Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-29/2024 16.10.2024 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə, nümayəndəsi Nümayəndə3 və nümayəndəsi Vəkil, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iştirakı ilə İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələb barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 56128 (əlli altı min yüz iyirmi səkkiz) manat məbləğində maddi ziyan, 10000 (on min) manat məbləğində mənəvi zərər, 1100 (min yüz) manat məbləğində qiymətləndirmə xərci, hüquqi yardım üçün vəkilə ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqı, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində medasiya xərci və 192 (yüz doxsan iki) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 67640 (altmış yeddi min altı yüz qırx) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçınə ödənilməsi barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Xızı rayonunun Giləzi qəsəbəsində yerləşən İddiaçınə məxsus kərpic zavodunun elektrik enerjisi təchizatı G110/10 kv–luq “Giləzi Dartı” yarımstansiyasından çıxan 10 kv-luq “Kərpic zavod” hava elektrik verilişi xətti vasitəsi ilə həyata keçirilir. xx.xx.2023-cü il tarixdə saat 10:35-də 10 kv-luq “Kərpic zavod” hava xətti guya, istehlak olunmuş elektrik enerjisi borcuna görə yarımstansiyanın 10 kv-luq açarından heç bir xəbərdarlıq edilmədən elektrik enerjisi verilişi dayandırılmışdır. Azərbaycan Respublikasının Energetika Nazirliyinə müraciət edildikdən sonra həmin tarixdə saat 16:15-də zavoda elektrik enerjisinin verilişi bərpa edilmişdir. Nəticədə yenisinin qiyməti 87000 ABŞ dolları olan kərpic istehsalı üçün “Karadayı Makina Sanayi VP600 Vakum Pressi” aparatı sıradan çıxmışdır. İddiaçınə böyük miqdarda maddi ziyan dəymişdir. İstehlak olunmuş elektrik enerjisinə görə borc aydan-aya keçmir. Sayğac yarımstansiyanın daxilində yerləşir. İddiaçı əməkdaşlarının ora girməyə ixtiyarı yoxdur. İddiaçı əməkdaşları hər ayın axırı göstəricini soruşub ödəyir. Enerji təchizatı müəssisəsi tərəfindən zavodun istifadə olunan elektrik enerjisinə görə xx.xx.2023-cü il tarixə 9091,86 manat məbləğində borcu olduğu göstərilsə də, zavodun borcu 200 manat olmuşdur. Belə ki, xx.xx.2023-cü il tarixdə elektron qaimə verilmiş, xx.xx.2023-cü il tarixdə iddiaçı tərəfindən 1127 manat ödəniş edilmişdir. xx.xx.2023-cü il tarixdə elektrik enerjisi verilişinin dayandırılması barədə zavoda xəbərdarlıq edilməmişdir. X10 tərəfindən enerji verilişi dayandırılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.2-ci yarımbəndinin tələbləri (enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayqacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə) nəzərə alınmamışdır. “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.-1ci yarımbəndinə əsasən elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik enerjisi verilməsinin dayandırılması qadağandır. Həmin Qaydaların 9.13-3-cü yarımbəndinə əsasən elektrik enerjisinin verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndləri istisna olmaqla) enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X5 Filialı tərəfindən elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi ilə əlaqədar təqsirkar şəxsin- X8 nəzarətçi mühəndisi Süleyman Əsədovun haqqında müvafiq protokol tərtib edilmişdir. İddiaçınə məxsus kərpic zavoduna maddi ziyan cavabdeh tərəfindən vurulduğundan dəymiş maddi ziyan, yəni 56128 (əlli altımin yüz iyirmi səkkiz) manat cavabdeh tərəfindən ödənilməlidir. Cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyəti 21 avqust 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə etiraz təqdim edərək, İddiaçı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iddia ərizəsinin əsassız olduğu üçün rədd olunması barədə qətnamə qəbul edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı iddia ərizəsində elektrik enerjisinin dayandırılması barədə guya ona öncədən xəbərdarlıq edilmədiyini qeyd edir. Halbuki, iddiaçının özünün də iddia ərizəsində qeyd etdiyi kimi elektrik enerjisinin verilişinin dayandırılması xx.xx.2023-cü il tarixdə, iddiaçıya xəbərdarlıq isə xx.xx.2023-cü il tarixdə, yəni iki iş günü möhlət verildikdən sonra dayandırılmışdır. xx.xx.2023-cü il tarixli xəbərdarlıqda iddiaçının 9091,86 manat borcu yarandığının, həmin borcu ödəmədiyi halda xx.xx.2023-cü il tarixdə, saat 12:00-dan etibarən dayandırılacağı barədə məlumat verilmiş və həmçinin xahiş edilmişdir ki, açılma ilə əlaqədar obyektdə texnoloji proseslərin pozulması və qəza hallarının yaranmaması məqsədilə öncədən müvafiq tədbirlərin görülməsi təmin edilsin. Xəbərdarlıqda qeyd edilib ki, əks halda yarana biləcək hər hansı problemlə bağlı məsuliyyətə görə cavabdehlik İddiaçı üzərində qalacaqdır. Etiraza əlavə olunmuş maliyyə arayışından müəyyən olunur ki, İddiaçı enerji təchizatı müəssisəsinə elektrik enerjisindən istifadəyə görə xx.xx.2023-cü il tarixə 8581,86 manat qalıq borcu olduğu halda iddiaçı tərəfindən 1127 manat ödəniş edilmiş, xx.xx.2023 tarixinə 7454,86 manat qalıq borcu qalmışdır. Bununla əlaqədar olaraq iddiaçıya bildiriş- xəbərdarlıq təqdim edilmişdir. İddiaçı isə həmin müddətdə heç bir ödəniş etmədiyindən enerji haqlarının yığımının 100%-ə çaldırılması məqsədi ilə obyektlərin enerjitəchizatı iddiaçı ilə bağlanmış elektrik enerjisinin alqı-satqısına dair birtipli müqavilənin tələblərinə və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 02 fevral 2005-ci il tarixli 18 saylı Qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.2-ci bəndinə əsasən dayandırılmışdır. Həmin Qaydaların 9.13.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini dayandıra bilər. Həmin Qaydaların 10.2-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsi bu Qaydaların 9.13, 9.15 və 9.16-cı bəndlərində nəzərdə tutulmuş, istehlakçıya elektrik enerjisi verilişinin dayandırılması və məhdudlaşdırılması şərtləri ilə əlaqədar dəymiş ziyana görə istehlakçı qarşısında maddi məsuliyyət daşımır. Göründüyü kimi, abonent tərəfindən ödəniş olunmadığı üçün obyektlərin enerji təchizatı dayandırılmışdır. Bu halda obyektın enerji təchizatı dayandırıldıqdan sonra həmin ünvanda hər hansı avadanlığın zədələnməsində enerji təchizatı müəssisəsinin heç bir hüquqi və digər məsuliyyəti ola bilməz. Belə ki, "Azərişıq” Açıq Səhmdar Cəmiyyəti heç bir hüquq pozuntusuna yol verməmiş, iddiaçının hüquqlarını pozmadan, öncədən xəbərdarlıq elməklə, sözügedən Qaydaların tələblərini rəhbər tutaraq öz iş fəaliyyətini həyata keçirmişdir. Müəssisə isə bu halda bu və ya digər qarşısı alınmaz səbəblərdən qəza hallarının və ya obyektlərin texnoloji proseslərinin pozulmasının qarşısını almaq üçün əvvəlcədən tədbirlər (məsələn işıq generatoru ilə təmin etməlidir) görməlidir. Yuxarda qeyd edildiyi kimi, adıçəkilən Qaydaların 9.1-ci bəndinə əsasən "İstehlakçı sərf edilmiş elektrik enerjisi haqqının vaxtında ödənilməsinə, elektrik enerjisinin keyfiyyətinin təmin olunmasına və mövcud qaydalara uyğun olaraq operativ intizama riayət edilməsinə, həmçinin "Dövlət Enerji nəzarət" İdarəsinin nümayəndələrinin tələbnamələrinin vaxtında icra olunmasına görə məsuliyyət daşıyır. Həmin Qaydaların 9.10-cu bəndinə əsasən istehlakçı sərf etdiyi elektrik enerjisinin haqqının vaxtlı-vaxtında, müəyyən edilmiş tarif qiymətinə uyğun tam həcmdə ödənilməsini təmin etməlidir. Qaydaların 9.13.4-cü bəndinə əsasən enerji təchizatı müəssisəsi ilə müvafiq müqavilə bağlanmadıqda elektrik enerjisinin verlişi dayandırıla bilər. İddiaçı ona dəymiş maddi ziyanın sübutu kimi məhkəməyə yalnız müstəqil ekspertin rəyini təqdim etmişdir. "Aqrar Sığorta haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən müstəqil ekspert dedikdə, sığorta risklərini və (və ya) zərərləri qiymətləndirən, habelə sığorta hadisələrini araşdıran fiziki şəxs başa düşülür. "Məhkəmə ekspertizası fəaliyyəti haqqında” Azərbaycan Respublikasının 18 noyabr 1999-cu il tarixli Qanununun 3-cü maddəsinə görə məhkəmə ekspertizası fəaliyyətinin əsas vəzifəsi elm, texnika, incəsənət, sənətkarlıq və başqa sahələr üzrə xüsusi bilik əsasında sübut əhəmiyyətinə malik olan faktiki halların müəyyənləşdirilməsindən ibarətdir. Həmin Qanunun 7-ci maddəsinə görə ekspert tədqiqatı müvafiq ixtisas hüdudlarında, elmi və təcrübi əsaslar üzərində obyektiv, hərtərəfli və tam həcmdə aparmalıdır. Ekspertin rəyi elmi inkişafın müasir tələblərinə uyğun olan və hamı tərəfindən qəbul edilmiş elmi dəlillər əsasında yoxlanmasına imkan verən müddəalara əsaslanmalıdır. Ekspert tədqiqatının obyektləri maddi sübutlar, sənədlər, müqayisəli tədqiqat üçün nümunələr, əşyalar, canlı insan və onun psixi vəziyyəti, heyvanlar, meyitlər və onların hissələri, həmçinin əsasında məhkəmə ekspertizası aparılması üçün zəruri olan iş materiallarıdır. Yuxarda qeyd edilənlər nəzərə alınsa, sübut kimi təqdim edilən ekspert rəyində əks olunan şəkillərin mötəbər sübut kimi hüquqi əsasının olmadığını görmək mümkündür. Belə ki, şəkildə göstərilən kərpiclərin və qurğunun kimə-məxsus olduğu aydın deyil. Şəkildə göstərilən əksər kərpiclər bütövdür. Qismən kərpic qırıntılarının olması isə istənilən kərpic istehsal edən müəssisələrdə rast gəlinəndir. Şəkildə göstərilən qurğunun da kimə məxsus olduğu mötəbər dəlillə sübut edilməmişdir. Nəticə olaraq, müstəqil ekspertin rəyi ehtimal sübut hesab edilir. Bunlardan əlavə başqa kənar şəxslərin, "Azərişıq” ASC-nin aidiyyatı əməkdaşlarının iştirakı ilə təsdiq edilmiş aktla dəymiş maddi ziyanı təsdiq edən heç bir rəsmi, mötəbər sübut yoxdur. İddiaçı iddia ərizəsinin əsaslandırıcı hissəsində maddi zərər tələb etsə də, xahiş hissəsində əlavə olaraq 10000 (on min) manat mənəvi zərər dəydiyini iddia etmişdir. Azərbaycan Respublikası Mülki Məcəllənin 21.2-ci maddəsinə əsasən "zərər” dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və çəkməli olduğu xərclər, əmlakdan məhrum olması və ya əmlakın zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. Azərbaycan dilinin izahlı lüğətinə görə isə "mənəvi" dedikdə, insanın daxili ruhi aləmi ilə bağlı olan, mənəviyyatla əlaqədar, qeyri-cismani, qeyri-maddi mənasını ifadə edir. İqtisadiyyatda mənəvi zərər (moral hazard) dedikdə isə şirkətin və ya şəxsin ziyandan sığortalandığı üçün risk almağa daha çox meyilli olmasından yaranan bir risk növüdür. Yəni şəxs ona məxsus olan əmlakı sığortaladıqda, onunla daha az ehtiyatla davranır. Çünki dəymiş ziyanı sığorta şirkəti ödəyəcəkdir. Mənəvi zərər tərəflər arasında informasiya natamamlığı olanda yaranır. Bu, risk alan (sığortalanan) tərəf öz niyyətləri haqqında məlumatı ziyanı ödəyən (sığorlalayan) tərəfə tam və dəqiq şəkildə vermədikdə baş verir. «Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 3 novabr 2008-ci il tarixli, 7 saylı qərarının 3-cü bəndinə görə mənəvi zərərin ödənilməsi barədə Azərbavcan Respublikası qanunvericiliyinin müddəaları baxımından mənəvi zərərin ödənilməsini tələb etmək hüququ yalnız fiziki şəxslərə aiddir. Hüquqi şəxsin təsərrüfat fəaliyyəti və s. funksiyaları barədə yanlış məlumatların yayılması, haqsız rəqabət üsul və vasitələrindən istifadə olunması (təsərrüfat fəaliyyətinin nüfuzdan salınması və təqlidi, istehlakçıların çaşdırılması və s.) nəticəsində onun işgüzar nüfuzuna qəsd edildikdə həmin hüquqi şəxs Azərbavcan Respublikası Mülki Məcəlləsinin 21-ci və 1097.1-ci maddələrinə müvafiq olaraq ona vurulmuş maddi zərərin ödənilməsini tələb edə bilər. X11 8-ci bəndinə görə məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən elməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Həmçinin «Azərbavcan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri-əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid-(şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət elmək azadlığı, yaşayış veri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qevri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Burada zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi başa düşülür. «Azərbavcan Respublikasının Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikasının Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli qərarında da həmçinin qeyd edilir ki, mənəvi zərər ödənilərkən mənəvi və fiziki iztirabların xarakteri və dərəcəsi eləcə də cavabdehin təqsiri, əmlak vəziyyəti və s. vacib halların nəzərə alınması zəruridir və hər bir konkret halda belə zərərin ödənilməsi ilə bağlı xüsusatlar məhkəmənin mülahizəsinə görə müəyyən olunmalıdır. Qeyd olunanlardan aydın olur ki, iddiaçının mənəvi zərərlə bağlı iddiası da tam əsassızdır. Birincisi o, hüquqi şəxsdir, ikincisi o, hətta ehtimal fiziki şəxs olsa belə, öz iddiasında hansı mənəvi sarsıntı və iztiraba məruz qaldığını, hansı iztirablar keçirdiyini konkret faktlarla əsaslandırmamış, sübuta yetirilmiş hər hansı bir hüquqi qüvvəsi olan dəlillərlə sübut etməmişdir. Qeyd olunanlardan başqa iddia tələbində iddiaçı malların pərakəndə satış qiymətini cavabdehdən tələb etmişdir. Nəzərə alınsa ki, malların topdan satış qiymətləri fərqlidir bu zaman demək olar ki, iddiaçının hazırkı iddia tələbi qanunsuz və əsassızdır və onun bu iddia tələbi hüquqdan sui-istifadə etməsi qənaətinə gəlinməsinə əsas verir. İddiaçı nümayəndəsi Vəkil 05 sentyabr 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə məhkəməyə etiraz ərizəsi təqdim edərək bildirmişdir ki, cavabdehin iddia tələbinə etirazı ilə razılaşmır və həmin etiraz həqiqəqi əks etdirmir. Belə ki, cavabdeh barəsində müvafiq quruma müraciət edildiyini bildikdən sonra saxtakarlıq edərək kitabında guya zavoda xəbərdarlıq edilməsi barədə qeydlər etmiş və zavodun direktoru X1 imzasını saxtalaşdırmışdır. Energetika Nazirliyi xidməti araşdırma aparmış, xəbərdarlıqda edilən imzanın Kərpic zavodunu direktoru X3 aid olmadığı müəyyənləşdirdikdən sonra elektrik enerjisini kəsən və saxta xəbərdarlıq tərtib edən cavabdehin nümayəndəsi X8 məsul şəxsi-nəzarətçı-mühəndis Süleyman Əsədovun haqqında Azərbaycan Respublikası İnzibati Xətalar Məcəlləsin uyğun müvafiq protokol tərtib edilmiş, onun haqqında cərimə cəzası tətbiq edilmişdir. Ümumiyyətlə cavabdeh tərəfindən iddiaçıya heç bir xəbərdarlıq olunmamışdır. Cavabdehin etiraz ərizəsində göstərdiyi kimi 2 iş günü əvvəl iddiaçıya elektrik borcu səbəbindən xəbərdarlıq edilmiş olsa belə, sayğac borcuna görə elektron qaimə göndərildikdən sonra zavodun həmin borcu ödəmək üçün bir ay vaxtı olmuşdur. Yəni cavabdeh elektrik enerjisini dayandırmaqda haqlı olmamışdır. Cavabdehin qanunsuz hərəkəti nəticəsində kərpic istehsal edən “Karaday Makina Sanayi VP-600 Vakum Pressi" aparatı sıradan çıxmışdır. Həmin aparatın işlənmişinin qara bazarda qiyməti 87000 ABŞ dollardır. İddiaçınə böyük miqdarda maddi və mənəvi ziyan dəymişdir. Hazırkı günə kimi zavod fəaliyyətini bərpa edə bilmir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Vəkil iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Həmçinin o bildirmişdir ki, elektrik enerjisinin verilişi dayandırıldıqda İddiaçı tərəfindən Azərbaycan Respublikasının Energetika Nazirliyinə müraciət edilmişdir. Həmin müraciət üzrə araşdırma aparılmış və Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X4 Filialının 17 fevral 2023-cü il tarixli məktubunda elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi ilə əlaqədar X8 məsul şəxsinə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun müvafiq protokol tərtib edildiyi qeyd edilmişdir. Elektrik enerjisi verilməsinin qanunsuz dayandırılması nəticəsində “Karadayı Makina Sanayi VP-600 Vakum Pressi" sıradan çıxmış, müəssisənin fəaliyyəti dayanmış və ümumilikdə 70 nəfər işsiz qalmışdır. Bundan başqa həmin dövrdə avadanlığın necə düzəldilməsi, gəlir əldə edilməsi və işçilərin əməkhaqqının ödənilməsi ilə bağlı iddiaçı tərəfin məsul şəxsləri stres keçirmişlər və bununla da iddiaçıya mənəvi zərər dəymişdir. Göstərilənlərə əsasən o, cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətindən 56128 (əlli altı min yüz iyirmi səkkiz) manat məbləğində maddi ziyan, 10000 (on min) manat məbləğində mənəvi zərər, 1100 (min yüz) manat məbləğində qiymətləndirmə xərci, hüquqi yardım üçün vəkilə ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqı, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində medasiya xərci və 192 (yüz doxsan iki) manat məbləğində ödənilmiş dövlət rüsumu olmaqla, cəmi 67640 (altmış yeddi min altı yüz qırx) manat məbləğində pul vəsaitinin tutularaq İddiaçı MMC-yə ödənilməsi barədə qətnamə qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə baxış iclasında iştirak edən İddiaçı nümayəndəsi Nümayəndə3 izahatında bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə elektrik enerjisi verilməsinin dayandırılması nəticəsində “Karadayı Makina Sanayi VP-600 Vakum Pressi" xarab olduqdan sonra yeni pres almamaq üçün həmin pres qaynaq etdirilib təxminən 10-15 gün ərzində işlədilmişdir. İstehsalat olsa da, həmin dövrdə kərpic satıb xeyir götürmək mümkün olmamışdır. Belə ki, pres xarab olduğu üçün qaynaq edildiyindən kərpic presdən çıxanda qaynaq olunan hissələri qopmuşdur. Buna görə onlar kərpici presdən yumşaq, yəni sulu vəziyyətdə çıxarmaq istəmişlər, lakin kərpiclər presdən sulu vəziyyətdə çıxarılanda əyilərək dağılmışdır. Kərpic zavodu həmin 10-15 gün ərzində işləmiş, həmçinin sobalar da istifadə olunmuşdur. Sobalar iyirmi iki qapıdan ibarətdir. Elektrik enerjisinin verilişi dayandırıldığı vaxt həmin qapılardan on səkkizi dolu olmuş, beş qapıdakı kərpiclər tam bişmiş vəziyyətdə olmuş, dörd qapıdakı kərpiclər isə zay olmuşdur. Qalan qapılardakı kərpiclər bişməmişdir. İddiaçı MMC-yə məhz dörd qapıdakı zay olan kərpiclərlə bağlı ziyan dəymişdir. Bir qapıda 8x19x19 sm ölçülü 13750 ədəd kərpic olmuşdur. Həmin say dörd qapıya vurulduqda 55000 ədəd kərpic edir. Bir kərpicin qiyməti 0,16 manatdan hesablandıqda İddiaçı MMCyə 8800 manat məbləğində ziyan dəydiyi müəyyən edilir. Bundan əlavə səksən beş stellaj kərpic sıradan çıxaraq zay olmuşdur. Bir stellajda iki yüz qırx ədəd kərpic olur. Səksən beş stellajda ümumilikdə 20400 ədəd kərpic olmuşdur. Həmin kərpicləri maya dəyəri olan 0,12 manatdan hesabladıqda dəymiş ziyan 2448 manat təşkil edir. Yararsız hala düşən kərpiclər çıxarılıb kənara qoyulmuş, iddiaçı tərəf işin məhkəmə qaydasında həll olunmasını istəmədiyi üçün müstəqil ekspertə bir müddət keçdikdən sonra müraciət olunmuşdur. 13 mart 2023-cü il tarixdə müstəqil ekspert 55000 ədəd hazır və 20400 ədəd yarımfabrikat kərpicin yararsız halda olduğunu müəyyən etmişdir. Lakin hazırda həmin kərpiclər saxlanılmadığından onların sayını müəyyən etmək mümkün deyil. Məhkəmə iclasında iştirak edən İddiaçı qanuni təmsilçisi Qanuni nümayəndə iddia tələbini müdafiə edib, iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etmişdir. Həmçinin o bildirmişdir ki, xx.xx.2023-cü il tarixdə elektrik enerjisi verilməsinin dayandırılması nəticəsində xarab olan “Karadayı Makina Sanayi VP-600 Vakum Pressi"nin yenisinin sifariş edilməsi həm vaxt tələb etdiyindən, həm də baha başa gəldiyində bir müddət avadanlıqda müəyyən qaynaq işləri aparmaqla ondan istifadə etməyə cəhd olunmuşdur. Lakin avadanlıq sıradan çıxdığı üçün ondan istifadə etmək mümkün olmamışdır. 23 yanvar 2023-cü il tarixdən sonra kərpic zavodunda tam istahsalat olmamış, 2023-cü ilin fevral ayında zavodun fəaliyyəti tam dayandırılmışdır. Bundan sonra 2023-cü ilin mart ayında Türkiyə Respublikasından yeni avadanlıq alınmış və kərpic zavodu 2023-cü ilin iyul ayından yenidən fəaliyyətə başlamışdır. Eyni zamanda o, sözügedən kərpic zavodunda generator quraşdırılmadığını, ümumiyyətlə, “Karadayi Makina Sanayi VP-600 Vakum Pressi"ni işlədə biləcək gücə sahib generator olmadığını qeyd etmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə2 iddia tələbini qəbul etmədiyini bildirərək, məhkəməyə təqdim edilmiş etirazın məzmununa uyğun izahat verib iddia tələbinin təmin edilməməsi haqqında qətnamə qəbul edilməsini xahiş etmişdir. Eyni zamanda o bildirmişdir ki, kərpic zavodunda 2023-cü ilin yanvar ayında 9150 manat məbləğində, 2023-cü ilin fevral ayında isə 28 günə 7950 manat məbləğində sərfiyyat olmuşdur. Göründüyü kimi, 2023-cü ilin fevral ayında kərpic zavodunda istehsalat olmuş və elektrik enerjisindən istifadə edilmişdir. “Karadayi Makina Sanayi VP-600 Vakum Pressi"nə elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində iddiaçının qeyd etdiyi kimi ziyan dəysə idi, fevral ayında 7950 manat məbləğində sərfiyyat olmazdı. Bundan başqa İddiaçı həmin vaxt generatoru olmalı idi. Məhkəmə proses iştirakçılarını dinləyib, iddia ərizəsini, etirazı və işin faktiki hallarını araşdırıb, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia rədd edilməlidir. İş materiallarında olan icarəyə verən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti ilə icarəyə götürən İddiaçı arasında bağlanmış “Qeyri-yaşayış sahəsinin icarəyə verilməsi haqqında” 15 noyabr 2018-ci il tarixli müqavilədən görünür ki, icarədar Xızı rayonu, Giləzi qəsəbəsində balansında olan binaları, tikililəri, avandalıqları və istehsal prosesi zamanı istifadə olunan inventarları icarəçiyə müvəqqəti istifadə üçün icarəyə verilməsini öhdəsinə götürür. Həmin müqavilənin 2.2-ci bəndinə əsasən icarə obyektinin istismarı zamanı yaranan bütün borcları (elektrik enerjisi, qaz, su, əmək haqqı, vergi, DSMF və sair) ödəmək icarəyə götürənin öhdəliyidir. Həmin müqavilənin 3.6-cı bəndinə əsasən icarəyə götürən öz adından kommunal xidmətləri göstərən təşkilatlarla müqavilə bağlamalıdır. Həmin müqavilənin 4.1-ci bəndinə əsasən icarə müqaviləsi 5 il müddətinə bağlanmışdır. Kərpic zavoda məxsus **********3 nömrəli abunə kodu üzrə abunə haqqında saldodan görünür ki, xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixədək istifadə edilən elektrik enerjisinə görə borc 8850 manat müəyyən edilmiş və həmin borcun ödənilməsi ilə əlaqədar "xxxx" Açıq Səhmdar Cəmiyyəti tərəfindən İddiaçınə xx.xx.2023-cü il tarixli EBCM seriyalı, 384054 nömrəli elektron qaimə göndərilmişdir. İş materiallarında olan ödəniş tapşırıqlarından və ƏDV sub-uçot hesabından çıxarışdan görünür ki, elektrik enerjisi sərfiyyatına görə İddiaçı tərəfindən xx.xx.2023-cü il tarixdə 1127 manat ödəniş edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X4 Filialı tərəfindən İddiaçınə ünvanlanmış 17 fevral 2023-cü il tarixli məktubda göstərilir ki, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən kərpic zavoduna elektrik enerjisinin verilişinin dayandırılması barədə Energetika Nazirliyinə daxil olmuş İddiaçı müraciəti araşdırılmış və araşdırma zamanı müəyyən edilmişdir ki, İddiaçı MMC-yə məxsus kərpic zavodunun elektrik enerjisi təchizatı 110/10 kV-luq “Giləzi Dartı” yarımstansiyasından çıxan 10 kV-luq “Kərpic zavod" hava elektrik verilişi xətti vasitəsi ilə həyata keçirilir. 110/10 kV-luq “Giləzi Dartı” yarımstansiyasında əməliyyat jurnalına baxış zamanı xx.xx.2023-cü il tarixində saat 10:35-də X8 nəzarətçi-mühəndisi Süleyman Əsədovun sifarişi ilə 10 kV-luq “Kərpic zavod” hava xətti istehlak olunmuş elektrik enerjisi borcuna görə yarımstansiyanın 10 kV-luq açarından elektrik enerjisi verilişi dayandırılmış və sonradan həmin tarixdə saat 16:15-də kərpic zavoduna elektrik enerjisinin verilişi yenidən bərpa edilmişdir. Abonent vərəqi təhlil edilərkən xx.xx.2023-cü il tarixinə kərpic zavodunun istifadə olunan elektrik enerjisinə görə enerjitəchizatı müəssisəsinə 9091,86 manat məbləğində borcu olduğu məlum olmuşdur. Həmin məbləğin 8850 manat hissəsi sonuncu ayda (xx.xx.2022-ci ildən xx.xx.2022-ci ilə kimi) istifadə olunan elektrik enerjisinin dəyəri, 241,86 manat hissəsi isə əvvəlki aylarda istifadə olunan elektrik enerjisinin dəyərinin tam ödənilmədiyi üçün yaranmış borcdur. X10 tərəfindən istehlakçıya xx.xx.2023-cü il tarixinə 9091,86 manat borcu olduğu və həmin borcun tam ödənilmədiyi təqdirdə xx.xx.2023-cü il tarixdə əlavə xəbərdarlıq edilmədən elektrik enerjisi verilişinin dayandırılacağı barədə yazılı bildiriş (xəbərdarlıq) göndərilmişdir. Həmçinin xx.xx.2023-cü il tarixində elektrik enerjisinə görə 1127 manat MMC tərəfindən ödənilmişdir. Enerjitəchizatı müəssisəsi tərəfindən kərpic zavodunun elektrik enerjisi verilişi dayandırılarkən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13.2-ci yarımbəndinin tələbləri (enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə) nəzərə alınmamışdır. Həmçinin bildirilir ki, Qaydaların 9.13-1-ci yarımbəndinə əsasən elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır. Qaydaların 9.13-3-cü yarımbəndinə əsasən elektrik enerjisinin verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndləri istisna olmaqla) enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. Qeyd olunanları nəzərə alaraq Qaydaların 9.13-1-ci yarımbəndinə əsasən elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi ilə əlaqədar X8 məsul şəxsinə qarşı İnzibati Xətalar Məcəlləsinə uyğun müvafiq protokol tərtib edilmişdir. Yaranmış bütün mübahisəli məsələlərin həlli ilə əlaqədar Qaydaların 8.35-ci bəndinə əsasən enerjitəchizatı müəssisəsinə qarşı iddia tələbi ilə məhkəməyə müraciət etmək hüququ izah edilmişdir. İş materiallarında olan abunə haqqında saldodan görünür ki, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən kərpic zavodunda elektrik enerjisindən istifadəyə görə sərfiyyat xx.xx.2022-ci il tarixdə 10050 manat, xx.xx.2022-ci il tarixdə 2700 manat, xx.xx.2022-ci il tarixdə 9750 manat, xx.xx.2022-ci il tarixdə 7200 manat, xx.xx.2022-ci il tarixdə 11100 manat, xx.xx.2022-ci il tarixdə 8850 manat, xx.xx.2023-cü tarixdə 9150 manat, 28 fevral 2023-cü il tarixdə 7950 manat, 31 mart 2023-cü il tarixdə 1500 manat, 30 aprel 2023-cü il tarixdə 1650 manat, 31 may 2023-cü il tarixdə 1200 manat, 30 iyun 2023-cü il tarixdə 300 manat və 31 iyul 2023-cü il tarixdə 1950 manat məbləğində olmuşdur. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş müstəqil ekspert Əhməd Talıblının verdiyi 14 mart 2023-cü il tarixli 1403 HŞ nömrəli Qiymətləndirmə rəyində göstərilir ki, "xxxx" MMC-nin 13 mart 2023-cü il tarixli sorğusuna cavab olaraq Xızı rayonu, Giləzi qəsəbəsi "xxxx" MMC kərpic zavoduna elektrik enerjisinin verilişinin qeyri-qanuni dayandırması səbəbindən istehsal prosesinə və avadanlığa dəyən zərərin dəyərinin 56128 (əlli altı min yüz iyirmi səkkiz) manat (“Karadayı Makina Sanayi VP-600 Vakum Pressi”nin ehtiyat hissələrinə dəymiş ziyan 43630 manat + yararsız hala düşən 55000 ədəd hazır kərpicin dəyəri 8800 manat + yararsız hala düşən 20400 yarım fabrikat kərpicin dəyəri 2448 manat + itirilmiş iş saatı- 1günə 70 nəfərin əmək haqqı 1250 manat) təşkil etdiyi bildirilir. Rəydə qeyd olunmuşdur ki, "Karadayı Makina Sanayi VP-600 Vakum Pressi"nin daxilində 25 barel atmosfer yaranır və bu təzyiq nəticəsində avadanlığa daxil olan nəm gil məhlulu hazır kərpic formasında konveyerlə çıxır, istehsalat zamanı elektrik enerjisinin verilişi bir saatdan artıq dayandırıldıqda atmosfer təzyiqi zamanı avadanlığın daxilində gil məhlulu bərkiyərək avadanlığın daxilindəki dişli çarxları və gövdəsini sıradan çıxartmışdır. Məhkəmə araşdırması zamanı Sumqayıt Kommersiya Məhkəməsinin 27 sentyabr 2023-cü il tarixli e-2-2(119)-876/2023 saylı qərardadına əsasən təyin edilmiş məhkəmə mühəndis-texniki və məhkəmə-əmtəəşünaslıq ekspertizaları üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 15 yanvar 2024-cü il tarixli 3-16-16/2-10/8370-9/8378 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, baxış zamanı "xxxx" MMC-yə məxsus kərpic zavodun həyətində içərisində gil qalıqları olan istehsalat avadanlığının istifadəsiz halda hissələrinin olduğu müəyyən edilmişdir. İddiaçı MMC-yə məxsus kərpic zavodun həyətində olan istehsalat avadanlığına dəymiş ziyanın müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. İş materiallarında olan iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi 20 dekabr 2023-cü il tarixli, 37/23 nömrəli “Qiymətləndirməyə dair hesabat”da göstərilir ki, "xxxx" MMC-nin 13 mart 2023-cü il tarixli sorğusuna cavab olaraq Xızı rayonu, Giləzi qəsəbəsi "xxxx" MMC kərpic zavoduna elektrik enerjisinin verilişini qeyri-qanuni dayandırması səbəbindən istehsal prosesinə və avadanlığa dəyən zərərin dəyərinin 56128 (əlli altı min yüz iyirmi səkkiz) manat (“Karadayı Makina Sanayi VP-600 Vakum Pressi”nin ehtiyat hissələrinə dəymiş ziyan 43630 manat + yararsız hala düşən 55000 ədəd hazır kərpicin dəyəri 8800 manat + yararsız hala düşən 20400 yarım fabrikat kərpicin dəyəri 2448 manat + itirilmiş iş saatı- 1günə 70 nəfərin əmək haqqı 1250 manat) təşkil etdiyi bildirilir. Rəydə qeyd olunmuşdur ki, "Karadayı Makina Sanayi VP-600 Vakum Pressi"nin daxilində 25 barel atmosfer yaranır və bu təzyiq nəticəsində avadanlığa daxil olan nəm gil məhlulu hazır kərpic formasında konveyerlə çıxır, istehsalat zamanı elektrik enerjisinin verilişi bir saatdan artıq dayandırıldıqda atmosfer təzyiqi zamanı avadanlığın daxilində gil məhlulu bərkiyərək avadanlığın daxilindəki dişli çarxları və gövdəsini sıradan çıxartmışdır. Sumqayıt Kommersiya Məhkəməsinin 16 fevral 2024-cü il tarixli e-2-2(119)-29/2024 nömrəli qərardadına əsasən təyin edilmiş əlavə məhkəmə-əmtəəşünaslıq ekspertizası üzrə verilmiş Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə ekspertizası mərkəzinin 16 iyul 2024-cü il tarixli 9/4488 nömrəli ekspert rəyində qeyd olunmuşdur ki, istehsalat avadanlıqlarına dəymiş ziyanla əlaqədar dəymiş ziyanın və səbəbinin müəyyən edilməsi məhkəmə-əmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Həmçinin yarımfabrikat və hazır kərpiclərin yararsız hala düşməsinin səbəbinin müəyyən edilməsi məhkəməəmtəəşünaslıq ekspertizasının predmetinə aid deyil. Müxtəlif ölçülü kərpiclərin 01 ədədinin topdan satış orta bazar qiyməti nəzəri qaydada təxminən aşağıdakı kimi müəyyən edilir: 8x19x19 sm ölçülü - 0,16 manat, m10x19x19 sm ölçülü - 0,19 manat,m13x19x19 sm ölçülü - 0,21 manat, 19x19x19 sm ölçülü - 0,32 manat, 29x19x19 sm ölçülü - 0,63 manat. Tələb və təklifdən asılı olaraq müəyyən edilmiş qiymətlərdə qismən dəyişiklik olması istisna edilmir. Respublikada yerləşən ticarət məntəqələrində, inşaat materialları satışı mağazalarında və yerli internet saytlarında yarımfabrikat kərpiclərin satışına və qiymətinə dair məlumat əldə etmək mümkün olmamışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2024-cü il tarixli 10/6320 nömrəli məhkəmə mühəndis-texniki ekspertizasının rəyində qeyd olunmuşdur ki, “Elektrik enerjisindən istifadə Qaydaları”nın 8.14-cü bəndinə əsasən (istehlakçı hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir), xx.xx.2022-ci il tarixdən xx.xx.2022-ci il tarixə qədər istehlak olunmuş elektrik enerjisinə görə borcun xx.xx.2023-cü il tarixədək ödənilməli olduğunu, xx.xx.2023-cü il tarixdə İddiaçı MMC tərəfindən 1127 manat ödəniş edildiyini, elektrik enerjisinin verilməsinin dayandırılmasının enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilmədiyini və elektrik enerjisinin verilişinin ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddət tamam olmadan dayandırıldığını nəzərə aldıqda, “Azərişıq" Açıq Səhmdar Cəmiyyətinin əməkdaşları tərəfindən “Elektrik enerjisindən istifadə Qaydaları”nın 9.13-1-ci yarımbəndinin (istehlakçıya yazılı bildiriş göndərilmədən elektrik enerjisi verilməsinin dayandırılması qadağandır) və 9.13-3-cü yarımbəndinin (elektrik enerjisinin verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir) tələbləri pozulmuşdur. “Gilstone" MMC-yə məxsus kərpic zavoduna ekspertin və tərəflərin nümayəndələrinin iştirakı ilə baxış keçirilərkən zavodda kərpic istehsalat xəttində yeni avadanlıqların quraşdırıldığı, xx.xx.2023-cü il tarixdə saat 10:35-də 10 kV-luq “Kərpic zavod” hava elektrik xəttinin yarımstansiyanın 10 kV-luq açarından açılması nəticəsində yararsız vəziyyətə düşməsi iddia edilən avadanlıqların sökülərək istismardan çıxarıldığı və zavodun ərazisindəki açıq sahəyə atıldığı, hazırkı vəziyyətdə texniki cəhətdən qüsurlu (qopmuş, çatlamış) və istifadə üçün yararsız halda olduğu müəyyən edilir. Ekspertizaya təqdim edilmiş abonent vərəqində aylar üzrə elektrik enerjisi sərfiyyatına görə 2023-cü ilin yanvar ayında zavodun enerji sərfiyyatının (istehsal gücünün) əvvəlki aylara uyğun olduğunu nəzərə aldıqda, 23 yanvar 2023-cü il tarixə qədər zavodda avadanlıqların işlək vəziyyətdə olması qənaətinə gəlmək olar. Belə olan şəraitdə, iddiaçıya məxsus “Kərpic zavod”a elektrik enerjisi verilişinin 23 yanvar 2023-cü il tarixdə saat 10:35-də kəsilməsi nəticəsində istehsalat prosesinin dayanması və təqribən 5 saat müddətində press avadanlığın içərisində olan xammalın (gilin) bərkiməsi səbəbindən avadanlıq işə salınarkən (saat 16.15-də elektrik enerjisi verilişi bərpa edildikdən sonra) yaranan yüksək təzyiqin təsirindən avadanlığın təzyiq altında gərilən, sıxılan və burulan hissələri sıradan çıxa bilərdi. İş materiallarında olan satıcı X9 Gida Sanayi ve Ticaret LTD ŞTİ ilə alıcı "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti arasında bağlanmış 09 mart 2023-cü il tarixli alqı-satqı müqaviləsindən görünür ki, alıcı satıcıdan Q 550 Vakum press və digər mallar almışdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. - 385.1-ci maddəsinə görə öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 386.1-ci maddəsinə əsasən ödəliyin zərər vurulması, əsassız varlanma və ya bu Məcəllədə nəzərdə tutulmuş digər əsaslar nəticəsində əmələ gəlməsi halları istisna olmaqla, öhdəliyin əmələ gəlməsi üçün onun iştirakçıları arasında müqavilə olmalıdır. - 442-ci maddəsinə əsasən öhdəliyin icra edilməməsi anlayışı öhdəliyin icra edilməməsi dedikdə onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi, mallarda, işlərdə və xidmətlərdə qüsurlarla və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 443.1-ci maddəsinə əsasən öhdəliyini icra etməyən borclu kreditora dəymiş zərərin əvəzini ödəməyə borcludur. Borclunun üzərinə öhdəliyi pozmağa görə məsuliyyət qoyulmadıqda bu qayda qüvvədə olmur. - 1096-cı maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkmişə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). Delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. - 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2 fevral 2005-ci il tarixli, 18 nömrəli qərarı ilə təsdiq edilmiş “Elektrik enerjisindən istifadə Qaydaları”nın: - 8.14-cü bəndinə əsasən istehlakçı (o cümlədən məişət abonenti) hesablaşma dövründə ona buraxılmış elektrik enerjisinin haqqını enerjitəchizatı müəssisəsi tərəfindən ödəmə sənədi təqdim edildikdən sonra bir ay müddətində ödəməlidir. - 9.13.2-ci bəndinə əsasən enerji təchizatı müəssisəsi istehlakçıya elektrik enerjisinin verilməsini enerji təchizatı müəssisəsinin istehlakçıya verdiyi elektrik enerjisinin sayğacla müəyyənləşən hesabı istehlakçıya enerji təchizatı müəssisəsi tərəfindən təqdim edildikdən (göndərildikdən) sonra bir ay müddətində tam məbləğdə ödənilmədikdə dayandırır. - 9.13-1-ci bəndinə əsasən Elektrik xətlərinin qanunsuz olaraq kəsilməsi və ya istehlakçıya bu Qaydaların 9.13-cü bəndində nəzərdə tutulmuş hallarda (9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndlərində nəzərdə tutulan hallar istisna olmaqla) yazılı bildiriş göndərilmədən elektrik və istilik enerjisi verilməsinin dayandırılması qadağandır. - 9.13-3-cü bəndinə əsasən Elektrik enerjisinin verilməsinin dayandırılması və bərpa edilməsi hər bir halda (bu Qaydaların 9.13.3-cü (yalnız qəza işləri görüldükdə, o cümlədən baş verən yanğının və ya qaz sızmasının qarşısı alındığı hallarda) və 9.13.6-cı yarımbəndləri istisna olmaqla) enerji təchizatı müəssisəsi tərəfindən istehlakçının iştirakı ilə aktla rəsmiləşdirilməli və aktın bir nüsxəsi istehlakçıya təqdim edilməlidir. İddia ərizəsinin məzmunundan görünür ki, tələb aşağıdakı hissələrdən ibarətdir. - 56128 (əlli altı min yüz iyirmi səkkiz) manat məbləğində maddi ziyanın ödənilməsi; - 10000 (on min) manat məbləğində mənəvi zərərin ödənilməsi. Mülki Məcəllənin tələblərinə görə dəymiş zərərin ödənilməsinin təmin edilməsi üçün ilk növbədə aşağıdakı hüquqi əsasların müəyyən edilməsi zəruridir: zərərin mövcud olması, zərərin qanunsuz hərəkət və yaxud hərəkətsizlik nəticəsində vurulması, zərərlə qanunsuz hərəkət və yaxud hərəkətsizlik arasında səbəbli əlaqənin olması və zərər vuran şəxsin təqsirli olması. Yalnız bu əsaslar müəyyən olunduqda cavabdehin üzərinə zərərin ödənilməsi öhdəliyi qoyula bilər. Səbəbli əlaqə hadisələr arasında elə əlaqədir ki, konkret şəraitdə onlardan biri (səbəb) digərindən (nəticədən) əvvəl gəlir və onun yaranmasına səbəb olur. Səbəbli əlaqənin müəyyən edilməsi bəzən yanlış olaraq hüquq pozuntusu törədən şəxsin hərəkətində təqsirin olub-olmamasından asılı edilir. Lakin səbəbli əlaqə hüquq pozuntusu iştirakçılarının şüurundan asılı olmayaraq obyektiv, təqsir isə konkret şəxsin öz davranışına və onun nəticələrinə münasibətində ifadə olunan subyektiv cəhətlərdir. Azərbaycan Respublikasının Energetika Nazirliyi Enerji Məsələlərini X4 Filialı tərəfindən İddiaçınə ünvanlanmış 17 fevral 2023-cü il tarixli məktubundan və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2024-cü il tarixli 10/6320 nömrəli məhkəmə mühəndis-texniki ekspertizasının rəyindən göründüyü kimi, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən kərpic zavoduna elektrik enerjisinin verilməsinin dayandırılması “Elektrik enerjisindən istifadə Qaydaları”nın yuxarıda qeyd olunan tələbləri pozulmaqla həyata keçirilmişdir. İddia ərizəsindən göründüyü kimi, iddiaçı elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində ona maddi və mənəvi ziyan dəydiyini bildirmişdir. İddiaçının tələb etdiyi etdiyi real zərər üç hissədən ibarətdir: “Karadayi Makina Sanayi VP-600 Vakum Pressi”nin ehtiyat hissələrinə dəymiş ziyan 43630 manat; yararsız hala düşən 55000 ədəd hazır kərpicin dəyəri 8800 manat və yararsız hala düşən 20400 yarım fabrikat kərpicin dəyəri 2448 manat; itirilmiş iş saatı- 1 günə 70 nəfərin əmək haqqı 1250 manat. Həmin zərər müstəqil ekspert Əhməd Talıblı tərəfindən verilmiş 14 mart 2023-cü il tarixli, 1403 HŞ nömrəli Qiymətləndirmə rəyi ilə əsaslandırılır. Məhkəmə qeyd edir ki, Xızı rayonu, Giləzi qəsəbəsində yerləşən kərpic zavoduna elektrik enerjisinin verilməsi xx.xx.2023-cü il tarixdə dayandırılmasına baxmayaraq İddiaçı tərəfindən müstəqil ekspertə həmin hadisədən 1 ay 20 gün keçdikdən sonra xx.xx.2023-cü il tarixdə müraciət edilmiş və müvafiq rəy xx.xx.2023-cü il tarixdə verilmişdir. Bildirilir ki, iddiaçı tərəfindən məhkəməyə təqdim olunmuş "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin verdiyi 20 dekabr 2023-cü il tarixli, 37/23 nömrəli Qiymətləndirməyə dair hesabatı da müstəqil ekspert Əhməd Talıblının verdiyi 14 mart 2023-cü il tarixli, 1403 HŞ nömrəli Qiymətləndirmə rəyi ilə eynilik təşkil edir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2024-cü il tarixli 10/6320 nömrəli məhkəmə mühəndis-texniki ekspertizasının rəyində qeyd olunur ki, “Gilstone" MMC-yə məxsus kərpic zavoduna ekspertin və tərəflərin nümayəndələrinin iştirakı ilə baxış keçirilərkən zavodda kərpic istehsalat xəttində yeni avadanlıqların quraşdırıldığı, xx.xx.2023-cü il tarixdə saat 10:35-də 10 kV-luq “Kərpic zavod” hava elektrik xəttinin yarımstansiyanın 10 kV-luq açarından açılması nəticəsində yararsız vəziyyətə düşməsi iddia edilən avadanlıqların sökülərək istismardan çıxarıldığı və zavodun ərazisindəki açıq sahəyə atıldığı, hazırkı vəziyyətdə texniki cəhətdən qüsurlu (qopmuş, çatlamış) və istifadə üçün yararsız halda olduğu müəyyən edilir. Ekspertizaya təqdim edilmiş abonent vərəqində aylar üzrə elektrik enerjisi sərfiyyatına görə 2023-cü ilin yanvar ayında zavodun enerji sərfiyyatının (istehsal gücünün) əvvəlki aylara uyğun olduğunu nəzərə aldıqda, 23 yanvar 2023-cü il tarixə qədər zavodda avadanlıqların işlək vəziyyətdə olması qənaətinə gəlmək olar. Belə olan şəraitdə, iddiaçıya məxsus “Kərpic zavod”a elektrik enerjisi verilişinin 23 yanvar 2023-cü il tarixdə saat 10:35-də kəsilməsi nəticəsində istehsalat prosesinin dayanması və təqribən 5 saat müddətində press avadanlığın içərisində olan xammalın (gilin) bərkiməsi səbəbindən avadanlıq işə salınarkən (saat 16.15-də elektrik enerjisi verilişi bərpa edildikdən sonra) yaranan yüksək təzyiqin təsirindən avadanlığın təzyiq altında gərilən, sıxılan və burulan hissələri sıradan çıxa bilərdi. Göründüyü kimi, müstəqil ekspert Əhməd Talıblı tərəfindən 14 mart 2023-cü il tarixli 1403 HŞ nömrəli qiymətləndirmə rəyi elektrik enerjisinin verilməsinin dayandırılmasından 1 ay 20 gün sonra verilmiş, həmin rəyin verilməsində cavabdehin nümayəndəsi iştirak etməmiş, habelə rəy iddiaçının təqdim etdiyi və göstərdiyi məlumatlar əsasında tərtib olunmuşdur. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin 13 sentyabr 2024-cü il tarixli 10/6320 nömrəli məhkəmə mühəndis-texniki ekspertizasının rəyi isə press avadanlığının hissələrinə ziyan dəyməsi ilə bağlı hissədə ehtimallara əsaslanmış və rəydə hansı hissələrə ziyan dəyməsi konkret qeyd olunmamışdır. Buna görə məhkəmə hesab edir ki, göstərilən rəylər və hesabat 23 yanvar 2023-cü il tarixdə elektrik enerjisinin dayandırılması nəticəsində iddiaçıya ziyan dəyməsinin və həmin ziyanın məbləğinin müəyyən olunmasına dair mötəbər sübut kimi qəbul oluna bilməz. İddiaçı “Karadayı Makina Sanayi VP-600 Vakum Pressi”nin ehtiyat hissələrinə 43630 manat ziyan dəydiyini bildirsə də, həmin məbləğin xərcləndiyini və ya xərclənməli olduğunu, habelə presin sıradan çıxdığını qeyd etdiyi hissələrinin satın alındığını və ya təmir edildiyini təsdiq edən rəsmi sənədlər məhkəməyə təqdim etməmişdir. Məhkəmə qeyd edir ki, iddiaçı xx.xx.2023-cü il tarixdə elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində "Karadayı Makina Sanayi VP-600 Vakum Pressi”nin ehtiyat hissələrinə ziyan dəydiyini və avadanlığın sıradan çıxdığını qeyd etsə də, kərpic zavodun abonent saldosuna əsasən elektrik enerjisindən istifadəyə görə sərfiyyat xx.xx.2022xx.xx.2022-ci il tarixdə 8850 manat, xx.xx.2022- xx.xx.2023-cü tarixdə 9150 manat, xx.xx.2023-xx.xx.2023-cü il tarixdə (28 gün) 7950 manat məbləğində olmuşdur. Göründüyü kimi, elektrik enerjisinin verilməsinin dayandırıldığı 2023-cü ilin yanvar ayı ilə ondan əvvəlki və sonrakı ay arasında elektrik enerjisi sərfiyyatında kəskin fərq müşahidə olunmadığını nəzərə alaraq həmin hadisədən sonra sözügedən avadanlığın işlək vəziyyətdə olması qənaətinə gəlmək olar. Bundan başqa iddiaçı 8800 manat dəyərində 55000 ədəd hazır kərpicin və 2448 manat dəyərində 20400 yarım fabrikat kərpicin yararsız hala düşdüyünü qeyd etsə də, məhkəməyə həmin kərpiclərin xx.xx.2023-cü il tarixdə elektrik enerjisinin verilməsinin dayandırılması nəticəsində yarasız hala düşməsini təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir. Real zərərlə bağlı tələbin bir hissəsini də itirilmiş iş saatı- 1 günə 70 nəfərin əmək haqqı 1250 manat təşkil edir. Bununla bağlı məhkəmə qeyd edir ki, kərpic zavodda elektrik enerjisinin verilməsinin dayandırılması bir gün deyil, 23 yanvar 2023-cü il tarixdə saat 10:35-dən saat 16:15-ə qədər olmuşdur. Bundan başqa iddiaçı məhkəməyə hadisə baş verdiyi vaxt 70 nəfər işçisinin fəaliyyət göstərdiyini təsdiq edən mötəbər sübut təqdim edə bilməmişdir. Göründüyü kimi, iddiaçı maddi ziyanın mövcud olduğunu təsdiq edən mötəbər sübutları məhkəməyə təqdim etməmiş, bundan başqa məhkəmə araşdırması zamanı elektrik enerjisinin verilməsinin dayandırılması ilə iddiaçıya maddi ziyan dəyməsi arasında səbəbli əlaqə müəyyən edilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi “56128 (əlli altı min yüz iyirmi səkkiz) manat məbləğində maddi ziyanın ödənilməsi” hissəsində rədd edilməlidir. “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 7 №-li 03 noyabr 2008-ci il tarixli Qərarında isə göstərilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, «İnsan Hüquqlarının və X6 Haqqında Konvensiya»nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından «mənəvi zərər» anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə, ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması, şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər...Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Zərərvuran şəxsin eyni əmələ görə mülki, inzibati və yaxud cinayət məsuliyyətinə cəlb edilməsi zərərçəkənin ondan həm də mənəvi zərərin ödənilməsini tələb etmək hüququnu istisna etmir...Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə mənəvi zərərin ödənilməsi barədə tələblərə baxdıqda mülki məsuliyyətin yaranması əsaslarını müəyyən etməklə bərabər zərərçəkənin mənəvi sarsıntı və iztirablara məruz qalmasının nədə ifadə olunmasını, bunların hansı şəraitdə və hansı hərəkət (hərəkətsizlik) nəticəsində baş verməsini, zərərvuran şəxsin təqsirini, zərərçəkən şəxsin hansı mənəvi sarsıntı və iztirablar keçirməsini, zərərçəkənin bunları hansı məbləğdə və sair maddi formada qiymətləndirməsini aydınlaşdırmağa borcludur. Məhkəmə hesab edir ki, iddiaçı ona 10000 manat məbləğində mənəvi zərər vurulduğunu bildirsə də, mənəvi zərərin nədən ibarət olmasını əsaslandıra bilməmişdir. Eyni zamanda işin hallarından da həmin əsaslar müəyyən olunmur. Buna görə məhkəmə hesab edir ki, iddia həmin hissədə də rədd olunmalıdır. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 107-ci maddəsinə əsasən məhkəmə xərcləri dövlət rüsumundan və işə baxılması ilə əlaqədar olan məsrəflərdən ibarətdir. Həmin Məcəllənin 119.1-ci maddəsinə əsasən, məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Məhkəmə iddianın “cavabdehdən iddiaçının xeyrinə 1100 (min yüz) manat məbləğində qiymətləndirmə xərcinin, hüquqi yardım üçün ödənilmiş 120 (yüz iyirmi) manat məbləğində xidmət haqqının, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində medasiya xərcinin və 192 (yüz doxsan iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsinə münasibətdə qeyd edir ki, iddia tələbi təmin olunmadığından həmin xərclər də iddiaçının özünə aid edilməli və təmin edilməməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən, məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən, hər bir tərəf öz tələb və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən, məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən, məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cu maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Lakin hakim qanunda göstərilən müstəsna hallarda iddia tələblərindən kənara çıxa bilər. Məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddiası rədd olunmalıdır. Bundan başqa, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 254 (iki yüz əlli dörd) manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq X2 ödənilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏT ETDİ: İddiaçı cavabdeh "xxxx" Açıq Səhmdar Cəmiyyətinə qarşı “maddi və mənəvi ziyanın ödənilməsi” tələbi barədə iddiası rədd edilsin. Məhkəmə xərcləri iddiaçının özünə aid edilsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 254 (iki yüz əlli dörd) manat məbləğində pul vəsaiti İddiaçındən tutularaq X2 ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-29/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-29/2024
16.10.2024 · Mülki hüquq pozuntularından (deliktlərdən) əmələ gələn öhdəliklər üzrə mübahisələr - Maddi ziyanın ödənilməsi
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver