia tələbinin “328,42 (üç iyirmi səkkiz manat qırx iki qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi qismən təmin edilməli, iddianın təmin olunmuş hissəsinə uyğun olaraq hesablanan 327,86 (üç yüz iyirmi yeddi manat səksən altı qəpik) manat məbləğində dövlət rüsumu cavabdehlərdən müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Məhkəmə iddianın “ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 53 (əlli üç) manat dövlət rüsumunun iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 22 yanvar 2024-cü il tarixli, 60 nömrəli ödəniş tapşırığından görünür ki, iddiaçı tərəfindən ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması 53 (əlli üç) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli, iddiaçı tərəfindən ödənilmiş 53 (əlli üç) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdehlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 74431,40 (yetmiş dörd min dörd yüz otuz bir manat qırx qəpik) manat məbləğində əsas bоrc, 4623,75 (dörd min altı yüz iyirmi üç manat yetmiş beş qəpik) manat məbləğində faiz borcu, 230,52 (iki yüz otuz manat əlli iki qəpik) manat məbləğində cərimə, məhkəməyə müraciət üçün ödənilmiş 327,86 (üç yüz iyirmi yeddi manat səksən altı qəpik) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 53 (əlli üç) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 79666,53 (yetmiş doqquz min altı yüz altmış altı manat əlli üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı olan cəmi 79666,53 (yetmiş doqquz min altı yüz altmış altı manat əlli üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0092 ha torpaq sahəsi və onun üzərində yerləşən 52 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilməli, həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 79666,53 (yetmiş doqquz min altı yüz altmış altı manat əlli üç qəpik) manat məbləğində borc ödənilməli, Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0092 ha torpaq sahəsi və onun üzərində yerləşən 52 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 53000 (əlli üç min) manat müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X1 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada 74431,40 (yetmiş dörd min dörd yüz otuz bir manat qırx qəpik) manat məbləğində əsas bоrc, 4623,75 (dörd min altı yüz iyirmi üç manat yetmiş beş qəpik) manat məbləğində faiz borcu, 230,52 (iki yüz otuz manat əlli iki qəpik) manat məbləğində cərimə, məhkəməyə müraciət üçün ödənilmiş 327,86 (üç yüz iyirmi yeddi manat səksən altı qəpik) manat məbləğində dövlət rüsumu və ipoteka predmetinə tutma haqqında bildirişin dövlət qeydiyyatına alınması üçün ödənilmiş 53 (əlli üç) manat məbləğində dövlət rüsumu olmaqla, cəmi 79666,53 (yetmiş doqquz min altı yüz altmış altı manat əlli üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutulmalı olan cəmi 79666,53 (yetmiş doqquz min altı yüz altmış altı manat əlli üç qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0092 ha torpaq sahəsinə və onun üzərində yerləşən 52 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinə yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə olan cəmi 79666,53 (yetmiş doqquz min altı yüz altmış altı manat əlli üç qəpik) manat məbləğində manat məbləğində borc ödənilsin. Cavabdeh1 xüsusi mülkiyyətində olan ünvan 1 ünvanında yerləşən 0.0092 ha torpaq sahəsi və onun üzərində yerləşən 52 kv.m ümumi sahədən ibarət fərdi yaşayış evinin ilkin satış qiyməti 53000 (əlli üç min) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatının dəyəri olan 100 (yüz) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh1 və Cavabdeh2 müştərək qaydada tutularaq X1 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-28/2025
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-28/2025
20.05.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver