Azərbaycan Respublikası adından QƏTNAMƏ Sumqayıt şəhəri İş № e-2-2(119)-30/2024 27.09.2024 Sumqayıt Kommersiya Məhkəməsi X3 Rəşid qızının sədrliyi, Bağırova Naidə Saləddin qızının katibliyi, Cavabdeh iştirakı ilə İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən Cavabdeh qarşı verilmiş “borcun tutulması” tələbi barədə iddia ərizəsinə dair kommersiya işinə Sumqayıt Məhkəmə Kompleksinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə MÜƏYYƏN ETDİ: İddiaçı Açıq Səhmdar Cəmiyyəti “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsilə Cavabdeh qarşı “borcun tutulması” tələbi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət edərək Cavabdeh DC00280295R saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 99530,12 (doxsan doqquz min beş yüz otuz manat on iki qəpik) manat məbləğində əsas borc, 9165,06 (doqquz min yüz altmış beş manat altı qəpik) manat məbləğində faiz borcu, 801,66 (səkkiz yüz bir manat altmış altı qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 109496,84 (yüz doqquz min dörd yüz doxsan altı manat səksən dörd qəpik) manat məbləğində borcun və mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 20 oktyabr 2020-ci il tarixdə Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə OnGTC/SE/5655 saylı razılaşma imzalanmışdır. Həmin razılıq ərizəsini imzalayaraq borclu www.pashabank.az saytında yerləşdirilmiş X2 qeyd edilmiş şərtləri (müvafiq redaksiyada) qəbul edir. Eyni zamanda ümumi şərtlər toplusu çərçivəsində İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında 26 avqust 2022-ci il tarixli DC00280295R saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və DC00280295-04, DC00280295-13 və DC00280295-18 saylı kreditlərin restrukturizasiyası məqsədi ilə bank tərəfindən borcalana 26 may 2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 15%, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla, 175000 (yüz yetmiş beş min) manat məbləğində birdəfəlik kredit verilmişdir. Lakin borcalan qeyd edilən DC00280295R saylı maliyyələşdirmə üçün ərizə üzrə öhdəliklərini 192 gün icra etməyərək kreditin müəyyənləşdirilən qaydada ödənilməsini həyata keçirməmişdir. Borcalanın xx.xx.2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyəti qarşısında öhdəlikləri DC00280295R saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 99530,12 (doxsan doqquz min beş yüz otuz manat on iki qəpik) manat əsas borc, 9165,06 (doqquz min yüz altmış beş manat altı qəpik) manat faiz borcu, 801,66 (səkkiz yüz bir manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 109496,84 (yüz doqquz min dörd yüz doxsan altı manat səksən dörd qəpik) manat təşkil edir. Ümumi şərtlər toplusunun 4-cü bölməsinin 3.11-ci bəndinə əsasən kreditin əsas məbləği və ona hesablanmış faizlər ödəniş qrafikində və maliyyələşdirmə üçün ərizə formasında göstərilən qaydada ödənilmədikdə gecikdirilmiş əsas məbləğə maliyyələşdirmə üçün ərizə forması ilə müəyyən olunan qaydada və həcmdə cərimə faizi hesablanır. Cərimə faizi 2 qaydada müəyyən olunur: 1) kreditin müddəti bitənədək və 2) kreditin müddəti bitdikdən sonra. Kreditin müddəti bitənədək cərimə tətbiq olunduğu zaman kredit faizləri də öz növbəsində hesablanmağa davam edir. Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 4-cü bölməsinin 5.2.1-ci bəndinə əsasən kreditin və faizlərin ödənilməsi müştəri tərəfindən 3 (üç) aydan artıq müddətə gecikdirildikdə bank müştəriyə verilən krediti vaxtından əvvəl ləğv edə və ya kredit məbləğini vaxtından əvvəl müştəridən tələb edə bilər. Eyni zamanda ümumi şərtlər toplusuna əsasən müştəri tərəfindən müqavilə öhdəlikləri yerinə yetirilmədikdə, Azərbaycan Respublikası Qanunlarına əsasən məhkəmələrə və digər səlahiyyətli orqanlara müraciət etmək bankın hüququdur. Bundan başqa iddiaçı tərəfindən mübahisənin məhkəmədən kənar qaydada həll edilməsi istiqamətində tədbirlər görülməsi məqsədi ilə mediasiya institutunun tətbiqi qaydasında Mediasiya Şurasına müraciət edilmiş, lakin tərəflər arasında məhkəmədən kənar qaydada razılıq əldə edilməmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti mediasiya prosesi üzrə 400 (dörd yüz) manat məbləğində xidmət haqqı ödəmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 24 iyul 2023-cü il tarixdə “Elektron məhkəmə” informasiya sistemində yaradılmış elektron kabinet vasitəsi ilə “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizə təqdim edilərək Cavabdeh DC00280295R saylı maliyyələşdirmə üçün ərizəyə əsasən 99530,12 (doxsan doqquz min beş yüz otuz manat on iki qəpik) manat məbləğində əsas borc, 11139,07 (on bir min yüz otuz doqquz manat yeddi qəpik) manat məbləğində faiz borcu, 1311,67 (min üç yüz on bir manat altmış yeddi qəpik) manat məbləğində cərimə olmaqla, cəmi 111980,86 (yüz on bir min doqquz yüz səksən manat səksən altı qəpik) manat məbləğində borcun, mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin və 2 (iki) manat məbləğində dövlət rüsumunun İddiaçı Açıq Səhmdar Cəmiyyətinin xeyrinə tutulması barədə qətnamə qəbul olunmasını xahiş etmişdir. İddiaçı Açıq Səhmdar Cəmiyyəti tərəfindən 27 sentyabr 2024-cü il tarixdə ərizə təqdim edilərək üzrlü səbəblərdən məhkəmə baxış iclasında iddiaçının nümayəndəsinin iştirakının mümkün olmadığı bildirilmiş, məhkəmə baxış iclasının iddiaçının nümayəndəsinin iştirakı olmadan keçirilməsi və iddia tələbinin tam təmin edilməsi barədə qətnamə qəbul edilməsini xahiş olunmuşdur. Məhkəmə baxış iclasında iştirak edən Cavabdeh izahatında 85829,13 (səksən beş min səkkiz yüz iyirmi doqquz manat on üç qəpik) manat məbləğində əsas borcu olduğunu bildirmiş, məhkəmədən faiz və cərimə borcunun azaldılmasını xahiş etmişdir. Eyni zamanda o, 27 mart 2023-cü il tarixli mediasiya prosesinin tətbiqi barədə təklifdə iddiaçı tərəfindən ondan bütün əsas borcun - 99530,12 (doxsan doqquz min beş yüz otuz manat on iki qəpik) manatın tələb edildiyini və həmin təklifi 30 mart 2023-cü il tarixdə aldığını bildirmişdir. Məhkəmə, proses iştirakçısını dinləyib, iddia ərizəsini, “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizəni və işin faktiki hallarını araşdıraraq, işdə olan sənədləri tədqiq etməklə sübutları qiymətləndirərək hesab edir ki, aşağıda göstərilənlərə əsasən iddia qismən təmin edilməlidir. Belə ki, iş materiallarından görünür ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh (VÖEN **********) arasında Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusunun 27 yanvar 2020-ci il tarixli 1.0.2 nömrəli versiyasının şərtlərini qəbul etməsi barədə xx.xx.2020-ci il tarixli OnGTC/SE/5655 saylı Razılaşma imzalanmışdır. Həmin Bank xidmətlərinin göstərilməsinə dair ümumi şərtlər toplusu çərçivəsində 26 avqust 2022-ci il tarixli DC00280295R saylı maliyyələşdirmə üçün ərizə imzalanmış və Bank tərəfindən Cavabdeh 26 may 2024-cü il tarixədək illik faiz dərəcəsi 17%, illik cərimə faizi 15 %, kreditin müddəti bitdikdən sonra illik cərimə faizi 32% olmaqla 175000 (yüz yetmiş beş min) manat məbləğində DC00280295-04, DC00280295-13 və DC00280295-18 saylı kreditlərin restrukturizasiyası məqsədi ilə birdəfəlik kredit verilmişdir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 22 iyun 2023-cü il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh 09 iyun 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu DC00280295R saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 99530,12 (doxsan doqquz min beş yüz otuz manat on iki qəpik) manat əsas borc, 9165,6 (doqquz min yüz altmış beş manat altmış qəpik) manat faiz borcu, 801,66 (səkkiz yüz bir manat altmış altı qəpik) manat cərimə borcu olmaqla, cəmi 109496,84 (yüz doqquz min dörd yüz doxsan altı manat səksən dörd qəpik) manat təşkil edir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 24 iyul 2023-cü il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh 20 iyul 2023-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu DC00280295R saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 99530,12 (doxsan doqquz min beş yüz otuz manat on iki qəpik) manat əsas borc, 11139,07 (on bir min yüz otuz doqquz manat yeddi qəpik) manat faiz borcu, 1311,67 (min üç yüz on bir manat altmış yeddi qəpik) manat cərimə borcu olmaqla, cəmi 111980,86 (yüz on bir min doqquz yüz səksən manat səksən altı qəpik) manat təşkil edir. İş materiallarında olan iddiaçı tərəfindən tərtib olunaraq məhkəməyə təqdim olunmuş 26 sentyabr 2024-cü il tarixli maliyyə arayışında göstərilir ki, Cavabdeh 13 sentyabr 2024cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə borcu DC00280295R saylı maliyyələşdirmə üzrə ərizəyə əsasən 85829,13 (səksən beş min səkkiz yüz iyirmi doqquz manat on üç qəpik) manat əsas borc, 25077,76 (iyirmi beş min yetmiş yeddi manat yetmiş altı qəpik) manat faiz borcu, 17573,4 (on yeddi min beş yüz yetmiş üç manat qırx qəpik) manat cərimə borcu olmaqla, cəmi 128480,29 (yüz iyirmi səkkiz min dörd yüz səksən manat iyirmi doqquz qəpik) manat təşkil edir. İş materiallarında olan mediasiya prosesinin tətbiqi barədə 27 mart 2023-cü il tarixli təklifdən görünür ki, cavabdehdən 99530,12 (doxsan doqquz min beş yüz otuz manat on iki qəpik) manat məbləğində əsas borcun tam və 4653,04 (dörd min altı yüz əlli üç manat dörd qəpik) manat məbləğində faiz borcunun ödənilməsi tələb edilmiş, həmin məktub xx.xx.2023-cü il tarixdə Cavabdeh çatdırılmışdır. İş materiallarında olan 01 fevral 2024-cü il tarixli 9/7664 nömrəli ekspert rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 26 avqust 2022-ci il tarixli DC00280295R saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq üzrə Cavabdeh xx.xx.2023-cü il tarixə İddiaçı ASC-yə əsas borcu 99530,12 (doxsan doqquz min beş yüz otuz manat on iki qəpik) manat, faiz borcu 11724,89 manat müəyyən olunmuşdur. İş materiallarında olan 28 avqust 2024-cü il tarixli 9/2881 nömrəli ekspert rəyində göstərilir ki, rəyin tədqiqat hissəsində göstərilənlərə əsasən 26 avqust 2022-ci il tarixli DC00280295R saylı kredit müqaviləsində qeyd olunan şərtlər nəzərə alınaraq üzrə Cavabdeh İddiaçı ASC-yə mediasiya prosesinin tətbiqi barədə təklifin alındığı yəni xx.xx.2023-cü il tarixə əsas borcu 100021,93 manat, faiz borcu üzrə 6093 manat; maliyyə arayışında qeyd edildiyi yəni xx.xx.2023-cü il tarixə əsas borcu 100021,93 manat, faiz borcu 9352,05 manat; iddia ərizəsinin cavabdehə göndərildiyi yəni xx.xx.2023-cü il tarixə əsas boru 100021,93 manat, faiz borcu 10060,54 manat; iddia ərizəsinin verildiyi, yəni xx.xx.2023-cü il tarixə əsas boru 100021,93 manat, faiz borcu 10532,86 manat; maliyyə arayışında qeyd edildiyi yəni xx.xx.2023-cü il tarixəəsas borc üzrə 100021,93 manat, faiz borcu 11288,59 manat; qərardadın qəbul edildiyi yəni xx.xx.2024-cü il tarixə əsas borcu 90021,93 manat, faiz borcu 22473,28 manat müəyyən olunmuşdur. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 385.1-ci maddəsinə əsasən öhdəliyə əsasən bir şəxs (borclu) başqa şəxsin (kreditorun) xeyrinə müəyyən hərəkəti etməlidir, məsələn, pul ödəməli, əmlak verməli, iş görməli, xidmətlər göstərməli və i.a. və ya müəyyən hərəkətdən çəkinməlidir, kreditorun isə borcludan vəzifəsinin icrasını tələb etmək hüququ vardır. - 425.1-ci maddəsinə əsasən öz hüquqlarını həyata keçirərkən və vəzifələrini icra edərkən tərəflərdən hər biri vicdanlılığın tələb etdiyi tərzdə, yəni şərtləşdirilmiş vaxtda və yerdə lazımi şəkildə, öhdəliyin şərtlərinə və bu Məcəllənin tələblərinə müvafiq surətdə, belə şərtlər və tələblər olmadıqda isə işgüzar adətlərə və ya adətən irəli sürülən digər tələblərə müvafiq surətdə hərəkət etməlidir. - 427.3-ci maddəsinə əsasən əgər öhdəlik onun icrası gününü və ya icra edilməli olduğu vaxt dövrünü nəzərdə tutursa və ya müəyyənləşdirməyə imkan verirsə, öhdəlik həmin gün və ya bu cür dövr ərzində istənilən an icra edilməlidir. - 442.1-ci maddəsinə uyğun olaraq öhdəliyin icra edilməməsi dedikdə, onun pozulması və ya lazımınca icra edilməməsi (vaxtında icra edilməməsi və ya öhdəliyin məzmunu ilə müəyyənləşdirilmiş digər şərtləri pozmaqla icra edilməsi) başa düşülür. - 743.1-ci maddəsinə əsasən kredit müqaviləsinə görə borcverən pul vəsaitinə mülkiyyət hüququnu müqavilədə göstərilən məbləğdə və şərtlərlə borcalana verməyi, borcalan isə aldığı pul vəsaitini müqavilədə müəyyən edilmiş müddətə faizlərin və (və ya) müqavilədə göstərilən digər ödənişlərin ödənilməsi şərtilə borcverənə qaytarmağı öhdəsinə götürür. Göründüyü kimi, təsvir olunanlarla müəyyən edilir ki, hüquqi şəxs yaratmadan fərdi sahibkarlıq fəaliyyəti ilə məşğul Cavabdeh 26 avqust 2022-ci il tarixli DC00280295R saylı maliyyələşdirmə üçün ərizəni imzalayarkən üzərinə götürdüyü öhdəlikləri pozmuş və onları lazımınca icra etməyərək borcverən İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməli olan əsas və faiz borcu müvafiq qaydada ödəməmiş və bununla da, iddiaçıdan aldığı krediti müqavilə ilə müəyyən edilmiş müddət ərzində qaytarmamaqla, müqavilə öhdəliklərini müvafiq qaydada yerinə yetirməmişdir. Məhkəmə qeyd edir ki, İddiaçı Açıq Səhmdar Cəmiyyəti ilə Cavabdeh arasında bağlanmış 26 avqust 2022-ci il tarixli DC00280295R saylı maliyyələşdirmə üçün ərizə üzrə tutulmalı olan əsas borcun məbləği müəyyən edilərkən iddiaçı tərəfindən təqdim edilmiş 26 sentyabr 2024-cü il tarixli maliyyə arayışı nəzərə alınmalıdır. Belə ki, iddia tələbində iddiaçı tərəfindən 99530,12 (doxsan doqquz min beş yüz otuz manat on iki qəpik) manat məbləğində əsas bоrcun tutulması xahiş edilsə də, 26 sentyabr 2024-cü il tarixli maliyyə arayışında Cavabdeh 26 avqust 2022-ci il tarixli DC00280295R saylı maliyyələşdirmə üçün ərizə üzrə 26 sentyabr 2024-cü il tarixə İddiaçı Açıq Səhmdar Cəmiyyətinə 85829,13 (səksən beş min səkkiz yüz iyirmi doqquz manat on üç qəpik) manat məbləğində borcunun qaldığı qeyd olunmuşdur. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi əsas borcun tutulması hissəsində qismən təmin edilməli, Cavabdeh 26 avqust 2022-ci il tarixli DC00280295R saylı maliyyələşdirmə üçün ərizə üzrə 85829,13 (səksən beş min səkkiz yüz iyirmi doqquz manat on üç qəpik) manat məbləğində əsas borc tutularaq iddiaçının xeyrinə ödənilməlidir. İddiaçı iddia qaldırarkən istinad etdiyi 22 iyun 2023-cü il tarixli maliyyə arayışında 09 iyun 2023-cü il tarixinə 9165,06 (doqquz min yüz altmış beş manat altı qəpik) manat məbləğində, “iddia tələbinin həcminin dəqiqləşdirilməsinə dair” ərizədə istinad etdiyi 24 iyul 2023-cü il tarixli maliyyə arayışında isə 20 iyul 2023-cü il tarixə 11139,07 (on bir min yüz otuz doqquz manat yeddi qəpik) manat məbləğində faiz hesablandığını bildirmişdir. Məhkəmə qeyd edir ki, iddiaçının 27 mart 2023-cü il tarixdə cavabdehə mediasiya təklifi yollayaraq maliyyələşdirmə üçün ərizə üzrə hesablanmış bütün əsas borcu tələb etməsi ilə bağlı iradə ifadəsinin həqiqi məzmunu müqavilədən imtinaya yönəlmişdir və məktubun Cavabdeh tərəfindən qəbul edildiyi 30 mart 2023-cü il tarixdən müqavilə birtərəfli qaydada ləğv olunmuş hesab edilməlidir. Belə olan halda 30 mart 2023-cü il tarixdən sonra faiz borcunun maliyyələşdirmə üçün ərizədəki illik faiz dərəcəsi ilə hesablanması doğru yanaşma sayıla bilməz. Çünki müqavilə ləğv edildikdən sonra həmin əqddəki faiz şərtinə istinad edilməsi yolverilməzdir. Məlum olduğu kimi, Mülki Məcəllənin 421.2-ci maddəsində sadalanan iki əsasdan biri varsa (digər tərəfin müqaviləni əhəmiyyətli dərəcədə pozması və ya bu Məcəllədə (və ya müqavilədə) nəzərdə tutulan digər hallar) müqaviləni ləğv etmənin məhkəmədən kənar qaydada baş verməsinin mümkünlüyü, MM-in 421.3-cü maddəsinə əsasən tərəfin müqaviləni birtərəfli qaydada aradan qaldırmaq hüququna malik olması, müqavilənin ləğv edilməsinin bir tərəfin iradə ifadəsinin digər tərəfə bildirilməsi ilə həyata keçirilməsi Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun Azərbaycan Respublikası Mülki Məcəlləsinin 399, 421.3, 423.2, 424.3 və 447-ci maddələrinin əlaqəli şəkildə şərh edilməsinə dair 29 mart 2023-cü il tarixli Qərarında göstərilmişdir. Həmin Qərarda kredit müqaviləsi üzrə borcun müqavilədə nəzərdə tutulan qaydada ödənişinin gecikdirilməsi nəticəsində borc verənin müqavilə müddətinin bitməsini gözləmədən bütün məbləğin ödənilməsini tələb etdiyi (müqavilədən imtina etdiyi) halda, eləcə də kreditorun tələbinin girov predmetinə yönəldildiyi təqdirdə müqavilə tərəflərinin hüquqi vəziyyəti ilə bağlı qeyd edilmişdir ki, “Kredit müqaviləsi üzrə öhdəliyin pozulması səbəbindən kreditorun Mülki Məcəllənin 447.1-ci maddəsinə əsasən müqavilədən imtina etdiyi təqdirdə, həmin anadək gecikdirilmiş annuitet ödənişlərinə yaranmış tələb müqavilənin ləğvindən sonra da qüvvədə qalır. Bu öhdəlik müqavilənin ləğv edilməsindən əvvəl yarandığı üçün kreditor onun ödənilməsini tələb etməkdə haqlıdır. Həmçinin, bir tərəfin müqavilə öhdəliyini əhəmiyyətli dərəcədə pozmaqla qarşı tərəfə zərər vurması halında qarşı tərəfin (kontragentin) müqaviləni ləğv etməsi onun məruz qaldığı zərərin ödənilməsini tələb etmək hüququndan məhrum olunması, hüquqa zidd hərəkət edən şəxsin isə mülki məsuliyyətdən azad edilməsi kimi qiymətləndirilə bilməz. Bu halda kreditor kredit müqaviləsindən irəli gələn öhdəliyin icrası üçün nəzərdə tutulmuş əlavə müddət bitənədək (ləğv anınadək) pul vəsaitindən istifadə haqqını (faizləri), həmin müddətdən sonrakı dövr üçün isə öhdəliyin icra edilməməsinə görə mülki qanunvericilikdə nəzərdə tutulmuş və hesablanmış faiz formasında zərərin (real zərər və əldən çıxmış faydanın) ödənilməsini tələb edə bilər... öhdəliyin pozulması səbəbindən kreditor tərəfindən müddət bitənədək müqavilədən imtina olunması və bununla da müqaviləyə xitam verilməsi, o cümlədən tələbin ipoteka predmetinə yönəldilməsi halında, kreditor Mülki Məcəllənin 445.7-ci maddəsi ilə müəyyən edilmiş qanuni faizin - gecikdirilmiş vaxt üçün illik beş faiz məbləğin ödənilməsi barədə tələb irəli sürə bilər”. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddiaçının xeyrinə tutulmalı olan faiz borcunun məbləği müəyyən edilərkən mediasiya prosesinin tətbiqi barədə təklifin Cavabdeh tərəfindən 30 mart 2023-cü il tarixdə alındığı nəzərə alınmalı və 28 avqust 2024-cü il tarixli 9/2881 nömrəli ekspert rəyində həmin tarixə hesablanmış 6093 (altı min doxsan üç) manat manat məbləğində faiz borcu cavabdehdən iddiaçının xeyrinə tutulmalıdır. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: - 462.1-ci maddəsinə əsasən dəbbə pulu (cərimə, penya) qanun və ya müqavilə ilə müəyyənləşdirilən, öhdəliyin icra edilmədiyi və ya lazımınca icra edilmədiyi, o cümlədən icranın gecikdirildiyi halda borclunun kreditora ödəməli olduğu pul məbləğidir. Əgər öhdəliyin məzmununu hərəkətdən çəkinmək təşkil edirsə, dəbbə pulu hərəkətin edildiyi andan tutulmalıdır. Dəbbə pulunun ödənilməsi tələbi üzrə kreditor ona zərər vurulduğunu sübuta yetirməyə borclu deyildir. - 465.2-ci maddəsinə əsasən borclu öhdəliyin lazımınca icra edilməməsi, o cümlədən müəyyənləşdirilmiş müddətdə icra edilməməsi üçün cərimə ödəyəcəyini vəd etmişdirsə, kreditor cərimənin ödənilməsini və öhdəliyin icrasını tələb edə bilər. Göstərilənlərə əsasən məhkəmə hesab edir ki, iddia tələbinin “cavabdehdən iddiaçının xeyrinə 1311,67 (min üç yüz on bir manat altmış yeddi qəpik) manat məbləğində cərimənin tutulması” hissəsi əsaslı olduğundan təmin edilməlidir. İddia tələbinin “mediasiya ilə əlaqədar ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, məhkəməyə təqdim olunmuş 17 may 2023-cü il tarixli MŞS/MT030/2023-00790 nömrəli “İlkin mediasiya sessiyasından sonra prosesin davam etdirilə bilməməsi barədə” arayışdan görünür ki, ilkin mediasiya sessiyasında İddiaçı Açıq Səhmdar Cəmiyyətinin nümayəndəsi və Cavabdeh iştirak etmiş olsa da, mediasiya prosesi davam etdirilməmişdir. Buna görə məhkəmə hesab edir ki, iddia tələbi həmin hissədə qismən təmin olunmalı, iddiaçı tərəfindən mediatora ödənilmiş 400 (dörd yüz) manat məbləğində mediasiya xərcinin 200 (iki yüz) manat məbləğində hissəsi Cavabdeh tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanunun 36.5-ci maddəsinə əsasən “Mediasiya prosesinin tətbiqi barədə müqavilə”də və mediasiyaya dair qeyd-şərtdə başqa şərt nəzərdə tutulmayıbsa, həmçinin ilkin mediasiya sessiyasında tərəfin üzrsüz səbəbdən iştirak etməməsi halında digər tərəfin bütün mediasiya xərclərini ödədiyi hallar istisna olmaqla, mediasiyaya çəkilən xərclər tərəflər arasında bərabər şəkildə bölüşdürülür. Mediasiyaya dair qeyd-şərtə və ya “mediasiya prosesinin tətbiqi barədə müqavilə”nin şərtlərinə zidd olaraq mediasiyada, həmçinin ilkin mediasiya sessiyasında üzrsüz səbəbdən iştirak etməyən tərəf mediasiya ilə bağlı digər tərəfin çəkdiyi bütün mediasiya xərclərini ona ödəməlidir. Bundan başqa, iddia tələbinin “ödənilmiş 2 (iki) manat məbləğində dövlət rüsumunun cavabdehdən iddiaçının xeyrinə tutulması” hissəsi ilə bağlı məhkəmə qeyd edir ki, iş materiallarında olan 24 iyul 2023-cü il tarixli, ********** nömrəli ödəniş qəbzindən görünür ki, iddiaçı tərəfindən 2 (iki) manat məbləğində dövlət rüsumu ödənilmişdir. Buna görə iddia tələbi həmin hissədə təmin edilməli və ödənilmiş 2 (iki) manat dövlət rüsumunun əvəzi cavabdehdən tutularaq iddiaçıya ödənilməlidir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin: - 14.2-ci maddəsinə əsasən məhkəmə yalnız tərəflərin təqdim etdikləri sübutları araşdırmalı və onlardan istifadə etməlidir. - 77.1-ci maddəsinə əsasən hər bir tərəf öz tələblərinin və etirazlarının əsası kimi istinad etdiyi halları sübut etməlidir. - 88-ci maddəsinə əsasən məhkəmə sübutlara obyektiv, qərəzsiz, hərtərəfli və tam baxdıqdan sonra həmin sübutlara tətbiq edilməli hüquq normalarına müvafiq olaraq qiymət verir. - 217.4-cü maddəsinə əsasən məhkəmə öz qətnaməsini yalnız məhkəmə iclasında tədqiq olunmuş sübutlarla əsaslandırır. - 218.3-cü maddəsinə əsasən hakim işdə iştirak edən şəxslərin verdiyi tələblər üzrə qətnamə çıxarır. Məhkəmə, yuxarıda qeyd olunanları nəzərə alıb, iş üzrə tədqiq edilən sübutlara qiymət verərək hesab edir ki, iddia qismən təmin edilməli, Cavabdeh 85829,13 (səksən beş min səkkiz yüz iyirmi doqquz manat on üç qəpik) manat məbləğində əsas borc, 6093 (altı min doxsan üç) manat məbləğində faiz borcu, 1311,67 (min üç yüz on bir manat altmış yeddi qəpik) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və 2 (iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 93435,8 (doxsan üç min dörd yüz otuz beş manat səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilməlidir. İddia qalan hissədə təmin edilməməlidir. Həmçinin iş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 ödənilməlidir. Eləcə də, hazırkı iddia tələbinin təmin olunmuş hissəsinə uyğun hesablanan 369,7 (üç yüz altmış doqquz manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumunun ödənilməmiş hissəsi olan 367,7 (üç yüz altmış yeddi manat yetmiş qəpik) manat məbləğində pul vəsaiti (369,7-2=367,7 manat) Cavabdeh dövlət nəfinə tutularaq dövlət büdcəsinə ödənilməlidir. “Dövlət rüsumu haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.3-cü maddəsinə əsasən iddia qiyməti 10000 manatdan 100000 manatadək olduqda, 120 manat + 10000 manatdan yuxarı olan iddia qiymətinin 0,3 faizi məbləğində dövlət rüsumu tutulur. Həmin Qanunun 9.1-1-ci maddəsinə əsasən “Mediasiya haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq mediasiya prosesinin nəticəsinə dair barışıq sazişi bağlanmadıqda məhkəməyə müraciət edərkən mediasiya prosesi ilə bağlı xərclərin öz üzərinə düşən hissəsini ödəmiş tərəf və ya həmin Qanunun 36.2-ci maddəsinə uyğun olaraq mediasiya xərclərini ödəmiş tərəf dövlət rüsumunu ödəməkdən azad olunur. Bu Qanunda nəzərdə tutulmuş dövlət rüsumunun məbləği çəkilmiş xərclərdən artıq olduqda, tərəf çəkdiyi xərc həddində dövlət rüsumundan azad edilir. Azərbaycan Respublikası Mülki-Prosessual Məcəlləsinin 119.1-ci maddəsinin tələblərinə görə məhkəmə xərcləri ödənilmiş tələblərin məbləğinə mütənasib olaraq işdə iştirak edən şəxslərə aid edilir. Həmin Məcəllənin 119.2-ci maddəsinə əsasən, iddiaçı müəyyən olunmuş qaydada dövlət rüsumunu ödəməkdən azad edilmişsə, dövlət rüsumu iddianın təmin edilmiş hissəsinə mütənasib olaraq cavabdehdən tutularaq dövlət gəlirlərinə alınır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin 216-220, 222, 227, 233, 358-360 və 362-ci maddələrini rəhbər tutaraq, məhkəmə QƏTETDİ: İddia qismən təmin edilsin. Cavabdeh 85829,13 (səksən beş min səkkiz yüz iyirmi doqquz manat on üç qəpik) manat məbləğində əsas borc, 6093 (altı min doxsan üç) manat məbləğində faiz borcu, 1311,67 (min üç yüz on bir manat altmış yeddi qəpik) manat məbləğində cərimə, mediasiya ilə əlaqədar ödənilmiş 200 (iki yüz) manat məbləğində mediasiya xərci və 2 (iki) manat məbləğində ödənilmiş dövlət rüsumunun əvəzi olmaqla, cəmi 93435,8 (doxsan üç min dörd yüz otuz beş manat səksən qəpik) manat məbləğində pul vəsaiti tutularaq İddiaçı Açıq Səhmdar Cəmiyyətinə ödənilsin. İddia qalan hissədə təmin edilməsin. İş üzrə keçirilmiş ekspertiza tədqiqatlarının dəyəri olan 200 (iki yüz) manat məbləğində pul vəsaiti Cavabdeh tutularaq X1 ödənilsin. Cavabdeh dövlət nəfinə 367,7 (üç yüz altmış yeddi manat yetmiş qəpik) manat məbləğində dövlət rüsumu tutularaq dövlət büdcəsinə ödənilsin. Qətnamədən rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Sumqayıt Kommersiya Məhkəməsi vasitəsi ilə Sumqayıt Apellyasiya Məhkəməsinə apellyasiya şikayəti verilə bilər. Qətnamədən şikayət verilməmişdirsə, rəsmi qaydada verildiyi gündən 1 (bir) ay keçdikdən sonra qanuni qüvvəyə minir. Sədrlik edən Həlimə Aliyeva
Məhkəmə qərarları › İş №e-2-2(119)-30/2024
Sumqayıt Kommersiya Məhkəməsi Qətnamə — İş №e-2-2(119)-30/2024
27.09.2024 · Müqavilələrdən əmələ gələn öhdəliklər üzrə mübahisələr - Kredit müqaviləsi üzrə mübahisələr
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver