Məhkəmə qərarları › İş №e-2-2(119)-29/2025

Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-29/2025

22.07.2025 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-29/2025 22.07.2025 Sumqayıt Kommersiya Məhkəməsi Hakim Alıyeva Həlimə Rəşid qızının sədrliyi, Məcidova Aytac Yafət qızının katibliyi, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iştirakı ilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı verilmiş “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Qapalı Səhmdar Cəmiyyəti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 qarşı “borcun tutulması və tutmanın ipoteka predmetinə yönəldilməsi" tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək cavabdеhlərdən müştərək qaydada İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin хеyrinə 8262,25 (səkkiz min iki yüz altmış iki manat iyirmi beş qəpik) manat məbləğində əsas bоrc, 740,67 (yeddi yüz qırx manat altmış yeddi qəpik) manat məbləğində faiz bоrcu və 412,66 (dörd yüz on iki manat altmış altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 9415,58 (doqquz min dörd yüz on beş manat əlli səkkiz qəpik) manat məbləğində bоrcun, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərcinin, 14,16 (on dörd manat on altı qəpik) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının tutulması, tələbin Cavabdeh1 istifadəsində olan Xaçmaz şəhəri, bazar ərazisində yerləşən dövlət mülkiyyətində olan 0.0032 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyətində olan 27.4 kvadrat metr qeyri-yaşayış binasına yönəldilməsi, həmin ipoteka predmetinin açıq hərracdan satılması və cəmi 9415,58 (doqquz min dörd yüz on beş manat əlli səkkiz qəpik) manat məbləğində bоrcun, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərcinin, 14,16 (on dörd manat on altı qəpik) manat məbləğində dövlət rüsumunun, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumunun və 30 (otuz) manat məbləğində xidmət haqqının ipoteka predmetinin hərracdan satışından əldə olunan vəsait hesabına iddiaçıya ödənilməsi, hərracdan əldə olunmuş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada tutulması barədə qətnamə çıxarılmasını məhkəmədən xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2019-cu il tarixli 011L**********29 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən 120 (yüz iyirmi) ay müddətinə 500000 (beş yüz min) manat məbləğində krеdit хətti açılmışdır. Bu müqaviləyə əsasən cavabdehə vеriləcək məbləğ və müddət ayrıca оlaraq krеdit razılaşması ilə müəyyən оlunur. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə bağladığı xx.xx.2021-ci il tarixli 011R********** saylı krеdit razılaşması əsasında 24 ay müddətinə, aylıq faiz dərəcəsi 1,75% оlmaqla, ödəniş planı üzrə hissə-hissə qaytarmaq şərti ilə 15000 (on beş min) manat məbləğində krеdit götürmüşdür. Cavabdeh1 krеdit razılaşmasının 1.2-ci bəndinin tələbini pоzaraq krеdit razılaşması üzrə ödəmələri dəfələrlə yubatmış, krеdit bоrcu və faiz bоrcundan ibarət оlmaqla ödəməli оlduğu vəsaitləri xx.xx.2022-ci il tarixdən banka qaytarmamışdır. Cavabdeh1 götürdüyü krеdit bоrcundan 6737,75 manat ödəmiş, onun 8262,25 manat məbləğində kredit borcu qalmışdır. Kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Qeyd edilənlərə əsasən Cavabdeh1 kredit borcu və faiz borcundan ibarət olmaqla ödəməli olduğu vəsaitləri kreditora qaytarmadığı üçün xx.xx.2023-cü il tarixə 231 gün üçün hesablanmış faiz borcu 740,67 manat təşkil edir. Krеdit razılaşmasının 4.2.2-ci bəndinə uyğun оlaraq borclu ödəniş planı üzrə krеditi və оna hеsablanmış faizi vaхtında qaytarmadıqda hər gеcikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməlidir. xx.xx.2023-cü il tarixə 231 gün üçün hеsablanmış cərimə 412,66 manat təşkil edir. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliklərinin icrasını təmin еtmək məqsədilə cavabdеhlər Cavabdeh2 və Cavabdeh3 zaminlik müqavilələrinə əsasən bank qarşısında öz üzərlərinə məsuliyyət götürmüşlər. Onlar həmin zaminlik müqavilələrinin 1.1ci bəndinə əsasən yuхarıda göstərilən uzunmüddətli kredit müqaviləsindən irəli gələn öhdəliklərin icrası üçün bank qarşısında Cavabdeh1 ilə birgə məsuliyyət daşıyır və uzunmüddətli kredit müqaviləsi üzrə krеditin qaytarılması ilə bağlı onun bütün öhdəliklərini icra еtməlidirlər. Uzunmüddətli kredit müqaviləsi üzrə Cavabdeh1 öhdəliyinin icrasını təmin etmək məqsədi ilə cavabdeh- ipoteka qoyan və borc alan Cavabdeh1 və bank arasında bağlanılmış xx.xx.2019-ci il tarixli 011M**********01 saylı ipoteka müqaviləsi əsasında ona məxsus Xaçmaz şəhəri, bazar ərazisində yerləşən dövlət istifadəsində olan 0.0032 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 27.4 kvadrat metr qeyriyaşayış binası iddiaçının xeyrinə ipoteka ilə yüklü edilmişdir. İpoteka qoyanın arvadı X1 Xaçmaz şəhəri, bazar ərazisində yerləşən dövlət istifadəsində olan 0.0032 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətdə olan 27.4 kvadrat metr qeyri-yaşayış binası İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ipoteka müqaviləsi əsasında ipoteka qoyularkən ipoteka müqaviləsinin rəsmiləşdirildiyi notariat kontoruna ərizə təqdim edərək ipoteka qoyulmasına etiraz etməmişdir. Məhkəmə iclasında iştirak edən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi Nümayəndə3 iddia ərizəsinin məzmununa uyğun izahat verərək məhkəmədən iddianın təmin olunması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. O, əsas borcdan 100 manat ödəniş edildiyini, əsas borcun 8162,25 manat qaldığını bildirmişdir. Cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 məhkəmə baxış iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmələrinə baxmayaraq məhkəməyə gəlməmələrinin səbəbini və ya mümkünsüzlüyünü bildirmədən və bu səbəblərin üzürlü olması barədə sübutlar təqdim etmədən məhkəməyə gəlməmişlər. Məhkəmə Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 185.5-ci maddəsinə əsaslanaraq işə cavabdehlərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 185.5-ci maddəsinin tələblərinə görə məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilmiş proses iştirakçılarının gəlməməsinin səbəbləri haqqında məlumat olmadıqda və ya məhkəmə gəlməməyin səbəblərini üzürsüz hesab etdikdə, yaxud məhkəmə proses iştirakçılarının icraatı qəsdən yubandırdığını aşkar etdikdə, işə baxmağa haqlıdır. Məhkəmə proses iştirakçısını dinləyib, iddia ərizəsini və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında bağlanılmış 25 sentyabr 2019-cu il tarixli 011L**********29 saylı uzunmüddətli kredit müqaviləsinə əsasən Cavabdeh1 120 (yüz iyirmi) müddətinə 500000 (beş yüz min) manat məbləğində kredit xətti açılmışdır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh1 arasında 25 sentyabr 2019-cu il tarixli 011L**********29 saylı uzunmüddətli kredit müqaviləsi üzrə bağlanmış 04 oktyabr 2021-ci il tarixli 011R********** saylı krеdit razılaşmasının 1-ci bəndinə görə bank 15000 (on beş min) manat krediti aylıq faiz dərəcəsi 1,75 % olmaqla 24 ay müddətinə kredit alana verir. Kredit alan bu kredit razılaşmasının ayrılmaz tərkib hissəsi olan 1 saylı əlavədə göstərilmiş ödəniş planına əsasən razılaşdırılmış tarixlərdə kredit məbləğini ona hesablanmış faizlə birlikdə banka qaytarmağı öz öhdəsinə götürür. Həmin kredit razılaşmasının 2.3-cü bəndinə əsasən faiz qaytarılmalı kredit məbləği üzrə hər gün üçün bank tərəfindən kreditin verildiyi tarixdən onun tam qaytarılmasınadək hesablanır. Bir gün üçün faiz bu kredit razılaşmasının 1.1-ci bəndi ilə müəyyən olunmuş aylıq faizin 1/30 hissəsi kimi hesablanır. Həmin kredit razılaşmasının 4.2.2-ci bəndinə görə kredit alan ödəniş planı üzrə krediti və ona hesablanmış faizi vaxtında qaytarmadıqda, hər gecikdirilən gün üçün kredit qalığının 0,1 %-i məbləğində cərimə ödəməyə borcludur. İş materiallarında olan 011R********** saylı kredit razılaşması üzrə tərtib olunmuş 04 oktyabr 2021-ci il tarixli ödəniş planında borcalan Cavabdeh1 banka olan borcunun son ödəniş tarixi 04 oktyabr 2023-cü il olmaqla, həmin borcun müvafiq aylar üzrə müəyyən olunmuş vaxtlarda və məbləğlərdə ödənilməsi nəzərdə tutulmuşdur və həmin ödəniş planı borcalan Cavabdeh1 imzası ilə təsdiq edilmişdir. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh2 arasında bağlanmış 26 sentyabr 2019-ci il tarixli 011S**********01 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh2 borclunun uzunmüddətli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə Cavabdeh3 arasında bağlanmış 04 oktyabr 2021-ci il tarixli 011S**********01 saylı zaminlik müqaviləsinə əsasən Cavabdeh3 borclunun uzunmüddətli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. İş materiallarında olan İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan-borcalan Cavabdeh1 arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli 001M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən 25 sentyabr 2019-cu il tarixli 011L**********29 saylı uzunmüddətli kredit müqaviləsi üzrə yaranmış öhdəliklərinin icrasının təminatı kimi ipoteka qoyan Cavabdeh1 Xaçmaz şəhəri, bazar ərazisində yerləşən dövlət istifadəsində olan 0.0032 ha torpaq sahəsi və üzərində yerləşən xüsusi mülkiyyətində olan 27.4 kvadrat metr qeyri-yaşayış binasını ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edir. Həmin müqavilənin 2.5-ci bəndinə əsasən ipoteka predmetinin dəyəri- ilkin satış qiyməti tərəflərin qarşılıqlı razılığı ilə 9600 (doqquz min altı yüz) manat müəyyən olunmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin Yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Hüquqların Dövlət Qeydiyyatı Haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən RX seriyalı ******* nömrəli çıxarışdan görünür ki, Xaçmaz şəhəri, bazar ərazisində yerləşən dövlət mülkiyyətində olan 0.0032 ha torpaq sahəsi Cavabdeh1 istifadəsində və həmin torpaq sahəsinin üzərində yerləşən 27.4 kvadrat metr qeyri-yaşayış binası Cavabdeh1 xüsusi mülkiyyətindədir. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti Hüquqların Dövlət Qeydiyyatı haqqında Daşınmaz Əmlakın Dövlət Reyestrindən ********** qeydiyyat nömrəli çıxarışdan görünür ki, Cavabdeh1 Xaçmaz şəhəri, bazar ərazisində yerləşən qeyri-yaşayış binası İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş, əsas öhdəliyin mahiyyəti kimi 25 sentyabr 2019-cu il tarixli 011L**********29 saylı uzunmüddətli kredit müqaviləsi göstərilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 23 avqust 2023-cü il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 04 oktyabr 2021-ci il tarixli 011R********** saylı krеdit razılaşması üzrə 23 iyun 2023-cü il tarixə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 8262,25 manat məbləğində əsas borcu, 740,67 manat məbləğində faiz borcu və 412,66 manat məbləğində cərimə borcu olmaqla, cəmi 9415,58 manat məbləğində borcu vardır. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 13 yanvar 2025-ci il tarixli maliyyə arayışından görünür ki, Cavabdeh1 04 oktyabr 2021-ci il tarixli 011R********** saylı krеdit razılaşması üzrə 13 yanvar 2025-ci il tarixə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə 8162,25 manat məbləğində əsas borcu, 3071,79 manat məbləğində faiz borcu və 1344,46 manat məbləğində cərimə borcu olmaqla, cəmi 12578,50 manat məbləğində borcu vardır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin 09 oktyabr 2024-cü il tarixli 9/3378 nömrəli ekspert rəyindən görünür ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən, Cavabdeh1 banka ödənilmiş pul vəsaitlərinə dair hesabdan çıxarış məlumatları və xx.xx.2021-ci il tarixli, 011R********** saylı kredit razılaşmasının şərtləri nəzərə alınmaqla və müqavilə dövründə illik 21%-lə, müqavilə dövründən sonra illik 5%-lə faiz hesablanmaqla Cavabdeh1 xx.xx.2023-cü il tarixə 11726,70 manat əsas borcu, 2695,19 manat (illik 21%-lə) faiz borcu, xx.xx.2023-cü il tarixə 11726,70 manat əsas borcu, 2982,49 manat (illik 21 %-lə) faiz borcu, xx.xx.2024cü il tarixə 11726,70 manat əsas borcu, 3673,39 manat (illik 21%-lə) faiz borcu, 314,34 manat (illik 5%-lə) əldən çıxmış fayda borcu müəyyən olunur. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə ekspertizası mərkəzinin 18 dekabr 2024-cü il tarixli 10/3426, 9/3577 nömrəli ekspert rəyində qeyd olunur ki, internet saytı məlumatlarında Xaçmaz şəhəri, bazar ərazisində yerləşən qeyri-yaşayış tikilisinə yaxın ərazilərdə yerləşən analoji qeyri-yaşayış tikililərinin satışı barədə məlumat olmadığından sözügedən 27,4 kvadrat metr qeyri-yaşayış sahəsinin mövcud orta bazar və likvid qiymətini müəyyən etmək mümkün olmadı. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 10 iyun 2025-ci il tarixli 425/E nömrəli mütəxəssis rəyində göstərilir ki, Cavabdeh1 istifadəsində olan Xaçmaz şəhəri, bazar ərazisində yerləşən dövlət mülkiyyətində olan 0.0032 ha torpaq sahəsinin real bazar dəyəri 3200 (üç min iki yüz) manat, likvid dəyəri 2880 (iki min səkkiz yüz səksən) manat, üzərində yerləşən xüsusi mülkiyətində olan 27.4 kvadrat metr qeyriyaşayış binasının isə real bazar dəyəri 27400 (iyirmi yeddi min dörd yüz) manat, likvid dəyəri 24660 (iyirmi dörd min altı yüz altmış) manat müəyyən edilir. İş materiallarında olan "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 iyul 2025-ci il tarixli UNİ/İ 80-410/2025 nömrəli mütəxəssis rəyində göstərilir ki, Xaçmaz şəhəri, bazar ərazisində yerləşən dövlət mülkiyyətində olan 0.0032 ha torpaq sahəsinin və üzərində yerləşən xüsusi mülkiyətində olan 27.4 kvadrat metr olan qeyri-yaşayış binasının bazar dəyəri 17500 (on yeddi min beş yüz) manat, likvid dəyəri 14000 (on dörd min) manat müəyyən edilir. Həmin rəydə qeyd olunur ki, qeyri-yaşayış binasının yerləşdiyi ərazinin torpaq sahəsi dövlət mülkiyyəti olduğundan ərazinin torpaq sahəsinin qiymətləndirilməsi qanunvericiliyə uyğun olaraq həyata keçirilməyib. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 5.3-cü maddəsinə əsasən mülki hüquq münasibətlərinin subyektləri öz hüquq və vəzifələrini vicdanla həyata keçirməyə borcludurlar. - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-cü maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirilməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul olan kredit alan Cavabdeh1 04 oktyabr 2021-ci il tarixli 011R********** nömrəli kredit razılaşmasını bağlayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas borcu və faiz borcunu müvafiq qaydada ödəməmişdir. Bununla da, cavabdeh iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Məhkəmə hesab edir ki, həmin kredit razılaşması üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən məhkəməyə təqdim edilmiş 13 yanvar 2025ci il tarixli maliyyə arayışı nəzərə alınmalıdır. Belə ki, həmin maliyyə arayışında Cavabdeh1 04 oktyabr 2021-ci il tarixli 011R********** nömrəli kredit razılaşması üzrə İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə cəmi 8162,25 (səkkiz min yüz altmış iki manat iyirmi beş qəpik) manat məbləğində əsas borcunun qaldığı qeyd olunmuşdur. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi “8262,25 (səkkiz min iki yüz altmış iki manat iyirmi beş qəpik) manat məbləğində əsas borcun iddiaçının xeyrinə tutulması” hissəsində qismən təmin edilməli, sözügedən kredit razılaşması üzrə 8162,25 (səkkiz min yüz altmış iki manat iyirmi beş qəpik) manat məbləğində əsas borc iddiaçının xeyrinə tutulmalıdır. İddia tələbinin “740,67 (yeddi yüz qırx manat altmış yeddi qəpik) manat məbləğində faiz bоrcunun iddiaçının xeyrinə tutulması” ilə bağlı məhkəmə qeyd edir ki, iddia həmin hissədə təmin edilməli, 740,67 (yeddi yüz qırx manat altmış yeddi qəpik) manat məbləğində faiz bоrcu iddiaçının xeyrinə tutulmalıdır. İş üzrə keçirilmiş məhkəməmühasibatlıq ekspertizasının 09 oktyabr 2024-cü il tarixli 9/3378 nömrəli rəyində Cavabdeh1 23 iyun 2023-cü il tarixə faiz borcu 2982,49 manat müəyyən olunsa da, iddiaçı iddia ərizəsində 740,67 (yeddi yüz qırx manat altmış yeddi qəpik) manat məbləğində faiz borcunun tutulmasını xahiş etdiyindən məhkəmə hesab edir ki, faiz borcu iddia tələbinin həcmində tutulmalıdır. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbi “412,66 (dörd yüz on iki manat altmış altı qəpik) manat məbləğində cərimənin tutulması” hissəsində əsaslı olduğundan təmin edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 470.1-ci maddəsinə əsasən zaminlik müqaviləsi üzrə zamin başqa şəxsin kreditoru qarşısında həmin şəxsin öz öhdəliyini tamamilə və ya hissə-hissə icra etməsi üçün məsuliyyəti öz üzərinə götürür. - 472.1-ci maddəsinə əsasən borclu zaminliklə təmin edilmiş öhdəliyi icra etmədikdə və ya lazımınca icra etmədikdə, əgər bu Məcəllədə və ya zaminlik müqaviləsində zaminin subsidiar məsuliyyəti nəzərdə tutulmayıbsa, zamin və borclu kreditor qarşısında birgə məsuliyyət daşıyırlar. 26 sentyabr 2019-cu il tarixli 011S**********01 və 04 oktyabr 2021-ci il tarixli 011S**********01 saylı zaminlik müqavilələrinə əsasən zaminlər Cavabdeh2 və Cavabdeh3 kredit alanın uzunmüddətli kredit xətti müqaviləsindən irəli gələn öhdəliklərini tamamilə icra etməsi üçün bank qarşısında tam məsuliyyəti öz üzərinə götürür və borclu ilə birlikdə bank qarşısında birgə məsuliyyət daşıyır. Buna görə məhkəmə hesab edir ki, iddianın həmin şəxslərə münasibətdə də təmin olunması üçün əsaslar mövcuddur. Azərbaycan Respublikasının Mülki Məcəlləsinin: - 269.1-ci maddəsinə əsasən girov və ipoteka hüququ girov qoyanın əşyası barəsində girov saxlayanın əşya hüququdur və eyni zamanda borclunun girov saxlayan qarşısında pul və ya başqa öhdəliyinin icrasının təmin edilməsi üsuludur. - 269.4-cü maddəsinə əsasən ipoteka daşınmaz əşyalara, habelə rəsmi reyestrdə qeydə alınmalı olan daşınar əşyalara əşya hüquqlarının məhdudlaşdırılmasıdır. - 319.1-ci maddəsinə əsasən əgər borclu icrasını təmin etmək üçün əşyanın ipotekaya verildiyi öhdəliklərin yerinə yetirilməsini gecikdirmişsə, ipoteka saxlayan ipoteka ilə yüklü edilmiş obyekti açıq hərracdan satmaq hüququna malikdir. “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun: - 34.1-ci maddəsinə əsasən ipoteka saxlayanın ipoteka predmetinə tutmanın yönəldilməsi hüququnun yaranmasına əsas verən hallar aşağıdakılardır: - 34.1.1. əsas öhdəliyin, yaxud onun bir hissəsinin icrasının 90 təqvim günü və daha çox müddətə gecikdirilməsi; - 34.1.3. ipoteka müqaviləsində nəzərdə tutulmuş və ipoteka saxlayana ipotekaya tutma yönəltmək hüququ verən şərtinin baş verməsi; - 39.3-cü maddəsinə əsasən məhkəmə ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında qərar qəbul edərkən qərarda aşağıdakıları göstərməlidir: - 39.3.3. ipoteka predmetinin ilkin satış qiyməti. İlkin satış qiyməti ipoteka qoyanla ipoteka saxlayanın razılaşması əsasında, mübahisə olduqda isə müstəqil qiymətləndiricinin rəyi əsasında məhkəmə tərəfindən müəyyən edilir; - 41.1-ci maddəsinə əsasən ipoteka müqaviləsinə əsasən tutma yönəldilən ipoteka predmeti açıq bazarda və ya hərracda, o cümlədən elektron qaydada keçirilən hərracda satıla bilər. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki və Kommersiya kollegiyalarının “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi üzrə ipoteka predmeti olan əmlakın ilkin satış qiymətinin müəyyən edilməsi məsələsinə dair” xx.xx.2020-ci il tarixli qərardadında göstərilir ki, “İpoteka haqqında” Qanunun 39.3.3-cü maddəsinə əsasən məhkəmə qətnaməsində göstərilən ilkin satış qiyməti ipoteka predmeti olan əmlakın likvid qiyməti ilə müəyyən edilməlidir. Göründüyü kimi, kredit müqaviləsi üzrə Cavabdeh1 üzərinə düşən öhdəliklərin icrasının təmini məqsədilə İddiaçı Qapalı Səhmdar Cəmiyyəti ilə ipoteka qoyan Cavabdeh3 arasında bağlanmış 26 sentyabr 2019-cu il tarixli 001M**********01 nömrəli ipoteka müqaviləsinə əsasən ipoteka qoyan Cavabdeh1 istifadəsində olan dövlət mülkiyyətində olan 0.0032 ha torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətində olan 27.4 kvadrat metr qeyri-yaşayış binası ipoteka saxlayanın xeyrinə ipoteka ilə yüklü edilmişdir. Tutmanın ipoteka ilə yüklü edilmiş ipoteka predmetinə yönəldilməsi barədə tələb Mülki Məcəllənin və “İpoteka haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinə uyğundur. Məhkəmə qeyd edir ki, ipoteka predmeti olan dövlət mülkiyyətində olan 0.0032 ha torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 27.4 kvadrat metr qeyriyaşayış binasının likvid qiyməti müəyyən edilərkən "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyətinin 21 iyul 2025-ci il tarixli UNİ/İ 80-410/2025 nömrəli mütəxəssis rəyi nəzərə alınaraq ipoteka predmetinin ilkin satış (likvid) qiyməti 14000 (on dörd min) manat göstərilməlidir. Məhkəmə iddia tələbinin “hərracdan əldə edilmiş vəsait borcun tam ödənilməsinə kifayət etmədikdə qalan məbləğin cavabdehlərdən müştərək qaydada iddiaçının xeyrinə tutulması”na dair hissəsini araşdıraraq hesab edir ki, iddia tələbi bu hissədə əsassızdır. Belə ki, “İcra haqqında” Azərbaycan Respublikası Qanununun 45.6-cı maddəsinə əsasən, tələbkarın tələblərinin təmin edilməsi üçün borclunun yetərli pul vəsaitləri olmadıqda, Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq tələbin yönəldilə bilmədiyi əmlak istisna olmaqla, tələb borcluya məxsus olan digər əmlaka yönəldilir. Göründüyü kimi, satışdan əldə edilən məbləğ borcun ödənilməsinə kifayət etmədikdə, qalan məbləğin cavabdehlərdən tutulması qətnamənin icrası zamanı həll edilən məsələlərdəndir. Odur ki, iddianın həmin hissəsi əsassızdır. Buna görə də iddia tələbi həmin hissədə rədd edilməlidir. Məhkəmə iddianın “ipoteka predmeti olan daşınmaz əmlaka tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqının ödənilməsi”nə dair hissəsini araşdıraraq hesab edir ki, iddia bu hissədə əsaslıdır. Belə ki, “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 26.2-ci maddəsinə əsasən, vərəsəlik nəticəsində əldə edilmiş hüquqların, bölünmə nəticəsində əvvəlki hüquq sahibində qalan hissə üzərindəki hüquqların, yüklülüyün (girov, ipoteka, icarə, istifadə, lizinq, servitut və s.), icarə və istifadə hüquqlarının yüklülüyünün və özgəninkiləşdirilməsinin dövlət qeydiyyatının aparılması üçün 30 manat məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 26.4-cü maddəsinə əsasən, ipotekanın əlavə dövlət qeydiyyatına, girovun əlavə dövlət qeydiyyatına alınması, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin dövlət qeydiyyatına alınması, daşınmaz əmlakın yüklülükdən (ipoteka, icarə, istifadə, lizinq, servitut və s.) azad edilməsi, daşınmaz əmlak üzərində mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması barədə çıxarışın dublikatının verilməsi, daşınmaz əmlaka dair texniki sənədlərin (pasport və plan ölçü) dublikatının verilməsi üçün 15 manat məbləğində dövlət rüsumu tutulur. Qeyd edilənlərə əsasən məhkəmə hesab edir ki, iddia “ipoteka predmetinə tutmanın yönəldilməsi haqqında bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat dövlət rüsumunun və 30 (otuz) manat xidmət haqqının əvəzi cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 24 avqust 2023-cü il tarixli MŞQ-MT-027-2023-01149 nömrəli “İlkin mediasiya sessiyasında iştirak edilməməsi barədə” arayışdan görünür ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin nümayəndəsi ilkin mediasiya sessiyasında iştirak etmiş olsa da, cavabdehlər ilkin mediasiya sessiyasında iştirak etməmişdir. Buna görə məhkəmə hesab edir ki, İddiaçı Qapalı Səhmdar Cəmiyyəti tərəfindən mediatora ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. İddia tələbinin “14,16 (on dörd manat on altı qəpik) manat məbləğində ödənilmiş dövlət rüsumunun tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 28 sentyabr 2023-cü il tarixli ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən məhkəmədə iddia qaldırmaq üçün 14,16 (on dörd manat on altı qəpik) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə də təmin edilməli və iddiaçı tərəfindən ödənilmiş 14,16 (on dörd manat on altı qəpik) manat məbləğində dövlət rüsumunun əvəzi cavabdehlərdən müştərək qaydada tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Beləliklə, məhkəmə yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8162,25 (səkkiz min yüz altmış iki manat iyirmi beş qəpik) manat məbləğində əsas bоrc, 740,67 (yeddi yüz qırx manat altmış yeddi qəpik) manat məbləğində faiz borcu, 412,66 (dörd yüz on iki manat altmış altı qəpik) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci, 14,16 (on dörd manat on altı qəpik) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 9474,74 (doqquz min dörd yüz yetmiş dörd manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulmalı, cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalı olan cəmi 9474,74 (doqquz min dörd yüz yetmiş dörd manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Xaçmaz şəhəri, bazar ərazisində yerləşən 0.0032 ha dövlət mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 27.4 kvadrat metr qeyriyaşayış binasına yönəldilməli və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 9474,74 (doqquz min dörd yüz yetmiş dörd manat yetmiş dörd qəpik) manat məbləğində borc ödənilməli, ipoteka predmeti olan Xaçmaz şəhəri, bazar ərazisində yerləşən 0.0032 ha dövlət mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 27.4 kvadrat metr qeyri-yaşayış binasının ilkin satış qiyməti 14000 (on dörd min) manat müəyyən edilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Eləcə də, iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdehlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq X2 ödənilməlidir. Eləcə də, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 113,16 (yüz on üç manat on altı qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi (113,16 manat-14,16 manat = 99 manat) olan 99 (doxsan doqquz) manat məbləğində pul vəsaiti dövlət rüsumunun qalığı kimi Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.2-ci maddəsinə əsasən, iddia qiyməti 1.000 manatdan 10.000 manatadək olduqda 30 manat + 1.000 manatdan yuxarı olan iddia qiymətinin 1 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Həmin Qanununun 9.4-cü maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsümu iddianın təmin edilmiş hissəsinə münasib olaraq cavabdehdən tutularaq dövlət büdcəsinə köçürülür. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 8162,25 (səkkiz min yüz altmış iki manat iyirmi beş qəpik) manat məbləğində əsas bоrc, 740,67 (yeddi yüz qırx manat altmış yeddi qəpik) manat məbləğində faiz borcu, 412,66 (dörd yüz on iki manat altmış altı qəpik) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 100 (yüz) manat məbləğində mediasiya xərci, 14,16 (on dörd manat on altı qəpik) manat məbləğində dövlət rüsumu, ipoteka predmetinə tutmanın yönəldilməsi barədə bildirişin qeydə alınması üçün ödənilmiş 15 (on beş) manat məbləğində dövlət rüsumu və 30 (otuz) manat məbləğində xidmət haqqı olmaqla, cəmi 9474,74 (doqquz min dörd yüz yetmiş dörd manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə tutulsun. Cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutulmalı olan cəmi 9474,74 (doqquz min dörd yüz yetmiş dörd manat yetmiş dörd qəpik) manat məbləğində pul vəsaiti İddiaçı Qapalı Səhmdar Cəmiyyətinin xeyrinə ipoteka ilə yüklü edilmiş Xaçmaz şəhəri, bazar ərazisində yerləşən 0.0032 ha dövlət mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 27.4 kvadrat metr qeyriyaşayış binasına yönəldilsin və həmin ipoteka predmeti açıq hərracda satılaraq İddiaçı Qapalı Səhmdar Cəmiyyətinə olan cəmi 9474,74 (doqquz min dörd yüz yetmiş dörd manat yetmiş dörd qəpik) manat məbləğində borc ödənilsin. İpoteka predmeti olan Xaçmaz şəhəri, bazar ərazisində yerləşən 0.0032 ha dövlət mülkiyyətində olan torpaq sahəsinin üzərində yerləşən xüsusi mülkiyyətdə olan 27.4 kvadrat metr qeyri-yaşayış binasının ilkin satış qiyməti 14000 (on dörd min) manat müəyyən edilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 300 (üç yüz) manat məbləğində pul vəsaiti cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada tutularaq X2 ödənilsin. Cavabdеhlər Cavabdeh1, Cavabdeh2 və Cavabdeh3 müştərək qaydada 99 (doxsan doqquz) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Alıyeva

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar